71
yətə malikdir. Bununla belə, infrastruktur sahələrin inkişafı ilə onların xidmətlərini
istehlak edən qeyri-neft sahələrinin inkişafının əlaqələndirilməsi bu sahəyə qoyulan
investisiya qoyuluşlarının səmərəliliyi baxımından böyük əhəmiyyətə malikdir.
Qeyri-neft sektorunda istehsalın səmərəliliyinin yüksəldilməsinin digər isti-
qaməti onların fəaliyyətinin birbaşa subsidiyalaşdırılması və onlara vergi güzəşt-
lərinin verilməsi ilə əlaqədardır. Son illərdə Azərbaycanda vergilərin səviyyəsi
ə
həmiyyətli şəkildə azaldılmışdır. Belə ki, mənfəət vergisi 2000-ci ildə 27 faizdən
2013-cu ildə 20 faizə, sosial sığortaya ayırmalar 33 faizdən təqribən 25,66 faizə
qədər azaldılmışdır. Hazırda Azərbaycanda vergi dərəcələrinin azaldılması hesabı-
na qeyri-neft sektorunun inkişafını stimullaşdırmaq imkanları məhduddur. Belə ki,
Azərbaycanda bu sahələrin vergi yükləri digər ölkələrə nisbətən aşağıdır. Bununla
yanaşı, ölkədə enerjidaşıyıcılarının qiymətləri artırılmışdır ki, bu da qeyri-neft
sektorunda istehsalın səmərəliliyinə mənfi təsir göstərən amillərdəndir. Həmçinin
gələcəkdə əmək haqqının, bir sıra xidmət sahələrinin tariflərinin artımı proqnoz-
laşdırılır ki, bunlar da bəzi qeyri-neft sahələrin istehsal xərclərinin artmasına və
qiymətə görə rəqabət qabiliyyətlərinə mənfi təsir göstərəcəkdir. Qeyd edilənlərlə
yanaşı, firmaların sosial vəzifələrinin artırılması, məsələn işçilərin həyatlarının
sığortalanması, tibbi sığortalanması, əməyin təhlükəsizliyinə dair tələblərin, ekoloji
tələblərin artırılması kimi məsələlər istehsalın maya dəyərinin artmasına səbəb
olacaqdır. Bu amilləri nəzərə alaraq, qeyri-neft sahələrinin investisiya cəlb
ediciliyini artırmaq və bu sahələrdə istehsalın səmərəliliyini təmin etmək üçün
səmərəli stimullaşdırma mexanizminin yaradılması zəruridir. Bu mexanizm qeyri-
neft sahələrinin azad bazarda səmərəli fəaliyyət göstərmək imkanları əldə edənə
qədər fəaliyyət göstərməlidir. Hazırda ölkədə belə mexanizm kənd təsərrüfatı sahə-
si üzrə yaradılmaqdadır. Belə ki, bu sahə torpaq vergisi istisna olmaqla bütün
vergilərdən azad edilmiş, güzəştli şərtlərlə toxum, gübrə alınması və birbaşa maliy-
yə yardımlarının edilməsi təmin olunmuşdur. Bununla yanaşı, emal sənayesi
sahələrinin, xüsusilə ixracyönümlü sahələrin inkişafının dövlət tərəfindən dəstək-
lənməsi mexanizminin təkmilləşdirilməsinə ehtiyac vardır. Fikrimizcə, ölkənin
emal sənayesində xarici mütərəqqi texnologiyaların alınmasının və ya xarici müəs-
72
sisələrin alınması hesabına yerli istehsalın texniki-iqtisadi səviyyəsinin artırılması
məqsədilə bu istiqamətlərdə firmaların xərclərinin bir hissəsinin dövlət tərəfindən
kompensasiya edilməsi məqsədəuyğun olardı.
Qeyri-neft sektorunun inkişafının dövlət tərəfindən dəstəklənməsinin üçüncü
istiqaməti bu sahədə risklərin azaldılması ilə əlaqədardır. Bununla əlaqədar dövlət
dəstəyi həm də qeyri-neft sahələrində istehsalın səmərəliliyinin yüksəldilməsinə də
səbəb olur. Belə ki, qeyri-neft sektorunda risklərin sığortalanması daha ucuz vəsait-
ləri cəlb etməyə, tərəfdaşlarla əməliyyatları daha ucuz yollarla həyata keçirməyə
imkan verir. Məsələn, kənd təsərrüfatı istehsalçılarının istehsalla bağlı risklərinin
azaldılması məqsədilə ölkə prezidentinin 18 iyun 2002-ci il tarixində qəbul edilmiş
«Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında» Azərbaycan Respub-
likasının qanuna əsasən kənd təsərrüfatı bitkilərinin məhsulları, kənd təsərrüfatı
heyvanları, ev quşları, dovşanlar, xəz dərili vəhşi heyvanlar, arı ailələri, habelə
kənd təsərrüfatı təyinatlı binalar, tikililər, qurğular, avadanlıqlar, maşınlar,
nəqliyyat vasitələri və digər əmlak (azqiymətli və tezköhnələn əşyalar və təbii
biçənəklərin məhsulları istisna olmaqla) sığortalanması zamanı sığorta haqqının 50
faizi dövlət büdcəsindən ödənilir. Fikrimizcə, qeyri-neft sektorunun digər sahələ-
rində, xüsusilə emal sənayesi sahələrində də risklərin azaldılması istiqamətində
dövlət tərəfindən tədbirlərin müəyyən edilməsi məqsədəuyğundur.
nvestisiya siyasətinin təkmilləşdirilməsi məqsədilə aşağıdakı prioritet
istiqamətlərdə tədbirlərin həyata keçirilməsi zəruridir:
- investisiyaların idarə olunması prosesinin təkmilləşdirilməsi;
- səmərəli rəqabət mühitinin inkişaf etdirilməsi;
- sahibkarlığın inkişafının (xüsusilə regionlarda) dəstəklənməsi;
- istehsalın rəqabət qabiliyyətinin gücləndirilməsi və ölkənin ixrac
potensialının artırılması üzrə tədbirlərin görülməsi;
- informasiya və kommunikasiya texnologiyalarından ( KT) istifadə imkanla-
rının genişləndirilməsi.
Səmərəli rəqabət mühitinin inkişaf etdirilməsi istiqamətində Rəqabət
Məcəlləsi qəbul olunmalı, istehlak bazarının bölüşdürülməsi və razılaşdırılmış
73
qiymətlərin tətbiq edilməsi hallarının qarşısının alınması üçün müntəzəm
monitorinqlər aparılacaq və müvafiq məsuliyyət tədbirləri tətbiq edilməlidir. Eyni
zamanda, istehlakçıların hüquqlarının dövlət müdafiəsinin gücləndirilməsi, istehlak
mallarının istehsalı, idxalı və ixracının, topdan və pərakəndə satışının həyata
keçirilməsi zamanı normativ sənədlərin tələblərinə əməl edilməsini təmin etmək
məqsədilə müntəzəm monitorinqlər aparılacaq və məsuliyyət tədbirləri tətbiq
olunmalıdır.
Sahibkarlığın inkişafına yardım üçün dövlət büdcəsindən ayrılan güzəştli
kreditlərin həcminin artırılması və regionlarda sahibkarların bu vəsaitlərə çıxış
imkanlarının genişləndirilməsi təmin ediləcəkdir, kreditləşmənin səmərəliliyinin
artırılması istiqamətində fəaliyyət gücləndirilməlidir.
Regionlarda sahibkarlığın inkişafına dövlətin maliyyə-kredit vasitəsilə təsiri
xarici və yerli investorların xüsusi maraqlarının ölkənin ümummilli mənafeyi ilə
uzlaşmasında mühüm rol oynayır. Qeyri-neft sektoru müəssisələrinin inkişafının
stimullaşdırılması metodları istehsalının ərazi üzrə yerləşdirilməsinin prioritet inkişaf
istiqamətlərini, iqtisadiyyatda baş verən kəmiyyət və keyfiyyət dəyişikliklərini çevik
şə
kildə nəzərə almalıdır. Güzəştlər sistemi konkret şəraitdə istehsalın inkişafı sahə-
sində qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinə xidmət etməlidir. O, əhalinin
məşğulluğu probleminin həllinə, yığımın artım tem-pinin yüksəlməsinə, istehsal
strukturunun təkmilləşdirilməsinə, istehlak şeylərinin istehsalının artırılmasına müs-
bət təsir göstərməlidir.
Ölkədə qeyri-neft sahələrininın inkişafını stimullaşdıran əsas vasitələrdən biri
məhsul və xidmətlərin qiymətlərinin tənzimlənməsidir. Hər şeydən öncə, dövlət sifariş
qiymətləri və dövlət müəssisələrinin istehsal etdikləri məhsulların və infrastruktur ob-
yektlərin göstərdiyi xidmətlərin qiymətləri nəzərdə tutulur. Fikrimizcə, dövlətin inhi-
sarında olan enerji daşıyıcılarının və infrastruktur obyektlərin xidmətlərinin daxili qiy-
mətlərinin beynəlxalq səviyyədən aşağı saxlanması hesabına istehsal xərclərinin azal-
dılması yerli məhsullarının rəqabət qabiliyyətinin artmasına və ixracına kömək edərdi.
Qeyd edək ki, bu sahələrin inkişaf etdirilməsi üçün həm dövlətin, həm özəl
sektorun, həm də beynəlxalq donor təşkilatlarının imkanlarından istifadə etmək
Dostları ilə paylaş: |