23
ə
dədi azalmış olur. Sulfidlərin disulfidlərin, tiofanların və tiofenlərin metala təsiri
eyni deyildir. Bunlar da benzinlərin antidetoinasiya xassəsinə pis təsir göstərir.
Traktor yanacaqları. Neftdən alınan liqroin və kerosin fraksiyalarından
karbüratorlu mühərriklə işləyən traktorlarda yanacaq kimi istifadə olunur. Bu
yanacaqlarda benzinlərin keyfiyyət göstəriciləri (oktan ədədi, fraksiya tərkibi,
doymuş buxarların təzyiqi, kimyəvi sabitlik və s.) ilə xarakterızə olunur.
Dizel yanacağ ı. Dizel mühərriklərində yanacaq kimi neftin ilk distilləsindən
alınan kerosin solyar, qazol fraksiyalarından və mazutdan istfadə edilir. Qed etmək
lazımdır ki, dizel yanacaqları mühərriklərin işləmə sürətindən aslı olaraq iki çeşiddə:
itisürətli mühərriklər üçün dizel yanacağı və yavaşsürətli mühərriklər üçün dizel
yanacağı buraxılır. tisürətli mühərriklər üçün yanacaq kimi neftin 200-350°S
temperatur hədlərində qaynayan fraksiyası, yavaşsürətli dizel mühərriklərdə isə ağır
fraksiyası, mazut və yarım neft götürülür.
Dizel yanacaqları üçün DÜ ST 305-82 və 1667-68 standartına əsasən aşağıdakı
kimi tələblər müəyyənləşdirilmişdir (cədvəl 1.8).
Cədvəl 1.8
Dizel yanacağ ına verilə n standart tə lə blə r
Göstəricilər
DÜ ST 305-82
DÜ ST 1667-68
tisürətli mühərriklər üçün
Yavaşsürətli
mühərriklər üçün
A
Z
L
DT
DM
Setan ədədi
45
45
45
-
-
20ºS-də sıxlığı kq/m
3
, çoxu
830
840
860
930
970
Distillə temperaturu, ºS, 50%, çoxu
255
280
280
-
-
96%, çoxu
360
360
360
-
-
Özlülüyü mm
2
/san
20ºS-də
1,5-4
1,8-5
3-6
-
-
50ºS-də
-
-
-
36,0
150
Koks ədədi, % (kütlə) çoxu
0,05
-
-
3,0
10,0
Kükürdün miqdarı % (kütlə) çoxu
0,2
0,2
0,2
0,5*/1,5**
30**
Temperatur, ºS
Donma, çoxu
-55
-35
-10
-5
10
Qapalı qabda alışma: azı
30
35
40
65
85
Qeyd:
* – az kükürdlü yanacaqda
** – kükürdlü yanacaqda
24
Dizel yanacaqlarının mühərrikdə tam yanması və iqtisadi cəhətdən əlverişli
olması onun fraksiya tərkibindən aslıdır. Fraksiya tərkibi və lazımi qaynama
temperatur hədləri isə mühərrikin dövrlər sayından aslıdır.
tisürətli dizel mühərrikləri üçün daha yüngül yanacaq tələb olunur. Çünki bu
mühərriklərdə yanıcı qatışıq tez yanır. Buna görə də böyük dövrlər sayı olan
mühərriklər üçün müəyyən qaynama temperaturlu alçaq molekullu parafin əsaslı
yanacaqlar tələb olunur. Dövrlərin sayı az olan yavaşsürətli mühərriklərdə yüksək
temperaturda qaynayan ağır neft fraksiyaları işlədilir.
Dizel mühərriklərinə yanacaq, kiçik diametrli boru kəmərləri ilə verilir.
Bunların yaxşı işləməsi yanacağın özlülüyündən də aslıdır.
Lakin yanacağın özlülüyü az olduqda forsunka və nasos tez sıradan çıxa bilər.
Yüksək özlülük yanacağın süzgəcdən keçməsini və yanacaq nasoslarının işini
çətinləşdirir. Dizel yanacaqları nasos və forsunkaları yağlamaqla bərabər onların
kipliyinə də kömək edir. Sistem kip olmadıqda yanacaq axıb yanaraq səpələyici
forsunkalar üzərində yanıq əmələ gətirir. Ona görə də yanacaqların özlülüyü
standartlaşdırılır.
Qeyd etmək lazımdır ki, dizel yanacağının keyfiyyətini xarakterizə edən
parametrlərdən biri də donma temperatururdur. Yanacağın donma temperaturu ilin
fəsillərindən aslı olaraq məhdudlaşdırılır. Arktika və qış dizel yanacaqlarının doma
temperaturuna verilən tələblər daha sərtdir (A-nın donma temperaturu -55°S, Z (qış)
markalı dizel yanacağının isə -35°S-dir).
Yay dizel yanacağının (L) donma temperaturu -10°S-dir. Dizel yanacaqları
üçün yanacağın içərisində həll olunmuş halda olan karbohidrogenlərin kristallaşması
temperaturu da əsas parametrlərdən biridir. Dizel yanacaqlarında qatran birləşmələr
nə qədər çox olarsa, qurum əmələgətirmə də bir o qədər artar və yanacaq tam
yanmaz. Bu da onun keyfiyyətinə təsir edən əsas amillərdən biridir. Bərk qurum
yanacağı səpələyən forsunkaların ucluğuna və mühərrikin çıxış sisteminə çökərək
yanacağın yanma kamerinə səpələnmə prosesini pisləşdirir.
25
Yanacağın qurum əmələ gətirmə koks ədədi ilə xarakterizə olunur. Bu da
Konratson cihazında təyin edilir. tisürətli dizel mühərrikləri tərkibində koksun
miqdarı kütlə faizi ilə kükürdün miqdarı 0,2-dən yavaşsürətli mühərriklərdə isə 0,5%-
dən çox olmamalıdır.
Neft yağları. Neft yağları kimyəvi tərkibinə görə yüksək molekullu parafin,
naften və aromatik karbohidrogenlərin bir qədər də qatran və asfaltenlərə oxşar
maddələrin qarışığıdır. Yüksək temperaturlarda qaynayan neft fraksiyalarının
müxtəlif üsullarla sürtkü yağları alınır. Xassəsinə, tərkibinə və tətbiq sahələrinə görə
neft yağları aşağıdakı qruplara ayrılır:
1. Motor yağları (daxili yanma mühərrikləri üçün).
2. Sənaye yağları (sənaye avadanlığı və silindrləri yağlamaq üçün).
3. Xüsusi yağlar (turbin, kompressor, transformator, elektroizolyasiya, hidrav-
lik, ağ yağ və s).
Daxili yanma mühərriklərdə işlədilən yağlar (motor yağları). Daxili yanma
mühərriklərində işlədilən yağlar, təyyarə, avtomobil və dizel yağlarına ayrılır.
Təyyarə yağları seçici həlledicilərlə təmizləmə və parafinsizləşdirmə prosesi
apardıqdan sonra yüksək keyfiyyətli yağlı neftlərin distillat və qalıqlarından alınır.
Bəzən bu məqsədlə turşu kontakt təmizləməsindən də istifadə edilir. Bu yağlar sərt
temperatur şəraitində işləyən iti sürətli porşenli və reaktiv təyyarə mühərriklərini
yağlamaq üçün işlədilir.
Bu yağlar donma temperaturuna və özlülüyünə görə bir-birindən fərqlənən qış
və yay yağları şəklində buraxılır.
Reaktiv mühərriklərdə işlədilən MK-8 (naftin əsaslı neftdən alınır) və MS-8
(kükürdlü neftdən alınır), reaktiv mühərriklərdə işlədilən MS-6, MS-8p və MK-8p
markalı yağlar hazırlanır. Təyyarə yağlarının əsas keyfiyyət göstəriciləri aşağıdakı
cədvəl 1.9-da verilmişdir.
Dostları ilə paylaş: |