68
inkişafı sahəsində əldə olunmuş nailiyyətlərin möhkəmləndirilməsi və artırılması
üçün biznes mühitinin əlverişliliyinin artırılması və kiçik və orta sahibkarlığın
inkişafına dəstək verilməsi siyasəti davam etdirilməlidir.
Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması,
bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların,
müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək
keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsal edilməsi dövlətin müəyyən etdiyi
iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.
Bu sahədə həyata keçirilən dövlət siyasəti sahibkarlığa yaradılmış fəaliyyət
mühitinin daha da yaxşılaşdırılmasına, dövlət himayəsinin təkmilləşdirilməsinə,
dövlət-sahibkar münasibətlərinin yaxşılaşdırılması, bazar iqtisadiyyatının tələblərinə
uyğun təsisatların yaradılmasına və onların səmərəli fəaliyyətinin təmin edilməsinə
yönəldilməlidir.
Qeyri-neft sektorunun inkişafı sahəsində dövlət siyasəti üç istiqaməti əhatə
etməlidir. Birinci istiqamət qeyri-neft sektorunda investisiya qoyuluşlarının
maliyyələşdirilməsi üçün əlverişli şəraitin yaradılması ilə əlaqədardır. Müasir dövr-
də qeyri-neft sektorunun inkişafına mane olan amillərdən biri ölkədə faiz dərəcə-
lərinin yüksək olmasıdır. Gələcəkdə maliyyələşmə mənbələrinin genişləndirilməsi
və faiz dərəcələrinin aşağı salınması qeyri-neft sektorunun inkişafı baxımından
mühüm əhəmiyyət kəsb edəcəkdir. Bu sahədə artıq hökumət tərəfindən bəzi
tədbirlər həyata keçirilməkdədir. Belə ki, qeyri-neft sektorunun, xüsusilə kənd
təsərrüfatı və emal sənayesinin inkişaf etdirilməsi məqsədilə Sahibkarlığa Komək
Milli Fondu, Azərbaycan nvestisiya Şirkəti, Kənd Təsərrüfatı Kreditləri üzrə
Dövlət Agentliyi kimi qurumlar yaradılmışdır. Məsələn, Sahibkarlığa Kömək Milli
Fondu tərəfindən verilən güzəştli illik faiz dərəcəsinin ən yüksək həddi 6 faizə
bərabərdir ki, bu da kommersiya kreditlərinin faiz dərəcəsindən təqribən 4 dəfə
azdır. Fikrimizcə, ölkədə qeyri-neft sektorunun inkişafının güzəştli kreditlər
hesabına maliyyələşdirilməsinin genişləndirilməsi zəruridir.
Qeyri-neft sektorunun inkişafı sahəsində dövlət siyasətinin ikinci istiqamət bu
sahələrdə istehsalın səmərəliliyini yüksəltməyə xidmət etməlidir. Ölkədə həyat sə-
69
viyyəsinin artırılması firmaların mövcud resurslardan səmərəli istifadə etmək, xü-
susilə səmərəlilik səviyyəsinin yüksəldilməsinə nail olmaq qabiliyyətindən birbaşa
asılıdır. Bu isə mili iqtisadiyyatın rəqabətqabiliyyətliliyini müəyyən edir. Hazırda
qeyri-neft sektorunda istehsalın səmərəliliyinin aşağı olması bu sahənin məhsul və
xidmətlərinin xarici rəqiblərlə rəqabət aparmaq imkanlarını məhdudlaşdırır.
Bununla yanaşı, ölkədə iqtisadi resurslardan səmərəli istifadəni təmin edən rəqabət
qabiliyyətli sahələri qısa müddət ərzində yaratmaq qeyri mümkündür. Buna görə
də, ölkədə iqtisadi artımın dayanıqlılığını artıran sahələrin inkişaf etdirilməsi
dövlət tərəfindən dəstəklənməlidir. Bu sahələrdə firma səviyyəsində istehsalın
səmərəliliyinin yüksəldilməsi məqsədilə hökumət tərəfindən bir sıra tədbirlər
həyata keçirilə bilər. Bunlardan birincisi, qeyd edilən sahələrin ixtisaslı işçilərlə
təmin edilməsidir. Ölkədə insan kapitalının formalaşdırılması iri həcmli investisiya
qoyuluşları tələb edir. Bu investisiya qoyuluşlarının dövlət tərəfindən həyata
keçirilməsi və qeyri-neft sektorunun prioritet sahələri üçün kadrların hazırlanması
istiqamətində tədbirlərin həyata keçirilməsi mühüm əhəmiyyətə malikdir.
Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2004-cu il tarixli 128 №-li
Fərmanı ilə təsdiq edilmiş «Neft və qaz gəlirlərinin idarə olunması üzrə
uzunmüddətli strategiya»ya əsasən iqtisadiyyatın intellektual və texnoloji bazasının
səviyyəsinin yuksəldilməsinin stimullaşdırılması və "insan kapitalı"nın inkişafı
(yuksək ixtisaslı kadrların hazırlanması (o cumlədən xarici olkələrdə), kadrların
peşəkarlıq səviyyəsinin artırılması neft gəlirlərindən istifadənin əsas istiqamətlərinə
aid edilmişdir. Bu istiqamət həm texniki-peşə təhsilinin etdirilməsini, həm də ali
təhsilli mütəxəssislərin hazırlanmasını əhatə etməlidir. Bu tələbatdan irəli gələrək
«Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafi üzrə Dövlət Proqramı
(2007-2012-ci illər)» və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət Proqramı" qəbul edilmişdir və onlar həyata keçirilir.
Fikrimizcə, bu sahədə ən mühüm məsələlərdən biri müxtəlif ixtisaslar üzrə kadrlara
tələbatın müəyyən edilməsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2008-ci il 3 iyun tarixli sərəncamı ilə «Azərbaycan gənclərinin xaricdə təhsil
almaları üzrə prioritet sahə, ixtisas və proqramların siyahısı» təsdiq edilmiş,
70
«Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafi üzrə Dövlət
Proqramı»nda isə regional inkişaf istiqamətlərində və yeni yaranacaq istehsal və
xidmət müəssisələrinin tələbatına uyğun peşə ixtisas kadrlarının hazırlanması
proqnozlarının işlənib hazırlanması nəzərdə tutulmuşdur. Fikrimizcə, əmək bazarı
ilə qeyri-neft sektorunun düzgün şəkildə əlaqələndirilməsi bu sahələrin inkişafı
baxımından mühüm əhəmiyyətə malikdir.
Qeyri-neft sektorunda istehsalın səmərəliliyinə təsir göstərən əsas amillərdən
biri ölkədə infrastruktur sahələrin inkişaf etdirilməsidir. nfrastruktur sahələrin
inkişafı ölkədə maddi, maliyyə və informasiya axınlarının sürət və dəyərini
müəyyən edir. Ölkədə qeyd edilən axınların sürəti yüksəldikcə, dəyəri isə
azaldıqca, milli iqtisadiyyatın, o cümlədən qeyri-neft sahələrinin rəqabət
qabiliyyəti də artır. Bu baxımdan, nəqliyyatın, rabitənin, anbar təsərrüfatının və s.
infrastruktur sahələrin inkişafı emal sənayesi və kənd təsərrüfatı sahələrinin
inkişafının müəyyən edən əsas amillərdən biridir. Son illərdə ölkədə infrastruktur
sahələrin inkişafı istiqamətində həyata keçirilən tədbirlər qeyri-neft sektorunun
inkişafına müsbət təsir göstərir. Bu təsir həm belə sahələrin xidmətlərinin artması
hesabına, həm də qeyri-neft sektorunun digər sahələrinin inkişafı hesabına təmin
olunur. Kənd təsərrüfatı istehsalçılarının kiçik olması onların fərdi anbarlar
yaratması imkanlarını məhdudlaşdırır. Həmçinin kənd təsərrüfatı məhsulları təbii
şə
raitdə tez xarab olduqlarından, anbarların olmaması mövsüm vaxtı onların
qiyməti ucuz, mövsümdən sonra isə bahalaşmasına səbəb olurdu. Bu amil nəzərə
alınaraq Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kreditləri hesabına
son iki il ərzində tutumu 85 min ton olan 25 müasir soyuducu anbar və 267 min
tonluq 17 taxıl anbarı komplekslərinin tikintisi maliyyələşdirilib. Anbar
təsərrüfatının inkişafı il ərzində kənd təsərrüfatı məhsullarının qiymətlərində baş
verən dispersiyanın (tərəddüdlərin) azalmasına, kəndli təsərrüfatlarında istehsalın
səmərəliliyinə müsbət təsir göstərəcəkdir. Son illərdə kənd təsərrüfatı istehsalının
səmərəliliyinə təsir göstərən müsbət amillərdən biri də «Aqrarlizinq» ASC-nin
yaradılması olmuşdur. Kənd təsərrüfatı istehsalçılarına xidmət göstərən belə ix-
tisaslaşmış qurumun yaradılması bu sahənin inkişafı baxımından mühüm əhəmiy-
Dostları ilə paylaş: |