Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   36   37   38   39   40   41   42   43   ...   113

128 
 
A l m a z. Sizinçin bəlkə də... 
F u a d. O sənin yanında qalmışdırmı? 
A l m a z. Qalmışdır. 
F u a d. Çox təəccüb. 
A l m a z. Burada təəccüb ediləcək bir şey yoxdur. Mənim qapım dostlarımın 
üzünə həmişə açıqdır. 
F u a d. Bu da azad qadın! 
A l m a z. Kimsəsiz gecələrdə göz yaşı boğazıma tıxanırkən, Fuad gələr və “sağ 
ol, Almaz, qoçaqsan”, – deyə şən bir gülüşlə məni oxşar deyirdim. Fəqət sən gəlib 
nələr soruşursan. Həyat bir kislata kimi bütün paxırları açır, hər kəsi öz rəngində 
göstərir. İndi mən kiməm, sən kimsən? Mən yeni yaşayış yolunda çarpışan fədakar 
bir  əsgər, bir soldat. Sən isə dargözlü, dar düşüncəli bir meşşan. Budur, mən bu 
kağızda hamısını sənə yazmışdım. Səni köməyə çağırırdım. İndi isə, al, bu da bu! 
 
Kağızı götürüb cırmaq istəyir. Fuad ona doğru atılıb kağızı əlindən almaq istəyir. 
Fəqət Almaz ondan qabaq kağızı cırıb atır. 
 
F u a d. Sən sayıqlayırsan, Almaz! Sən anla ki, bir ailənin səadəti ondakı 
qadının məsumluğundadır. Sən anla ki, qız ilə qadın arasında bir pərdə vardır ki, 
onu sökmək – külfət səadətini sökmək deməkdir. Sən dindirəndə  qızaran, 
güldürəndə ağlayan bir qızdın, bu dil səndə yox idi. 
A l m a z. Sən mənim sevgimi, səmimi duyğularımı gərəksiz bir pərdəyə fəda 
edirsən. Deyirlər ki, səmimi eşqin ürəyi geniş olar. Orada kainat belə yerləşər. O 
hər şeyi bağışlaya bilər. 
F u a d. Mən səni anlamıram, Almaz. Mən bir şeyə inanardım, hər  şeyi 
keçərdim. Lakin biz bu uşağa nə ad qoya bilərik. Belə işi bağışlamaq... Eşidən nə 
deyər? Cidanı ki, çuvalda gizlətmək olmaz. Bunu kim bağışlaya bilər? 
A l m a z. Bağışlamaq olmaz... Al, Fuad, bu nədir? (Ona bir kağız uzadır). 
F u a d. Bu... bu... 
A l m a z. Nədir? 
F u a d. Bu, aliment kağızıdır. 
A l m a z. Aliment kağızıdır? 
F u a d. Lakin, Almaz, gənclikdir, bu bir işdi düşmüşdü. 


129 
 
A l m a z. Bir işdi düşmüşdü! Neçin səninçin bir iş düşə bilər, mənimçin düşə 
bilməz? 
F u a d. Axı, Almaz, mən kişiyəm, sən qadın. 
A l m a z. Unut artıq. Mənimçin dünyada kişi-arvad yoxdur. İnsan var: insan 
hər bir işində azad və sərbəst olmalıdır. 
F u a d. Axı, kişiylə arvad arasında bir fərq var, ya yoxdur? 
A l m a z. Var. Sənin cəmiyyətin kişiyə hər bir cinayəti bağışlayır, qadına yox. 
F u a d. Cəmiyyətə tabe olmaq gərəkdir, yox? Bizim ki, şüarımız 
kollektivlikdir. 
A l m a z. Mən sənin o çürük meşşan cəmiyyətinə qarşı mübarizə aparıram. O 
haqsızdır. Mən onun ardınca getməli deyiləm. O cəmiyyətin özünü yıxmaq 
lazımdır. 
 
Sükut. 
 
F u a d. Almaz, uşağın olduğunu bir adam bilirmi? 
A l m a z. Nə demək istəyirsən? 
F u a d. Qoy heç kəs bilməsin. Bu sirr aramızda qalsın. 
A l m a z. Yox, mən çalışacağam ki, bunu bütün dünya bilsin və hamı bilsin ki, 
mənim öz işim, ancaq öz işimdir və ona qarışmaq kimsənin borcu deyildir. 
 
Əlindəki kağızı yerə atır. Bu aralıq doktor T e m u r t a ş içəri girir. 
 
Aha, sizsiniz, mən çox şadam... 
T e m u r t a ş. Külək, Almaz, məni  əldən salmışdır. Gedə bilmədik, yoldan 
qayıtdıq. 
A l m a z. Tanış olun! 
T e m u r t a ş (Fuada yanaşıb, gülümsəyərək, əlini uzadır). Temurtaş.  
 
Fuad acıqlı bir dönüşlə onun gah üzünə, gah da əlinə baxır və birdən sərt bir hərəkətlə 
onun üzünə bir şillə vurur. Hər üçü dinməz durub bir-birinin üzünə baxırlar. Bu aralıq sərt 
bir hərəkətlə qapını çırpıb çıxarkən

 
F u a d. Görüşərik. 
 
P ə r d ə 


130 
 
 
İKİNCİ ŞƏKİL 
 
Kənd şurasının qabağında: ortadan t ə h q i q a t heyəti
sağdan A l m a z oturmuşdur. 
 
Ş  ə r i f (ayaq üstə, çox qızğın). Biz kəndlilər razı ola bilmərik ki, Şura 
hökumətinin zamanında da köhnə qurdlar, hansı ki, qoyun dərisini geyib əksinqilab 
binası qoysunlar. 
B a r a t. Əksinqilabçı siz özünüzsünüz. Köhnə qurd sən özünsən, müxbirlərin 
də adını ləkələyirsən. 
Ş  ə r i f. Əlbəttə, yoldaş Barat, sən yerindən qışqırırsan, səni yandırır, çünki 
müəllimə arağı  səninlə içirdi. Atamoğlanın qızını soyundurub subutalni, 
dakumentalni sənin qabağında oynadırdı. 
A f t i l. Sənin qabağında oynatsaydı danışmazdın. 
Ş ə r i f. Sən bircə spakoys ol. 
S ə d r. Yoldaşlar, səs salmayın! 
Ş ə r i f. Böyük-böyük qızları soyundurub, öz adamlarının qabağında oynadır. 
B a r a t. Yalan deyirsən. 
Ş  ə r i f. Yalan deyirəm? Bu da sübut, burada yüz əlli adam qol çəkmişdir. 
Subutalni, dakumentalni bunlar hamısı öz gözlərilə görənlərdir. Uşaqları tovlayıb, 
onlara yağ, pendir və yumurta gətirtdirir. Bu da yalandır? Mən yalan deyirəm, qoy 
şura sədri desin. Elədir, yoldaş Baloğlan, elə deyil? Sən öz gözünlə gördün, ya 
yox? 
B a l o ğ l a n. Bəli, bəli ya, elədir. 
Ş  ə r i f. Sənin öz qızın gəlib, hindən nənəsinin yumurtalarını  oğurlayıb 
aparmışdı, aparmamışdı? 
B a l o ğ l a n. Bəli ya, bəli, bəli. 
Ş ə r i f. Hacı Əhməd! Oğlun yağı bardaqdan aparmışdı, aparmamışdı? 
H a c ı  Ə h m ə d. Canunçun, yoldaş  sədr, soruşur, gərək doğrusun deyim. 
Xəncəri qından apartdırır, çolpanı hindən. Bardaqları  uşağın  əlindən alıb, 
uçqullanın həyətində yerə elə  çırpmışam ki, saxsıları, canınçun, indi də elə 
oradadır. Belədir, Mirzə Səməndər, ya qeyri-belədir? 
M i r z ə S ə m ə n d ə r. Atam, vallah, mən bitərəfəm, mən onun işinə 
qarışmıram. 
B a r a t. Yalandır. O, rüşvət bardağı idi. 
A f t i l. Onu sənin başuva vurmaq lazımdır. 
K ə n d l i l ə r. Doğrudur, doğrudur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə