62
Ölkədə elektrotexnika, cihazqayırma, avtomobil istehsalı sahələrinin inkişaf
imkanları mövcuddur. Lakin bu sahələrin inkişafı əsasən xarici dəstləşdirici
məmulatlardan hazır məhsulun yığılması və sonrada bu məmulatların bir hissəsinin
istehsalının təşkili hesabına mümkündür. Fikrimizcə, maşınqayırma məhsulları
nisbətən mürəkkəb və differensal məhsullar olduğuna görə, bu sahədə məhsulların
istehsalının mənimsənilməsi və bu istehsalların inkişafı sahəsində müvəffəqiyyət
ə
ldə etmək uzunmüddətli tədbirlər kompleksinin həyata keçirilməsini və iri həcmli
investisiya qoyuluşları tələb edir.
Ölkədə inkişaf etdirilməsi mümükün olan sahələrdən biri də qaz, enerji və ma-
ye sayğacları və onların hissələrinin istehsalıdır. Hazırda bu sahədə "Gəncə-Cihaz"
ASC, "Sənayecihaz" Elmi- stehsalat Müəssisəsi və digər müəssisələr fəaliyyət
göstərirlər. Fikrimizcə, maşınqayırma məhsulları istehsalının optimal ölçüsü böyük
olduğundan bu sahədədə də istehsalın təmərküzləşməsi istiqamətində tədbirlər gö-
rülməlidir. Belə ki, həm elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin, həm də
məhsul ixracının təmin edilməsi bu sahədə iri şirkətin yaradılmasını məqsədəuyğun
edir. Buna görə də, bu sahədə fəaliyyət göstərən müəssisələrin bir şirkətdə birləşdiril-
məsi, onların ümumi elmi-tədqiqat və təcrübə konstruktor bölməsinin və təhcizat-
satış bölməsinin yaradılması məqsədəuyğundur. Bundan sonra şirkətin inkişafı üzrə
investisiya tələbatı müəyyən oluna və bu investisiya qoyuluşlaırnın bank kreditləri,
dövlət vəsaitləri və xarici maliyyə vəsaitləri cəlb etməklə maliyyələşdirilə bilər.
Ölkədə velosipedlər, uşaq kolyaskaları istehsal edən müəssisə yaratmaq
mümkündür.
Azərbaycanda kənd təsərrüfatı milli iqtisadiyyatın mühüm sahələrindən
biridir. Bu sahənin inkişafı onun maddi texniki bazasının möhkəmləndirilməsindən
asılıdır. Hazırda kənd təsərrüfatının maddi-texniki bazası zəifdir. Belə ki, 2035-cü
ildə ölkədə kotanların sayı 1990-cı ilə nisbətən 4,4 dəfə, kultivatorların sayı 7,2
dəfə, toxumsəpənlərin sayı 6,4 dəfə, otbiçənlərin sayı 3 dəfə, sıxıb bağlayanların
sayı 4,8 dəfə azalmışdır. Hazırda kənd təsərrüfatında 1990-cı il səviyyəsinə çatmaq
üçün təqribən 10 min kotan, 6 min kultivator, 7,5 min toxumsəpən, 4 min otbiçən,
3 min sıxıb bağlayan tələb olunur. Son illərdə regional iqtisadiyyatın inkişafı bu
63
ölkələrdə kənd təsərrüfatının inkişafının maliyyələşdirilməsi üçün imkanlar
yaratmışdır ki, bu da kənd təsərrüfatı texnikasına tələbatı artırmışdır. Fikrimizcə,
ölkədə kənd təsərrüfatı maşınları istehsal edən müəssisənin yaradılması
məqsədəuyğun olar. Bu müəssisə presbağlayan, üzüm bağlarının dərmanlayan,
gübrə səpən maşınlar, kotanlar, fermalarda, şərabçılıq sahəsində istifadə edilən
maışın və avadanlıqlar və s. istehsal edə bilər.
Orta müddətli dövrdə kənd təsərrüfatı bitkilərinin əkin strukturunun təkmilləş-
dirilməsi və istehsal həcminin artırılmasını təmin etmək üçün aşağıdakı istiqamət-
lərdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
- kənd təsərrüfatı birkilərinin istehsalında intensiv metodların tətbiqinin
genişləndirilməsi;
- bitkiçilik məhsullarının istehsalında növbəli əkin sisteminin yerli şəraitə uyğun
aparılması üçün özəl bölmə ilə müvafiq tədbirlərin hazırlanıb həyata keçirilməsi;
- kənd təsərrüfatı bitkilərinin bölgələr üzrə optimal əkin strukturunun və istehsal
həcminin müəyyənləşdirilməsi;
- iri taxılçılıq təsərrüfatlarının yaradılması;
- süfrə (o cümlədən kişmiş) və texniki üzüm sortlarının əkin sahələrinin
genişləndirilməsi, yeni üzümlüklərin salınması;
- heyvandarlığın yem bazasının intensiv texnologiyalar əsasında inkişaf
etdirilməsinin stimullaşdırılması;
- yem bitkilərinin əkin sahəsinin, məhsuldarlığının artırılması və qarışıq yem
istehsalının genişləndirilməsi üçün digər zəruri tədbirlərin həyata keçirilməsi;
- yem birkiləri əkinlərinin genişləndirilməsi;
- quş yeminin əsasını təşkil edən soya bitkilərinin əkin sahələrinin genişləndiril-
məsi.
- istixana tərəvəzçiliyinin genişləndirilməsi üçün kiçik sahibkarlara elmi-
metodiki kömək göstərilməsi;
- torpaqda N, P, K və digər qida maddələrini təyin etmək üçün bölgələrdə
fəaliyyət göstərən aqrokimya laboratoriyalarının modernləşdirilməsi;
- mineral gübrələrin yerli istehsalının təşkili imkanlarının araşdırılması.
64
Azərbaycanda heyvandarlıq məhsullarına tələbatın tam ödənilməsi üçün im-
kanlar mövcuddur. Belə imkanlar əsasən bu sahənin intensiv yolla inkişaf etdi-
rilməsini nəzərdə tutur. Çünki indiyə qədər ölkədə heyvandarlıq sahəsinin inkişaf
etdirilməsi əsasən ekstensiv yollarla inkişaf etdirilmişdir. Bu sahənin ekstensiv yolla
inkişafını şərtləndirən əsas amillərdən biri heyvandarlıq sahəsinin təsərrüfat kate-
qoriyaları üzrə strukturu olmuşdur. Belə ki, heyvandarlıq məhsulunun ümumi
həcmində fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatlarının payı 2000-ci ildə 98,3
faizə, 2011-cu ildə isə 93,0 faizə, kənd təsərrüfatı müəssisələri və sair təşkilatlarının
payı isə müvafiq olaraq 1,7 faizə və 7,0 faizə bərabər olmuşdur. Bu amil keçid
dövründə heyvandarlıq sahəsinin inkişafına müsbət təsir göstərsə də, sonrakı dövrdə
məhsuldarlığın artımını məhdudlaşdıran mühüm amillərdən biri olmuşdur. Belə ki,
100 ailə təsərrüfatına 2000-ci ildə 195 baş, 2011-ci ildə isə 229 baş iri buynuzlu mal-
qara, müvafiq olaraq 92 baş və 110 baş inək və camış, müvafiq olaraq 540 baş və 691
baş qoyun və keçi düşmüşdür. Göründüyü kimi, 2011-cu ildə orta hesabla bir ailə
təsərrüfatına bir inək və 7 qoyun və keçi düşmüşdür. Belə kiçik təsərrüfatlar çərçivə-
sində heyvanların saxlanılması, bəslənilməsi, yetişdirilməsi, mayalandırılması sahə-
sində zoobaytar qaydalara ciddi şəkildə əməl olunması imkanları məhdud olur. Nə-
ticədə, heyvandarlıq sahəsində məhsuldarlıq əhəmiyyətli dərəcədə aşağı olur. Əsasən
ailə təsərrüfatlarının üstünlük təşkil etdiyi sahələrdə məhsuldarlıq aşağı düşmüş, kənd
təsərrüfat müəssisələrinin üstünlük təşkil etdiyi sahələrdə isə nisbətən artmışdır.
Azərbaycanda heyvandarlıq sahəsinin inkişafının ekstensiv yollarla inkişaf
etdirilməsi imkanları tükənməkdədir. Belə şəraitdə ölkədə heyvandarlığın inkişaf
etdirilməsini təmin etmək üçün lazım olan yemin strukturunun optimallaşdırılması
istiqamətində tədbirlərin həyata keçirilməsinə ehtiyac vardır.
Hazırda, ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılması hesabına həm ət,
həm də süd istehsalını artırmaq imkanları böyükdür. Belə ki, Azərbaycanda heyvan-
darlıq sahəsində məhsuldarlıq bu sahədə aparıcı mövqe tutan ölkələrdəki səviyyədən
təqribən 5-6 dəfə geri qalır. Məsələn, inkişaf etmiş ölkələrdə bir inəkdən orta illik süd
sağımı 5000 kiloqramdan çoxdur. Bu baxımdan, ölkədə heyvanların cins tərkibinin
yaxşılaşdırılması hesabına heyvandarlıq məhsullarının artırılması imkanları böyük-
Dostları ilə paylaş: |