Dədə Qorqud ● 2014/IV 144
məçisi və tədqiqatçısıdır. O, – “Manas” eposu və türk dastançılıq ənənəsi, Bakı:
Elm, 2002; Эпос “Манас” и традиции тюркских сказаний, Baku, Элм и тах-
сил, 2011; Эпос “Манас” и традиции тюркских сказаний, Бишкек: Бийик-
тик, 2011; “Манас” эпосу жана турк уламыштарынын салттары (qırğız dilin-
də), Bişkek: Biyiktik, 2012; adlı kitablarında “Manas” eposu ilə tədqiqatlarını
oxuculara təqdim etmişdir. A.Cəmil eləcə də dastanın müəyyən variantlarını
ayrıca kitablar şəklində də nəşr etdirmişdir: Manas (eposdan bir parça poetik
tərcümə). Bakı: Səda, 1995; “Manas” dastanı (nəsr variantı), Bakı: Nurlan,
2009.
Bu il 2014-cü il oktyabr ayının 8-də şair-publisist, tədqiqatçı-alim
Adil Cəmilin 60 yaşı tamam oldu. Ona yeni-yeni yaradıcılıq uğurları arzulayır
və inanırıq ki, özünəməxsus dəst-xəttə, orijinal yazı manerasına malik olan Adil
Cəmil bundan sonra da cavanlıq həvəsi ilə, yazıb-yaradacaq, Azərbaycan ədə-
biyyatını dəyərli ədəbi nümunələrlə daha da zənginləşdirəcəkdir. 60 yaşın müba-
rək, Adil müəllim! Tezliklə sənə, elə mənə də çox əziz olan Kəlbəcərdə görüş-
mək arzusu ilə!
Tahir Talıboğlu
Filologiya üzrə fəlsəfə doktoru,dosent
AMEA Folklor İnstitutunun
aparıcı elmi işçisi
Dədə Qorqud ● 2014/IV 145
REDAKSİYAYA TƏQDİM OLUNAN YAZILARIN NORMATİV
QAYDALARI
1. Elmi-ədəbi toplumuz “Dədə Qorqud kitabı”nın poetika, mətnşünaslıq,
ideya-məzmun problemlərinin tədqiqi istiqamətində aparılan və folklorun müx-
təlif elmi-nəzəri, praktik məsələlərini əhatə edən, heç yerdə çap olunmamış yük-
sək elmi səviyyəli araşdırmaları və eləcə də yazıya alınmış yeni folklor nümunə-
lərini çapa qəbul edir.
2. Məqalələr Azərbaycan dilində qəbul olunur.
3. Redaksiyaya təqdim olunan məqalələrin həcmi 15 səhifədən artıq olma-
malıdır.
4. Redaksiyaya təqdim olunan məqalələrdə müəllifin adı, soyadı, iş yeri və
e-mail ünvanı göstərilməli, xülasə və açar sözlər verilməlidir.
5. Xülasə 100, açar sözlər 10 sözü keçməməlidir.
6. Şəkillər, rəsm, not, qrafik və cədvəllər çapda düzgün, aydın çıxacaq
vəziyyətdə olmalıdır.
7. Sonda göstərilən elmi ədəbiyyat və mənbələr məqalənin içərisində kod-
laşdırılmalıdır.
8. Məqalələr, xülasə və açar sözlər Winword proqramında, Times New
Roman şrifti, 14 punto böyüklüyündə yazı tipi ilə yazılaraq diskdə və A4 vərə-
qində təqdim olunmalıdır.