366
“QAÇAQ MAHMUD”
Qaçaq İsaxandan sonra başsız qalan qaçaqlardan Türkiyəyə
keçən keçdi, ölən öldü, tutulan tutuldu. Qalanları – Türkiyədən
geri qayıdan Cəfərri Qaçaq Yunus, Qaçaq Əli, Qaraçöplü Umud,
Qaxetli Lado, Təhlədən «Qannı» Həsrətqulu, Qazaxdan İmran,
Lətif, Samuxlu Eldar, Həsən, Borçalıdan Çopur Musa, Bala-
kəndən Qaraçı Şirin, Tovuzlu Ləzim və başqaları. Ceyrançöldə,
Qurd dərəsində Qaraçöplü Qaçaq Mahmudun başına toplaşdılar.
Mahmud üzünü qaçaqlara tutub öz məramını açıqladı: «A
dostlar, İsaxan kimi oğulları torpaq yüz ildə bir yetirir. Onu
yəqin bilin ki, o ölməyib, sağdı. Dəstəmiz həmin dəstədi, Mah-
mudu da İsaxan bilin».
Qaçaq Mahmud öz dəstəsi ilə uzun müddət Ceyrançöldə
qaldı. Sonra belə qərara gəldilər ki, Qarayazı meşəsinə getsinlər.
Belə də etdilər. Teymur dağının başında atların yüyənini çək-
dilər. Mahmud Qaraçöpə, Yunus isə Qarayazıya tərəf baxdı. Uca
dağ başında, atın belində, sinə coşmazmı?!
Qaçaq Mahmud:
Üstümüzdən yaman əsir
Qara yellər, qara yellər.
Bu zamandan qan qoxuyur,
Haray ellər, haray ellər.
Qaçaq Yunus:
Zamanımız çox zarıyır
Çara ellər, çara ellər.
Yaşıl dağlar libas geyib
Qara ellər, qara ellər.
Qaçaq Mahmud:
Bu dərd məni yaman didir,
Qəm ləşkərı təslim edir,
367
Üz döndərib bəxtim gedir
Hara, ellər, hara, ellər?
Qaçaq Yunus:
Çoxdu tapan öz qibləsin,
Geyinmişəm qəm libasın,
Məni də özünüz asın
Dara, ellər, dara, ellər.
Qaçaq Mahmud:
Dost bağıma iblis dolur,
Gülşənimi tamam yolur,
Tərlan quşlar təslim olur
Sara, ellər, sara, ellər.
Qaçaq Yunus:
Hiylələri biz qanırıq,
Baxa-baxa odlanırıq,
Alışırıq, hey yanırıq
Nərə, ellər, nərə, ellər.
Qaçaq Mahmud:
Mahmud, od aldı köynəyin,
Bəd zamana baş əyməyin,
Qeyrətinizi dəyişməyin
Vara, ellər, vara, ellər.
Qaçaq Yunus:
Yunus, ünlə fələyimi,
Eşitməyir diləyimi,
Cərrah ala ürəyimi,
Yara, ellər, yara, ellər.
Sözlərini tamam edib, atlarını sürüb gəldilər Qarayazı me-
368
şəsinə. Mahmud: «Ayə, ay Yunus, mənim bu meşədən başım
çıxmır». Yunus: «Sizi bu meşə ilə tanış etmək mənim boynu-
ma». Adətən, qaçaqlar gecə gec yatırlar, səhər isə tez dururlar.
Bir səhər Mahmud bu meşədə nələr gördü!..
Aldı Mahmud:
Kolxoruzu qaqqıldaşıb,
Yuvasından uçub gedir.
Marallar da bizi görüb,
Baş götürüb, qaçıb gedir.
Dəymə çobanın şəstinə,
Duraq turacın dəstinə.
Biz çıxanda qurd üstünə,
Heç pəsinmir, keçib gedir.
Ayıların çoxdur kini,
Armuddur imanı , dini.
Kəkliyə bax, cücəsini
Arxasınca seçib gedir.
Ötür quşlar, ağarır dan,
Gözəlliyə oldum heyran.
Suya gəlib cüyür, ceyran,
Kür çayından içib gedir.
Doymaq olmur nəşəsindən,
Gözəlliyin guşəsindən,
Qarayazı meşəsindən
Qaçaq Mahmud köçüb gedir.
Qaçaq Mahmud gördü ki, yeməli quşlar, heyvanlar, meyvə-
lər bu meşədədi. Bir qoca, qarnıyarıq palıdın dibindən Kür çayına
qədər yerin altından lağım, yəni kankan atdılar. Bu da qaçaqların
yataqxanası oldu. Maralı, qoyunu, malı yedikcə dərilərini yerə
369
döşəyib üstündə yatırdılar. Qaçaqlarla görüşən qasidlər də az
deyildi. Bir gün xəbər gəldi ki, milisin zirzəmiləri dustaqla dolu-
dur. Mahmud dəstəsi ilə qapıları qırdı, dustaqları buraxdı. Milisin
at talvarına, otuna od qoyub yandırdılar. Milis rəisi qorxusundan
Tiflisə köçdü. Bir neçə dəfə milisin silah anbarını dağıtdılar,
atlarını apardılar, rəisin otağına od vurdular. QPU-dan, mər-
kəzdən adamlar gəldi, gizlincə söhbət apardılar ki, bu böyük
dəhşətdən qurtarmaq lazımdır. «İkinci İsaxan» bizim başımıza
bəlalar gətirir. Axırıncı siyasətləri belə oldu: Azərbaycan dilini
yaxşı bilən Aşot Manukyan adlı bir erməni çekisti qaçaqların
dəstəsinə göndərirlər. O, deyir: «Mən Qaçaq Mahmudun yerini-
yurdunu öyrənəcəm. Ondan sonra əhatəyə alaq, hamısını güllə-
ləyək». Erməni özünə Ərşad Məmmədov adını götürür.
Bir beşaçılan, cırıq-cındır paltar geyib, bir torbada quru ye-
mək götürür, Qarayazı meşəsinə girir. Həmin günü onu Yunusla
Umud tutub Mahmudun yanına gətirirlər. Deyir: “Adım Ərşad-
dır, familiyam Məmmədov. Tiflisdə beş nəfər milis işçisini öl-
dürmüşəm. Kür çayı aşağı gəlib bura çıxmışam. Bilmirəm, bura
haradı”. Mahmud göstəriş verir ki, silahını özünə qaytarın, Yu-
nusa tapşırır ki, gizlincə onu sən izləyərsən. Üzünü Ərşada tu-
tub: «Daha sən bizim dəstənin üzvü oldun. Qorxma, səni biz do-
landırarıq». Ərşad çox sevindi. Gecə tunelə düşdü. Qovurmadan
yaxşıca yedi, dərilərin üstündə yatdı. Mahmud qaçaqlara dedi:
«Kür tərəfə çıxacağımızı hələ buna bildirməyin».
Bu minvalla Ərşad bir neçə gün qaldı. Mahmud Yunusa
Ərşadı sınaqdan keçirməyi tapşırdı və üzünü ona tutub: «Yunus,
bizə duz, un, tənbəki lazımdı, get tap». O saat Ərşad da dilləndi:
«Mən də gedim. Özümün pulum var almağa». Mahmud Yunusa
Ərşadı da özü ilə aparmağı tapşırdı: «Tək getmə, bunu da apar».
Ərşad Yunusun yanına düşdü. Onlar Qaratəpəyə çatdılar.
Yunus dedi: «Burada tatlar məni tanıyır, sən get, al, gətir. Mən
səni burada gözləyim». O razı oldu. Yunus gördü ki, o, heç yana
dönmədi, birbaşa milis idarəsinə girdi, on-on beş dəqiqə çıxmağı
Dostları ilə paylaş: |