Microsoft Word Dede Qorqud-2014-4 esas



Yüklə 1,4 Mb.
səhifə12/58
tarix25.06.2018
ölçüsü1,4 Mb.
#51677
1   ...   8   9   10   11   12   13   14   15   ...   58

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         27 

 

Dördüncüsü, maddi nişanla işarələmə: 

– Beyrəyin qızıl üzüyü Banıçiçəyin barmağına taxması. 

Əlbəttə, nişanların burada verdiyimiz təsnifatı nisbidir və gələcəkdə başqa 

tədqiqatçıların onu təkmilləşdirəcəyinə ümid edirik. Ancaq indiki halda bu təsni-

fatın necə olmasından asılı olmayaraq, oğlanla qız arasındakı “nişanlama” ritua-

lında istifadə olunan nişan-işarələr bütöv dəst şəklindədir. Xaosdan kosmosa qa-

yıdış  zamanı  həyata  keçirilən  identifikasiya  ritualı  məhz  bu  nişan-işarələr  dəsti 

əsasında  aparılmaqla  həmin  işarələrin  material  olaraq  şəklindən,  presedent 

olaraq məzmunundan asılı olmayaraq, onların etnokosmik nişanlar, başqa sözlə, 

etnosun ezoterik-sakral dəyərlər dünyası ilə bağlı işarələr olduğunu ortaya qo-

yur. 

Maraqlı  və  fikrimizcə,  tam  qanunauyğundur  ki,  “Əsli-Kərəm”  dastanında 



Kərəm-Əsli “nişanlama” modeli də Beyrək-Banıçiçək modelini “təkrarlayır”: 

– Beyrək ova çıxdığı kimi, Kərəm də ova çıxır;  

– Beyrəyin qovduğu keyik onu Banıçiçəyin çadırına gətirib çıxardığı kimi, 

Kərəmin də tərlanı onu Əslinin bağçasına gətirir (kosmoqonik mediasiya aktı); 

– Beyrək Banıçiçəyi maddi işarə ilə (altun üzük) nişanladığı kimi, Kərəm 

də  öz  üzüyünü  Əslinin  barmağına  taxır.  Əsli  də  öz  növbəsində  ipək  dəsmalını 

nişan olaraq ona verir;  

– Beyrək Banıçiçəyi cinsi-fizioloji jestlərlə nişanladığı (üç öpüb bir dişlə-

diyi) kimi, Kərəm də qızı qucaqlayır, gözlərindən öpür: 

“Söz  tamama  yetdi.  Kərəm  qıza,  qız  da  Kərəmə  aşiq  oldu,  əhd-peyman 

elədilər. Kərəm  barmağındakı üzüyü qıza, qız da ipək dəsmalını  Kərəmə verdi. 

Kərəm Əslinin gözlərindən öpmək istəyəndə Əsli geri çəkildi. Saçlarından iki tel 

ayırıb, sinəsaz elədi, aldı, görək, nə dedi: 

 

Nə gəzirsən məlul-məlul bu yerdə? 



Aman Kərəm, məni rüsvay eyləmə! 

Səni mənə qismət eyləyib Xuda, 

Aman Kərəm, məni rüsvay eyləmə! 

 

Kərəm  qızın  yalvarmağına  baxmayıb,  onu  qucaqladı.  Əsli  birtəhər  onun 



əlindən qurtarıb dedi: 

 

Heç olurmu bu yerlərdə belə iş? 



Keşiş babam duyub eyləyər təftiş, 

Öpdün də, qucdun da, artıq var, sovuş, 

Aman Kərəm, məni rüsvay eyləmə! 

 

Kərəm özünü saxlaya bilməyib, əl atdı qızın incə belinə. Əsli dedi: 



 


Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         28 

 

Doymamışam şəkər kimi dilindən, 



Qorxum yoxdu mənim heç də ölümdən. 

Sarılıbsan incə miyan belimdən, 

Aman Kərəm, məni rüsvay eyləmə! 

 

Ağam Kərəm, paşam Kərəm, xan Kərəm! 



Alış Kərəm, tutuş Kərəm, yan Kərəm! 

Əslin olsun sənə qurban, can Kərəm, 

Aman Kərəm, məni rüsvay eyləmə! 

 

Söz tamam oldu. Kərəm onunla halal-himmət elədi” (6, 12-13). 



Bu, nəzərdən keçirdiyimiz motiv nişanlanma  ritualıdır. Bir-biri ilə evlə-

nəcək  gənclər  müəyyən  əlamət-nişanlar  vasitəsi  ilə  işarələnirlər.  Bunlar  tanın-



ma-identifikasiya əlamətləridir. Lakin  xaosdan qayıdan  nişanlı kişi  başlanğıcı 

ilə  nişanlı  qadın  başlanğıcı  arasında  baş  verən  tanınma-identifikasiya  ritualının 

məhz  bu  nişanlanma  ritualındakı  “identifikasiya  əlamətləri”  (“tanınma  nişanla-

rı”) əsasında aparılması süjetin “başlanğıcına” aid olan nişanlanma ritualı ilə sü-

jetin  “sonrasına”  aid  olan  tanınma  ritualının  vahid  epik  kompleksin  iki  tərkib 

hissəsi olduğunu göstərir. Beləliklə: 

–  Süjetin  başlanğıcında  həyatları  ilahi  tale  semantemi  (məhəbbət  dastan-

larında: butavermə) ilə bir-birinə bağlı olan gənclərin bir-birilə nişanlanması bü-

tövlükdə etnokosmik identifikasiya kompleksinin tərkib hissəsidir; 

– Etnokosmik identifikasiya kompleksi iki xronoloji struktur mexanizmin-

dən ibarətdir: gənclərin nişanlanması və fərd(lər)in nişanlar əsasında tanınması;  

– Bu iki formul-mexanizmin əsasında işarələmə durur: funksional struk-



tur  baxımından  nişanlama  ritualı  –  tanıtmaq,  xaosdan  qayıdarkən  yoxlanma 

ritualı – tanınmaq məqsədini güdür; 

– Kommunikativ informasiya baxımından gənclərin nişanlanması – işa-

rələrin yazılması, xaosdan qayıdışda yoxlanma isə – işarələrin oxunmasıdır.  

–  “Nişanlama”  bir  semantem  kimi  identifikasiyanın  həm  mahiyyəti,  həm 

üsulu, həm də ritual mexanizmidir:  

a) nişanlama – mahiyyət kimi identifikasiya kompleksini bütövlükdə əha-

tə edən işarələr sistemidir

b)  nişanlama  –  üsul  kimi  yenə  identifikasiya  kompleksini  bütövlükdə 

əhatə edən işarələr sisteminin yazılması və oxunmasıdır;  

c)  nişanlama – ritual mexanizmi kimi gənclərin maddi ünsürləri və mə-

nəvi  presedentləri  əhatə  edən  identifikasiya  əlamətləri  (tanıtım  nişanları)  əsa-

sında nişanlanma mərasimidir. 

–  İdentifikasiya  kompleksi  diaxron  baxımdan  iki  mərhələdən:  tanıtma 

(nişanlama)  və  tanınmadan  (nişanların  eyniləşdirmə  üsulu  ilə  oxunması)  ibarət 

işlək süjet formuludur;  



Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         29 

 

–  İdentifikasiya  sinxron  baxımdan  mürəkkəb  ritmik  struktura  malikdir. 



Nişanlanma bir dəfə baş versə də, nişanların oxunması təkrarlanır. Nəzərdən ke-

çirdiyimiz  “Əsli-Kərəm” dastanında bir sıra tanınma ritualları vardır. Bu cəhət-

dən identifikasiya süjetin müəyyən ritmlərlə təkrarlanan formuludur. Onun ritmi 

sınaq formulunun alqoritminə bağlıdır. 

Deyildiyi kimi, nişanlamanın səviyyələrindən birini cinsi-fizioloji jestlər-

lə  nişanlama  təşkil  edir:  Beyrək  Banıçiçəyi  üç  dəfə  öpür  və  bir  dəfə  dişləyir. 

Eləcə də Kərəm qızı qucaqlayır və öpür. Hazırkı ənənəvi nişanlanma mərasimin-

də  qorunmayan  bu  qədim  adət  biofizioloji  arxetiplərlə  bağlıdır.  Məlimdur  ki, 

heyvanların  nikah  mərasimləri  ilə  insanların  ibtidai dövrdəki nikah  mərasimləri 

funksional struktur və mahiyyəti etibarilə eynidir. Dişi heyvana sahib olmaq is-

təyən  erkək  heyvanlar  öz  aralarında  vuruşur,  qalib  gələn  heyvan  dişiyə  sahib-

lənir.  Azərbaycan  nağıllarında,  o  cümlədən  dastanlarda  bu  motivə  tez-tez  rast 

gəlirik. Qızın atası şərt qoyur: bu şərtlər vəhşi heyvanlarla döyüşməkdən, tilsim-

lərin  açılmasından  və  s.  ibarət  ola  bilər.  Qalib  gələn  qıza  sahiblənir.  Sahiblən-

mək  nişanlama  –  tanıtma  yolu  ilə  rəsmiləşir.  Bizcə,  nişanlamanın  ən  qədim 



şəkli biofizioloji arxetiplərlə bağlı olan cinsi-fizioloji jestlərlə nişanlamadır

Bunun bioloji mənşəli, yəni heyvanlarla bağlı olmasını bir sıra heyvanlarda on-

lara məxsus olan ərazilərin nişanlanması kimi instinktiv aktın olması təsdiq edir. 

Şir, pələng və s. kimi heyvanlar onlara məxsus yaşayış-ov ərazilərinin sərhədlə-

rini  öz  ifrazatları  (sidik-nəcasət)  ilə  nişanlayırlar.  Başqa  əraziyə  məxsus  olan 

heyvan yad ərazinin sərhədinə çatdığını öz sürüsündən olmayan heyvanın nəca-

sətinin  iyindən  bilir.  Demək,  burada  əsas  olan  iybilmədir.  Bir  heyvan  öz  sürü-

sündəki  heyvanların  nəcasətini  yad  sürüdəki  heyvanların  nəcasətindən  iybilmə 

ilə  tanıya,  fərqləndirə  bilir.  Bu  mənada  iybilmə  təkcə  biofizioloji  instinkt  yox, 

eyni zamanda biososial, biokosmik işarələmə formuludur. Bu bioarxetipi insana 

da görürük. “Dədə Qorqud kitabı”nda “Yaxa tutub iyləşdilər” (yəni “bir-birini 

qucaqlayıb  iylədilər”)  ifadəsi  var.  Bu,  bir-birini  iy  əsasında  tanımaq  deməkdir 



[Bir-birini  tanıyan  Qanturalı  və  Selcan:  “Gizlü  yaqa  tutuban  yiləşdilər”  (5, 

93); Yenə də bir-birini tanıyan Yegnək və atası Qazılıq qoca: “Babasilə Yegnək 



gizlü  yaqa  tutuban  yiləşdilər”  (5,  97)].  Yaxud  südəmər  körpə  anasını  həm  də 

iyindən tanıyır. Bütün bunlar göstərir ki, cinsi-fizioloji jestlərlə nişanlama iden-

tifikasiya  kompleksinin  başlanğıc  ritualı  olan  tanıtma  –  nişanlama  mərasiminin 

ən qədim şəkillərindəndir. Buradan  nəticə çıxarmaq olur ki,  xaosdan qayıdanın 

identifikasiyası  zamanı  tanınma  proseduru  həm  də  iyin  eyniləşdirmə  üsulu  ilə 

yoxlanması şəklində də aparılırmış. 



İşin elmi nəticəsi: Məqalədə “etnokosmik identifikasiya” semantemi öncə 

nəzəri  anlayış  kimi,  daha  sonra  Azərbaycan  dastanlarından  gətirilən  nümunələr 

əsasında  düşüncə  arxetipi,  epik  formul,  ritual  aktı  və  mətnin  struktur  səviyyəsi 

kimi şərh edilmişdir. 




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə