338
yarış komissiyasına göndərilmişdir. Hər kəs bu kitab haqqında danışmaq istəyir,
xahiş edirəm, qısa və aydın danışsın ki, müxtəsər və müfid olsun.
H i k m ə t K a m a l. Yoldaşlar, biz görürük ki, bu günkü metodoloji üzrə bu
əsərlər bizə və proletar ideolojisinə daban-dabana ziddir. Bu onu göstərir ki, yoldaş
Qüdrət Arslan hələ də öz dünyagörüşünü yabançı təsirdən qurtara bilməmişdir.
Yoldaş Qüdrət dəzgah dalında olmadığı üçün, yazıları da xırda-burjua
individualizmi üzrə əsaslanmış və əsərə subyektiv nəzəriyyat ilə yanaşıldığından
obyektiv analiz nəzərdən qaçırılmışdır.
F i k r ə t K a m a l. Heç elə şey yoxdur. Yoldaşlar, yoldaş Hikmət Kamal
Azap
1
üzvü olsa da, tutduğu pozisiya Rappın
2
əsas xəttinə ziddir. Mən Azapın
adından Hikmət Kamalın bu pozisiyasına qarşı protest edirəm. Proletar olmayan,
proletar şairi də ola bilməz. Hikmət Kamal da subyektiv bir surətdə Rapp
arqumentini irəli sürsə də, obyektiv bir surətdə düşmən nəzəriyyəsinə yuvarlanır.
Ə m r u l l a. Yoldaşlar, belə şey olmaz axı, belə danışın ki, biz də bir nəticə
çıxara bilək də...
S a p a n. Deyin görək bu kitablar haqqında fikriniz nədir?
F i k r ə t K a m a l. Bu kitablar metodoloji cəhətcə idealizm məktəbi üzərində
qurulmuşdur.
H i k m ə t K a m a l. Yoldaşlar, bir əsəri tənqid etmək asan deyildir. Bu
teoretik, fəlsəfi bir mübahisədir. Biz görürük ki, yoldaş Əmrulla bolşevik
tənqidindən qorxur və metodoloji cəhətcə yabançı olan bir əsəri keçirmək istəyir.
Belə olan təqdirdə biz məsələni partiya təşkilatlarına və mətbuata keçirməliyik.
Ə m r u l l a. Ay atam, bəs tənqid eləyin də.Vicdanım haqqı, bircə qızımın
ölmüşünə ki, sözlərinizi başa düşmürəm, yaxşı-yaxşı tənqid eləyin, göndərim sizin
üçün bir tort da aldırım.
K a m a l F i k r i. Yoldaşlar, mən bir münəqqid olmaq hesabilə onu qeyd edə
bilərəm ki, bu əsərlərdə, gərək ki, iki əsər oxunmuşdur? Hər ikisində müsavat və
ittihad nəzəriyyəsi, bir az sol əyinti, bir az da sağ sapıntı vardır.
G ü l s a b a h. Məsələn, fakt göstərin.
1
Azərbaycan proletar yazıçılar cəmiyyəti
2
Rusiya proletar yazıçılar cəmiyyəti (1932-ci ildə ləğv edilmişdir).
339
K a m a l F i k r i. Mən, yoldaşlar, çox təəssüf ki, əsər oxunanda burada
deyildim, gecikmişdim, ancaq mübahisələrə yetişə bildim. Yalnız orası var ki, mən
1920-ci ildən bəri münəqqid kimi çalışıram, yoldaş Qüdrətin keçmiş əsərləri ilə
tanışam və bu barədə 1914-cü ildə bir məqalə yazmışam, o məqaləni də “Pti-
Parizyen” qəzetəsi Parijdə nəşr etmiş, sətir hesabını da poçta vasitəsi ilə
göndərmişdir. Ona görə də mən hərçənd bu əsərləri oxumamışam, ancaq yəqin
bilirəm ki, hər halda pantürkizm və panislamizm nəzəriyyəsindən xali deyildir.
Buna görə də, məndən fakt istəmək – açıq qapını zorlamaq deməkdir.
G ü l s a b a h. Yoldaş münəqqid, bu əsərlərin biri Qüdrətindir, biri də
başqasının – Ötgün Zamanbəylinin!
K a m a l F i k r i. Aha... hər ikisi Qüdrətin deyilmiş! Onda əfv edərsiniz, mən
ancaq Qüdrət yoldaşın əsəri haqqında danışıram. Hərçənd bilirəm yoldaş Qüdrət
bunları şəxsi-qərəz hesab edəcəkdir. Çünki bədbəxtanə, bir yol, bir yol deyəndə ki,
1923-cü ildə iyul ayında, gərək ki, Ağdamda onun arvadı ilə mənim yoldaşım
sözləşmişlər və indiyə qədər yoldaş Qüdrət mənim arvadıma salam vermir və
həmişə də, oyan-buyanda deyir ki, Kamal Fikri keyfli ikən yazdığı resenziyaları
ayıqlıqda özü oxuya bilmir. Amma bununla bərabər, bu mənim vicdani
qənaətimdir və bunu mən hər dəqiqədə sübut etməyə hazıram.
M i r z ə C a m a l. Yoldaşlar, bizə də danışmaq olar?
Ə m r u l l a. Olar, yoldaş buyurun!
M i r z ə C a m a l. Mən oyan-buyan bilmirəm. O pyes ki mollalar, qolçomaqlar
haqqındadır, yoldaş Qüdrətin pyesi, o yaxşıdır. Ancaq o pyes ki artistlər
haqqındadır, teatr haqqındadır, o gedənin pyesi, bir qəpiyə dəyməz. Başdan-başa
yalan-palandır. Nə bizim teatrımızda o cür artistlər var, nə də o cür işlər. O gedə,
hələ özündən goplayıb oraya, özünün də bir vinti bir az çatmır.
X u r ş i d. O gedənin kitabı bəzi adamların xatirəsi üçün yazılmışdır. Zakaznan
yazılmışdır. Biz özümüz çox yaxşı bilirik.
A r i f H i k m ə t. Yoldaşlar, bu vaxta qədər heç bir teatrda belə iş olmamışdır.
Yoldaş Qüdrət hələ bizim hörmətli yazıçımızdır. Yaxşı da yazmışdır. Ancaq o biri
yoldaş, o balaca, siyasi savadı yoxdur... Bu vaxta qədər əsərində ekspozisiyası
eksplikasiyasına düz gəlmir. Əsər imperessiyonizm qaydası ilə yazılmış, sonra da
ekspressiyonizmə keçmişdir. Axırda da gəlib çıxır supermatizmə. Odur ki,
sentrtyajesti
340
sentrvnimaniyesi ilə tutmur. Əlbəttə, bizim partiyamız bu kimi əsərləri, hərçənd
mən partiyaçı deyiləm, yenə də deyirəm, partiyamız bu kimi əsərləri qəbul edə
bilməz. Çünki bizim teatrımızda belə adamlar qətiyyən yoxdur. Bu, başdan-başa
bizə böhtandır.
X u r ş i d. Biz bilirik ki, bu kimin zakazıdır.
S a p a n. Mən bilmirəm, bu məxluq soğan yeməyib, içi nə üçün göynəyir?
X u r ş i d. Ona görə ki, səni tərif eləyir. Sənin üçün də ağzından çıxanı
yazsaydı, başqa cür danışardın.
Z a m a n. Sənin ki, adını çəkən yoxdur.
Ə l i m u x t a r. Necə yoxdur? Orada yazır ki, rejissor iş vaxtı koopbürodan
düyü alır. O gün Gülsabah xanım meşq eləyəndə düyü alan kim idi, mən idim də.
Bu xalq çörəyi burnuna yemir ki... Yox, bilməmişdik, gərək gəlib xanımın
qabağında isluşi dayanaydıq.
A r i f H i k m ə t. Çox da adı yazılmayıb, bu teatrda şüşəni sındıran kimdir?
Mən sındırmışam da... bu xalq meşədən çıxmayıb ki.
M i r z ə C a m a l. Görmürsən!.. Deyir: rejissora malçişka deyib. Belə
demişəm, canını da çıxartmışam. Mən otuz ildir Fərhad kimi külüng vururam, indi
hər nə teatrda çırt oldu, pırt oldu, yaz, tök camaatın qabağına... Siz öz bildiyinizi
eləyin, mən də öz bildiyimi. O gedə özü dörd kərəm dəlixanadan qaçıbdır. Özü də
atası öləndən sonra anadan olubdur. Mənim əlimdə faktlar vardır.
Ə m r u l l a. Ay yoldaşlar, ay başuvuza dönüm, axı məsələ qaldı kənarda, siz,
heç bilmirəm, nədən danışırsınız?
X u r ş i d. Biz çox yaxşı bilirik nədən danışırıq. Sənin də ağzını malalayıblar...
həlbəttə... cavan qız, mən də olsam, ləbbeyk deyərəm də... Qabaq özün teatrdan
çıxartmışdın, indi başına and içirsən.
Ə m r u l l a. Yoldaşlar, qulaq asın: kim əyri işlər, mən də onunla əyri olaram,
kim düz işlər, mən də düz.
E l d a r. Yoldaşlar, mən sadə bir işçiyəm. Bayaqdan diqqətlə qulaq asıram.
Burada gənc bir yoldaş teatr həyatından bir əsər yazmışdır. O əsər teatrın
həyatından deyil, bizim quruluşumuzun nə kimi sürətlə irəlilədiyini göstərir. Bu
sürətə qarşı şairlərin belə fikri aciz qalmışdır. O sürətə çata bilmir, bu heç yaman
metod deyil, bu bir təcrübədir. Ancaq əsərdə bir pərdə çatmır. O da bu günkü
iclasdır. Mən təklif edirəm bu iclas da əsərə əlavə edilsin. Mən ədəbiyyatçı
deyiləm, ancaq orasını bilirəm ki, bu əsərdə bir çox nöqsanlar vardır. Onu, əlbəttə,
Dostları ilə paylaş: |