53
Füzuli su elektrik stansiyasının istismara buraxılması 25 meqavat, Mingəçevir və
Varvara su elektrik stansiyalarının yenidən qurulması isə 90 meqavat artırmışdır.
Son illərdə yeni, müasir tələblərə cavab verən elektrik stansiyalarının tikilməsi,
mövcud olanların yenidən qurulması və elektrik stansiyalarının istismar
rejimlərinin yaxşılaşdırılması hər kilovat-saat elektrik enerjisinə yanacaq sərfinin
ə
həmiyyətli dərəcədə azaldılmasına səbəb olmuşdur.
Son illərdə ölkədə qeyri-neft 2011-ci il 21 dekabr tarixli “Sumqayıt Kimya
Sənaye Parkının yaradılması haqqında” fərmanının və 2011-ci il 28 dekabr tarixli
“Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında” sərəncamlarına
müvafiq olaraq ölkədə sənaye parkları yaradılmağa başlanmışdır. Sənaye parklarının
yaradılması ilə bağlı olaraq hüquqi baza formalaşdırılmışdır. Belə ki, “Sənaye Park-
ları haqqında” Nümunəvi Əsasnamə hazırlanaraq 2013-cü il 24 aprel tarixdə təsdiq
edilmiş, 2013-cu il yanvarın 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasının
Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunana əsasən Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamları ilə yaradılmış sənaye və texnolo-
giya parklarında sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin gəlirləri 7 il müd-
dətinə gəlir vergisindən azad edilmişdir. Həmçinin parkların idarəedici təşkilatının və
operatorunun mənfəətinin parkın infrastrukturunun tikintisinə və saxlanılmasına yö-
nəldilmiş hissəsinin müddət qoyulmadan, sənaye və texnologiya parklarının rezidenti
olan hüquqi şəxslərin fəaliyyətindən əldə etdikləri gəlirlərin 7 il müddətinə mənfəət
vergisindən, sənaye və texnologiya parklarının infrastrukturunun, istehsal sahələrinin
yaradılması və tikintisi məqsədi ilə idxal edilən texnikaların, texnoloji avadanlıq və
qurğuların ƏDV-dən, parkların idarəedici təşkilatı və operatoru, parkların rezidenti
olan hüquqi və fiziki şəxslərin əmlak və torpaq vergilərindən azad edilmişdir.
Son illərdə sahibkarlığın inkişafına dövlətin maliyyə dəstəyi daha da yaxşılaş-
mış, güzəştli kreditlərin həcmi əhəmiyyətli dərəcədə artmışdır. Son illərdə ölkədə
bu məqsədlə bir sıra inkişaf institutları yaradılmışdır. Bunlardan biri Sahibkarlığı
Kömək Milli Fondudur. “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli
Fondunun fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Pre-
zidentinin 7 oktyabr 2009-cu il tarixli fərmanı ilə Fondunun vəsaitlərinin istifadəsi
54
qaydaları təkmilləşdirilmişdir. Bu fərmana əsasən kreditlərin minimal həcmi 10 min
manata, maksimal həcmi isə 5 mln. manata qədər artırılmış, kreditin verilməsi me-
xanizmini təkmilləşdirilmiş, kreditin verilməsi haqqında qərarın qəbulu üçün lazım
olan müddət 35 gündən 20 günə qədər azaldılmışdır (12). Hazırda Fond sahibkarlıq
subyektlərinə 10000 manatdan 50000 manatadək – kiçik həcmli kreditlər, 50001
manatdan 250000 manatadək - orta həcmli kreditlər, 250001 manatdan 1000000
manatadək - böyük həcmli kreditlər, 1000001 manatdan 5000000 manatadək - iri
həcmli kreditlər verir. Hər bir sahibkarlıq subyektinin Fondun vəsaitləri hesabına al-
dığı güzəştli kreditin maksimum həddi 5 mln. manatdan artıq ola bilməz. Sahibkar-
lığa Kömək Milli Fondu tərəfindən verilən kreditlər həm müddət, həm də faiz dərə-
cəsi baxımında çox güzəştli şərtlərə malikdir. Belə ki, Fond tərəfindən kiçik həcmli
kreditlər üçün 2 ilədək, orta həcmli kreditlər 3 ilədək, böyük həcmli kreditlər 5 ilə-
dək, iri həcmli kreditlər 7 ilədək verilir. nvestisiya layihələrinin maliyyələşdirilmə-
si üçün verilən kreditlərin illik faiz dərəcəsinin ən yüksək həddi 6 faizə bərabərdir.
Bu da ölkədə kommersiya banklarının verdiyi kreditlərin faiz dərəcəsindən ən azı 3
dəfə azdır. Kreditlərdən istifadə üzrə güzəşt müddəti, kredit verilmiş hər bir sahib-
karlıq subyekti üçün fəaliyyətin xarakterindən asılı olaraq nağd pulun hərəkəti barə-
də məlumat əsasında müəyyən edilir və kreditin istifadə müddətinin ilk 2/3 dövrünü
ə
hatə edə bilər. Güzəşt müddətində sahibkarlıq subyektləri yalnız faiz borclarını
ödəyir, əsas borc üzrə isə hər hansı ödəniş həyata keçirmirlər. Sahibkarlıq fəaliy-
yətinin dəstəklənməsi və bu sahəyə dövlət qayğısının artırılması məqsədilə 2004-
2013-cü illərdə Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun
vəsaitləri hesabına ölkə üzrə ümumilikdə 19,1 min sahibkarlıq subyektinə 1,2
milyard manat güzəştli kredit verilmiş, nəticədə 110 min yeni iş yeri yaradılmışdır.
Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi və yeni müəssisələrin
yaradılması istiqamətində fəaliyyət göstərən inkişaf institutlarından biri də
Azərbaycan nvestisiya Şirkətidir. Bu şirkət « nvestisiya fəaliyyətinin təşviqi üzrə
ə
lavə tədbirlər haqqında» ölkə prezidentinin 30 mart 2006-cı il tarixli sərəncamı ilə
yaradılmışdır. Şirkətin investisiya fəaliyyətinin məqsədi kimi, ölkə iqtisadiyyatının
qeyri-neft sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin və digər
55
kommersiya təşkilatlarının nizamnamə kapitalındakı iştirak payını, o cümlədən
səhmlərini almaqla müddətli investisiya həyata keçirilməsi çıxış edir.
Azərbaycan nvestisiya Şirkətinin yaradılması əsasən qeyri-neft sektorunda in-
vestisiya fallğının stimullaşdırılmasına yönəldilmişdir. Belə ki, şirkət investisiya qoy-
duğu kommersiya təşkilatının nizamnamə kapitalında üstün iştiraka malik ola bilməz.
Eyni zamanda kommersiya təşkilatının nizamnamə kapitalına qoyulan investisiya
üçün şirkətin ali idarəetmə orqanının müəyyən etdiyi müddət bitdikdə, şirkət əldə
etdiyi iştirak payını bazar qiymətləri ilə sataraq kommersiya təşkilatındakı iştirakına
xitam verir. Beləliklə, hazırda Azərbaycan nvestisiya Şirkətinin yaradılması özəl
bölmənin maliyyələşdirilməsinə və investisiya fəaliyyətinin stimullaşdırılmasına
ə
lavə imkanlar yaradır.
Azərbaycanda yerli sahibkarların ixrac və investisiya təşəbbüslərinin dəstəklən-
məsi üçün Azərbaycanda xracın və nvestisiyaların Təşviqi Fondu yaradılmışdır. Bu
fond tərəfindən təkcə 2013-cü ildə 54 xarici şirkətin (Danimarka, Almaniya, Polşa,
Pakistan, Çin, spaniya, taliya, Sloveniya, Pakistan, Cənubi Afrika, Portuqaliya,
Hindistan, Cənubi Koreya, Türkiyə, Qətər, Fransa, BƏƏ, Banqladeş, Rusiya, ABŞ,
Hollandiya, Yunanıstan, Böyük Britaniya, Macarıstan) Azərbaycanda biznes mühiti,
investisiya imkanları, prioritet olan iqtisadi sahələr, investisiya layihələri, yerli
ş
irkətlər, qanunvericilik, vergi rejimi, gömrük rüsumları və digər bu kimi mövzularda
olan sorğuları cavablandırılmış və dövlət orqanları və müvafiq sektorlarda fəaliyyət
göstərən yerli şirkətlərlə görüşləri təşkil olunmuşdur. Yerli şirkətlərə ixracla bağlı
müxtəlif məsləhət və məlumatlandırma xidmətləri göstərilmişdir.
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti kənd təsərrüfatı məhsulları istehsalçı-
larının müasir kənd təsərrüfatı texnikaları, texnoloji avadanlıqlar, mineral gübrələr,
pestisidlər və cins damazlıq heyvanlarla təmin olunması və istehsalçılara müxtəlif
aqrotexniki xidmətlər göstərilməsi sahəsində fəaliyyət göstərir. Təkcə 2013-cü ildə
“Aqrolizinq”ASC-yə 96,56 milyon manat vəsait ayrılmışdır. Bu ildə “Aqrolizinq”
ASC tərəfindən 58,32 milyon manat dəyərində 2854 ədəd kənd təsərrüfatı
texnikası alınmışdır ki, bunlardan 272 ədədi taxılyığan kombayn, 883 ədədi traktor,
və 1683 ədədi traktora qoşulan digər texnikalardır.
Dostları ilə paylaş: |