Dədə Qorqud ● 2014/IV 142
da, Bakı: Avropa, 2004; Dədə ocağının od qoruyanı, Bakı: Adiloğlu, 2005; Va-
qifdən başlanan yol, Bakı: Vektor, 2006; Bir dəli sevgidən göyərib dünya, Bakı;
Çənlibel, 2009; Seçilmiş əsərləri, I cild, Bakı: Elm və təhsil, 2014; Seçilmiş
əsərləri, II cild, Bakı: Elm və təhsil, 2014; Çağdaş meyarlar mövqeyindən, Bakı:
Elm və təhsil, 2013.
Bundan başqa A.Cəmil 6 elmi və elmi-publisistik kitabın: Manas eposu və
türk dastançılıq ənənəsi, Bakı: Elm, 2002; Эпос Манас и традиции тюркских
сказаний, Baku, Элм и тахсил, 2011; Эпос Манас и традиции тюркских ска-
заний, Бишкек: Бийиктик, 2011; Манас эпосу жана турк уламыштарынын
салттары (qırğız dilində), Bişkek: Biyiktik, 2012; Kəlbəcər dünyası: Yüz şairin
bir kitabı (antologiya, müştərək), Bakı: Adiloğlu, 2005; Ünvanımız Dədə Şəm-
şir, Bakı: Adiloğlu, 2011, eləcə də 2 tərcümə kitabının: Manas (eposdan bir par-
ça poetik tərcümə). Bakı: Səda, 1995; “Manas “ dastanı, Bakı: Nurlan, 2009;
müəllifidir.
Adil Cəmilin ilk şeiri olan “Bahar” 1970-ci ildə “Mingəçevir işıqları” qə-
zetində dərc olunmuşdur. O vaxtdan ardıcıl olaraq respublika mətbuatında –
müxtəlif qəzet, jurnal və almanaxlarda müntəzəm olaraq çıxış etməyə başlayıb.
Müəllifin ilk şeirlər kitabı – “İşıqlar, pərvanələr” isə 1980-ci ildə “Yazıçı” nəş-
riyyatında işıq üzü görüb. Şeirləri Rusiya, Türkiyə, İran və Orta Asiyada dərc
olunub, onların bəzilərinə isə mahnılar bəstələnib. Adil Cəmil bədii tərcümə ilə
də müntəzəm məşğul olur. Rus, belorus, özbək, qırğız, Latın Amerikası poeziya-
sından etdiyi tərcümələr qəzet, jurnal və tərcümə toplularında dərc olunmuşdur.
Həmçinin A.Cəmil iyirmidən çox bədii filmi doğma dilimizə çevirmişdir. O, hər
zaman poeziyanın, ədəbiyyatın, folklorun təbliği üçün çox böyük işlər görüb.
Adil Cəmilin ilk kitabları olan “İşıqlar, pərvanələr”, “Gündoğandan gün-
batana”, “Aylı gecə nağılı” ədəbi mühitdə əks-səda yaratdı. Bunun nəticəsi ola-
raq Xalq şairi B.Vahabzadə Adil Cəmilin yaradıcılığına həsr etdiyi “Söz məcaza
çevriləndə” məqaləsini yazdı. B.Vahabzadə məqalədə Adil Cəmilin simasında
ədəbiyyata təzə bir nəfəs gəldiyini, onun şeirlərinin xalq ruhundan süzüldüyünü
yazırdı. Xalq şairi gənc müəllifin şeirlərindəki ayrı-ayrı uğurlu misralar, ifadə-
lər, təşbihlər haqqında ürəklə söz açırdı.
İstedadlı şair, Kəlbəcər ədəbi mühitinin yetirməsi olan A.Cəmilin yaradıcı-
lığında doğma yurdun gözəllikləri, Vətənə, torpağa bağlılıq, Qarabağ, Vətən
həsrəti geniş yer tutur. Adil Cəmilin poeziyasında onun mənsub olduğu Vətənin,
xalqın tarixi əks olunur. Orijinal düşüncə sаhibi olan Adil Cəmilin yaradıcılığın-
da Vətənə, əbədi və əzəli hiss olan məhəbbətə, təbiət və cəmiyyət hadsələrinə
özünəməхsus yаnаşmа tərzi hiss olunur. Onun poeziyasında daha çox üstünlük
verdiyi, sеvdiyi mövzulаrı var. Bu mеyаrlа Adil Cəmilin yaradıcılığına yаnаşı-
lаrsа, onun ən çох sеvdiyi mövzulardan biri VƏTƏN mövzusudur. Hamı razıla-
şar ki, Аzərbаycаn pоеziyаsındа Vətən mövzusundа yаzılmış şеrlərin təkrаrsız
nümunələri çoxdur. Аzərbаycаn ədəbiyyatında Vətənlə bаğlı yаzılmış şеrlərin
Dədə Qorqud ● 2014/IV 143
ümumi mənzərəsinə diqqət yetirsək, burаdа bütöv hаldа Аzərbаycаnın bənzərsiz
gözəlliklərindən, yurdumuzun igid, qəhrəmаn övlаdlаrındаn, tаriхimizin şərəfli
səhifələrindən və s. mövzulardan pоеtik bir dillə bəhs оlunur. Lаkin Adil Cə-
milin Vətən mövzusundа yаzılmış şеrlərini bu mövzuda yazılmış bаşqа şeirlər-
dən fərqləndirən mühüm cəhətlər vardır. Bu cəhətlərdən biri bu şeirlərdə yаşаdı-
ğımız dünyanın təzadlarının və bu təzadların fonunda işğalaqədərki və işğaldan
sonrakı doğma Kəlbəcərin indi qərib qalan ruhunun səmimi, eyni zamanda ürək
ağrısı ilə əks еtdirilməsidir.
Məlumdur ki, şeir bütöv, kompleks münasibətin nəticəsi kimi yaranır, yəni
yalnız bir misranın, ayrılıqda, hansısa bir ifadənın uğur yükü altında gizlənmir.
A.Cəmilin bütün şeirlərində bir təmizlik, bir saflıq, kövrək bir sevgi notları var.
Sanki A.Cəmil bütün şeirlərini xarakterində bol olan səmimiyyətlə yoğurub, on-
ları elə o hisslərlə də araya-ərsəyə gətirib. Fikrimizcə, A.Cəmil şeirlərinin sevil-
məsinin ən əsas səbəblərindən biri də elə budur.
Vətən həsrəti, Kəlbəcər həsrəti əslində, Adil Cəmilin şair üslubunu səciy-
yələndirən ən başlıca keyfiyyətlərdən biridir. Hansı vəzndə, hansı janrda yazma-
ğından asılı olmayaraq bu hiss onun yaradıcılığında əsas yer tutur. Buna görə də
Kəlbəcər nisgili, doğma yurd ayrılığı A.Cəmilin ifadə və yanaşma tərzində do-
minant xəttə, əsas leytmotivə çevrilir:
Bu torpaq, bu meşə, bu dağlar mənim,
Bəs niyə bağrıma basa bilmirəm.
Yuvası dağılmış budaqlar mənim –
Ay ellər, dərdimi yaza bilmirəm…
Və ya doğma Vətəni olan Kəlbəcərin itrilməsini özünə ağır dərd bilən şair
torpağını yox, əslində “mən”ini itirdiyini belə ifadə edir:
Ağacım var, yarpağı yox,
Yaralıyam, yar bağı yox.
Doğulduğum torpağı yox–
Mən ki, məni itirmişəm.
Qırğız xalq ədəbiyyatında böyük qırğız eposu "Manas" xüsusi mövqeyə
malikdir. "Manas" dastanını elmi ictimaiyyətə ilk dəfə tanınmış qırğız-qazax
türklərindən olan Çokan Vəlixanoğlu tanıtmışdır. “Manas” dastan məşhur rus
türkoloqu Radlov tərəfindən qismən toplanmış, “Türk xalq ədəbiyyatı nümunə-
ləri”nin beşinci cildi kimi 1885-ci ildə almanca tərcüməsi ilə birlikdə çap olun-
muşdur. 12452 misradan ibarət bu əsər "Manas" dastanının əsasını təşkil edir.
A.Cəmil həm də ümumtürk folklorunun bu möhtəşəm abidəsinin həm tər-
cüməsi, həm də tədqiqi ilə məşğul olur. “Manas eposu və türk dastançılıq ənənə-
si” mövzusunda yazdığı dissertasiya isə manasşünas alim kimi onun ədəbiyyat-
şünaslıq elminə əvəzsiz tövhəsidir. Azərbaycanda “Manas” dastanı haqqında ilk
və ən geniş tədqiqat məhz filologiya üzrə fəlsəfə doktoru, dosent A.Cəmil tərə-
findən aparılmışdır. Adil Cəmil “Manas” eposunun Azərbaycanda yeganə tərcü-