Microsoft Word Dede Qorqud-2014-4 esas



Yüklə 1,4 Mb.
səhifə6/58
tarix25.06.2018
ölçüsü1,4 Mb.
#51677
1   2   3   4   5   6   7   8   9   ...   58

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         13 

 

Məsələnin qoyuluşu. Məqalədə Əzizxan Tanrıverdinin “Dədə Qorqud ki-

tabı”nda  dağ  kultu”  və  “Dəli  Kür”  romanının  poetik  dili”  əsərlərində  Azərbay-

can xalqının tarixinə, soykökünə müəllif baxışı müxtəlif məqamlar səviyyəsində 

araşdırılaraq qiymətləndirilmişdir. 

İşin məqsədi. Professor Əzizxan Tanrıverdinin timsalında türkçülük möv-

qeyinə sadiq qalan, milli təəssübkeşlik hisslərini unutmayan alimlərimizin əmə-

yini ictimailəşdirməkdir. 

 

Əzizxan  müəllimin  “Dədə  Qorqud  kitabı”nda  dağ  kultu”  əsərinin  adını 



oxuyanda ilk öncə yadıma Dəli Domrulun aşağıdakı sözləri düşdü: 

Tökməsi böyük bizim dağlarımız olur, 

Ol dağlarımızda bağlarımız olur, ... 

Göründüyü kimi, dastan qəhrəmanı sinfi mənsubiyyəti ilə öyünür, hünəri-

nə, işinə inanır, söykəndiyinə güvənir. Oğuz igidləri daima “ac doyurub, yalavac 

donatmağ”ı birinci vəzifəsi hesab edib. Dağ cüssəli bu igidlər Vətən torpağı uğ-

runda ölümə gedən qəhrəman sifətilə təqdim olunur. Qışda aqban evlərdə yaşa-

yan, yayda isə yaylaqlara köçərək dağların təmiz havasını alan oğuz ellərinin ya-

sı  da,  toyu  da,  istirahəti  də  ulu  olub,  hər  tərpənişində  xeyir  qələbə  çalıb.  Dağ 

ürəkli igidlərimiz döyüşdə belə aman istəyəni bağışlayıb. Yüksək insani keyfiy-

yətlərə  malik  vətənpərvər  oğuz  igidləri  uzun  illər  məmləkətin  bütövlüyünü  qo-

ruyub saxlayıb. Yeri gələndə “köksü gözəl uca dağlara” ova çıxıb, “ov ovlayıb, 

quş quşlayıb”. Qədim oğuzların tapındığı dağa Əzizxan Tanrıverdinin də üz tut-

ması təəccüblü deyil. Vətənini sevən, xalqına hörmət edən, onun elminə, mədə-

niyyətinə,  kökünə,  soyuna  sahib  çıxan  bir  kəsin  bu  dəfə  də  dağına  söykənərək 

tarixi-linqvistik  baxımdan  araşdırması  təbii  haldır.  “Dədə  Qorqud  kitabı”ndan 

yeddi kitab  “çıxaran” professor Əzizxan Tanrıverdinin  “Dədə Qorqud kitabı”n-

da  dağ  kultu”  əsərində  istinad  etdiyi  mənbələr  müxtəlifdir.  Burada  türk  xalq-

larının tarixi vərəqlənir, bir çox məqamlar etimoloji baxımdan araşdırılır, dağla-

ra  “ulu  baba”,  “ulu  ana”,  “soy-kök”  kimi  yanaşmalar  əsaslı  şəkildə  təhlilə  cəlb 

olunur.  Dağ  kultunun  başlıca  cəhətlərini  ayrı-ayrı  mənbələr  əsasında  araşdıran 

müəllif türkdilli xalqların dağa olan ehtiramını, hörmətini alimlərimizin tədqiqat 

əsərlərindən gətirdiyi sitatlarla dəyərləndirərək tarixi-coğrafi-ədəbi qeydləri xro-

noloji  baxımdan  təsnifatlandırır.  Müəllif  özündən  əvvəl  kult  hesab  edilən  var-

lıqlara münasibət bildirən tədqiqatçıların əsərlərindəki səciyyəvi cəhətlərə diqqət 

çəkərək  Azərbaycan  xalqının  ən  qədim  tarixindən  etibarən  inamı,  etiqadı  və 

bunların ən ritual şəkilləri barədə hərtərəfli məlumat verir. Ulu dağlarımızın soy-

kökümüz  kimi  qiymətləndirilməsi  oğuz  elinin  yaşanmış  həyat  həqiqətidir.  Də-

fələrlə  müraciət edərək bəhrələndiyimiz “Dədə Qorqud kitabı” təsəvvürümüzdə 

səhifələnərkən  müəllif  həqiqəti  daha  qabarıq  şəkildə  görünür.  Namərdlərin 

“oyununa  gələn”  Dirsə  xan  Qorqud  sinirli  qatı  yayı  ilə  oğlunun  kürəyinin  ara-

sından vurmuşdu. Qazlıq dağında atasını sevindirmək istəyən oğul ceyran, keyik 




Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         14 

 

qovaraq onun qabağında ovlayarkən düşmən kələyinə gəlmişdi. Oğlunun ovdan 



gəlişini gözləyən ana Dirsə xanın tək gəldiyini görəndə ona deyir. 

 

Köksü gözəl dağlara 



Dəstəm cəm eylədin. 

Oğlunu da götürüb, 

Çapıb ova yönəldin 

Onda qoşa gedibsən, 

İndi tək niyə gəldin? 

.............................. 

Yoxsa o Ala dağda 

İtirmisən oğlumu? (2, 20). 

 

Cavab almayan ana bədöy atını çapa-şapa oğuz igidlərinin ovlağına – Qaz-



lıq dağına gəlib çıxdı. 

Məzmundan  görünür  ki,  dağ,  at  tarixən  igidlərimizin  birbaşa  həyatının 

içində  olub.  Bədöy  atlar,  yazda,  qışda  qarı-buzu  əriməyən  Qazlıq  kimi  bir  çox 

dağlar,  “dar  gündə  dada  yetişən  Xızır  İlyas”,  əlində  qopuzu  xalqla  iç-içə  olan 

ozanlar, əli sapandlı, oxlu-yaylı  igidlər xalqımızın qəhrəmanlıq tarixinin  yaşan-

mış salnaməsidir. 

Oğlunu al-qan içində görən Dirsə xanın arvadı, inandığı, söykəndiyi Qaz-

lıq dağına üz tutur və ona qarğımağa başlayır:  

 

Niyə sənin suların  



Axır, a Qazlıq dağı? 

Qoy qurusun dibindən, 

Axarkən axmaz olsun! 

Niyə sənin otların  

Bitir, a Qazlıq dağı? 

Qoy yanıb külə dönsün 

Bitərkən, bitməz olsun! 

Niyə cüyür-ceyranın 

Qaçar, a Qazlıq dağı, 

Qurusun daşa dönsün 

Qaçarkən qaçmaz olsun! 

 

Dağa canlı varlıq timsalında müraciət edən anaya Qazlıq dağı necə cavab 



versin? Əzizxan Tanrıverdi bu kimi məqamları nəzərə alaraq kultlaşdırılan dağın 

və  digər  təbiət  hadisələrinin  xalqın  həyatı  ilə  nə  dərəcədə  bağlılığını  elmi  də-

lillərlə  araşdırır,  oxucu  və  vətəndaş  gözləmini  cavablandırmağa  çalışır.  Müəllif 

yazır: “Ana Qazlıq dağına bir canlı varlıq olaraq qarğış ünvanlayır... – dağ ruhu 




Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         15 

 

Boz  atlı  Xızıra  transformasiya  edilir  və  onun  vasitəsilə  ölümdən  xilas  olmanın 



əlacı tapılır” (1, 14). 

Oğulun  ata tərəfindən  vurulmasına  şahid  olan  da, onu  qoynunda  qoruyan 

da, çiçəkləri  ilə  yarasına  məlhəm olan da dağdır. Oğlan  huşsuz olanda Boz atlı 

Xızır İlyas üç kərə yarasını sığıyıb, dağ çiçəyi ilə ana südünü məlhəm söyləyib. 

Xalqımızın  tarixi,  mədəniyyəti,  ədəbiyyatı  və  bilavasitə  həyatı  ilə  bağlı  bu  cür 

qiymətli  yaddaşlar  alim  təfəkkürü  ilə  işıqlandırılanda  qiyməti  artır,  daha  artıq 

anlamlı olur. Əvvəlcə bir dastan kimi oxunan kitaba münasibət dəyişir, kitab özü 

totemləşir, ona qarşı fərqli və daha canlı yanaşmalar formalaşır.  

Dastanın hər boyunun axırında Dədə Qorqud məclisə üz tutub alqışlar söy-

ləyir.  Elə  “Buğacın  dastanı”nda  da  birinci  alqış  dağlarımıza  gəlir:  “Yerli  qara 

dağlarınız  yıxılmasın  (2,  27).  Oğuz  eli  olaraq  “Amin  deyirik”.  Qoy  dağlarımız 

düşmən  ayağı  dəyməsin.  Yıxılmaz  dağlarımız  “başı  aşağı”  olmasın.  Erməni  iş-

ğalçılarının gözü torpaqlarımızdan kəsilsin. 

Alimin fikrincə, dağa inam həm ucalıq simvolu kimi qəbul edilməsi, həm 

də  arxa,  dayaq,  hami  funksiyasını  daşıması  ilə  əlaqədardır.  Xalqımızın  tarixinə 

nəzər salsaq, Koroğlu, Qaçaq Nəbi və daha neçə-neçə qəhrəmanlarımızın sığına-

cağı olan dağlar səngər rolunu oynayıb. 

Yaxud el arasında başına ağır hadisə gəlmiş hörmətli kişilər haqqında “dağ 

kimi kişi ikiqat olub” cümləsi işlədilir. Elə dastanın özündə Beyrəyin sağ oldu-

ğunu öyrənən Banuçiçək bu şad xəbəri onun ata-anasına bu şəkildə çatdırır: 

 

Gözlərin aydın, qayınana! 



Gözlərin aydın, qayınata! 

İraq-iraq qara dağın yıxılmışdı, ucaldı axı! (2, 52). 

 

Qədim  dövrlərdən  bəri  türk  xalqları  içərisində  ataların  öz  oğullarına  dağ 



adlarını  verməsi  bir  ənənə  halını  alıb.  Tanıdığımız  insanlar  içərisində  Savalan, 

Murov, Qafqaz, Himalay, Heydərbaba və s. adlarını daşıyan şəxslər var. Profes-

sor  Əzizxan  Tanrıverdi  bu  apelyativliyi  dastandan  gətirdiyi  misallar  əsasında 

təsdiqləyir. Qazılıq dağı – Qazlıq qoca; Qara dağ – Qaragünə, Qarabudaq; Qara-

çuq  dağı  –  Qaraçuq  çoban  –  yəni  Qaraca  Çoban  və  s.  bu  qəbildəndir.  Ağlağan 

oroniminin  yaranma  tarixinə  diqqət  çəkən  alim  başı  dumanlı,  çiskinli  bu  dağın 

daima  yağmurlu  olmasının  dağın  adına  yansımasını  maraqlı  detallar  əsasında 

verir və türk alimi O.Ş.Gökyayın “Dedem Korkudun Kitabı” əsərindən gətirdiyi 

sitatla əsaslandırır: “... bu dağ Borçalı  və qazax türkmənlərinin  yaylağıdır... ba-

şından duman əksilməyən çiskinli və çox yağmurlu olduğundan bu adı almışdır” 

(1, 25). Bu adın xalq bayatılarında poetik şəkildə ifadə olunmasını gətirdiyi nü-

munələrlə daha da dəqiqləşdirir: 

Əzizim ağlağandı, 

Qaraqaş, Ağlağandı. 




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə