Microsoft Word cobanli elshad docx



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə20/30
tarix22.05.2018
ölçüsü0,86 Mb.
#45397
1   ...   16   17   18   19   20   21   22   23   ...   30

 

 

54 



 

olunurlar. Sənaye tərərfindən  M-8D, M-10D, M-12D və s, eləcə də  M12E, M-14E, 

M-16E və s. markalı yağlar buraxılır. Daxili yanma aviasiya mühərrikləri üçün yağlar 

4  markada  istehsal  olunur:  MS-14,  MS-20  (özlülüyü  14  və  20  mm

2

/s  olan  selektiv 



təmizləmə  ilə  alınmış  neft  yağları),  MK-22  və  MS-20s  (  özlülüyü  22  və  20  mm

2

/s 



olan turşu və fenol təmizləmə ilə alınmış yağlar). 

Sənaye yağları ümumi və xüsusi təyinatlılara bölünürlər və həm aşqarsız, həm 

də aşqarlı tərkibdə istehsal olunurlar. Yağın əsas istismar göstəricisi onun markasında 

göstərilən özlülüyüdür. Özlülüyün səviyyəsinə görə sənaye yağları yüngül (özlülüyü 

50°S temperaturda 10 mm

2

/s), orta (özlülüyü 50°S temperaturda 10-58mm



2

/s) və ağır 

(özlülüyü 100°S temnperaturda 9-28 mm

2

/s) növlərə bölünürlər.  -5A və  -8A ümumi 



təyinatlı  sənaye  yağları  toxucu  maşınların  yüksək  sürətli  mexanizmlərinin, 

metalkəsən  dəzgahların  şpindel  (hərlənən  dəzgahların  əsas  valı)  hissələrinin, 

mexanizmlərin,  tikiş  maşınlarının,  nəzarət  ölçü  cihazlarının  az  yüklənmiş  sürtülən 

hissələrinin  yağlanması  və  texnoloji  ehtiyaclar  üçün  (poladın  bərkidilməsi,  kəsici 

alətlərin soyudulması üçün maye kimi və s); cihaz vazelin yağları (MVP) – nəzarət-

ölçü  aparatları  üçün;  yüngül  (L)  və  ağır  (T)  separator  yağları  –  separatorların, 

sentrifuqaların  və  digər  avadanlıqların  podşipniklərinin  yağlanması  üçün  istifadə 

olunur.  Tərkibində  oksidləşməyə,  aşınmaya  və  köpüyə  qarşı  aşqarlar  olan  QP-4 

(hidravlik),  QP-6 və  QP-8 selektiv təmizləmə sənaye yağları dəzgah və maşınların 

yüksək  sürətli  hissələrinin  yağlanması  üçün  tətbiq  olunurlar  və  -5A  və  -8A 

yağlarının  əvəzində də istifadə oluna bilərlər.  -12A,  -20A,  -30A,  -40A  və  -50A 

sənaye  yağları,  onların  istismar  xassələrinə  xüsusi  tələblər  qoymayan  hidravlik 

sistemlərin  işçi  mayeləri  kimi,  eləcə  də  az  və  orta  yüklənmiş  dişli  və  vintli 

ötürücülərin  yağlanması  üçün  QP-18,  QP-30,  QP-38,  QP-40,  QP-72  və  digər 

yağlar  isə  metalkəsən  dəzgahlar,  avtomatik  xətlər,  müxtəlif  proseslər  üçüç  və  sürət 

qutularının, müxtəlif orta və ağır yüklənmiş dişli və vintli ötürücülərin, reduktorların 

və  s,  yağlanması  üçün  istifadə  olunurlar.  11,  24  və  38  silindr  yağları  yüksək 

temperaturda  işləyən  ağır  yüklənmiş  mexanizmlərin  və  müxtəlif  təyinatlı  porşenli 

buxar  maşınlarının  yağlanması  üçün  istifadə  olunurlar.  Prokat  dəzgahlarının 



 

 

55 



 

yağlanması P-28, PS-28, P-40, P-8P və s, yağlarda həyata keçirilir. Xüsusi təyinatlı 

sənaye  yağları  qrupuna  konveryerlərin  zəncirlərini  yağlmaq  üçün  nəzərdə  tutlmuş 

Sp-20 və  s-40 yağları və kalandrların (parçanı və ya kağızı hamarlayıb ona parıltı 

verən maşın) vallarının (hərlənən silindr) podşipniklərnin yağ dumanı ilə yağlanması 

üçün  MT-200  yağları,  teleqraf  aparatlarının  və  s.  yağlanması  üçün  teleqraf  yağları 

daxildir.  

Transmissiya yağları reduktorların, sürət qutularının, sükan idarəetmə sistemi-

nin ötürücü qutularının və s. yağlanması üçün nəzərdə tutulmuşdur. Digər mexanizm-

lərlər  müqayisədə  dişli  ötürücülərdə  sürtünmə  şəraiti  daha  gərgindir  (yüksək  xüsusi 

yükləmələr və temperaturlara görə), ona görə də transmissiya yağları yüksək və stabil 

aşınmaya və cızılmaya qarşı və digər xassələrə, eləcə də 100°S  temperaturda zəruri 

özlülüyə  malik  olmalıdırlar.  Sənaye  avadanlıqları  üçün  nəzərdə  tutulmuş  aşqarsız 

transmissiya  yağlarından  niqrol,  daha  çox  isə  həm  də  traktor  və  avtomobillərdə 

istifadə oluna bilən TS-14,4 transmissiya yağı tətbiq olunur. Lakin dişli ötürücülərin 

sürtünmə şəraitinə avtomobillərin istismarında istifadə olunan aşınmaya qarşı aşqarlı  

Tэп-15ЭФO  transmissiya  traktor  yağı  (fenol  təmizləməsi  ekstarktı),  cızılmaya  qarı 

aşqarlı  Tap-15V  yağı  və  çoxfunksiyalı  aşqarı  olan  TSp-15K  yağı  kimi  tərkibində 

aşınmaya  və  cızılmaya  qarşı  aşqarlar  olan  yağlar  daha  yaxşı  cavab  verir.  Maşın  və 

mexanizmlərin aşağı temperaturlarda işləməsi üçün TSp-10 və TPp-10ƏFO transmis-

siya  yağları  istifadə  olunur.  VAZ  avtomobillərinin  trasnmissiya  aqreqatlarının 

yağlanması  TAD-17i  universal  yağı  ilə  həyata  keçirilir.  Yağın  tərkibində  olan 

polimetakrilat bərkimə temperaturunu aşağı salır, kompleks aşqar isə universal yağın 

aşınmaya, cızılmaya, korroziyaya və oksidləşməyə qarşı xassələrini yüksəldir. 

Turbin yağları buxar və qaz turbinlərinin, turbonasosların, turbokompressorla-

rın, elektrik cərəyanı generatorlarının ve energetika avadanlıqlarının podşipniklərinin 

yağlanması üçün tətbiq olunurlar. Ən geniş yayılmış turbin yağları Tp-22, Tp-30 və 

Tp-46-dır.  Turbin  yağlarının  tərkibinə  kompleks  aşqarlar  daxildir  və  onlar  yüksək 

istismar xassələrinə malikdirlər. 



 

 

56 



 

Kompressor  yağları  (K-12,  K-19,  KS-19  və  s.)  kompressorların  detallarının 

yağlanması  və  sıxılma  kameralarının  hermetikləşdirilməsi  üçün  nəzərdə  tutumuşlar 

və  yüksək  tenperatur  və  təzyiq  şəraitində  istifadə  olunurlar.  Kompressor  yağları 

yüksək  termooksidləşmə  və  korroziya  dayanıqlığına,  yaxşı  özlülük-temperatur 

göstəricilərinə malik olmaldırlar. 

Plastik  sürkülər  istismar  şəraitindən  asılı  olaraq  həm  bərk,  həm  də  maye 

maddələrin xassələrinə malik ola bilərlər. Çox da böyük olmayan güc tətbiq edildikdə 

sürtkülər şaquli və maili səthlərdə dura bilirlər, daha böyük yüklənmədə isə axıcılığa 

malik  olurlar.  Sürtülən  səthlərin  sürtünməsini  və  aşınmasını  azaltmaq  üçün  nəzərdə 

tutulan antifriksion sürtkülər geniş yayılmışlar. Təyinatına görə antifriksion sürtkülər 

ümumi təyinatlı S(70°S-yə kimi) – solidollara, yüksək temperaturlar üçün O (110°S-

yə  kimi),  çoxməqsədli  M(-30°S-dən  130  °S-yə  kimi),  şaxtayadavamlı  N  (40°S-dən 

aşağı), cihazlar üçün P və s. növlərə bölünürlər. Bundan başqa maşın, mexanizm və 

cihazların  səthinin  korroziyaya  uğramasının  qarşısını  almaq  üçün  Z  indeksi  ilə 

işarələnən  konservasion  (müdafiə)  sürtküləri;  yiv  (R),  armatur  (A),  vakuum  (V)  və 

kanat (K) növlərinə bölünən sıxlaşdırıcı sürtkülər tətbiq olunur. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə