Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə32/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   88

 73
Nəticə, ümumiləşdirmə.  Fikirlərin ümumi ideya halına salınması, tədqiqat 
sualının cavabının formalaşdırılması kimi mühüm vəzifələr bu mərhələdə  həyata 
keçirilir. Müəllimin yönəldici sualları əsasında ümumiləşdirmə aparan şagirdlərdə 
belə bir qənaət möhkəmlənir ki, A.İldırım xalqının azadlığına, vətəninin müstəqilli-
yinə edilən qəsdlə heç cürə barışa bilmir. Şeir milli azadlığı öz əqidəsinə çevirən, 
yurdunun əsir vəziyyətindən sarsılan vətənpərvər şairin mövqeyini ifadə edən gözəl 
sənət nümunəsidir. Əsər şairin bütün yaradıcılığı üçün səciyyəvi olan ələmli, hüzn-
ovqata malik olsa da, onda Vətənin acı taleyinə, düşdüyü ağır vəziyyətə etiraz 
motivləri də əksini tapmışdır.  
Çıxarılmış  nəticələr tədqiqat sualı  və  şagirdlərin irəli sürdükləri fərziyyələrlə 
müqayisə edilir. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 
Mövzu: Mikayıl Müşfiq. “Həyat sevgisi” – 2 saat 
Birinci saat: Əsərin məzmunu üzrə iş 
   
Standartlar 
Təlim nəticələri 
 1.1.1. 
  Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərin köməyi ilə 
aydınlaşdırır. 
1.1.5.   
  Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir. 
2.2.1.  
  Şeirlə bağlı müzakirələrdə mövzuya tənqidi münasibətini 
əsaslandırır, fərqli fikirlərə dözümlülük nümayiş etdirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının hansı  səviyyədə yerinə yetirildiyi ifaların dinlənilib müzakirə 
edilməsi yolu ilə müəyyənləşdirilir. Müvafiq qiymətləndirmə meyarlarına müraciət 
edilir.  
Motivasiya, problemin qoyuluşu. Motivasiya yaratmaq üçün rəmzi material-
lardan – müdrik deyimlərdən, atalar sözü və  məsəllərdən, bədii mətnlərdən və s. 
istifadə etmək olar. Buna dərslikdəki “Yada salın” başlıqlı sualların  əsasında 
yığcam müsahibə aparmaqla da nail olmaq mümkündür.   
Müsahibə tədqiqat sualının formalaşdırılması ilə yekunlaşır. 
Tədqiqat sualı: Sizcə, sənətkarı yazıb-yaratmağa sövq edən səbəblər nə ola 
bilər?
 
Şagirdlərin fərziyyələri dinlənilir və qeyd olunur. 
Tədqiqatın aparılması. Əsərin oxusu üzrə iş, dərslikdə göstərildiyi kimi, fərqli 
şəkillərdə təşkil edilə bilər. Lakin unudulmamalıdır ki, əsərlə ilkin tanışlıqdan, bu 
prosesdə yaranan emosional ovqatdan çox şey asılıdır. Yəni əsərin öyrənilməsi ilə 
bağlı aparılacaq sonrakı işlərin nə dərəcədə uğurlu olmasına ilk oxunun necə təşkil 


 74
edilməsi və  nəticəsi  əhəmiyyətli dərəcədə  təsir edir. Məhz bu oxu prosesində 
reallaşan emosional-obrazlı qavrama sonrakı  mərhələlərdə – əsərin məzmununun 
öyrənilməsində  və  təhlildə yüksək idraki fəallığa səbəb olur. Doğrudan da, ilkin 
bədii-emosional təsir  şagirdləri ovsunlayır, motivasiyaedici rol oynayaraq əsərin 
estetik dəyərini duymağa, dərk etməyə  və  dəyərləndirməyə sövq edir. O nəinki 
idraki fəallığın dərs boyu qorunub saxlanılmasını  təmin edir, həm də  şagirdlərin 
“emosional yaddaşına” dərin iz salır, ümumi inkişafı üçün faydalı olur, onlarda söz 
sənətinə maraq və məhəbbət formalaşdırır. 
Oxuya ayrılan vaxt başa çatdıqdan sonra kiçik qruplar yaradılır, hər qrup iki 
bənd (fərqli də ola bilər) üzərində  işləməklə ikihissəli gündəlikdə qeydlər edir. 
Müəllim şagirdlərin fəaliyyətini diqqətlə müşahidə edir, qrup üzvlərinin hər birinin 
ümumi işə töhfəsinin nədən ibarət olduğunu müəyyənləşdirir. Məktəb təcrübəsin-
dən məlumdur ki, gənc şairin bu mövzuda əsər yazması, ümumiyyətlə, onun məz-
munu  şagirdləri ciddi düşündürür. Bu, ikihissəli gündəlikdə qeydlərin geniş fikir 
mübadiləsi, mübahisə, diskussiya zəminində aparılmasına səbəb olur. Bu prosesdə 
tanış olmayan sözlərin mənasının aydınlaşdırılmasına, bədii təsvir və ifadə vasitələ-
rinin müəyyənləşdirilməsinə diqqət yetirilir. 
Məlumat mübadiləsi  mərhələsində bütün şagirdlərdə  fəallıq müşahidə edilir. 
Şeirin məzmunu ilə tanış olan şagirdlər təqdimat edənlərin sözünü tez-tez kəsir, 
əlavələr, düzəlişlər etməyə cəhd göstərirlər. Bu müdaxilələr səmərəli istiqamətlən-
dirilir, vaxt itkisinə yol verilmir. Şeirin məzmunu barədə dolğun təsəvvürün yara-
dılması  məqsədi ilə  şagirdlərin hər birinə sual vermək, sərbəst fikir bildirmək 
imkanı yaradılır. 
Məlumatın müzakirəsi  mərhələsində diqqət təkcə ayrı-ayrı  bəndlərdə ifadə 
olunmuş fikrin necə başa düşüldüyünə yönəldilməməlidir;  şairi riqqətə  gətirən, 
həyəcanlandıran, yaşayıb-yaratmağa səsləyən mətləblər bir-bir nəzərdən keçirilmə-
li, mahiyyətinin dərk edilməsinə nail olunmalıdır. Bu, müəllifin hislər aləminin, 
həyata baxışının, mövqeyinin başa düşülməsinə  əhəmiyyətli dərəcədə  təsir edir. 
Nəticədə tədqiqat sualının aydınlaşdırılmasına yol açılmış olur.   
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması  mərhələsində indiyə 
qədər deyilmiş fikirlərin ümumiləşdirilərək bir ideya halına salınmasına xüsusi 
diqqət yetirilir. Mənimsənilmiş bilik və bacarıqlar, müəllimin istiqamətləndirici 
sualları bunun həyata keçirilməsinə imkan verir. Şagirdlərdə belə bir qənaət möh-
kəmlənir ki, müəllifin yaşayıb-yaratmaq həvəsi, istəyi həyata, təbiətə, insanlara 
sonsuz məhəbbətindən irəli gəlir. O özünü dünyanın, təbiətin ayrılmaz parçası 
sayır, “işıqlı dünyadan”, “aydan”, “günəşdən”... “əl çəkməyin” mümkünlüyünü 
təsəvvür edə bilmir...  
Çıxarılmış  nəticənin fərziyyələrlə, tədqiqat sualı ilə müqayisə edilməsinə 
diqqət yetirilir. 
Dərslikdə təklif edilmiş mövzular üzrə şagirdlərin təqdimata hazırlaşması üçün 
vaxt ayrılır. Təqdimatların fəal dinlənilməsinə və müzakirəsinə diqqət yetirilir.  
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə