354
Dələnoğlu xəncərin altından Keçəl Qulunu çıxardır. Amma
deyir, düzünü de, deməsən, səni öldürəcəklər.
Keçəl Qulu hər şeyi açıb ağardır: «Məni Oruc göndərdi ki,
Dələnoğlunun binəsinə qaçaqlar gəlir, onların yerini öyrən, de,
sənə bir inək verəjəm. Bax sizə itirmişəm dediyim inək, həmən
o inəkdir, indi məni buraxın, nə vaxt onun yanına getsəm, sizdən
ona bir söz desəm, qanım sizə halaldı».
Qaçaqlar onu buraxırlar. Keçəl Qulu da Oruca heç nə
deməmişdi.
İndi də sizə xəbər verim Şura hökumətindən.
Şura hökuməti özünü sevdirmək üçün hərdən camaata ma-
şınlarla pulsuz un, parça, ayaqqabı, çay, şəkər paylayardı. Am-
ma hökumət nə qədər yardım edirdisə, millət onu bəyənmirdi ki,
bəyənmirdi.
Qızğın qoyun qırxının vaxtı idi. Taya-taya yunlar, tonlarla
pendir, yağ heç İsaxanın eyninə də gəlmirdi. Elə bil bu var-hal
onun deyildi. İsaxanın qəlbində çəkdiyini yazsalar, el də çəkə
bilməzdi.
Dınqır Musa bir toğlu kəsmişdi. Oruc Musadan xahiş etdi:
«Get, Sarıbulaqdan su gətir, bozartmanın üstünə su tökülsə yax-
şıdır». Musa geri qayıdanda görür ki, beşaçılanın çaxmağı yox-
dur. Musa ona tərs-tərs baxdı: «Oruc, dostluğun elə bura
qədəriydimi?»
Oruc onu sakitləşdirir: «Musa, rahat çörəyini ye, çaxmağı
özünə qaytarajam». Amma Oruc tez-tez saata baxırmış. Çörəyi
yeyəndən sonra hərə bir işlə məşğul imiş. Alcannı Mustafa çayın
üstə namaz qılırmış. O görür ki, Qırmızı Ordunun əsgərləri hər
yanı kəsib. Oruc və əsgərlər Alcannı Mustafanı, bir də Zamannı
Musanı Sarımsaxlı tərəfə qabaqlayırlar.
Bu zaman İsaxanı bir nəfər atlı çağırır. İsaxan görür ki, onu
çağıran Qara Alının oğlu Məhərdir. Məhər İsaxana deyir:
«Xozeyin Türkiyədən səni aparmağa gəlib. Özü də dedi ki, bu
gün repressiya başlayacaq.
355
İsaxan: «Xozeyinə de ki, İmanı yoxdu, gəlsin, onu da gəti-
rib gələjəm», - deyə Məhəri yola salır.
Məhər atını sürüb Xozeyinin yanına gedir, İsaxanın sözlə-
rini ona çatdırır. Xozeyin Məhəri bir də göndərir. Ona tapşırır ki,
İsaxana de, təcili gəlsin. Sonra Məhərə bərk-bərk tapşırır: «İsa-
xanı özünlə gətirməsən, geri qayıtma». Məhər yenə geri qayıdır.
Binəyə yaxınlaşanda görür ki, bir çoban sürü otarır. Bu çoban da
İmanı evinin Məhəmməd idi. Onlar görüşürlər. Məhər ona
bildirir ki, Xozeyin onu İsaxanı aparmaq üçün göndərib. İmanı
evinin Məhəmməd deyir: «Odur, binəyə bir qara maşın gəlib».
Məh
356
sünü ötürdü. Hamı ona baxıb çörək yemədi. Xozeyin fikirli-
fikirli İsaxanın bu sözlərini oxudu:
Ordulara bac vermədim,
Tale yıxdı, əmim oğlu.
Zaman məndən üz döndərdi,
Əyri baxdı, əmim oğlu.
Nağıya de, aldım qanım,
Özüm kəsdim öz divanım,
Xozeyinə qurban canım,
Verdim taxtı, əmim oğlu.
Döyüşlərdə sinə gərdim,
Düşmənlərə cavab verdim,
Vətən idi mənim dərdim,
Əldən çıxdı, əmim oğlu.
Ana vətən İsaxana
Oğlum dedi yana-yana.
Ölməyə mərdü mərdana
Bu yol haqdı, əmim oğlu.
İsaxanın bu sözləri orada olanların ürəklərinə od qoydu, göz
yaşlarını saxlaya bilmədilər.
Hə, indi sizə xəbər verim İsaxandan.
1930-ju il sentyabrın 11-də İsaxan yoldaşları ilə Calaloğ-
lunda milis idarəsinin qarşısında düşdü. Sadıq ilə Alı bayırda
gözlədilər. İsaxan Daneliyanın kabinetinə daxil oldu. İsaxan gör-
dü ki, qırmızı örtüklü masa arxasında on iki nəfər yüksək rütbəli
adam oturub. İsaxan salamından sonra tanıdığı milis rəisi
Daneliyadan soruşdu: «Məni sizmi çağırtdırıbsınız?»
Daneliya cavab verdi: «Bəli, mən çağırtdırmışam. Bu
adamlar mərkəzdən gəliblər. Sizinlə söhbət etmək istəyirlər.
Sizə ayrı silah verəcəklər. Sizdəki silahı təhvil verin».
357
İsaxan gizlincə saxladığı öz silahını yox, hökumət verən si-
lahı çıxarıb Daneliyanın stolunun üstünə qoydu. İsaxan gördü ki,
onlar hiylə qurublar. Əmisi oğlu Xozeyinin dediyi sözlər yadına
düşdü. Öz-özünə fikirləşdi: «Xozeyin deyən gün gəlib çatıbdır».
Orada oturanlar belə başa düşdülər ki, onun daha silahı
yoxdu. Sevinib arxayın oldular. İsaxanın igidliyi mərkəzdə otu-
ranları o qədər vahiməyə salmışdı ki, arxada pəncərə tərəfə tuş-
lanmış pulemyot da qurublarmış. Qarşısına pərdə çəkiblərmiş.
Ona görə də arxayın idilər. Bayırda hər tində bir əsgər də du-
rurmuş. Qonaqlardan bir nəfər ayağa qalxıb dedi: «Mən Gürcüs-
tanın baş prokurorunun müaviniyəm. Gəlmişəm, siz törətdiyiniz
cinayəti bağlayam. Hər şəxs öz cəzasını almalıdır. Qarayazı me-
şəsində, “Palıdlıq” deyilən yerdə 143 nəfərə qədər Qırmızı Ordu
əsgəri qırıbsınız. Hələ yaralıları demirəm. Dustaqları buraxıb-
sınız. Candar tərəfdə, 10-cu qolun yanında 91 nəfər ölüb, hələ
yaralıları demirik. Cahangirdə Palıdlı bulağın alt yanında xeyli
miqdarda əsgər və zabit qırıbsınız. Hələ çox işiniz var. İstintaq-
da soruşulacaq. Sizin dəstənizdə olan qaçaqların hamısı haqqın-
da bizə yazılı məlumat verməlisiniz». Bu sözləri deyib oturdu.
İsaxanın bir əli cibindəki silahda idi. Susmuşdu. Həmin
adam yenə təkrarən dilləndi: «Cavab gözləyirəm».
İsaxan qəflətən cibindəki silahını çıxarıb onların üstünə
sıxdı və ucadan: «Alın cavabınızı, köpək uşaqları», - dedi.
Sonralar janlı şahidlərin dediklərinə görə, oradakılardan 8
nəfər ölür. Daneliya isə qolundan və baldırından ağır xəsarət
alır. İsaxan pəncərədən bayıra atılır. Lakin onun arxasında-pər-
dənin dalında olan pulemyotdan xəbəri yox idi. Güllə səsləri bir-
birinə qarışdı. İşi belə görəndə İsaxanın bayırdakı silahdaşları
atışmaya qoşuldular ki, İsaxanın köməyinə gəlsinlər. İsaxan öz
dostlarıyla vuruşa-vuruşa Debet çayına tərəf çəkildi. Qaş qara-
lana kimi əsgərlər Debet çayının sahillərini əhatə edib atəş açdı-
lar. Əsgərlər gejəni gözlədilər, səhər Debetin sahillərini axtardı-
lar. Qaçaqların nə ölüləri, nə də diriləri tapıldı. Yaralı Daneli-
Dostları ilə paylaş: |