Microsoft Word Brochure Garadagh Kiln6 Project-Brochure July08 az f 01. doc



Yüklə 130,69 Kb.
Pdf görüntüsü
tarix16.11.2017
ölçüsü130,69 Kb.
#10625


QARADAĞ SEMENT LAYİHƏSİ  

6 SAYLI YENİ QURU ÜSULLA YANDIRMA SOBASI

 

 

 

 

QARADAĞ SEMENT ASC 

 

Sahil qəsəbəsi 

Səlyan şossesi 

Bakı AZ1083 



 

LAYİHƏ HAQQINDA MƏLUMAT 

(ƏMSSTQ-si Prosesinin Əhatə Dairəsi Sənədi) 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İYUL 2008 



 

 

 



 

 

 



 

 

ERM GmbH 

Siemensstrasse 9  

D – 63263 Neu-Isenburg,  

Germany

 

 



Azerbaijan Environmental Technology Centre 

(AETC)  


Bakı şəhəri, 

Ş.Ələkbərova küç., 7, mən.2,  

Azərbaycan, AZ1000 

 

Yeni 6 saylı Yandırma sobası   



 

Mövcud Zavod 


Layihə haqqında məlumat – Qaradağ Sement Zavodu 

QURU ÜSULLA SEMENT İSTEHSALI ÜÇÜN 6 SAYLI YENİ YANDIRMA SOBASI 

 

 

Q



ARADAĞ 

S

EMENT 



ASC  

S

ƏH



.

 

2 ERM/AETC 



Nəzərdə Tutulmuş Layihə - Xülasə 

Azərbaycanda fəaliyyət göstərən “Qaradağ 

Sement” ASC (“Qaradağ Sement”), Sahil 

qəsəbəsindən 1,5 km qərbdə, Bakıdan təxminən 

34 km cənub-qərbdə və Xəzər dənizinin sahil 

xəttindən 1 km qərbdə yerləşən sement istehsal 

edən zavodunu yeniləşdirmək niyyətindədir. 

“Qaradağ Sement” zavodu 1950-ci illərdə 

istismara verilib. 

Əvvəllər dövlətə məxsus zavodun istehsalat 

gücü 1999-cu ildə Holcim şirkəti (İsveçrə) 

tərəfindən özəlləşdirildikdən sonra 

texnologiyanın ekoloji göstəricilərinin 

təkmilləşdirilməsinə əhəmiyyətli dərəcədə vəsait 

qoymaqla altı dəfə artırılmışdır. Bu öhdəliyin 

davamlı şəkildə həyata keçirilməsinin bir hissəsi 

kimi Holcim şirkəti zavodda sərf olunan xammal 

və enerji ilə bağlı xərclərin azaldılmasına və 

sement istehsalının daha da artırılmasına imkan 

verən yeni texnologiyanı tətbiq etmək 

niyyətindədir.  

“Qaradağ Sement” zavodunun yeniləşdirilməsi 

çərçivəsində burada sementin guru üsulla 

istehsalı üçün ən müasir fırlanan yandırma 

sobası inşa ediləcəkdir. 

Yeni 6 saylı Yandırma sobası hazırda 

nəmləndirilmiş xammalı yandırmaq üsulu ilə 

işlədilən dörd yandırma sobasını 

əvəz 

edəcəkdir. 



Eyni zamanda bir variant kimi “Qaradağ 

Sement”  şirkəti  məhdudlaşdırılmış  müddət  ərzində 

yeni  quru üsulla cement istehsal edən 6 saylı Yeni 

Yandırma Sobası ilə paralel nəmləndirmə üsulu ilə 

işləyən iki sobanın istismarının davam etdirilməsi 

haqda tədqiqatlar aparır. Bu variant Azərbaycanda 

sement tistehsalına  olan tələbatın təmin edilməsi 

baxımından düşünülmüşdür və nəmləndirmə üsulu ilə 

işləyən iki sobanın ekoloji göstəricilərinin 

təkmilləşdirilməsini nəzərdə tutacaq. (Bu variantın 

qəbul olunmasına dair gəti gərar hələ verilməyib. Və 

ona görə  də bu variant aşağıda  göstərilmış Yeni 6 

saylı Yandırma Sobası üzrə Layihənin  əsas 

aspektlərinə  dair    qısa təqdimata daxil edilməmişdir. 

Əgər bu variant seçilərsə “Qaradağ Sement” şirkəti 

müvafiq olaraq əhalini və marağı olan tərəfləri 

məlumatlandıracaqdır).  

 

Sonuncular yeni sobada istehsal başladıqdan 



sonra istismardan çıxarılacaqdır. 

Yandırma sobalarında emal edilmiş əhəng daşı 

“klinkerə” çevrilir, buda sementin əsas 

komponentidir. 6 saylı Sobanın işə salınması ilə 

klinker istehsalı gücünü əhəmiyyətli dərəcədə 

yəni mövcud 2600 t/sut-dan 4000 t\sut-dək 

artırılmasına və bununla yerli bazarda sementə 

artmaqda olan daxili təlabatın ödənilməsinə 

xidmət edəcəkdir. 

Köhnə sobaların yeni quru üsul texnologiyası ilə 

işləyən ən müasir soba ilə əvəz olunması 

zavodun ekoloji göstəricilərinin (xüsusilə havaya 

buraxılan tozun), istehsalatın effektliliyinin və 

buraxılan məxsulun həcminin əhəmiyyətli 

dərəcədə artırılmasına imkan verəcəkdir. 

Əhəngdaşı klinker istehsalı üçün əsas xammal 

materialıdır. Hal-hazırda istehsalatda bu 

xammala olan tələbat sement zavodundan aralı 

yerləşən açıq sahədə kubik daşı istehsalı ilə 

məşğul olan karxanaların tullantılarından istifadə 

olunur. Layihə üzrə, əlavə olaraq, “Qaradaq 

Sement” şirkəti uzun müddət ərzində daha 

böyük miqdarda əhəngdaşı xammalı ilə təmin 

ediləcəyinə əmin olmaq üçün özünün hazırda 

istifadə etmədiyi və zavoddan dənizdən əks 

istiqamətdə 15 km məsafədə yerləşən 

əhəngdaşı karxanasını (Şahqaya Qərbi) yenidən 

açacaqdır.  

Layihə çərçivəsində karxanalar olan ərazidə 

əvvəllər istismar edilən xammal yükləmə 

stansiyasında yeni daşdoğrayan qurğu 

quraşdırılacaq, hazırda istifadə olunmayan və 

Şahqaya Qərbi karxanasını zavodla birləşdirən 

dəmir yolu hissəsi isə bərpa olunacaqdır. 

Bu sənədin axırında özündə layihəyə aid 

komponentlərin ümumi görünüşünü əks etdirən 

xəritə təqdim edilmişdir. 

Layihənin təşəbbüskarı 

“Qaradağ Sement” ASC 1999-cu ildə Sahil 

qəsəbəsindəki Sement Zavodunu 

özəlləşdirdikdən sonra sement istehsalına 

başlayıb. Hal-hazırda “Qaradağ Sement” ASC-

nin səhmlərinin 69,4 % İsveçrənin sement 

istehsalı ilə məşğul olan Holcim Ltd şirkətinə 

məxsusdur, 10% - Dövlətə məxsus olan 

Azərbaycan İnvestisiya Şirkətinə, 10% - Avropa 

Yenidənqurma və İnkişaf Bankına, qalan 10,6% 

isə ayrı-ayrı səhmdarların payını təşkil edir. 

Holcim Şirkətlər Qrupu sement zavodlarının 

yaradılması və müvəffəqiyyətlə idarə edilməsi 

üzrə təcrübəsi ilə tanınmışdır. Şirkətin əsası 

1912-ci ildə qoyulmuşdur və indi o 70 ölkədə 

yerləşmiş olan təxminən 150 sement və üyütmə 

zavodlarını idarə edir. 



Layihə haqqında məlumat – Qaradağ Sement Zavodu 

QURU ÜSULLA SEMENT İSTEHSALI ÜÇÜN 6 SAYLI YENİ YANDIRMA SOBASI 

 

 

Q



ARADAĞ 

S

EMENT 



ASC  

S

ƏH



.

 

3 ERM/AETC 



Layihəyə olan ehtiyac 

Azərbaycanda sement bazarı 2003-cü ildən bəri 

inkişaf edir və bu inkişafın ölkənin ÜDM-nın 

proqnozlaşdırdığı artım ilə əlaqəli şəkildə surətlə 

davam edəcəyi gözlənilir. Belə ki, 2007-ci ildə 

sementə olan illik tələbat 3,2 milyon ton 

olmuşdu. 

“Qaradağ Sement” zavodu Azərbaycanda 

sement klinkerinin yeganə istehsalçısı və həm 

də sement istehsal edən ən iri zavoddur. 2007-ci 

ildə zavodda təxminən 1,3 milyon ton sement 

istehsal edilmişdir. Hazırda işləyən yandırma 

sobalarının istehsal gücü məhdud olduğundan 

bu qədər sementi istehsal etmək üçün “Qaradağ 

Sement” şirkəti əlavə klinker idxal etməli 

olmuşdu. 6 saylı Yandırma Sobası işə 

düşdükdən sonra klinker istehsalının artırılması 

zavodun mövcud üyütmə imkanlarından özündə 

istehsal olunan klinkerin hesabına tam istifadə 

edilməsinə şərait yaradacaqdır. Gələcəkdə 

zavodun özündə ildə 1,2 milyon ton klinker 

istehsal olunmasına əsaslanaraq, sement 

istehsalı ildə təxminən 1,7 milyon ton olacaqdır. 

Layihənin Hazırlanması Statusu  

Holcim Şirkətinin Planlaşdırma Məsələsinə 

Yanaşması 

Layihə üzrə planlaşdırma, tikinti və istismar işləri 

ən yaxşı beynəlxalq təcrübəyə, Holcim şirkətinin 

ətraf mühitin mühafizəsinə dair qaydalarına, 

AYİB-nin ətraf mühit barədə siyasətinə, Davamlı 

İnkişaf üzrə Peşəkarların Ümumdünya Peşəkar 

Şurasının (DİPÜŞ) sement sənayesi üçün 

işlətdiyi qaydalara əsaslanacaq.   

Hal-hazırda “Qaradağ Sement” şirkəti 6 saylı 

yeni Yandırma Sobasının tikintisinin 

razılaşdırılması üçün müvafiq sənədlərin 

hazırlanmasına başlamışdır. Nəzərdə tutulan 

layihə üzrə ilkin məlumat Respublikanın 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) 

təqdim olunmuşdur. 

Layihənin həyata keçirilməsi qrafiki 

Layihənin tətbiqi üçün aşağıdakı ilkin qrafik 

nəzərdə tutulur: 

 

Mərhələ 



İlkin Qrafik 

Layihənin razılaşdırılması   2008-ci ilin ortası 

Tikinti işlərinin başlaması 2008-ci 

ilin 


sonu 

Yeni yandırma 

sobasından istifadə 

etməklə klinker 

istehsalının başlanması  

2011-ci ilin II-ci 

rübü 

 

Layihənin Təsviri 



İstehsalat prosesi və Texnologiya  

Quru xammalı yandırma uzrə yeni 6 saylı soba 

nəmləndirilmiş xammalın bişirilməsi üçün 

mövcud dörd sobanı əvəz edəcəkdir. Quru 

xammalın bişirilməsi prosesi beynəlxalq aləmdə 

müasir texniki səviyyəyə uyğun olub 

nəmləndirilmiş xammalın bişirilməsi prosesi ilə 

müqayisədə bir sıra üstünlüklərə, o cümlədən, 

enerji sərfinin daha yüksək effektivliyinə və 

havaya buraxılan tullantıların (xüsusilə narın 

hissəciklərin, yəni tozun) azalmasına malikdir. 

Layihənin Xarakter Əlamətləri 

Qurğuların Yerləşəcəyi Ərazi 

Layihədə nəzərdə tutulmuş Yandırma Sobası və 

başqa qurğular əsas etibarı ilə zavodun hazırkı 

ərazisində quraşdırılacaqdır bu isə ümümilikdə 

52 hektar ərazini əhatə edir (zavodun hazırkı 

ərazisinin hüdudlarının bilavasitə onun 



mövcud tikililərinə bitişik kıçik  sahələrin 

(təxminən~7,5 hektar) əlavə olunması hesabına 

düzləşdirilməsi nəzərdən keçırılır).  

Ölçülər 

6 Saylı yeni Yandırma Sobasının qurğuları 

hazırda zavodda hündürlükləri 65 m olan üç 

bacası ilə müqaisədə bir qədər hündür 

olacaqdır. Onun təqribən 132 m hündürlüyü olan 

ilkin qızdırıcı / ön kalsinasiya qurğuları qulləsi və 

atılmalar üçün təqribən 140 m hündürlükdə 

yeganə bacası olacaqdır. Tikiləcək başqa yeni 

qurğuların (yəni xammal və klinker anbarları, 

habelə üyüdücülərin) hündürlüyü bir qayda 

olaraq zavodun mövcud tikililərinin hündürlüyü 

ilə eyni olacaqdır. 



Zavoda Giriş 

Yük maşınlarının zavoda giriş və çıxış yollarının 

bir-birindən ayrılmasına şərait yaratmaq üçün 

zavod ərazisinin cənub sərhəddində ikinci bir 

darvaza qurulacaqdır. Bu, girişdə olan yol 

tıxaclarını azaldacaq və nəqliyyatın zavod 

daxilində hərəkətinin təhlükəsizlik baxımından 

daha yaxşı idarə olunmasını təmin edəcəkdir. 




Layihə haqqında məlumat – Qaradağ Sement Zavodu 

QURU ÜSULLA SEMENT İSTEHSALI ÜÇÜN 6 SAYLI YENİ YANDIRMA SOBASI 

 

 

Q



ARADAĞ 

S

EMENT 



ASC  

S

ƏH



.

 

4 ERM/AETC 



Yanacaq 

Nəmləndirmə üsulu ilə işləyən mövcud 

Yandırma sobaları təbii qazla işləyir. Yanacaq 

bazarında gələcəkdə baş verə biləcək hər hansı 

dəyişikliklərdən (əlçatan olması və qiymət 

baxımından) habelə Azərbaycanın qaz ixracı 

üzrə strategiyasından asılı qalmamaq məqsədi 

ilə 6 saylı yeni Yandırma Sobasının texniki 

xüsusiyyətləri seçilərkən onun müxtəlif yanacaq 

növləri ilə istismar edilə biləcəyi nəzərdə 

tutulmuşdur. Gözlənildiyinə görə sobanın 

istismarı idxal olunan daş kömür, yaxud da neft 

koksundan (üstünlüyün yerli neftayırma 

zavodlarından alınana vermək şərti ilə) istifadə 

etməklə və eləcə də təbii qazla həyata keçirmək 

mümkündür. 

Odur ki, daş kömürün saxlanması üçün qapalı 

anbar, daş kömür üyüdücüsü və üyüdülmüş 

kömür bunkeri layihənin tərkibinə yeni 

komponentlər kimi daxil edilmişlər. Bərk yanacaq 

növlərin istifadə edilməsi üçün əlavə qəbul etmə 

və saxlama qurğuları tələb olunur. Daş kömür 

tozunun ətrafa yayılmasının qarşısını almaq 

məqsədi ilə üyüdücülərin çıxışı torbalı filtrlərlə 

təchiz olunacaqdır. Bərk yanacaq növlərinin 

yandırılması nəticəsində tullantı və ya kül əmələ 

gəlməyəcək, çünki onlar klinkerə qatılaraq, 

xammal kimi istifadə ediləcəklər. 

Quru üsulla işləyəcək 6 Saylı yeni Yandırma 

Sobasının işə salınması ilə zavodda sement 

istehsalının 50%-dən çox artmasına 

baxmayaraq bu, yalnız elektrik enerjisinə olan 

tələbatın artmasına gətirib çıxaracaq. 

Nəmləndirmə üsulundan quru usul 

texnologiyasına keçməklə klinkerin istehsalı 

üçün tələb olunan istilik enerjisinin xüsusi çəkisi 

əhəmiyyətli dərəcədə 50%-ə qədər endiriləcək 

(istehsal edilmiş klinkerin hər 1 kq üçün 6369 

kC-dan 3200 kC-ə qədər). Digər tərəfdən 

nəmlənmə prosesindən quru prosesə keçməklə 

(xammalın nəmləndirilməsi ilə suspenziya halına 

çevrilməsinin daha çox elektrik enerjisi tələb 

edən üyüdülməsi ilə əvəz edilməsi) sərf olunan 

elektrik enerjisinin xüsusi çəkisi 16% olaraq 

(sementin hər 1 t üçün 81 kVts–dan 94 kVts-a 

qədər), habelə kömürün üyüdülməsi ilə 

nəticələnən yanacağın qazdan kömürə 

keçirdilməsinə görə bir az artacaq. 



İşlənmiş Qazların Atılmalarına Nəsarət 

Müəssisənin özəlləşdirilməsindən sonra 

atmosferə toz halında buraxılan tullantıların youl 

verilən həddə qədər azaldılması məqsədi ilə 

mövcud sobalarda quraşdırılmış elektrostatik 

filtrlər təmir edilmiş də təkmilləşdirilmişdilər. 

Lakin hələ bu günə qədər zavodun fəaliyyəti 

nəticəsində o, yaranan toz emissiyaları üzrə 

ərazidə əsas mənbə kimi qalmaqdadər və 

sobalardan çıxan tüstü yenə də çox uzaqdan 

görsənir.  

Müəssisənin yeniləşdirilməsi ilə toz yaradan 

mənbələrdən, xüsusi ilə 6 saylı yeni yandırma 

sobasınin ilkin qızdırıcısı və barmaqlıqlı 

soyuduculardan çıxan tozlu hava yüksək 

effektivliyə malik olan torbalı filtrlərdən keçərək 

təmizlənəcək və beləliklə toz atılmaları 

azaldılacaqdır. Yandırma sobasından çıxan azot 

oksidi emissiyalarının ümumi miqdarı azot 

okcidlərinin aşağı səviyyədə əmələ gəlməsi ilə 

səciyyələnən odluqlardan və selektiv qeyri-

katalitik reduksiya (SQKR) hopdurucularından 

istifadə etməklə azaldılacaqdır. 

Ümumiyyətlə atmosferə buraxılan atılmalar üzrə 

vəziyyət yeni sobanın inşası ilə əhəmiyyətli 

dərəcədə yaxşılaşdırılacaq: 

 

Parametr Emissiyalar 



(mq/m³) 

 Hazırkı 

yandırma 

sobaları 

6 Saylı yeni 

yandırma 

sobası 

Toz 


170 – 230 

30-dan az 

Azot oksidləri 

(NOx) 


 

400 – 900 

 

500-dən az 



 

Hal-hazirda zavodda çoxlu sayda açıq saxlama 

yerləri mövcuddur və onlar tozun əmələ gəlməsi 

ehtimalını artırır. Zavodun yeniləşdirilməsi 

çərçivəsində yaranacaq qapali saxlama 

vasitələrin istifadə edilməsi küləyin toz 

qaldırması ehtimalını azaldır. 

Atmosferə buraxılan hər növ tullantılar 

Azərbaycan Respublikası və beynəlxalq 

standartlar daxilində saxlanacaqdır. 



Atmosferə Buraxılan CO

2

 Emissiyaları  

Sement zavodunun karbon qazı (CO

2

) üzrə 


emissiyalarının ümumi həcmi klinker istehsalının 

50 %-dən çox artmasına baxmayaraq cəmisi 

40 % artacaqdır (yəni hazırda ildə 739000 t-dan 

1,03 mln.t-a qədər). 

Yeni texnologiyanın tədbiq olunmasına 

baxmayaraq istehsal olunacaq sementin hər 1 t 




Layihə haqqında məlumat – Qaradağ Sement Zavodu 

QURU ÜSULLA SEMENT İSTEHSALI ÜÇÜN 6 SAYLI YENİ YANDIRMA SOBASI 

 

 

Q



ARADAĞ 

S

EMENT 



ASC  

S

ƏH



.

 

5 ERM/AETC 



CO

2

 emissiyaların xüsusi çəkisi yalnız 1 % 



azalacaq, bu da yanacaq kimi qazın əvəzinə daş 

kömürün istifadə edilməsi ilə əlaqədərdir. Tam 

istismara keçməyin birinci ili (2013) üçün CO

2

 



emissiyalarının hesablanmış xüsusi çəkisi 

sementin hər 1 t-u üçün 587 kq təşkil edir bu da 

müqaisə üçün hazırda 594 kq bərabərdir. 

Su Təchizatı 

Hazırda nəm üsulla aparılan sement 

istehsalında xammalın nəmləndirilməsi üçün ildə 

600000 m


3

 su tələb olunur. Hal-hazırda bu 

məqsədlə Sahil qəsəbəsində yerləşən 

təmizləyici qurğulardan alınan təmizlənmiş 

çirkab suları istifadə olunur. Quru üsulla aparılan 

sement istehsalı zamanı xammalın sobaya 

yönəldilməsindən əvvəl hazırlanması üçün suya 

ehtiyac olmadığlndan, gələcəkdə suya olan bu 

tələbat aradan götürüləcəkdir. Halbuki suyun 

avadanlığın və atılan qazların soyudulması üçün 

istifadə edilməsi isə davam etdiriləcəkdir. 

Təmizlənmiş suların müasir avadanlığın texniki 

tələblərinə cavab vermədiyini nəzərə alaraq bu 

məqsədlə suyun ictimai su təchizatı boru 

kəmərindən götürüləcəkdir. Bundan başqa su 

əsasən məişət və təmizlik məqsədi üçün tələb 

olunacaqdır. Şirin suların ekoloji baxımdan 

səmərəli istifadəsini təmin etmək üçün layihədə 

nəzərdə tutulmuş dövrü su sisteminin tətbiqi 

avadanlığın soyudulmasına istifadə edilən suyun 

illik tələbatını 30000 m

3

 qədər azaldılmasına 



imkan verir. Bütövlükdə yeniləşdirilmiş zavodun 

ümumi su tələbatı ən yüksək göstəricisi saatda 

85 m

3

 olmaqla ildə 190000 m



3

 olacaqdır.  



Çirkab Sularının Axıdılması 

Hal-hazırda olduğu kimi zavodun 

yeniləşdirilməsindən sonra burada yalnız 

kanalizasiya şəbəkəsi vasitəsi ilə Sahil 

qəsəbəsinin təmizləyici qurğularına axıdılacaq 

məişət və təmizləmədən yaranan çirkab suları 

axımları əmələ gələcəkdir. Axıdılan suların 

keyfiyyət göstəriciləri Azərbaycan 

qanunvericiliyinin tələblərinə və beynəlxalq 

standartlara uyğun səviyyədə saxlanacaqdır.  



Bərk tullantılar 

Adətən sement zavodlarında əmələ gələn bərk 

tullantılar növ tərkibinə görə az olur. Hal-hazırda 

qəbul olunmuş təcrübəyə uyğun olaraq 

yeniləşdirilmiş zavodda əmələ gələn tullantılar 

müvafiq lisensiayası olan şirkətlər tərəfindən 

müqaviləyə əsasən zərərsizləşdirilir. 

Küy 

Hal-hazırda zavodun fəaliyyəti yaxınlıqda 

yerləşən Sahil qəsəbəsində əhamiyyət kəsb 

edən küy təsiri göstərmir. Yeni 6 saylı Yandırma 

Sobasının istismarından yaranan küy təsiri 

yaxınlıqda yerləşən Sahil qəsəbəsində 

beynəlxalq aləmdə qəbul olunmuş gündüz vaxtı 

45 dB(A) və gecə vaxtı 40dB(A) səviyyələrini 

aşmayacaqdır. Küy əmələ gətirən avadanlıq 

lazım gələrsə səs boğucuları və ya səsi əks 

etdirən ekranlarla təchiz olunacaqdır.  

Xammal Təchizatı 

Tikinti daşı istehsal edən karxanaların 

əhəngdaşı tullantılarından mümkün olacaq 

qədər (yəni keyfiyyət və qiymət cəhətdən) 

istifadə ediləcəkdir. Əlavə olaraq əhəngdaşı 

təminatı (təqribən zavodun tələbatının 35%) 

“Qaradaq Sement” şirkətinə məxsus, Sovetlər 

vaxtı istismarı dayandırılmış, lakin yenidən 

açılacaq Şahqaya Qərbi karxanasından (~150 

hektar) nəzərdə tutulur. Bu yatağlarda 45-60 

mln.t əhəng daşı ehtiyatı var və onlar 50 il 

ərzində istismar edilə bilər. 

Şahqaya Qərbi karxanasında daş doğrayan 

qurğu, konveyer, xammal anbarı quraşdırılacaq, 

habelə yükləmə stansiyası tikiləcək.  

Şahqaya Qərbi karxanasını mövcud yükləmə 

stansiyası ilə birləşdirən və İstismarı 

dayandırılmış dəmir yolu yeniləşdiriləcək. 

Zavodun hazırkı qil karxanası (hazırda istismarı 

12,3 ha ərazini əhatə edir, 24 ha isə 

ehtiyatdadır) uzunmüddətli təminat üçün 

kifayətdir. 

Özəlləşdirmə Müqaviləsinə əsasən Şahqaya 

Qərbi karxanasından cənuba doğru yerləşən 

Karvansara əhəng daşı yatağının (təhminən 120 

ha ərazini əhatə edir) işlənilməsi hüququ 

həmçinin “Qaradağ Sement” zavodunun 

ixtiyarındadır.  



Tikinti Mərhələsi 

Yeni yandırma sobasının quraşdırılması ilə birgə 

əlavə tikililər, qurğular, yeni yollar və 

infrastruktura aid başqa obyektlər inşa 

olunacaqdır.  

Tikinti işlərinə başlamazdan öncə sahənin 

hazırlanması üçün Sovetlər vaxtı sahədə 

yerləşdirilmiş sobalardan çıxan sement tozu və 

inşaat tullantıları kənarlaşdırılmalıdır, 

istismardan çıxarılmış və istifadə olunmayan 

tikililər və özüllər (o cümlədən 5 saylı Yandırma 



Layihə haqqında məlumat – Qaradağ Sement Zavodu 

QURU ÜSULLA SEMENT İSTEHSALI ÜÇÜN 6 SAYLI YENİ YANDIRMA SOBASI 

 

 

Q



ARADAĞ 

S

EMENT 



ASC  

S

ƏH



.

 

6 ERM/AETC 



Sobasından qalmış) sökülməli, sahə bir qədər 

hamarlanmalıdır. 

Tikinti işləri küyün və havaya buraxılan 

çirkləndiricilərin, o cümlədən tozun, ətrafa 

yayılması kimi (məs. payaların yerə vurulması, 

avtomobillərin hərəkəti nəticəsində) 

narahatlıqlarla müşahidə edilə bilər. 

Zavod ərazisindən kanarda görüləcək işlər 

sırasında karxanaya gedən avtomobil yolunun 

və köhnə dəmir yolunun bərpası, daş doğrayan 

qurğunun quraşdırılması və karxananın 

yaxınlığında yükləmə stansiyasının tikilməsi 

nəzərdə tutulmuşdur.  

Məşğulluq və Kadr Siyasəti  

Tikinti mərhələsi 

Layihə üzrə tikintinin həyata keçirilməsi 

məşğulluğa və yerli bisnesə müsbət təsirlər 

göstərəcəkdir. Gözlənildlyinə görə tikinti 

mərhələsində podratçılar tərəfindən müvəqqəti 

olaraq böyük sayda işçi qüvvəsinin cəlb edilməsi 

(tələbatın ən yüksək məqamında 600-800 nəfər 

arası) nəzərdə tutulur. Eyni zamanda xaricdən 

işə cəlb edilənlərin sayının minimum səviyyədə 

saxlanılmasına üstünlük veriləcəkdir. 

Hesablamalara görə mexaniki və elektrik 

quraşdırma işlərində burada təqribən 200-ə 

qədər Üçüncü Ölkə Vətəndaşlarından ibarət 

işçilər ola bilər. Ehtimal olunur ki, fəhlə 

düşərgəsinin salınmasına ehtiyac olmayacaqdır, 

çünki bu regionda yaşayanların arasından 

kifayət qədər işçi qüvvəsi cəlb edilə bilər və 

onların iş yerinə gəlib-getməsi üçün nəqliyat 

imkanları vardır. Tikinti meydançasında 

sanitariya qurğuları, yeməkxana və səhiyyə 

xidmətlərinin təşkili nəzərdə tutulacaq. 

Qurğuların İstismarı 

Şirkətin şəxsi heyətinin, xüsusən də texniki 

işçilərinin peşəkarlıq səviyyəsinin artırılması 

üçün layihə çərçivəsində əhəmiyyətli investisiya 

qoyulacaqdır. Şəxsi heyəti tələb olunan 

peşəkarlıq səviyyəsinə gətirmək məqsədi ilə 

texniki işçilər üçün daxili, yəni iş yerində həyata 

keçirilən təlim dərsləri və quru üsulla sement 

istehsal edən yandırma sobalarından istifadə 

edilən Holcim şirkətinin başqa müəssisələrinə 

səfərlər təşkil olunacaqdır. 

Ən qabaqcıl texnologiyanin tətbiqi 

məhsuldarlığın artmasına və bunun nəticəsi 

olaraq artıq tələb olunmayan peşələrə aid iş 

yerlərinə lüzum olmamasından son nəticədə 

şəxsi heyətdə ixtisarlara gətirib çıxaracaqdır. 

Sosial təsiri yumşaltmaq üçün Azərbaycan 

Respublikasının əmək qanunvericiliyi ilə nəzərdə 

tutulmuş şərtlərə əlavə olaraq “Qaradaq 

Sement” şirkəti ixtisara məruz qalacaq işçilərə 

hərtərəfli kömək proqramları təqdim edəcəkdir. 

Layihənin faydaları 

“Qaradağ Sement” şirkəti tərəfindən istehsal 

olunan sement Bakıda və Azərbaycanın başqa 

bölgələrində tikinti işlərində istifadə olunacaqdır. 

İstehsal ediləcək məhsulun həcmlərinin 

artırılması ölkədə sement bazarının inkişaf 

etməsinə əhəmiyyətli dərəcədə kömək 

edəcəkdir. Məhsulun nəqli Azərbaycanın dəmir 

yolu və avtomobil yolları şəbəkəsinə birbaşa 

çıxarıla bilməsinə görə asanlıqla həyata keçirilə 

bilər. 

Kubik daşı istehsalından əmələ gələn əhəngdaşı 



tullantılarının istifadə olunması zavodun 

ətrafında yerləşən bu sənaye sahəsinin 

müəssisələrinin ətraf mühitə olan təsirinin 

azalmasına kömək edəcəkdir. 

Ən müasir texnologiyaların tətbiqi atmosferə 

atılmaların azaldılması ilə nəticələnəcəkdir.  

Klinker istehsalının artırılması onun idxalının 

qarşısını alaraq nəqliyat vasitələrindən istifadəni 

azaldacaq, idxal edilmiş klinkerin bir yerdən 

obirisinə keçirilməsi zamanı ərazidə uçan 

maddələrin həcmini endirəcək.  

Bundan başqa layihədən irəli gələn faydalar 

sırasında isçilərin istehsalatda sağlamlığının 

qorunması, təhlükəsizlik texnikası, (o cümlədən, 

daha təmiz iş şəraitinin təmin edilməsi) və social 

sahədə daha qabaqcıl texnologiyanı tətbiq 

etməklə işlərin təkmilləşdirilməsi və işçilərin 

peşəkarlıqlarının artırılması kimi faydalar 

gəzlənilir. 

Ətraf Mühitə və Sosial Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

“Qaradağ Sement” şirkəti hazırda yeni yandırma 

sobasını quraşdırmağa razılaşdırma əldə etmək 

üçün sənəd hazırlayır. Şirkət Ekologiya və Təbii 

Sərvətlər Nazirliyinə (ETSN) təqdim edib layihəni 

ətraf mühitin mühafizəsi baxımından 

razılaşdırılmasından ötrü yerli SRM konsaltinq 

şirkəti ilə layihəyə dair Ətraf Mühitə Təsirin 

Qiymətləndirilməsi (ƏMTQ) hesabatının 

hazırlanması üçün müqavilə bağlamışdır. 




Layihə haqqında məlumat – Qaradağ Sement Zavodu 

QURU ÜSULLA SEMENT İSTEHSALI ÜÇÜN 6 SAYLI YENİ YANDIRMA SOBASI 

 

 

Q



ARADAĞ 

S

EMENT 



ASC  

S

ƏH



.

 

7 ERM/AETC 



Eyni zamanda, Davamlı İnkişaf üzrə 

Ümumdünya Peşəkar Şuranın (DİÜPŞ) 

Sementin Davamlı İstehsalına aid 

Təşəbbüsünün (SDİT) iştirakçısı olan Holcim 

şirkətlər qrupunun, onun partnyoru olan AYİB-

nin və layihənin potensial kreditorlarının 

siyasətindən irəli gələn tələbləri təmin etmək 

üçün, tədqiqatların genişləndirilməsi və daha 

geniş Ətraf Mühitə və Sosial Sahəyə Təsirin 

Qiymətləndirilməsi (ƏMSSTQ) üzrə hesabatın 

hazırlanması üçün əlavə informasiyanın 

toplanması məqsədi ilə “QaradağSement” şirkəti 

Bakıda Azerbaijan Environmental Technology 

Centre (AETC) şırkəti tərəfindən yerli dəstəklə 

başda ERM şirkəti (Frankfurt ofisi, Almaniya) 

olmaqla məsləhətçilər qrupu tutmuşdur. 

ƏMSSTQ Hesabatı Layihənin potensial olaraq 

kredit verəcək banklar və ya digər mümkün 

beynəlxalq maliyyəçilər tərəfindən ətraf mühit və 

sosial sahə cəhətdən qiymətləndirilməsinə 

xidmət edəcək. Layihənin texniki cəhətdən 

işlənilməsi, tikinti və istismar mərhələləri üçün 

ətraf mühitin mühafizəsi və sosial sahə 

baxımından qənaətbaxş olan, habelə həm 

Azərbaycan və həm də beynəlxalq standartlara 

uyğun olan lazımı yumşaldıcı tədbirləri 

müəyyənləşdirən Ekoloji və Sosial Menecment 

Planının əsas müddəaları ƏMSSTQ-də öz əksini 

tapacaq. 

Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə 

Tədqiqatlar 

Layihənin xüsusiyyətlərinə əsaslanaraq 

yeniləşdirilmənin komponentlərinin (zavodun 

ərazisi, nəqletmə infrastrukturu və karxanalar) 

müəyyən edilmiş ətraf mühitə və social/social-

iqtisadi sahəyə göstərə biləcəyi təsirlər üzrə 

aparılmış qiymətləndirilmə ƏMSSTQ 

hesabatında öz əksini tapacaqdır.  

Qiymətləndirilmələr ayrıca olaraq tikinti və 

istismar mərhələləri üçün aparılmaqla, həmçinin 

layihə ilə əlaqədər tikiləcək strukturların ərazidə 

mövcudluğunun təsirini də əhatə edəcəkdir. 

Ərazidə başqa müəssisələrin olmasından habelə 

planlaşdırılmış inkişaf layihələrindən yaranacaq 

təsirləri nəzərə almaq məqsədi ilə kumulyativ 

təsirlərin qiymətləndirilməsi də nəzərdə 

tutulmuşdur. 

Təsirlərin qiymətləndirilməsi üçün milli və 

beynəlxalq standartlara istinad ediləcəkdir. 

Hesabata dahil ediləcək Ətraf Mühitin və Sosial 

Sahənin İdarə Olunması Planının (ƏMSSİP) 

qısa xülasəsində göstərilə biləcək mənfi 

təsirlərin azaldılması üçün nəzərdə tutulmuş 

yumşaldıcı tədbirlər göstəriləcəkdir. Bundan 

başqa ƏMSSİP layihənin həm milli və həm də 

beynəlxalq standartlara uyğun olaraq ətraf 

mühitin mühafizəsi baxımından və social 

cəhətdən qəbul edilə bilən qaydada həyata 

keçirilməsini təmin edəcəkdir. 

ƏMSSTQ prosesi bu sahədə aparılmış 

qiymətləndirmələr üzrə beynəlxalq təcrübənin ən 

yaxşı nümunələrinə əsaslanacaq.  

Qiymətləndirmə və modelləşdirmə aşagıdakı 

məsələlər üzrə aparılacaqdır. 



Atmosferə Atılmaların Modelləşdirilməsi 

Zavodun atmosferə buraxılacaq əsas atılmaları 

toz, azot oksidləri və karbon qazından ibarətdir. 

Ətrafdakı havanın keyfiyyət göstəricilərinin 

gələcəkdə dəyişməsi 6 saylı Yeni Yandırma 

Sobasının istismarından və ilkin durum kimi 

hazırkı əməliyyatlardan olan çirləndırıcılərin 

yerin səthində olan qatılıq səviyyələrinin 

modelləşdirilməsi əsasında 

proqnozlaşdırılacaqdır. 

Bundan öncə adı çəkilmiş maddələrdən başqa 

ƏMSSTQ-də həmçinin ağır metallar və üzvi 

birləşmələr kimi maddələr də nəzərə alınacaqdır. 

Küyün Modelləşdirilməsi 

Zavoddakı gələcək fəaliyyətdən yaranacaq 

küyün qonşu yaşayış məntəqələrinə təsiri səsin 

yayılmasının modelləşdirilməsi vasitəsi ilə 

proqnozlaşdırılacaqdır. Lazım gələrsə, 

modelləşdirmənin nəticələrindən təsirin qanuna 

uyğun səviyyədə və beynəlxalq standartlar 

daxilində saxlanılması məqsədi ilə küyün 

azaldılmasına yönəldilmiş tədbirlərin müəyyən 

edilməsi üçün istifadə olunacaqdır. 



Su Sərfiyyatı və Çirkab Sularının Axıdılması 

ƏMSSTQ hesabatında sudan istifadə növləri, su 

təminatı mənbələri və tullantı sularının axıdıldığı 

qurğular təsvir ediləcəkdir. Suyun keyfiyyəti və 

tullantı sularının tərkibi milli və beynəlxalq 

standartlarla müqayisə ediləcəkdir. 



Flora və Fauna 

Flora və faunanın mövcud vəziyyətinin 

öyrənilməsi üzrə tədqiqatlara asaslanaraq 

Layihənin həyata keçirilməsi zamanı baş verə 

biləcək mənfi təsirlər, xüsusən də daş 



Layihə haqqında məlumat – Qaradağ Sement Zavodu 

QURU ÜSULLA SEMENT İSTEHSALI ÜÇÜN 6 SAYLI YENİ YANDIRMA SOBASI 

 

 

Q



ARADAĞ 

S

EMENT 



ASC  

S

ƏH



.

 

8 ERM/AETC 



karxanaları olan ərazilərdə, 

qiymətləndiriləcəkdir. Zavoddan kənardakı təbii 

mühitə göstərilə biləcək mənfi təsirlərə, məsələn, 

tikinti işlərinin, atmosferə buraxılan atılmaların 

törəyə biləcəyi mənfi təsirlərə baxılacaqdır. 

Mədəni İrs 

ƏMSSTQ hesabatında “Qaradaq Sement” 

şirkətinin sahələrinin ətraflarındakı artıq 

müəyyənləşdirilmiş olan mədəni irs baxımından 

əhəmiyyət kəsb edən sahələrinin icmalı 

veriləcəkdir. Onların Layihə ilə əlaqədar aparılan 

işlərə qarşı (məsələn əhəng daşının çıxarılması 

üçün partlayışların aparılması) həssaslığı təsvir 

ediləcək və göstərilə biləcək təsirlər 

qiymətləndiriləcəkdir. 



Landşafta və Mənzərəyə olan Vizual Təsir  

Zavodun mövcudluğundan yaranan ərazinin 

görünüşündəki dəyişikliklər keyfiyyətcə təsvir 

ediləcəkdir. Bu, fotorealistik modellərdirilmənin 

nəticələri ilə əsaslandırılacaqdır. 

Texniki Alternativlər 

ƏMSSTQ hesabatında Layihənin texniki 

alternativlərəri üzrə ətraf mühitə göstərilə biləcək 

təsirlər də müzakirə ediləcəkdir. Layihə üzrə 

çıxarılmış qərar beynəlxalq standartlar 

baxımından qiymətləndiriləcək. 



Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi 

Sosial sahəyə təsirin qiymətləndirilməsi üzrə 

tədqiqat nəticəsində layihənin təsirinə məruz 

qalacaq əhali qrupları müəyyən ediləcək, 

layihənin social-iqtisadi sahəyə göstərə biləcəyi 

həm mənfi və həm də xeyirli təsirlər təhlil 

olunacaqdır. 

Layihənin göstərə biləcəyi təsirlər ərazinin 

social-iqtisadi baxımdan durumuna istinad 

etməklə qiymətləndiriləcəkdir. Layihənin 

social/social-iqtisadi sahəyə əsas təsirləri bir 

tərəfdən tikinti ilə bağlı işlərdən, digər tərəfdən 

isə yeni sobanın istismarı ilə əlaqədar 

məşğulluğa təsirindən gözlənilir. 

Tikinti dövrü üçün ƏMSSTQ-də müzakirə 

ediləcək əsas məsələlərdən böyük sayda (600-

800 nəfər) inşaatçılara olan ehtiyac / onların 

zavod ərazisində olması və buradan irəli gələ 

biləcək social və iqtisadi təsirlərdir (məsələn, 

fəhlələrə və xidmətlərə tələbatın artması, 

səhiyyə müəssisələrinin işinin çoxalması, xarici 

işçi qüvvəsinin burada olması ilə əlaqədar 

müxtəlif mədəniyyət nümayəndələrin ünsiyyətdə 

olması). Başqa ola biləcək təsirlər bilavasitə 

tikinti işləri ilə bağlıdır (məsələn, toz qalxması və 

küy yayılması, ağır nəqliyyat vasitələrinin 

hərəkətinin artması). 

Layihənin istismar dövrünə keçəcəyi zamana 

gəldikdə isə, məşğulluq sahəsində təsirlər 

ƏMSSTQ-nin diqqət mərkəzində olacaqdır. Həm 

iş yerlərinin itirilməsi və həm də işə cəlb 

olunmanın yeni imkanları qiymətləndiriləcəkdir. 

Qiymətləndirmə təsirə məruz qalacaq ayrı-ayrı 

adamlara / ailələrə göstərilə biləcək birbaşa 

təsirləri, həmçinin təsirə məruz qalacaq əhalinin, 

əsasən çox güman ki, Sahil və Ümid 

qəsəbələrinin əhalisinə göstərilə biləcək təsirləri 

onların sosial-iqtisadi quruluşu kontekstində 

aparılmaqla həyata keçiriləcəkdir. 

Sosial Sahənin İdarəetmə Planında Layihənin 

social sahəyə göstərə biləcək mənfi təsirlərini 

minimuma endirmək üçün yumşaldıcı tədbirlərin 

və layihənin yarada biləcək xeyrini artırmaq üçün 

lazım olan tədbirlərin qısa xülasəsi veriləcəkdir. 

Sosial sahənin idarə edilməsinin planlaşdırılması 

kontekstində “Qaradağ Sement” şirkətinin 

məşğulluq strategiyası, milli məşğulluq 

strategiyası və hazırkı müvafiq social-iqtisadi 

proqramlar nəzərə alınacaqdır. 

Sosial Sahəyə Təsirin Qiymətləndirilməsində 

həm milli, həm də beynəlxalq standartlar və ən 

yaxşı təcrübə nəzərə alınacaqdır. 



Layihənin Açıqlanması və İctimaiyyətlə 

Məsləhətləşmələrin Keçirilməsi 

Layihənin açıqlanması və İctimaiyyətlə 

Məsləhətləşmələrin keçirilməsi ƏMTQ 

prosesinin əsas mərhələlərindən biridir. Bu 

ictimaiyyətə və bütün təsirə məruz qalan və ya 

əlaqəsi olan şəxslərə, müəssisə və ya 

təşkilatlara öz münasibətlərini, iradlarını və 

təkliflərini bildirmək imkanı verir. “Qaradağ 

Sement” şirkəti bu layihə üçün qəbul edilmiş 

siyasət kimi və ən yaxşı beynəlxalq təcrübəyə 

arxalanaraq məlumatın açıqlanması və 

məsləhətləşmə imkanlarını maraqlı olan tərəflərə 

və ictimaiyyətə könüllü surətdə təklif edir. 

“Qaradağ Sement” şirkəti məsləhətçilər vasitəsi 

ilə layihənin hazırlanması zamanı maraqlı olan 

tərəflərlə məsləhətləşmələr aparacaqdır.  

Xülasə də daxil olmaqla ƏMSSTQ sənədinin 

ilkin variantı ictimaiyyət üçün açıqlanacaq, 

ƏMSSTQ-nin Yekun variantında isə 

məsləhətləşmələr zamanı irəli sürülmüş iradlar 




Layihə haqqında məlumat – Qaradağ Sement Zavodu 

QURU ÜSULLA SEMENT İSTEHSALI ÜÇÜN 6 SAYLI YENİ YANDIRMA SOBASI 

 

 

Q



ARADAĞ 

S

EMENT 



ASC  

S

ƏH



.

 

9 ERM/AETC 



və təkliflər nəzərdən keçiriləcəkdir. Layihə üzrə 

Sahil qəsəbəsində Açıq Qapı tədbiri də 

keçiriləcəkdir ki, burada “Qaradağ Sement” 

şirkətinin nümayəndələri və məsləhətçilər 

məlumat verəcək və suallara cavab verəcəklər. 

Layihəni Irəli Sürən Tərəfin Öhdəliyi 

“Qaradağ Sement” şirkəti tərəfindən Layihənin 

qəbul edilməsi və həyata keçirilməsi zamanı 

maraqlı olan tərəflərin narahatlığına səbəb olan 

məsələlər üzrə irəli sürülmüş irad və təkliflərə 

diqqətlə baxılması nəzərdə tutulur. 

Ətraf mühitin mühafizəsi məsələsi baxımından 

“Qaradağ Sement” şirkəti Layihə üzrə Ekologiya 

və Təbii Sərvətlər Nazirliyinin (ETSN) müəyyən 

etdiyi şərtlərə tam əməl edəcəkdir. 

 

 

Ərazidə Layihənin Ümumi Görünüşü Xəritəsi 

 

Məlumat almaq üçün aşağıdakı şəxslərə müraciət etmək olar: 

“Qaradağ Sement” ASC 

Sahil qəsəbəsi, Səlyan şossesi, 

 

Cənab Nəriman Mantaşov 



KTSQTTƏMMM üzrə Menecer 

Tel.: (994 12) 441 88 88 / əlavə 591 

Fax: (994 12) 446 18 81 

E-mail: 


Nariman.Mantashev@garadagh.com

  

http://www.garadagh.com/



  

 

 



 

Xanım Rəna Tahirova 

Əlaqələr və Korporativ Sosial  

Məhsuliyyət üzrə Menecer 

Tel.: (99412) 441 88 88 / əlavə 519 

Fax: (99412) 446 18 51 

E-mail: 

rena.tahirova@garadagh.com

  

 

Cənab Kamran Abbasov 



Marketinq üzrə Menecer 

Tel.: (994 12) 441 88 88 / əlavə 550 

Fax: (994 12) 446 18 81 

E-mail: 


kamran.abbasov@garadagh.com

 

Yüklə 130,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə