17
Ümumiyyətlə, son illərin məlumatlarına görə respublika üzrə emal edilən
neftin 46,3% «Azərneftyanacaq» B-nin, 53,7%-i isə «Azərneftyanacaq» B-nin
payına düşür. Bu iki B birlikdə 27 adda neft məhsulları və çoxsaylı xalq istehlak
malları istehsal edir. Onların nomenklaturası aşağıdakı kimi xarakterizə edilir.
1. Hidrokarbonat laften funksiyası; 2. Benzin;
3. Kerosin; 4. Dizel yanacağı;
5. -12A sənaye yağı; 6. -20B sənaye yağı;
7. Turbin yağı T-22; 8. Turbin yağı T-30;
9. Turbin yağı T-46; 10.Transformator yağı T-1500;
11. Mühərrik yağı M-12VB; 12.Mühərrik yağı M-851;
13.Avtotraktor yağı AK-15; 14.Silindr yağı 11;
15.Silindr yağı 24; 16. Sənaye yağı -40A;
17. Şpal yağı; 18. Vakuum yağı;
19. XM-6 yağı; 20. XA-3-yağı;
21. Kompressor yağı K-12; 22. Kompressor yağı K-19;
23. Dizel yağı d-11; 24. Sənaye yağı -20A;
25. Neft stimulları BNV,BN 60/90,M-10
26. Mazut M-40 27. Motor yağı DT.
Ümumiyyətlə, respublikamızda fəaliyyət göstərən NEZ-lər müxtəlif yanacaqlar
emal etmək üzrə ixtisaslaşmışlar. Belə ki Heydər Əliyev adına Bakı NEZ-i əsasən
xam neftdən daxili yanma mühərriklərinin yanacaqlarını emal edən neftayırma müəs-
səsidir. Ölkəmizdə istehsal olunan bütün avtomobil benzinləri bu zavodda emal olu-
nur. Bundan başqa maye qazlar, koks məhsullarının istehsalı da bu müəssənin payına
düşmüşdür. Dizel yanacağı və soba mazutunun da təxmini yarısı NEZ-də emal olu-
nur. «Azəneftyatağı» NEZ-in istehsal gücünün 30%-ni ilkin emal benzini, 10%-ni
reaktiv mühərrik yanacağı, 38%-ni ümumi yanacaq mazutu təşkil edir. «Azərneft-
yatağı» NEZ-də istehsal olunan sürtkü yağlarının xüsusi çəkisi isə 2004-cü ildə cəmi
1,56% olmuşdur.
18
1.3. Neftin emalı nə ticə sində alınan yanacaq və sürgü yağ larının keyfiyyə tinə
verilə n tə lə blə r
Neft məhsullarından xalq təsərrüfatında geniş istifadə olunur. Ümumiyyətlə
neftdən – yanacaq, yağlayıcı materiallar, plastik kütlələr, sintetik liflər, yuyucu
maddələr, sintetik kauçuk, gübrə və s. kimi məhsullar alınır.
Neftdən alınan qiymətli məhsullardan biri yanacaqlardır. Qeyd etmək lazımdır
ki, işlənmə sahəsindən asılı olaraq yanacaqlar: karbürator (təyyarə, avtomobil
benzinləri və traktor kerosinləri ), reaktiv, dizel yanacaqlarına bölünür.
Karbürator yanacağı kimi ən çox neftin alçaq və orta temperaturlarda qaynayan
karbohidrogen benzin, liqroin və kerosin fraksiyalarından sıxılmış karbohidrogen
qazlarından və təkrar emalından alınan yüngül məhsullardan istifadə edilir.
Tə yyarə benzinlə ri. Təyyarə benzinləri neftin ilk distilləsində, katalitik və
riforminq proseslərində alınan məhsulların alçaq temperaturda qaynayan fraksiyala-
rından təşkil olunan baza benzinlərinə yüksəkoktanlı komponent və aşqarlar qarış-
dırmaqla istehsal edilir. Bu komponentlərin qatılmasında əsas məqsəd təyyarə
benzinlərinin keyfiyyətini artırmaqdır.
Qeyd etmək lazımdır ki, oktan ədədi benzinlərin əsas göstəricilərindən biridir.
Oktan ədədini artırmaq üçün antidetanatorlardan istifadə olunur. Təyyarə benzin-
lərində yüksəkoktanlı komponentlər kimi izoquruluşlu fərdi karbohidrogenlərdən
(izopentan, izooktan), benzol və izobutanın doymamış karbohidrogenlərlə alkilləş-
məsindən alınan məhsullardan (alkibenzol) istifadə olunur. Qeyd etmək lazımdır ki,
bunlar benzinin keyfiyyətinə təsir göstərməyərək, yalnız antidetonasiya qabiliyyətini
yüksəldir. Eyni zamanda oktan ədədini artırmaq üçün aşqar kimi etil mayesi şəklində
işlədilən tetraetil qurguşun (TEQ-benzinin hər kiloqramına ən çoxu 3,3 q) istifadə
olunur. Təyyarə beninlərinə narıncı, sarı, yaşıl boyalar qatılır ki, buda onların
tərkibində zəhərli etil mayesi olduğunu göstərir.
Təyyarə benzinləri üçün DÜ ST 1012-72 standartına əsasən aşağıdakı tələblər
müəyyənləşdirilmişdir (cədvəl 1.6).
19
Cədvəl 1.6
Tə yyarə benzinlə rinə verilə n standart tə lə blə r
Göstəricilər
Markalar
B-100/130 B-95/130
B-91/130
B-70
Oktan ədədi (motor üsulu), azı
98,6
95,0
91,0
70,0
TEQ-un miqdarı, q/kq, çoxu
2,7
3,3
2,5
-
Zəngin qarışıqda çeşidlik, azı
130
130
115
-
Aşağı istiliktörətmə qabiliyyəti, kC/kq, azı
43157
43157
43157
43157
Fraksiya tərkibi:
Qaynama başlanğıcının temperaturu, ºS, azı
40
40
40
40
Distillə temperaturu, ºS, 10%-i, çoxu
75
82
82
88
50% ----"----
105
105
105
105
90% ----"----
145
145
145
145
97,5% ----"----
180
180
180
180
Doymuş buxarların təzyiqi, kPa
29,3
29,3
29,3
29,3
Qalıq, %, çoxu
1,5
1,5
1,5
1,5
Kristallaşma temperaturu, ºS, çoxu
-60
-60
-60
-60
Rəngi
narıncı
sarı
yaşıl
rəngsiz
Avtomobil benzinlə ri. Hazırda standarta əsasən sənayedə 5 markada avto
benzini hazırlanır (A-72;76;A -93;95;98).
Avtomobil benzinləri üçün aşağıdak tələblər müəyyənləşdirilmişdir (DÜ ST-
2084-77).
Qeyd etmək lazımdır ki, avtomobil benzinin əsas keyfiyət göstəricisi onların
oktan ədədləridir. Ona görə də onların oktan ədədini artırmaq üçün onlara
antidetonator əlavə edilir. Amma A-72 çeşidli benzin antidetonator kimi etil mayesi
şə
klində TEQ (çoxu 0,50q/kq) əlavə edilir.
Cədvəl 1.7
Avtomobil benzinlə rinə verilə n standart tə lə blə r
Göstəricilər
Markalar
A-72
A-76
A -93
A -95
A -98
Oktan ədədi: azı motor üsulunda
72
76
85
-
89
Elmi-tədqiqat üsulunda
normallaşdırılmır
93
95
98
TEQ-in miqdarı, q/kq, çoxu
-
0,24
0,50
-
0,50
Fraksiya tərkibi:
Qaynama başlanğıcının temperaturu, ºS, azı
35
35
35
30
35
10%-lik fraksiyanın
70
70
70
70
70
50%-lik fraksiyanın
115
115
115
115
115
90%-lik fraksiyanın
180
180
180
180
180
Qaynama sonunun temperaturu ºS, çoxu
195
195
195
195
195
Qatranın miqdarı mq/100 ml, çoxu
5
5
5
3
5
Qalıq və itkinin miqdarı, %, çoxu
4
4
4
-
4
nduksiya dövrü, dəq.
600
900
900
600
900
Etillənmiş benzinin rəngi
-
sarı
narıncı
-
göy
Dostları ilə paylaş: |