4
kəşviyyat işlərinin genişləndirilməsi ilə əlaqədar Azərbaycanda bir sıra yeni neft
yataqları (xüsusilə Qala, Buzovna-Maştağa və s.) aşkar edilib istismara verilir və neft
hasilatı 1941-ci ildə 23,6 mln. tona çatdırılır.
SSR dağıldıqdan sonra Azərbaycanda Neft hasilatı sahəsi yeni mərhələyə
qədəm qoyur. Respublikada baş verən gərgin ictimai-siyasi proseslər ərəfəsində
hökümət bir çox xarci investrorların Azərbaycana cəlb eilməsinə nail olur. 1994-cü il
sentyavrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı
"Azəri", "Çıraq", "Günəşli" yatatqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi
haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi
və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə
həcmində və 4 dildə öz əksini tapmışdıır.
Ə
srin müqaviləsində dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük
Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur
neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson,
Türkiyə petrolları, Penzoyl, toçu, Remko, Delta) iştirak etmişdir. Bununla da "Yeni
neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı. "Əsrin
müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12
dekabr 1994-cü ildə qüvvəyə mindi. Hal-hazırda bu müqaviləyə əsasən çalışan
müəssisəslərlə bilrikdə əldə edilən neftin hesabına Azərbaycan bir dövlət kimi
dünyada öz mövqeyini möhkəmlətməyə nail olmuşdur.
Bütün bu yuxarıda göstərilənlər Respublikamızda neft emalı sənayesinin ən
qabaqcıl sahələrdən biri olmasını sübut edir. Məhz bu baxımdan da neft emalı
nəticəsində alınan avtomobil yanacaqlarının keyfiyyətinin ekspertizası mövzusunda
yazılmış dissertasiya işi öz aktuallığı ilə heç bir şübhə doğurmur.
Dissertasiya iş
inin mə
qsə
di Respublikamızda neftin emalı nəticəsində əldə
edilən avtomobil yanacaqlarının ekspertizasından ibarətdir. Bu məqsədə nail olmaq
üçün Respublikada istehsal olunan əsas neft məhsullarının bəzi fiziki-kimyəvi
xassələrinə görə ekpertizası, Respublikada istehsal olunan neft məhsullarının
itkilərinin azaldılması və işlənmiş yağların keyfiyyətinin ekspertizası, Respublikada
5
istehsal olunan texniki mayelərin keyfiyyətinin ekspertizası, neft məhsullarının
göndərilmə, saxlanma və daşınma şərtlərinə görə ekspertizası aparılmışdır.
Dissertasiya işinin obyekt və metodları. Dissertasiya işində Respublikada
istehsal olunan müxtəlif növlü dizel və benzin yanacaqlarının, mazut və sürtkü
materiallarının xassə göstəricilərinin qiymətləndirilməsi üçün müvafiq standart
metodlardan istifadə edilmişdir. Tədqiqatın nəticələri riyazi statistik metodlarla təhlil
edilmişdir.
Elmi yenilik. Dissertasiya işində geniş çeşiddə neft məhsullarının texniki-
iqtisadi göstəriciləri sistemli şəkildə təhlil edilmiş, onların xassə göstəricilərinin və
keyfiyyətinin qiymətləndirilməsi metodları işlənilmiş, neft yanacaqlarının keyfiyyət
göstəricilərinin standart tələblərinə uyğunluğu təhlil edilmişdir.
Tə
crübi ə
hə
miyyə
ti. Dissertasiya işində aparılan təhlillər neft xammalının
emalı nəticəsində alınan məhsulların xassə göstəricilərinin texniki parametrlərinin
araşdırılması və təhlil edilməsi nəticəsində onların düzgün ekspertizasının aparılması
təmin edilir, bu da istehlak bazarının yüksək keyfiyyətli neft məhsulları ilə dolğun
şə
kildə təmin olunmasına imkan verir.
Dissertasiya iş
inin hə
cmi. Dissertasiya işi girişdən, nəzəri icmaldan, üç
fəsindən, nəticə və təkliflərdən, habelə istifadə olunmuş ədəbiyyat siyahısından
ibarətdir. Dissertasiya işi ümumilikdə 88 səhifə təşkil edir.
6
I.
NƏ
ZƏ
R CMAL
1.1. Neft sə
nayesinin inkiş
afının müasir və
ziyyə
ti və
gə
lə
cə
k inkiş
af
perspektivlə
ri
Neft qədim akkad dilində "napatum", yəni iylənən, alovlanan deməkdir, əsasən
karbohidrogenlərin və digər üzvi birləşmlərin mürrəkkəb qarışığından ibarət spesifik
iyə malik yanar mayedir.
O, Yer kürəsində ən mühüm təbii enerji ehtiyyatlarından sayılır. Neft elektrik
enerjisinin əldə edilməsi və nəqliyyat vasitələrində yanacaq kimi geniş istifadə edilir.
Bundan əlavə neft kimya sənayesində süni materialların və başqa məhsulların
alınmasında istifadə edilir. Buna görə də, o həm də "Qara qızıl" adlanır.
Neft-qaz sıralı karbohidrogen yataqlarına yerin min, 2 min metrdən 5-6 min
metrə qədər dərinliklərində rast gəlinir. Adətən, bu dərinlik 1000-3000 metr təşkil
edir. Yer səthinə yaxınlaşdıqca atmosfer sularının və bakteriyaların təsiri altında neft
deqradasiyaya məruz qalır (biodeqradasiya) və qatılaşır. Kimyəvi tərkibinə görə neft
təbii qaza və asfalta yaxındır. Bu səbəbdən də çox vaxt bu maddələr ümumilikdə
petrolitlər də adlanırlar.
Neft açıq şabalıdı rəngə malikdir. Orta molekul çəkisi 220-330 q/mol
həddindəir. Sıxlığı 0,65-1,05 q/sm3 olur. Sıxlığı 0,83-dən kiçik olanlara yüngül neft,
0,831-0,860 arasında olanlara orta, 0,860-dan yuxarı olanlara isə ağır neft deyilir.
Onun tərkibində çoxlu sayda üzvi maddələr olduğundan o qaynama temperaturu ilə
yox, maye üzvi maddələrin qaynama temperaturu (>28 °C, ağır neftlərdə ≥100 °С) ilə
səciyyələndirilir.
Neft təxminən 1000-dən çox komponentin qarışığından ibarətdir. Onların bir
çoxunu maye karbohidrogenlər (80-90 %) və azotlu, oksigenli və kükürdlü
heteroatomlu üzvü birləşmələr (4-5 %) təşkil edir. Buraya həmçinin metallar
(vanadium və nikel), həll olunmuş karbohidrogen qazları (C1-C4, maksiumum 4 %-ə
qədər), su (maksiumum 10 %ə qədər), müxtəlif minerallar (xloridlər, 0,1-4000 mq/l
və daha artıq), üzvü turşuların duzlarının məhlulu və s. də daxildir.