Microsoft Word cavablar resm-1 az doc



Yüklə 195,34 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix08.12.2017
ölçüsü195,34 Kb.
#14847
1   2   3   4   5   6   7

Sual 16. NATÜRMORTUN ISLƏNMƏS N N 3 – 4 - CÜ MƏRHƏLƏSI 

 

Üçüncü  mərhələ:  əşyanın  konstruktiv  təhlil  forması  və  müstəvi  üzərində 

perspektiv  təsvirinin  quruluşu;  Formanın  konstruktiv  quruluşuna  əşyanın  müstəvi 

üzərindəki  həm  gözlə  görünən,  həm  də  görünməyən  həcmini  aydın  çəkməklə 

başlayın,  başqa  sözlə  desək,  rəsmdə  təsvir  şəffaf  əşyalarınkı  kimi  alınmalıdır. 

Əş

yaların  konstruktiv  əsasını  qeyd  edib,  onların  perspektiv  qanunlara  uyğun 



çəkildiyini  diqqətlə  yoxlayın.  Unutmayın  ki,  ətraf  mühiti  çəkərkən  perspektivdə  iti 

bucaqlara  yol  vermək  olmaz.  Yoxsa  çevrənin  deyil,  oxun  təsviri  alınacaq. 

Perspektivdə ətraf mühiti də müstəvidəki kvadrat kimi qurmaq lazımdır. Perspektivdə 

kvadrat  çəkin  və  onu  yarıya  bölün.  Nəzərdə  tutun  ki,  rəsmdə  kvadratın  sizə  yaxın 

hissəsi böyük, uzağı isə kiçik olacaq.  

Bir  əşyanm  bünövrəsinin  digəri  ilə  uyğunlaşdırılmasına  yol  verilməməlidir. 

Bir  qrup  əşyaların  təsvirini  qurarkən,  müstəvi  üzərində  onların  yerləşməsini  dəqiq 

təsəvvür etmək lazımdır. Bunun üçün natürmorta yuxarıdan baxın və aydın olacaq ki, 

müstəvi üzərində əşyalarm binövrələri necə yerləşir, onların arasında məsafə necədir, 

sonra isə bu müstəvinin çəkilişini perspektivdə təsvvür edin. Bunu unudaraq, bır çox 

rəsmə başlayan rəssamlar əşyalar arasındakı məsafəni verə bilmirlər və öz səhvlərinin 

harada  olduğunu  bilmədikləri  üçün  rəsmı  çirklətməyə  başlayır,  belə  fıkırləşirlər  ki, 

onu  ton  vasitəsilə  düzəltmək  olar.  Həcm-konstruktiv  qurmanı  etdıkdən  sonra  işıq, 

kölgə və yarımtonun sərhədlərini qeyd etmək vacibdir. 



Dördüncü  mərhələ:  rəsmin  tonallıqla  aydın  çəkilməsi,  həcmin  işıq-  kölgə 

vasitələri  ilə  aşkarlanması;  Əvvəl  karandaşla  kağıza  ehmallı  toxunmaqla,  əşyalara 

kölgə salın. Bu sizə əşyanın kütlə əsasını aydm görməyə köməklik göstərəcək, təbii 

ki, əşyalar arasındakı tənasüb nisbətini bir daha yoxlamağa ımkan verəcək. Belə ki, 

xətli  rəsmdə  əşyaların  həcmi  lazımi  dərəcədə  aydın  oxunmur  və  ona  görə  də  səhv 

buraxıla bilər. Sonra yarımkölgələri qoyun, kölgələri gücləndirin və ton ilə əşyalardan 

düşən  kölgələri  təsvir  edin.  Bunu  edərkən,  cizgilər  əşya  müstəvisinin  forması  üzrə 

qoyulmalıdır.  Çəkilənin  düzgünlüyünü  yoxlayıb,  hər  bir  əşyanın  formasının  dəqiq 

işlənməsinə keçin. 

 



Sual 17. NATÜRMORTUN  ŞLƏNMƏS N N 5-CI MƏRHƏLƏS  

 

Beşinci mərhələ: formarıın ətraflı işlənməsi. 

Rəsm tonda saxlanılsın deyə formanı ətraflı öyrənərkən əşyada ən işıqlı və ən 

tünd  yerləri  tapıb  rəsminizdə  qeyd  edin.  Onları  tapmaq  asan  olsun  deyə  naturaya 

baxarkən gözünüzü qıyın. Rəsm üzərində bu iki nahiyəni müəyyənləşdirdikdən sonra 

hər bir əşyanın tonallığını öyrənmyə keçin - ən açıq yarımtondan ən tündə doğru. 

Ayrı - ayrı əşyaların işıq - kölgələrini öyrənərkən işıqlanmanın xüsiyyətlərinə 

diqqət yetirmək və həcmin düzgün verilməsinə çalışmaq lazımdır. Əgər siz bir əşyaya 

məsəslən,  səhəngə  baxırsınızsa,  onun  sol  hissəsinin  yuxarı  işıqlı,  sağının  isə  tünd 

olduğunu  görəcəksiniz.  Onda  ən  işıqlı  hissə  işıq  zolağıdır.  Əşyanın  üzərindəki 

dairəvilik artdıqca işıq zolağının ətafındakı işıq tədricən heçə enir və kölgə hissəsinə 

keçir. Kölgəli hissə eyni cür deyil.  

Ə

n  dərin  kölgə  əşyanın  görünən  kənarında  deyil,  kölgəli  hissənin  ortasında 



yerləşir,  o  halda  ki,  əşyanın  kölgəli  kənarı  reflekslə  işıqlanıb,  başqa  sözlə  desək,  o 

başqa əşyalardan əks olunmuş işıqla işıqlanıb. Refleks təsvir olunarkən onu çox açıq 

rənglə rəngləmək məsləhət görülmür. O həmişə əşyanm işıqlı hissəsindən tünddür. 

Formanın  ətraflı  öyrənilməsi  zamanı  rəsmin  ümumi  tonallıq  ahəngi  pozula 

bilər. Bu rəssamı çaşdırmamalıdır. Rəsmi pozmaq lazım deyil. Başqa əşyaya keçmək 

məsləhətdir, onu aydm çəkib, rəsmin ümumi vəziyyətinə baxmaq lazımdır. Əgər rəsm 

tonda  düzəlməyə  başlayırsa,  o  halda  iş  həmin  tərzdə  davam  etdirilməlidir.  Detal 

üzərində  uzun  müddət  işləmək  lazım  deyil,  bu  halda  dərk  etmə  kəskinliyi  itir, 

başqasına,  yanında  olan  hissəyə  keçmək  lazımdır.  şin  əvvəlində  görülənə 

qayıdarkən, çatışmamazlığı asanlıqla görmək mümkündür.  

Beləcə bütün iş boyu, bir yerdən digərinə keçərkən, ümumiliyə can atmadan 

bütün  fıquru  göz  önündə  saxlayın,  detala  diqqət  yetirin,  onu  ümumiləşdirmək  çətin 

deyil. 

 

 

 

 



Sual 18. NATÜRMORTUN  ŞLƏNMƏS N N 6-CI MƏRHƏLƏS  

 

Altıncı mərhələbütün görülən işə yekun vurmaq.  

Son mərhələdə baxin ki, ayrı - ayrı əşyalar həddən artıq qara çəkilib, tonuna 

görə  rəsmin  ümumi  vəziyyətindən  çıxmasınlar.  Reflekslərin  gücünü  yoxlayın,  öz 

rəsminizə  gözlərinizi  qıyaraq  baxın  və  onların  işıq  dərəcəsini  düzgün  vermək 

bacarığınızı  yoxlayın.  Müxtəlif  növlü  materialları  —  şüşə,  bürünc,  gips  və  s.  əlavə 

etməklə sonra daha mürəkkəblərini qoymaq olar. Narürmortu yalnız karandaşla deyil, 

başqa materiallarla - kömürlə, tuşla, bir rəngli akvarel rəngi ilə və yağlı rənglərdə də 

yerinə yetirmək olar. 

Daha  mürəkkəb  natürmortları  yerinə  yetirərkən  dranirovka  rə  lərinə  xüsusi 

diqqət yetirmək lazımdır. Dranirovka natürmortda ya fon deyil həm də digər əşyalar 

kimi  kompozisiya  elementidir.  Oduı  onları  da  digər  əşyalar  kimi  diqqətlə  çəkmək 

lazımdır. 

Drapirovka  qarışıqları  müxtəlif  formalı  həcmə  malikdirlər  və  işıqlanma 

xüsusiyyətləri materialın keyfıyyətindən asılıdır. Məxmər,  yun işıqkölgə keçidlərinə 

qarşı çox sakit və yumşaqdırlar.  pək, çit kiçbr formalarla xırdalanaraq bucaqlardan 

sınırlar və işıqdan kölgəyə keçidləri kəskin olur. 

Onların xüsusiyyətlərini öyrənmək üçün ayrıca rəsmlər etmək xeyirli olar. 

Natürmort  quruluşuna  yeni  məzmun  əlavə  edərkən,  qarışıqların  tökülən 

ritmini  quraluşun  əşyaları  ilə  əlaqələndirin.  Qarışıqların  istiqaməti  əşyaların 

formalarını təkrar etməməlidir.  

Ə

gər siz hündür güldan qoyursunuzsa, bu halda bəzəyin qarışığı şaquli deyil, 



başqa hər hansı bir bucaqla istiqamətləndirilməlidir. 

Natürmortu  öyrəmək  üzərində  diqqətlə  və  ardıcıllıqla  işləməklə  tədricən 

məsələni mürəkkəbləşdirməklə, siz sonra adam başı, digər sözlə desək portreti və  ya 

müəyyən fıquru çəkərkən lazım olacaq biliyi və vərdişi əldə edirsiniz. 



 

 

 

 


Yüklə 195,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə