50
prosedurlarının sadələşdirən “bir pəncərə” prinsipi tətbiq edilmişdir. Hazırda "bir
pəncərə" prinsipi üzrə vahid dövlət qeydiyyat orqanı Azərbaycan Respublikasının
Vergilər Nazirliyidir. "Bir pəncərə" prinsipinə əsasən biznes subyektlərinin dövlət
qeydiyyatından keçirilməsi müddəti əvvəllər olduğu kimi ən azı 30 gün deyil, 3
gün müəyyən edilmiş və tələb olunan prosedurların sayı 15-dən 5-ə qədər azaldıl-
mışdır. «Bir pəncərə» prinsipinin tətbiqi biznesə başlamaq şərtlərinin əhəmiyyətli
dərəcdə yaxşılaşmasına səbəb olmuşdur. Dünya Bankının «Doing Business» layi-
həsi çərçivəsində apardığı araşdırmalar göstərmişdir ki, «bir pəncərə» prinsipinin
tətbiqi müəssisələrin qeydiyyatı prosedurasının, bunun üçün lazım olan vaxtın və
xərclərin əhəmiyyətli dərəcədə azalmasına səbəb olmuşdur.
“Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçi-
rilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin
tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2008-ci il
tarixli Fərmanına əsasən Dövlət Gömrük Komitəsinin sədrinin 22 dekabr 2009-cu il
tarixli əmri ilə “Dövlət sərhədinin buraxılış məntəqələrində “bir pəncərə” prinsipi-
nin tətbiqi ilə bağlı mal və nəqliyyat vasitələri üzərində gömrük, baytarlıq, fitosa-
nitar və sanitariya-karantin nəzarətinin həyata keçirilməsinin və beynəlxalq avto-
mobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə «icazə” blanklarının veril-
məsinin ardıcıllığını müəyyən edən müvəqqəti texnoloji sxem» təsdiq edilmiş-
dir. Texnoloji sxemdə dövlət sərhədinin buraxılış məntəqələrində qanunvericilikdə
müəyyən olunmuş qaydada gömrük, baytarlıq, fitosanitar və sanitariya karan-
tin nəzarəti və beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitə-
lərinə “ cazə” blanklarının verilməsi işlərinin bu məsələlər üzrə məsul olan göm-
rük əməkdaşları tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir. Bundan başqa
vergi idarəçiliyi təkmilləşdirilmiş, yoxlamaların sayı əhəmiyyətli dərəcədə azaldıl-
mış, sahibkarlığın inkişafına mane olan müdaxilələr məhdudlaşdırılmışdır. Son il-
lərdə sahibkarlığını vergi yükünün azaldılması məqsədilə mənfəət vergisinin hesab-
lanmasının proqressiv üsulundan proporsional üsuluna keçilmiş və onun səviyyəsi
tədricən 35 faizdən 20 faizə endirilmiş, əlavə dəyər vergisi 28 faizdən 18 faizə,
fiziki şəxslərdən gəlir vergisinin dərəcəsinin yuxarı həddi 55 faizdən 30 faizə,
51
həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki
şə
xslərin gəlir vergisinin dərəcəsi 35 faizdən 20 faizə endirilmiş, sadələşdirilmiş
vergi ödəyicisi hüququ əldə etmək məqsədləri üçün hüquqi şəxslərin vergi tutulan
ə
məliyyatlarının illik həcmi 90 min manatdan 150 min manatadək artırılmış, 2019-
cü ilə qədər kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarlar
torpaq vergisi istisna olmaqla digər vergilərdən, ödənişli məktəbəqədər müəssi-
sələrin xidmətləri əlavə dəyər vergisindən azad edilmiş, sosial sığorta ayırmaları 40
faizdən 22 faizədək aşağı salınmışdır.
2013-cü il yanvarın 1-dən “Azərbaycan Respublikasının Vergi Məcəlləsində
dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr
tarixli nömrəli Qanununa əsasən əhalinin sosial müdafiəsi məqsədi ilə hesabat
ilinin əvvəlindən gəlir vergisinin dərəcəsinin yuxarı həddi 30 faizdən 25 faizə
endirilmiş, həmçinin gəlir vergisi üzrə 14 faiz dərəcə ilə vergiyə cəlb edilən aylıq
gəlir məbləğinin maksimum həddi 2000 manatdan 2500 manatadək, illik gəlir
məbləğinin maksimum həddi isə 24000 manatdan 30000 manatadək artırılmışdır.
Azərbaycanda investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin
toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılması " nvestisiya
fəaliyyəti haqqında", "Xarici investisiyaların qorunması haqqında" Azərbaycan
Respublikasının qanunları və bir sıra normativ sənədlərlə tənzimlənir. Hazırda inves-
tisiyaların milli norma və qaydalarının konvergensiyası (eyniləşdirilməsi) prosesi
baş verir. Bütün iştirakçıların maraqlarının tanınmasına əsaslanan və qarşılıqlı fay-
danın təmin olunmasına yönəldilən bu yanaşma, son nəticədə, daha səmərəli yanaş-
ma sayılır. Azərbaycanda bu istiqamətdə mühüm addımlar atılmışdır. Belə ki, xarici
investisiyalı müəssisələrə milli rejim verilmiş və onlar ölkədə qanunla qadağan
olunmayan istənilən fəaliyyət növü ilə məşğul ola bilərlər. “Xarici investisiyaların
qorunması haqqında” qanununa əsasən müdafiə, milli təhlükəsizlik və ictimai qay-
danın təmin olunması, vergitutma, kredit və maliyyə, ətraf mühitin, əhalinin əxlaq
və sağlamlığının mühafizəsi sahəsindəki qanunvericilik aktları istisna olmaqla, di-
gər qanunvericilik aktlarının dəyişməsi investisiya qoyuluşu şəraitini pisləşdirdikdə,
on il ərzində xarici investisiyaya investisiyanın qoyulduğu zaman qüvvədə olmuş
52
qanunvericilik tətbiq edilir. Həmçinin, bu qanunla ölkədə xalqın və dövlətin mə-
nafelərinə zərər vuran müstəsna hallar istisna olmaqla, xarici investisiya milliləşdi-
rilmir, təbii fəlakət, qəza, epidemiya, epizootiya və fövqəladə xarakter daşıyan hallar
istisna olmaqla, xarici investisiya rekvizisiya edilmir. Əgər belə hallar baş verərsə,
xarici investora təxirə salınmadan müqabil və səmərəli kompensasiya ödənilir. “Xaric
investisiyaların qorunması haqqında” qanun xarici investora öz əmlakını, gəlirlərinə
müstəqil sərəncam verməyə dair təminatlar verir. Eyni zamanda, Azərbaycan
Respublikası ABŞ, Almaniya, Böyük Britaniya, Türkiyə, Avstriya, Norveç, Fransa və
s. ölkələrin də daxil olduğu, dünyanın 30-dan çox ölkəsi ilə investisiya qoyuluşlarına
qarşılıqlı təminatı və ikiqat vergitutmanın aradan qaldırılması haqqında müqavilələr
bağlanmış, ölkə bu sahədə mövcud olan bir çox beynəlxalq sazişlərə qoşulmuşdur.
2013-cü il 28 avqust tarixində qüvvəyə minmiş “Sahibkarlıq sahəsində aparılan
yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”
qanunda əsasən sahibkarın təqsirsizlik prezumpsiyası, qanun pozuntularının qarşısı-
nın alınmasının cəzalandırılmadan üstünlüyü, yoxlamalar sahəsində risk qiymətlən-
dirilməsi sisteminin və yoxlama suallarının siyahısının tətbiqi və yoxlamanın
qabaqlayıcı və profilaktik xarakter daşıması və sahibkarlıq fəaliyyətinə dair məcburi
tələblərə riayət olunmasında sahibkara kömək göstərilməsinə xidmət etməsi kimi
məsələlər öz əksini tapmışdır.
Biznes mühitinə təsir edən amillərdən biri də ölkədə infrastrukturun inkişafı-
dır. nfrastruktur xidmətlər (məsələn, telekommunikasiya, nəqliyyat və elektrik)
iqtisadiyyatın səmərəliliyi, rəqabət qabiliyyəti və artımı üçün əsas rola malikdir.
Son illərdə ölkədə baş verən sosial-iqtisadi inkişaf, iqtisadi fəallığın artımı
şə
raitində nəqliyyat sahəsində də müsbət keyfiyyət və kəmiyyət dəyişilikləri baş
vermişdir.
nvestisiya fəallığnıa təsir göstərən əsas amillərdən biri ölkədə elektrik enerjisi
ilə təhcizatın kəmiyyət və keyfiyyət Ölkədə elektrik sisteminin güclərinin
artırılması istiqamətində işlər davam etdirilir. Belə ki, Azərbaycan ES-ndə həyata
keçirilən yenidənqurma işləri ölkənin enerji sisteminin cəmi gücünün 450 meqavat,
Ş
irvan şəhərində «Cənub» elektrik stansiyasının istifadəyə verilməsi 780 meqavat,
Dostları ilə paylaş: |