Microsoft Word Dede Qorqud-2014-4 esas



Yüklə 1,4 Mb.
səhifə53/58
tarix25.06.2018
ölçüsü1,4 Mb.
#51677
1   ...   50   51   52   53   54   55   56   57   58

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         139 

 

nın” Folklor janrı kimi məzhəkə tamaşaları” və b. məruzələr yeni ideya və mün-



dəricə  baxımından  sağlam  polemikaya,  açıq  elmi  mübahisə  və  mülahizə  pred-

metinə çevrildi. Çıxışlar ətrafında səmərəli elmi müzakirələr aparılmış, fikir mü-

badiləsi edilmişdir. Bu məruzələrdə ümumən xalq oyun və meydan tamaşalarına 

yeni elmi yanaşmalar olmuş, müzakirələr, təhlil və analitik nəticələr Azərbaycan 

folklorşünaslığının yeni perspektivləri aydınlaşdırıldı. Bölmə iclaslarından sonra 

“Ümumtürk kontekstində Qarabağ xalq oyunları və meydan tamaşaları” mövzu-

sunda Beynəlxalq Elmi Konfransının bağlanış toplantısı keçirildi. Bağlanış top-

lantısında  AMEA  Folklor  İnstitutunun  direktoru  M.İmanov  çıxış  edərək  kon-

fransın işini dəyərləndirdi. Sonda AMEA Folklor İnstitutunun direktoru M.İma-

nov,  Tərtər  şəhərində  Tərtər  Rayon  İcra  Hakimiyyətinin  başçısı  M.Məmmədov 

və  Beynəlxalq  Avrasiya  Mətbuat  Fondunun  sədri  U.Mirzəyev  məruzəçilərə  tə-

şəkkür  bəlgələrini  təqdim  etdilər.  Bununla  da,  Tərtər  şəhərində  keçirilən 

“Ümumtürk kontekstində Qarabağ xalq oyunları və meydan tamaşaları” mövzu-

sunda Beynəlxalq Elmi Konfrans başa çatdı. 

 

 

Tahir ORUCOV 



Filologiya üzrə fəlsəfə doktoru,dosent 

AMEA Folklor İnstitutunun 

aparıcı elmi işçisi 

 

 

  



 

 



Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         140 

 

60 



Folklorşünas təqvimi 

 

 

 

 

 

 

Adil  

      Cəmil 

 

 

 

AĞ RƏNGİN ƏZƏMƏTİ 

 

XIX əsr dünya ədəbiyyatının görkəmli ədə-

bi simalarından biri olan alman şairi və mütəfək-

kiri Hötenin “Rənglər nəzəriyyəsi” adlı kitabında 

maraqlı  bir  fikir  var.  O,  kitabda  rənglərlə  insan 

xarakterinin  əlaqəsindən  və  rənglərin  insan  şəx-

siyyətinin formalaşmasında böyük rol oynadığın-

dan bəhs edir. Höte yazır ki, rənglər  insan  həya-

tının  bütün  gedişatına  birbaşa  təsir  edən  əvəzsiz 

gücə  malikdir  və  hər  bir  insan  xarakterinə  görə 

rənglərə bənzəyir. Biri ağ rəngə, o biri qırmızıya, 

başqası  yaşıl  rəngə,  digəri  isə  qara  rəngə  və  s. 

Adil  Cəmili  tanıyandan,  onunla  ünsiyyət  quran-

dan, onun işıqlı, nurlu cəhətlərini görəndən sonra mənə elə gəlib ki, Adil Cəmil 

xaraktercə  ağ  rəngə  bənzəyir.  Bəlkə  işığın,  nurun  ağ  rəng  olduğundan  belə 

düşünmüşəm,  yoxsa  doğma  Kəlbəcərin  işğalına  dözməyib  ağarmağa  başlayan 

saçlarına  görəmi  belə  fikirləşmişəm,  bilmirəm.  Ancaq  ona  əminəm  ki,  hər  iki 

halda onu qürurlu, əzəmətli gördüyümdən, bir də ağ rəngin əzəmət simvolu ol-

duğundan  belə düşünmüşəm.  Ağ rəng,  fikrimcə, Adil Cəmilin  həm  mənəvi dü-

şüncələrinin  –



 

işıqlı,  nurlu  tərəflərinin,  həm  də  fiziki  görkəminin  –  Kəlbəcər 

həsrətindən yana ağarmağa başlayan saçlarının simvoludur. 

Mən Adil Cəmili illər öncə – onun “Manas eposu və türk dastançılıq ənə-

nəsi”  mövzusunda  yazdığı  dissertasiyasının  AMEA  Folklor  İnstitunun  “Türk 

xalqları  folkloru”  şöbəsində müzakirəsi  zamanı  görmüşəm.  Polemik  fikirlərlə 

zəngin olan, eyni zamanda müəyyən qədər gərgin şəraitdə keçən müzakirə icla-

sına akademik Tofiq Hacıyev sədrlik edirdi. İclasdan sonra Adil  Cəmil  yorğun, 

bir az da dilxor görünsə də, yenə öz şuxluğunu saxlayır, nikbin görünməyə çalı-

şırdı. O, qəti şəkildə əmin idi ki, yazdığı dissertasiya türkçülüyə, ortaq türk mə-

dəniyyətinin təbliğinə xidmət edir, bu mədəni dəyərlərin bütün türk ellərində ya-

yılmasında mühüm rol oynayır. Bu səbəbdən də Adil Cəmil zahirən narahat gö-

rünsə də, hiss edirdim ki, daxilən sakit və rahatdır. 



Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         141 

 

Sonralar  biz  onunla  dostlaşdıq  və  münasibətlərimizdə  hər  zaman  yüksək 



səviyyədə səmimiyyət və mehribanlıq hiss olundu. Bu, bir tərəfdən, Adil Cəmi-

lin özünün təpədən dırnağa qədər səmimiyyət mücəssəməsi olmasından irəli gə-

lirdisə, digər tərəfdən, fikrimcə, mənim əslən Tərtər rayonundan olmağımla bağ-

lı idi. Çünki Tərtər rayonu coğrafi mövqe, ərazi baxımdan Adil Cəmilin anadan 

olduğu  Kəlbəcər  rayonuna  yaxın  bir  bölgədir.  Kəlbəcər  işğal  olunandan  sonra 

Adil  müəllimin  qohum-əqrabasının  əksəriyyəti,  eləcə  də,  rayon  əhalisinin  bir 

hissəsi Tərtər rayonunda məskunlaşmışdı. Buna səbəb isə, məncə, Tərtərdən ba-

xanda  Adil  Cəmilin anadan olduğu, qoynunda boya-başa çatdığı dağların uzaq-

dan olsa da, görünməsi idi... Bəlkə də, bütün bunlar Adil Cəmillə bizim münasi-

bətlərimizin  belə  məhrəm  olmasının  ən  əsas  səbəblərindən  biri  idi.  Mən  də  öz 

növbəmdə hər dəfə Adil Cəmili görəndə, onunla görüşəndə sanki ən əziz dostla-

rımdan birini görürdüm. Elə bil ki, onunla  hər görüşəndə onda dağlardan gələn 

bir  saflıq,  bir  təmizlik  və  əzəmət  duyurdum.  Hərdən  dağ  vüqarlı,  dağ  əzəmətli 

bu şəxsə  “Dağlar oğlu, səni görəndə Kəlbəcər, Murov dağları  yadıma düşür” – 

deyəndə  onun  üzündə  kədər  qarışıq  bir  təbbəssüm  yaranırdı.  Kədərini  gizlət-

məyə  çalışaraq  –  “Mən  də  səni  görəndə  Tərtər,  Kəlbəcər,  bizim  dağlar  yadıma 

düşür”  –  deyirdi.  Beləcə,  zaman  keçdikcə,  mən  onun  insani  keyfiyyətlərinə, 

onun keçdiyi şərəfli həyat yoluna yaxından bələd oldum... 

Adil Savalan oğlu Cəmilov 1954-cü il oktyabr ayının 8-də Kəlbəcər rayo-

nunu Kilsəli kəndində anadan olmuşdur. O, bu kənddə  ibtidai  məktəbi  bitirdik-

dən sonra Mingəçevirə – əmisinin yanına köçmüş, orta məktəbi orada – Mingə-

çevir şəhəri, 9 saylı orta məktəbində başa vurmuşdur. Adil Cəmil 1972-1977-ci 

illərdə  Azərbaycan  Dövlət  Universitetində  təhsil  alıb.  Universiteti  bitirdikdən 

sonra  təyinatla  “Yazıçı”  nəşriyyatının  poeziya  şöbəsində  redaktor  işləyib. 

A.Cəmil sonra “Bakı” qəzeti redaksiyasında mədəniyyət şöbəsində müdir, “Boz 

qurd”  qəzetində  redaktor  (1990-1993),  Kənd  Təsərrüfatı  Nazirliyi  nəzdindəki 

nəşriyyat  şöbəsinin  rəisi  (1993-1994),  “Binəqədi”  qəzetinin  radaktoru  (1994-

2001),  “Maarifçi”  qəzetinin  redaktor  müavini  kimi  fəaliyyət  göstərib.  Hazırda 

“Ədəbiyyat” qəzetinin baş redaktor müavini vəzifəsində çalışır. 

A.Cəmil tanınmış şair, türkoloq, tərcüməçi, publisist, filologiya üzrə fəlsə-

fə doktoru, manasşünas alim, Beynəlxalq  Aytmatov Akademiyasının  fəxri aka-

demikidir.  Azərbaycan  Yazıçılar  və  Jurnalistlər  Birliklərinin  üzvü,  2008-ci  ilin 

Prezident təqaüdçüsü, “Qızıl qələm”,”H.B.Zərdabi”, “Qılınc və qələm”, “Araz”, 

Azərbaycan  Respublikası  Mədəniyyət  və  Turizm  Nazirliyinin  ”Qızıl  kəlmə”, 

TÜRKSOY-un “Tokdoqul Satılqanov” mükafatçısıdır. 

İndiyə qədər A.Cəmilin 14 bədii-publistik kitabı nəşr olunmuşdur: İşıqlar, 

pərvanələr.  Bakı:  Yazıçı,  1980;  Gündoğandan  günbatana,  Bakı:  Yazıçı,  1983; 

Aylı  gecə  nağılı,  Bakı:  Gənclik,  1984;  Sözümün  canı  var,  Bakı:  Yazıçı,  1987; 

Yuxusunda gülən qız, Bakı:  Gənclik, 1988; Ürəyimdə  bir haray  var, Bakı: Ya-

zıçı, 1992; El üçün ağlayan gözüm, Bakı: Azərnəşr, 1997; Tanrı mənə yar olan-




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə