315
Q ü d r ə t. Siz yeni pyesdən bir parça istəmişdiniz.
G ü l s a b a h. Bircə şeir olsa bəsdir. Gənc bir kompozitorumuz var, ona
verəcəyəm.
Q ü d r ə t. Budur gətirmişəm. Gənc bir işçi öz nişanlısı üçün oxuyur.
G ü l s a b a h. Aha... yeni insanların mahnısı. Bizə də hələ o lazımdır. Oxuyun
görək.
Q ü d r ə t. Bu saat... ( Çıxardaraq). Mən bunu zavodda gedəndə yazmışam.
Mənim yarım bir gözəldir,
Altun kimi saçı var;
Mirvarıdan sırması var,
Göy zümrüddən tacı var
.
G ü l s a b a h. Altun saç... çeynənmiş obrazdır. Həm də tacir təbiridir. Bu
günün təbiri deyildir.
Q ü d r ə t. Bəs nə yazım? Yazım çüyün saçlar?
G ü l s a b a h. Bilmirəm, bəlkə də çüyün yazmaq lazımdır.
Q ü d r ə t. Altun saçlar, ipək saçlar... Bu, şərq ədəbiyyatında ən məşhur
təşbihlərdir.
G ü l s a b a h. O dünən idi.
Q ü d r ə t. Yaxşı onu düzəldərik.
G ü l s a b a h. Sonra sənin mirvarı sırmalı, zümrüd taclı gəlinin nə ot çala bilər,
nə də dizeldə işləyə bilər. O ancaq hərəmxana gəlinidir.
Q ü d r ə t. Niyə, işçinin bekar vaxtı olmur?
G ü l s a b a h. İşçinin, qadının bekar vaxtı onun özününküdür. Bizə isə indiki
halda qadının cəmiyyətdəki vəziyyəti lazımdır. Vuruş cəbhəsi burasıdır. Sonra...
Q ü d r ə t.
Mərmər kimi ağ döşündə
Al yaqutdan düyməsi,
Şahanə bir baxışı var,
Məftun edər hər kəsi...
G ü l s a b a h. Əvvələn, sənin gəlinin zərgər qızına bənzəyir. Atasının bütün
daş-qaşını oğurlayıb yar-yaxasına sancmışdır. Sonra şahanə baxış da bu günün
təbiri deyildir.
316
Q ü d r ə t. Sən də lap döndün bir para adamlara. Bəs nə yazım?
Yazım, dvornikanə baxışın, ya da biçinçiyanə baxışın?
G ü l s a b a h. Bilmirəm, mən ki, şair deyiləm. Ancaq onu bilirəm ki, artıq nə
şah var, nə də onun baxışı.
Q ü d r ə t. Yaxşı orasını da düzəldərik.
G ü l s a b a h. Sonra...
Q ü d r ə t. Sonra...
Göydə uçan durnalara
Kağız yazıb verərəm,
Sevdiyimə yetirsin
Yazda bitən çiçəklərlə
Gözəl bir at bəzərəm,
Getsin gəlin gətirsin.
Hə... buna ki, sözün yoxdur?
G ü l s a b a h. Sən, Qüdrət, əsrin can damarını axtarırsan. O hər halda burada
deyildir. Yeni insan sevdiyinə məktubu durnalarla, göyrəçinlərlə göndərməz... Və
gəlinini at ilə gətirməz... Yeni insanların idealı bu deyildir. Temp, sürət, dəmir,
polad, qüvvət, hərəkət...
Radio verən dalğalara
Sözlərimi deyərəm
Sevdiyimə yetirsin.
Göydə uçan aeroların
Qanadların bəzərəm,
Səni gəlin gətirsin.
Yeni insan belə düşünə bilər. Bu da hamısı və həmişəlik deyil. Həyat
hərəkətdir, dialektika son bilmir.
Q ü d r ə t. Bilirsən, Gülsabah, mən bu şeri zavoda gedəndən qabaq yazmışdım.
Zavoda getdim, baxdım, zavod mənə heç bir şey, heç bir fikir vermədi. Ancaq
bayıra çıxandan sonra bu şeri oxudum, nədənsə bəyənmədim. Neçin? Özüm də
bilmirəm. Ancaq Gülsabah, sən neçinsə çox yorğun görünürsən?
G ü l s a b a h. Məni incidirlər, Qüdrət, çox incidirlər. O kimdir? Turac olmasın.
Q ü d r ə t. Turac?
317
G ü l s a b a h. Ona oxşadı.
Qalxıb qapıya tərəf getmək istərkən, qapı döyülür. Qüdrət yerindən sıçrayaraq
.
Q ü d r ə t. Dayan, Gülsabah, dayan... açma... mən onunla görüşmək istəmirəm.
O biri qapıdan çıxır. Gülsabah qapını açır. T u r a c ö z q ı z ı ilə solmuş bir halda
içəri girir və sözsüz qapı ağzında durur.
G ü l s a b a h. İçəri gəl, Turac!
T u r a c. Məni bağışlayın, siz bizim evimizə çağırılmamış gəlmişdiniz, mən də
sizin evinizə çağırılmamış gəlirəm.
G ü l s a b a h. Içəri gəl, Turac, gəl otur.
T u r a c. Mən oturmaq istəmirəm. Mən ancaq sizinlə danışmaq istəyirdim.
G ü l s a b a h. Otur, Turac, otur danışaq.
T u r a c. Mən ancaq səndən bir şey soruşmaq istəyirdim. Sən onu sevirsənmi?
G ü l s a b a h. Mən, Turac, azad bir qadınam. Mən sənə deyə bilərdim ki, o
sənin borcun deyildir, qapını çırpardım və bir kəlmə də danışmazdım. Ancaq mən
səninlə danışmaq, sənin dərdini bilmək və bölmək istəyirəm.
T u r a c. Mən soruşmaq istəyirəm ki, mən sənə nə yamanlıq etmişdim. Nə üçün
sən mənim sakit həyatımı pozdun?
G ü l s a b a h. Sakit həyat ölümdür, Turac. O yazıçıdır, o həyəcansız,
gurultusuz, mübarizəsiz yaşaya bilməz.
T u r a c. Mənim dünyada ondan başqa kimsəm yox idi. Mən onu sevirdim.
G ü l s a b a h. Qulaq as, Turac. Onu sənin kimi bir başqası da sevir. O adam
onu ala bilərsə, neçin o öz səadətini öz əli ilə sənə verməlidir. Versə də, bu bir
sədəqə olmazmı? Söylə, Turac, mən səninlə bir düşmən kimi danışmıram.
Təsəvvür et ki, mən səndən güclüyəm, həyatı öz qüvvətli pəncələrimlə tutmuşam.
Mən onu sənə neçin verməliyəm?.. Düşün, Turac, özün düşün və yaxşı düşün!
T u r a c. Bilmirəm. Mən sənə cavab verə bilmirəm.
G ü l s a b a h. Sən çox acizsən, Turac. Indi nə etmək? Sən özün de!
T u r a c. Bilmirəm. Mən dünyada onun rahatlığından başqa heç bir şey
düşünməmişəm. O da məni sevirdi. Ancaq sən gəldin, o getdi... daha gəlmədi.
318
G ü l s a b a h. Qulaq as, Turac. İş mənim öz səadətimdə olsaydı, mən onu
məmnuniyyətlə sənə qaytarardım. Ancaq nə etmək, səhnəmiz yarış aparır. Sən onu
bir ər kimi öz yanında, ya bir əsgər kimi əlində zəfər bayrağı yürüş aparan bir
ordunun başında görmək istərdin?
T u r a c. Bir həftədir ki, uşağım qızdırma içində yanır. Gecələr göz yummur.
Hər həftə atasını çağırırkən başıma od tökülür. O öz atasının qucağından düşməzdi,
indi isə...
G ü l s a b a h. Mən hamısını anlayıram, Turac. Nə etmək, sən onu ancaq
mübarizə ilə ala bilərsən. Onu almaq üçün yüksəlmək, çalışmaq, pəncələşmək
lazımdır. Kimin pəncəsi daha güclü olarsa, qələbə onun olacaqdır.
T u r a c. Mən ata evindən məktəbə getmişəm, məktəbdən də ər evinə. Mən
mübarizə görməmişəm.
G ü l s a b a h. Öyrəş! Hazırlaş! Mən sənə kömək edərəm, Turac! Gir işə,
fabrikaya, konservatoriyaya.
T u r a c. Mən heç bir şey istəmirəm. Mənim uşağım öz atasını görməsə... Neçə
gündür otaqları axtarır, axır dünən demişəm ki, səni atanın yanına aparacağam.
G ü l s a b a h. Nə etmək, Turac, indiki halda sənin səadətin kütlənin
zərərinədir. Mən onu Qəmər xanımın cəmiyyətindən qoparmalı idim. Mən onda
yeni bir od yandırmalı idim. Kim bilir, Bəlkə də mən səhv edirəm. Bəlkə də o heç
bir şey yaza bilməyəcəkdir. Ancaq, səhvsiz, nöqsansız, qurbansız tərəqqi mümkün
deyildir.
T u r a c. Bəs mənim uşağımın təqsiri nədir?
G ü l s a b a h. İnsanlığın yüksəliş yolu qurbanlarla doludur, Turac. Bir kütlənin
səadəti üçün mən və mənim uşağım məhv olmalıdırsa, mən əsirgəmərəm.
T u r a c. Hər gün səhərdən qalxıb yol üstündə oturur, gözləyir ki, indicə atam
işdən gələcək, mənim üçün qolbaq gətirəcək, çəkmə gətirəcək. Sən ana deyilsən,
Gülsabah, sən heç bir şey anlamırsan. Günün son şəfəqləri saraldıqca onun üzü
saralır və yenə də yoldan gözünü çəkmir... Qoyun evə gəlsin, işə getməsin.
İstəmirəm, mən gedib dilənçilik edərəm və onun yaza bilməsi üçün hər nə lazımsa
mən hamısını etməyə hazıram.
G ü l s a b a h. Yox, Turac, bu çox ağır işdir; Onun gözləri tutulmuşdur. O bu
günkü həyatı görə bilmir. O, zavoda gedir, heç bir şey görə bilmir. O hiss etmir ki,
görülməz bir sürətlə hərlənən o çarxların
Dostları ilə paylaş: |