Microsoft Word Dede Qorqud-2014-4 esas



Yüklə 1,4 Mb.
səhifə54/58
tarix25.06.2018
ölçüsü1,4 Mb.
#51677
1   ...   50   51   52   53   54   55   56   57   58

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         142 

 

da, Bakı: Avropa, 2004; Dədə ocağının od qoruyanı, Bakı: Adiloğlu, 2005; Va-



qifdən başlanan yol, Bakı: Vektor, 2006; Bir dəli sevgidən göyərib dünya, Bakı; 

Çənlibel,  2009;  Seçilmiş  əsərləri,  I  cild,  Bakı:  Elm  və  təhsil,  2014;  Seçilmiş 

əsərləri, II cild, Bakı: Elm və təhsil, 2014; Çağdaş meyarlar mövqeyindən, Bakı: 

Elm və təhsil, 2013. 

Bundan başqa A.Cəmil 6 elmi və elmi-publisistik kitabın: Manas eposu və 

türk dastançılıq ənənəsi, Bakı: Elm, 2002; Эпос Манас и традиции тюркских 

сказаний, Baku, Элм и тахсил, 2011; Эпос Манас и традиции тюркских ска-

заний,  Бишкек:  Бийиктик,  2011;  Манас  эпосу  жана  турк  уламыштарынын 

салттары (qırğız dilində), Bişkek: Biyiktik, 2012; Kəlbəcər dünyası: Yüz şairin 

bir kitabı (antologiya,  müştərək), Bakı:  Adiloğlu,  2005; Ünvanımız Dədə Şəm-

şir, Bakı: Adiloğlu, 2011, eləcə də 2 tərcümə kitabının: Manas (eposdan bir par-

ça  poetik  tərcümə).  Bakı:  Səda,  1995;  “Manas  “  dastanı,  Bakı:  Nurlan,  2009; 

müəllifidir. 

Adil Cəmilin ilk şeiri olan  “Bahar”  1970-ci ildə  “Mingəçevir işıqları” qə-

zetində  dərc  olunmuşdur.  O  vaxtdan  ardıcıl  olaraq  respublika  mətbuatında  – 

müxtəlif qəzet, jurnal  və almanaxlarda  müntəzəm olaraq çıxış etməyə  başlayıb. 

Müəllifin  ilk şeirlər kitabı –  “İşıqlar,  pərvanələr” isə 1980-ci ildə  “Yazıçı” nəş-

riyyatında  işıq üzü  görüb.  Şeirləri  Rusiya,  Türkiyə,  İran  və  Orta  Asiyada  dərc 

olunub, onların bəzilərinə isə mahnılar bəstələnib. Adil Cəmil bədii tərcümə ilə 

də müntəzəm məşğul olur. Rus, belorus, özbək, qırğız, Latın Amerikası poeziya-

sından etdiyi tərcümələr qəzet, jurnal və tərcümə toplularında dərc olunmuşdur. 

Həmçinin A.Cəmil iyirmidən çox bədii filmi doğma dilimizə çevirmişdir. O, hər 

zaman poeziyanın, ədəbiyyatın, folklorun təbliği üçün çox böyük işlər görüb. 

Adil Cəmilin ilk  kitabları  olan  “İşıqlar, pərvanələr”,  “Gündoğandan gün-

batana”,  “Aylı gecə nağılı”  ədəbi mühitdə  əks-səda yaratdı. Bunun  nəticəsi  ola-

raq Xalq şairi B.Vahabzadə Adil Cəmilin yaradıcılığına həsr etdiyi “Söz məcaza 

çevriləndə” məqaləsini yazdı.  B.Vahabzadə məqalədə  Adil Cəmilin  simasında 

ədəbiyyata təzə bir nəfəs gəldiyini, onun şeirlərinin xalq ruhundan süzüldüyünü 

yazırdı.  Xalq  şairi  gənc müəllifin şeirlərindəki ayrı-ayrı uğurlu  misralar,  ifadə-

lər, təşbihlər haqqında ürəklə söz açırdı. 

İstedadlı şair, Kəlbəcər ədəbi mühitinin yetirməsi olan A.Cəmilin yaradıcı-

lığında  doğma  yurdun  gözəllikləri,  Vətənə,  torpağa  bağlılıq,  Qarabağ,  Vətən 

həsrəti geniş yer tutur. Adil Cəmilin poeziyasında onun mənsub olduğu Vətənin, 

xalqın tarixi əks olunur. Orijinal düşüncə sаhibi olan Adil Cəmilin yaradıcılığın-

da  Vətənə,  əbədi  və  əzəli  hiss  olan  məhəbbətə,  təbiət  və  cəmiyyət  hadsələrinə 

özünəməхsus  yаnаşmа tərzi  hiss olunur. Onun poeziyasında daha  çox üstünlük 

verdiyi, sеvdiyi  mövzulаrı  var. Bu  mеyаrlа  Adil  Cəmilin  yaradıcılığına  yаnаşı-

lаrsа, onun ən çох sеvdiyi mövzulardan biri VƏTƏN mövzusudur. Hamı razıla-

şar  ki,  Аzərbаycаn  pоеziyаsındа  Vətən  mövzusundа  yаzılmış  şеrlərin  təkrаrsız 

nümunələri  çoxdur.  Аzərbаycаn  ədəbiyyatında  Vətənlə  bаğlı  yаzılmış  şеrlərin 




Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         143 

 

ümumi mənzərəsinə diqqət yetirsək, burаdа bütöv hаldа Аzərbаycаnın bənzərsiz 



gözəlliklərindən,  yurdumuzun  igid,  qəhrəmаn  övlаdlаrındаn,  tаriхimizin  şərəfli 

səhifələrindən  və  s.  mövzulardan  pоеtik  bir  dillə  bəhs  оlunur.  Lаkin  Adil  Cə-

milin Vətən  mövzusundа  yаzılmış  şеrlərini  bu  mövzuda  yazılmış  bаşqа şeirlər-

dən fərqləndirən mühüm cəhətlər vardır. Bu cəhətlərdən biri bu şeirlərdə yаşаdı-

ğımız dünyanın təzadlarının və bu təzadların fonunda işğalaqədərki və işğaldan 

sonrakı doğma Kəlbəcərin indi qərib qalan ruhunun səmimi, eyni zamanda ürək 

ağrısı ilə əks еtdirilməsidir. 

Məlumdur ki, şeir bütöv, kompleks münasibətin nəticəsi kimi yaranır, yəni 

yalnız  bir  misranın, ayrılıqda, hansısa  bir  ifadənın uğur yükü altında gizlənmir. 

A.Cəmilin bütün şeirlərində bir təmizlik, bir saflıq, kövrək bir sevgi notları var. 

Sanki A.Cəmil bütün şeirlərini xarakterində bol olan səmimiyyətlə yoğurub, on-

ları elə o hisslərlə də araya-ərsəyə gətirib. Fikrimizcə, A.Cəmil şeirlərinin sevil-

məsinin ən əsas səbəblərindən biri də elə budur. 

Vətən həsrəti, Kəlbəcər həsrəti əslində, Adil Cəmilin şair üslubunu səciy-

yələndirən ən başlıca keyfiyyətlərdən biridir. Hansı vəzndə, hansı janrda yazma-

ğından asılı olmayaraq bu hiss onun yaradıcılığında əsas yer tutur. Buna görə də 

Kəlbəcər nisgili, doğma  yurd ayrılığı  A.Cəmilin  ifadə  və  yanaşma tərzində do-

minant xəttə, əsas leytmotivə çevrilir: 

Bu torpaq, bu meşə, bu dağlar mənim,  

Bəs niyə bağrıma basa bilmirəm.  

Yuvası dağılmış budaqlar mənim –  

Ay ellər, dərdimi yaza bilmirəm…  

Və ya doğma Vətəni olan Kəlbəcərin itrilməsini özünə ağır dərd bilən şair 

torpağını yox, əslində “mən”ini itirdiyini belə ifadə edir: 

Ağacım var, yarpağı yox, 

Yaralıyam, yar bağı yox. 

Doğulduğum torpağı yox– 

Mən ki, məni itirmişəm. 

Qırğız  xalq  ədəbiyyatında  böyük  qırğız  eposu  "Manas"  xüsusi  mövqeyə 

malikdir.  "Manas"  dastanını  elmi  ictimaiyyətə  ilk  dəfə  tanınmış  qırğız-qazax 

türklərindən  olan  Çokan  Vəlixanoğlu  tanıtmışdır.  “Manas”  dastan  məşhur  rus 

türkoloqu Radlov tərəfindən qismən toplanmış, “Türk xalq ədəbiyyatı  nümunə-

ləri”nin beşinci cildi kimi 1885-ci ildə almanca tərcüməsi ilə birlikdə çap olun-

muşdur. 12452 misradan ibarət bu əsər "Manas" dastanının əsasını təşkil edir. 

A.Cəmil həm də ümumtürk folklorunun bu möhtəşəm abidəsinin həm tər-

cüməsi, həm də tədqiqi ilə məşğul olur. “Manas eposu və türk dastançılıq ənənə-

si”  mövzusunda  yazdığı dissertasiya isə  manasşünas alim kimi onun ədəbiyyat-

şünaslıq elminə əvəzsiz tövhəsidir. Azərbaycanda “Manas” dastanı haqqında ilk 

və ən geniş tədqiqat məhz filologiya üzrə fəlsəfə doktoru, dosent A.Cəmil tərə-

findən aparılmışdır. Adil Cəmil “Manas” eposunun Azərbaycanda yeganə tərcü-




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə