59
lərinin bir-birləri ilə əlaqəli şəkildə inkişaf etdirilməsinin sərf edilən resurslardan
səmərəli istifadə və iqtisadi artım tempi baxımından mühüm əhəmiyyəti vardır.
Azərbaycanda sənaye məhsullarının istehsalının inkişaf etdirilməsi iki
istiqamətdə baş verməlidir. Birincisi, mövcud sənaye müəssisələrinin yenidən
qurulması və ya onları əvəz edən yeni müəssisələrin yaradılması, ikincisi isə, yeni
istehsalların mənimsənilməsi ilə əlaqədar olmalıdır. Birinci istiqamət mövcud
müəssisələrin həddən artıq köhnəlmələri və bununla da onların rəqabət
qabiliyyətinin aşağı olması ilə əlaqədardır. Bununla yanaşı bu sahələrdə toplanmış
bilik və təcrübə bu istehsalların yeni, daha yüksək səviyyədə mənimsənilməsinə və
nəticədə istehsalın texniki-iqtisadi səviyyəsinin yüksəldilməsinə səbəb olar. kinci
istiqamət isə ölkənin sənayesinin strukturunun təkmilləşdirilməsi ilə əlaqədardır.
Bu istehsallar daxili bazar və mövcud xammal və materialların emallıq dərəcəsinin
yüksəldilməsi və emalı daha mürəkkəb olan məhsulların mənimsənilməsi ilə bağlı
olmalıdır ki, bu da məşğulluğun təmin edilməsinə müsbət təsir göstərsin. kinci
istiqamətin inkişafı hökumət tərəfindən uzun müddətli tədbirlərin işlənib
hazırlanmasını tələb edir. Belə ki, bu tədbirlər həm kadrların hazırlanmasını,
bazarların müəyyən olunması və mənimsənilməsi istiqamətində tədbirlərin həyata
keçirilməsini, həm də yeni texnologiyanın cəlb edilməsi və onun mənimsənilməsi
və inkişafı üzrə elmi-texniki bazanın yaradılmasını tələb edir.
Ölkədə neft və qaz emalının həcminin artması kimya və neft-kimya sahəsinin
inkişaf etdirilməsi üçün əlverişli şərait yaradır. Bu sahədə böyük təcrübə və elmi
potensial mövcuddur. Belə ku, ölkədə neft emalı və neft-kimya sahələrində elmi-
tədqiqat və layihə işlərini həyata keçirən Neft-Kimya Prosesləri Elmi-Tədqiqat ns-
titutu, Aşqarlar Elmi-Tədqiqat nstitutu, Olifenlər Elmi-Tədqiqat nstitutu, Polimer
Materialları Elmi-Tədqiqat nstitutu, «Azərkimya» Dövlət Şirkətinin Layihə nsti-
tutu mövcuddur. Qeyd etmək lazımdır ki, neft-kimya sənayesinin perspektiv inkişa-
fı mövcud istehsalların köklü şəkildə yenidənqurulması və bir sıra yeni sahələrin
yaradılması ilə əlaqədar olmalıdır. Mövcud istehsallardan «Etilen-Polietilen» za-
vodunda "EP-300" və "Polimer-120" qurğularının yenidən qurulması və "EP-300"
qurğusunda istehsal edilmiş aralıq məhsulları emal edən sahələrdə müasir tələblərə
60
cavab verən yeni qurğuların tikilməsi ilə əlaqədar olmalıdır. Təhlil göstərir ki,
yuxarıda qeyd edilən qurğular istisna olmaqla, kimya və neft kimya sənayesində
mövcud əsas fondların əksəriyyəti mənəvi və fiziki cəhətdən köhnəlmişdir.
Neft-kimya sahəsinin inkişafında mühüm istiqamətlərdən biri istehsal olunmuş
aralıq məhsullar əsasında son istehlak məhsullarının istehsalının təşkilidir. Ölkədə
neft-kimya sənayesinin son məhsulları olan polietilen, polipropilen və polivinilx-
lorid istehsallarının yaradılması, bu materiallar əsasında geniş çeşiddə tikinti,
maşınqayırma və digər sahələrdə istifadə edilən istehlak məhsullarının və müxtəlif
məmulatların istehsalının inkişaf etdirilməsi mümkündür. Belə məhsullara plastik
borular və şlanqlar, polietilendən kisə və paketlər, polivinilxloridddən borular və
santexnik məmulatları, polimer örtüklər və s. aiddir.
Azərbaycanda tikinti materialların sənayesinin inkişaf inkişaf imkanları böyük
olan sahələrdən biri lak-boya materiallarının istehsalı ilə əlaqədardır. Bu sahənin
inkişafı kimya və neft kimya sənayesinin inkişafı ilə bağlıdır.
Metallurgiya sənayesi istehsalın miqyasının böyük olması ilə fərqlənir. Belə
şə
raitdə istehsalın miqyasının aşağı olduğu hallarda məhsulun maya dəyəri optimal
ölçülü müəssisələrə nisbətən yüksək olur. Araşıdrmalar göstərir ki, hazırda metal-
lurgiya sənayesinin yenidən qurulmasına ehtiyac var.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 aprel tarixli Sərəncamı ilə
səhmləri dövlətə məxsus “Azərbaycan Polad stehsalı Kompleksi” QSC-nin yaradıl-
ması ölkədə qara metallurgiyanın inkişafında yeni mərhələnin başlanmasına yol aç-
mışdır. Tərkibinə “Daşkəsən Filizsaflaşdirma” ASC-nin də daxil olduğu bu komp-
leksdə Gəncə şəhərinin və Daşkəsən rayonunun ərazilərində dəmir filizinin hasilatın-
dan polad istehsalına qədər bütün mərhələləri əhatə edən polad istehsalı kompleksinin
layihələndirilməsi, tikintisi və idarə olunması, bu sahədə yeni texnologiyaların
tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə
bu sahənin inkişafı ilə bağlı digər işlərin həyata keçirilməsi nəzərdə tutulur.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində “Azərtexnolayn” Məhdud
Məsuliyyətli Cəmiyyətinin Polad Boru Zavodu qara metallurgiya sənayesinin
inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Layihəyə uyğun olaraq zavodda
61
Türkiyə, Almaniya, taliya və Çin texnologiyaları əsasında ildə 75 min ton müxtəlif
böyük diametrli polad boruları istehsal ediləcəkdir. Burada istehsal olunan
boruların xaricə, o cümlədən Rusiyaya, Qazaxıstana, Gürcüstana, Türkmənistana
və digər ölkələrə ixrac edilməsi planlaşdırılır.
Ə
lvan metallurgiya üzrə Gəncə şəhərində yerləşən “Det.Al Alüminium”
MMC-yə məxsus alüminium zavodunun istifadəyə verilmiş 1-ci korpusunda il
ə
rzində 54 min ton yüksək keyfiyyətli ilkin alüminium istehsal olunmuşdur.
stehsal gücü ildə 50 min ton olacaq 2-ci korpusun tikintisinə 2014-cü ildə
başlanılmışdır. Bununla yanaşı, istehsal edilən ilkin alüminiumdan son məhsul
istehsalının təşkil edilməsi məqsədi ilə 2013- cü ildə “Det.Al Alüminium” MMC
tərəfindən illik istehsal gücü 50 min ton (15 min ton boyalı, 35 min ton boyasız)
xarici bazarda yüksək tələbata malik alüminium yayma məhsulları (lövhənin
qalınlığı 0.2-8 mm) olan Təzyiqlə Emal və Boyama Zavodu istifadəyə verilmişdir.
Müasir dövürdə ölkədə sənayenin perspektivli sahələrindən biri neft-maşınqa-
yırma sahəsidir. "Azneftkimyamaş" ASC-nin restrukturizasiya olunması, onun
inkişaf strategiyasının müəyyən olunması və iri investisiya qoyuluşlarının həyata
keçirilməsi əsasında yenidən qurulması məqsədəuyğundur. Bu şirkətin inkişaf planı
onun fəaliyyətinin bütün tərəflərini əhatə etməlidir. Şirkətin istehsal və xidmət böl-
mələrinin, təcrübə və konstruktor bölmələrinin yenidən qurulması, təşkilati və ida-
rəetmə strukturunun təkmilləşdirilməsi, perspektiv satış bazarlarının və məhsul
çeşidlərinin müəyyən olunması, bunların istehsalını təşkil edə bilən kadrların hazır-
lanması və s. bu kimi məsələləri əhatə edən kompleks inkişaf planının hazırlanması
zəruridir. Fikrimizcə, ölkəmizin neft hasilatı ilə məşğul olması və neft hasil edən
ölkələrə qonşu olması, bu sahədə mövcud təcrübə neft mədən avadanlıqları isteh-
salı sahəsinin inkişafını məqsədəuyğun edir. Neft maşınqayırma sahəsinin inki-
ş
afını xarici şirkətlərələ strateji əməkdaşlıq şəklində də həyata keçirilə bilər. Belə
ki, hazırda texnologiyanın cəlb edilməsi üçün xarici müəssisələrə birbaşa investi-
siya səmərəli yollardan biri hesab edilir. Bu baxımdan, xarici neft maşınqayırma
ş
irkətində hökumət əhəmiyyətli paya malik olmaqla bu şirkətin imkanlarından
istifadə etməklə yerli neft maşınqayırma sahəsinin inkişafına nail olmaq olar.
Dostları ilə paylaş: |