Microsoft Word Dede Qorqud-2014-4 esas



Yüklə 1,4 Mb.
səhifə9/58
tarix25.06.2018
ölçüsü1,4 Mb.
#51677
1   ...   5   6   7   8   9   10   11   12   ...   58

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         20 

 

rifə  layiq ola-ola  bu barədə bir kəlmə özündən eşitməzdin, xoşagəlməz fikirləri 



cavablandırmazdı, sadəcə küskün ruhla uzaqlaşardı. İ.Şıxlının Cahandarı Allah-

yarın üzərinə tək gedir, Qazan xan ailəsini qurtarmaq üçün tək döyüşmək fikrin-

dədir,  düzdür,  sonra  ona  kömək  gəlir.  Məqsəd  qəhrəmanın  “mən”indən  gedir. 

Belə ruhsal məqamlara diqqət çəkən Əzizxan müəllim ata, at kultuna münasibəti 

İ.Şıxlının “Dəli Kür” əsərində də davam etdirir. 

Oğuz igidlərinin at üstündə igidliyindən çox yazıblar. Düşmən Qazan xa-

nın evini  yağmalayanda  “tovla-tovla şahbaz atlarını”da aparmışdı. Qazan  xanın 

köməyinə atının  boğazı  bəhri qotazlı Qaragünə oğlu Qarabudaq,  boz atının  ya-

lında qar buz bağlayan şir Şəmsəddin və başqaları gəldi.  

Görünməmiş savaş oldu, 

Meydanlar dolu baş oldu! 

Şahbaz atlar yürüşdülər 

Sürət ilə, nalı düşdü! (2, 37) 

Müəllif  dastandakı  igidlərin  ata  münasibətinə  aid  gətirdiyi  nümunələri  və 

“Dəli  Kür”  qəhrəmanlarının  atla  bağlı  düşüncələrini  paralellər  aparmaqla  təhlil 

edir. “Dədə Qorqud kitabı”nda Beyrəyin, Qazan xanın, Qanturalının öz atlarına 

yaxın sirdaş kimi yanaşmaları Cahandar ağanın “Qəmər” atına verdiyi qiymətlə 

qarşılaşdırılır. Beyrək  atına qardaş,  yoldaş kimi,  Cahandar ağa Qəmərə dar gü-

nünün  harayçısı  kimi  baxır.  Alim  doğru olaraq  qərara  gəlir  ki,  İ.Şıxlının  yarat-

dığı  at  obrazı  “Dədə  Qorqud  kitabı”ndakı  at  obrazlarının  məntiqi  davamıdır. 

Aşağıdakı nümunəyə diqqət yetirsək, mütləq şəkildə müəlliflə razılaşmalı olaca-

ğıq.  Banuçiçəyi  Beyrəyə  almaq  istəyən  el  ağsaqqalları  onun  dəli  qardaşından 

qorxurlar. Qərara gəlirlər ki, elçiliyə Dədə Qorqud getsin. Bu zaman Dədə Qor-

qud deyir: “... siz özünüz Dəli Qoçərin xasiyyətinə bələdsiniz, barı Bayandur xa-

nın tovlasından iki şahbaz, yüyrək at gətirin, biri Keçi başlı Keçər ayğırı, bir də 

Toğlu başlı Dür ayğırı. Əgər qaçma-qovma olsa, birisini minərəm, birisini yedə-

yimə alaram” (2, 41). 

Bu məqamda da at “dardan qurtarma” funksiyasını yerinə yetirir. Bacısını 

Beyrəyə verməyə razı olan Dəli Qoçər bir çox şeylərlə bərabər min dənə ayğır at 

istəyir. Bu nümunə də tarixən ata olan  maddi  və mənəvi ehtiyacın  bariz  nümu-

nəsidir. 

Əzizxan müəllim əsərdəki obrazların dilini, obrazlılığın  fonetik, leksik və 

qrammatik səviyyədə təzahürü məsələsini ən xırda detalları nəzərə almaqla təhlil 

etmiş, bu üç səviyyənin  birbaşa bağlılığını  yazıçının ecazkar dili, əsərdəki poe-

tikliyin ən yüksək formada olması ilə əlaqələndirmişdir. 

Filologiya elmlər doktoru, professor Əzizxan Tanrıverdinin əsərlərini oxu-

yarkən  bu  nəticəyə  gəlirsən  ki,  alim  dilçilik  elminin  bütün  sahələrindən  xəbər-

dardır.  Nə  özünü,  nə  müraciət  etdiyi  əsərləri,  nə  də  tələbələrini  darda  qoymaz. 

Ola bilsin ki, onun təfəkkürünün zənginliyi, ürəyinə Dədə Qorqud dünyalı bütöv 

Azərbaycanı yerləşdirməsi qələmini də kulta çevirməsinə kömək edib.  




Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         21 

 

İşin elmi nəticəsi. Məqalədə professor Əzizxan Tanrıverdinin “Dədə Qor-

qud  kitabı”nda  dağ  kultu”  və  İ.Şıxlının  “Dəli  Kür”  əsərindəki  səciyyəvi  cəhət-

lərə diqqət çəkərək Azərbaycan xalqının ən qədim tarixindən etibarən inamı, eti-

qadı və bunların ritual şəkilləri barədə verdiyi məlumatlar sistemləşdirilərək mü-

əllif həqiqəti kimi təqdim olunmuşdur. 



İşin  elmi  yeniliyi.  Məqalədə  “Dədə  Qorqud  kitabı”  dağ  kultu”  və  “Dəli 

Kür” əsərlərində poetikliyin ən yüksək formada olması ilə əsərin dilinin alim tə-

rəfindən  fonetik,  leksik  və  qrammatik  səviyyədə  təhlilə  cəlb  olunması  diqqətə 

çatdırılmışdır. 



İşin  tətbiqi  əhəmiyyəti.  “Dədə  Qorqud  kitabı”nın  tədqiqinin  200  illiyi 

ərəfəsində bu mövzu ilə maraqlananlar istifadə edə bilərlər. Ə.Tanrıverdi İ.Şıxlı-

nı milli mentalitetə, Dədə Qorqud ruhuna sahib çıxan bir sənətkar kimi qiymət-

ləndirmişdir ki, bu da görkəmli nasirimizi sevənlər üçün lazımlı tədqiqat işidir. 



 

 

ƏDƏBİYYAT

 

 

1. Əzizxan Tanrıverdi. “Dədə Qorqud kitabı”nda dağ kultu. Bakı, 2013 



2. Şamil Cəmşid. Dədə Qorqud dastanları. Bakı, 1980 

3. Əzizxan Tanrıverdi. “Dəli Kür” romanının poetik dili. Bakı, 2012 

4. “Dəli Kür” romanının poetik dili” ədəbi tənqiddə. Bakı, 2013 

5. Nəğmələr, inanclar, alqışlar. Bakı, 1986 

6. Paşa Əfəndiyev. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, 1992 

7. Azərbaycan ədəbiyyatı inciləri. Bakı, 1985 

8. Xalqımızın deyimləri və duyumları. Bakı, 1988 

9. Mehdixan Kəlbəcərli. Dağlar oğlu. Bakı, 1999 



 

 

 

Çapa tövsiyə edən: Fil.ü.e.d., prof. Mahmud Allahmanlı 


Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         22 

 

Folklorşünaslıq: problemlər, tədqiqlər 



 

Seyfəddin RZASOY 

Filologiya üzrə elmlər doktoru 

AMEA Folklor İnstitutunun  

“Mifologiya” şöbəsinin müdiri 

 e-mail: seyfeddin_rzasoy@mail.ru 

 

AZƏRBAYCAN DASTANLARINDA ETNOKOSMİK 

İDENTİFİKASİYA: ARXETİP, FORMUL, RİTUAL, STRUKTUR 

Xülasə 

Məqalədə  Azərbaycan dastanları əsasında  etnokosmik  identifikasiya  semantemi  öyrənil-

mişdir. Etnokosmik identifikasiya kosmoqonik düşüncə arxetipidir. Bu arxetip dastanlarda epik 

formul  kimi  qorunur:  dastan  mətni  “identifikasiya”  semantemini  bir  tərəfdən  epik  düşüncənin 

tərkib elementi kimi qoruyur (konservasiya edir), digər tərəfdən də onu kosmoloji dünya mode-

linin tərkib hissəsi kimi təsdiq edir. Etnokosmik identifikasiya arxetipi yenidən yaradılış model-

lərində (ölüb-dirilmə ilə bağlı mərasimlərdə) ritual mexanizmi kimi funksionallaşır. Dastan etno-

sun  özünüyaratma  və  özünütəşkiletmə  mexanizmi  olan  ritualların  mühüm  tərkib  elementi  olan 

etnokosmik identifikasiya semantemini bir formul kimi özündə yaşatmaqla identifikasiya sxemi-

ni  qorumaq  funksiyasını  da  yerinə  yetirir.  Bu  sxem  etnik  enerjinin  funksionallaşma  sxemlərin-

dən biri kimi dastan koduna şifrələnir və bununla dastanda kodlaşmış enerjinin ehtiyatlarına əla-

və  olunur.  İnsanlar  dastanlarla  müntəzəm  (ritmik)  şəkildə  ünsiyyətə  girməklə  öz-özlərini  yeni-

dən yaradırlar.  

Açar sözlər: folklor, dastan, epos, mif, ritual, identifikasiya, arxetip, formul, struktur 

 

ETHNOCOSMIC IDENTIFICATION IN AZERBAIJAN EPOSES:  



ARCHETYPE, FORMULA, RITUAL, STRUCTURE 

Summary 

Ethnocosmic identification semantem based on the Azerbaijan eposes was studied in the 

article. Ethnocosmic identification is a cosmogonical sense archetype. This archetype is preser-

ved as an epic formula in the dastans (sagas): the text of epos preserves identification semantem 

as  an  element  of  epic  sense  (conserves  it),  and also  affirms  it  as a  part  of  cosmological  world 

model. Ethnocosmic identification archetype is making functional as a ritual mechanism in the 

recreation  models  (death  and  resurrection  ceremonies).  At  the  same  time  an  epos  fulfills  the 

function  of  the  protection  of  identification  scheme.  This  scheme  is  encrypting  to  the  code  of 

epos as a functional scheme of ethnic energy, and adding to the fund of encoded energy in the 

epos. People recreate themselves by regularly (rythmic) contacting with the dastans (sagas). 



 Key  words:  folklore,  dastan  (epos  or  saga), myth, ritual, identification, archetype,  for-

mula, structure 



 

ЭТНОКОСМИЧЕСКАЯ ИДЕНТИФИКАЦИЯ В АЗЕРБАЙДЖАНСКИХ 

ДАСТАНАХ: АРХЕТИП, ФОРМУЛА, РИТУАЛ, СТРУКТУРА 

Резюме 

В статье, на основе азербайджанских дастанов изучена семантема этнокосмической 

идентификации. Она является архетипом космогонического мышления. Этот архетип сох-

раняется  в  дастанах  как  эпическая  формула.  Текст  дастана  утверждает  идентификацию 

как  составную  часть  космологической  модели  мира,  сохраняя  (консервируя)  семантему 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə