Microsoft Word Dede Qorqud-2014-4 esas



Yüklə 1,4 Mb.
səhifə2/58
tarix25.06.2018
ölçüsü1,4 Mb.
#51677
1   2   3   4   5   6   7   8   9   ...   58

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         4 

 

 



Məsələnin  qoyuluşu:  Məqalədə  “Dədə  Qorqud”  dastanlarının  motivləri 

əsasında qələmə alınmış çağdaş ədəbi əsərlərin dil və üslub xüsusiyyətləri araş-

dırılır. Materialın  linqvopoetikası  yeri gəldikcə  “Dədə Qorqud kitabı”nın dil  və 

üslub xüsusiyyətləri ilə müqayisə edilməklə oxşar və fərqli cəhətləri aşkara çıxa-

rılır.  Tədqiqatın  mənbələrini  DQK  və  onun  motivləri  əsasında  Nəbi  Xəzrinin, 

Anarın,  Səhəndin,  Altay  Məmmədovun  qələmə  aldığı  əsərlər  təşkil  edir.  İşdə 

həmçinin DQK motivli başqa əsərlərə də müraciət edilmişdir. Bu mənbələrlə ya-

naşı,  bəzi  məsələlərin  aydınlaşdırılması  və  şərhi  zamanı  folklor,  aşıq  yaradıcı-

lığı, eləcə də klassik ədəbiyyata aid nümunələrdən də istifadə edilmişdir. 

İşin məqsədi: Məqalədə əsas məqsəd “Dədə Qorqud” dastanlarının müasir 

ədəbiyyatda tarixi-üslubi fonununu yaradan

 

omonim və çoxmənalı sözlərin həm 



“Dədə Qorqud kitabı”nda, həm də DQK motivli çağdaş bədii ədəbiyyatda işlən-

mə xüsusiyyətlərini araşdırmaqdır. Tədqiqat işində müəllif sənətkarların bu söz-

lərin ilk baxışdan görünməyən semantik yaxınlığından ustalıqla bəhrələnmə tex-

nikasını araşdırmaqla yanaşı, bu leksik üslubi vasitələrin semantik imkanlarının 

DQK ilə müqayisədə gerçəkləşdirilmə səviyyəsini, onların üslubu rolunu müəy-

yən etmək kimi vəzifələri qarşısına məqsəd qoymuşdur. Dilin fikri bədii şəkildə 

ifadəetmə  imkanlarını  açmaq  baxımından  bu  leksik-üslubi  vasitələrin  müxtəlif 

kontekstlərdə müqayisəli araşdırılması xüsusilə böyük maraq doğurur. 



 

 

Polisemiya və ya çoxmənalılıq bir sözün bir neçə mənanı ifadə etməsi ha-



disəsidir. Sözün bu mənalardan hansını bildirməsi onun başqa sözlərlə birləşmə-

si  nəticəsində  təyin  edilir.  Bəzi  hallarda  təyinetmə  üçün  kifayət  qədər  böyük 

kontekst  tələb  olunur.  Çoxmənalı  sözün  mənaları  arasında  müəyyən  semantik 

əlaqə olur. Bu semantik əlaqə həmin mənalar arasında əsas kimi çıxış edir, müx-

təlif  mənalar onunla  bağlılığı  ilə seçilir. Çoxmənalı  sözlərin  mətndə  işlədilməsi 

tələbatı  onların  ifadə  etdiyi  müxtəlif  mənaların  verilməsi  ehtiyacından  doğur. 

Eyni kontekst, xüsusi  halda  bir cümlə daxilində çoxmənalı sözün  müxtəlif  mə-

nalarda  işlənməsi  deyiliş  təkrarına  səbəb  olur.  Bu  sözün  təkrarı  nəticəsindəki 

tavtologiya ilə eyniyyət təşkil etməsi də, mətnin səslənməsi, canlandırılmasında 

yeknəsəqlik yaradır. Bədii dildə həm tavtologiya, həm də çoxmənalı sözlərin ey-

ni  kontekstdə  işlənməsi  qüsurlu  cəhət  sayılır.  Üslubi  mahiyyət  daşıyan  leksik 

təkrarlar  istisna  təşkil  edir.  Ona  görə  də  çoxmənalı  sözlər,  eləcə  də  omonimlər 

bir  cümlə,  həmçinin  ardıcıl  cümlələr  daxilində  az  işlənir.  Bu  cəhət  çoxmənalı 

sözlərin eləcə də omonimlərin bədii dildə az işləkliyinə dəlalət etmir. 

Həm DQK-də, həm də bu motivdə yazılmış əsərlərdə çoxmənalı sözlər və 

omonimlər kifayət qədər qeydə alınır. Çoxmənalılıq dildə tarixən sonrakı dövr-

lərdə yaranmışdır. Dil yaranışından bu və ya digər vahid çoxmənalı ola bilməz-

di. Müəyyən denotatı adlandırmaq üçün işlədilən söz işarəni fonomorfoloji qabı-

ğını dəyişmədən başqa bir məfhumla da əlaqələnməsi olduqca mürəkkəb psixo-



Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         5 

 

loji  və qnoseoloji aktdır ki, dilin öz təbiətində  var olan xüsusiyyəti üzə çıxaran 



bu  proses  insanın  müəyyən  intellektual  səviyyədə  dayanmasını  tələb  edir  (1, 

153). 


DQK-də bədən üzvlərini bildirən sözlərdə bəzi sifət və feillərin çoxməna-

lılığı  özünü  göstərir.  DQK  ilə  müqayisədə  müasir  ədəbi  əsərlərdə,  o  cümlədən 

də DQK motivli əsərlərdə çoxmənalı sözlər və omonimlər daha işləkdir ki, bu da 

dilin inkişafı ilə bilavasitə bağlıdır. 

Dildə  omonimlərin  mövcudluğu,  omonimləşmə  prosesinin  davam  etməsi 

dilin qədimliyindən xəbər verdiyi kimi, onun zənginləşməsi və inkişafını da təs-

diqləyir. Dilin qədim qatlarına aid sözlərdə çoxmənalılıq və omonimlik hadisəsi 

daha  aşkardır.  Əlbəttə,  bir  sıra  sözlərin  omonim  mənaları  müasir  dildə  qalma-

mışdır.  DQK  motivli  əsərlərdə  sözlərin  bu  cür,  omonimlik  təşkil  edən  mənala-

rından istifadə edilmişdir: 

   

 

 



“Ağ meydanda buğa basıb, 

   


 

 

Onun adı “Buğac” olsun!” (2, 102). 



   

 

 



“Ağ saqqalı qocaların 

   


 

 

Ağzın söymüş 



   

 

 



Ağbirçəkli qarıların 

   


 

 

Südün söymüş” (2, 102). 



   

 

 



“Qara bulud dövlətindir, 

   


 

 

Hara gedir görən belə, 



   

 

 



 hara bulud” (3, 91). 

   


 

 

“Qara-qara 



   

 

 



Kür suların  

   


 

 

gəmisi ağac” (3, 98). 



 

Ağ və qara sözlərinin dilimizdə tarixən müxtəlif mənalarda, hətta antonim 

mənalarda  işlənməsi  bəllidir.  DQK  motivli  əsərlərdən  seçdiyimiz  misallarda 

müasir dildə rəng bildirən «ağ» və «qara» sözlərinin «böyük» mənası da özünü 

göstərir. «Ağ meydan» birləşməsində «ağ» «böyük» mənasındadır. «Qara-qara» 

qoşa sözünün tərkibində «qara» sözü «böyük, nəhəng» mənasında işlədilmişdir. 

İstər  Səhəndin,  istərsə  də  Nəbi  Xəzrinin  DQK  motivi  əsasında  qələmə  aldığı 

əsərdə  «ağ»  və  «qara»  sözlərinin  «böyük»  mənası  məhsuldardır.  Bu  cəhət  das-

tandan irəli gəlir. Sənətkarlar bir çox hallarda dastandakı deyim tərzini və ifadə 

vasitələrini saxlamağa çalışmışlar. 

   

 

 



«Ala ləşkər 

   


 

 

Ala dağa sürdü atı…» (3, 63) 



   

 

 



«Altındakı boz ürgəni 

   


 

 

 



 

nə öyərsən? 

    

 

 



Ala başlı oğlağımca 

   


 

 

 



 

gəlməz mənə» (3, 78). 




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə