Microsoft Word Dede Qorqud-2014-4 esas



Yüklə 1,4 Mb.
səhifə10/58
tarix25.06.2018
ölçüsü1,4 Mb.
#51677
1   ...   6   7   8   9   10   11   12   13   ...   58

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         23 

 

идентификации как составной элемент эпического мышления. Архетип этнокосмической 



идентификации  функционирует  как  ритуальный  механизм  в  моделях  преобразования. 

Дастаны одновременно выполняет функцию сохранения схемы идентификации, сохраняя 

при  этом  в  себе  этнокосмическую  идентификацию,  как  составную  формулу.  Эта  схема, 

как  одна  из  схем  функционирования  этнической  энергии, зашифровывается  в  дастанный 

код, и одновременно добавляется в запасы энергии, закодированные в дастане. Люди ре-

гулярно входят в общении с дастанами и получают возможность преобразовать себя зано-

во.  

Ключевые  слова:  фольклор,  дастан,  эпос,  миф,  ритуал,  идентификация,  архетип, 

формула, структура 



 

 

Məsələnin  qoyuluşu:  Məqalədə  Azərbaycan  folklorşünaslığında  ilk  dəfə 

olaraq  “etnokosmik  identifikasiya”  semantemi  Azərbaycan  dastanları  əsasında 

öyrənilir.  

İşin  məqsədi:  Məqalədə  əsas  məqsəd  Azərbaycan  folklorşünaslıq  fikri 

dövriyyəsinə  “etnokosmik  identifikasiya” anlayışını daxil etmək, eyni  zamanda 

bu semantemi arxetip, formul, ritual və struktur kontekstlərində təhlil və təqdim 

etməkdir. 

 

Bizim oğuz eposu üzərində apardığımız təcrübələrin (bax: 1; 2; 3; 4) nəti-



cələri  göstərdi  ki,  harada  “xaos-kosmos-xaos-kosmos...”  kosmoqonik  yaradılış 

mexanizmi  müşahidə  olunursa,  orada  identifikasiya  ritualının  da  arxetipləri  ol-

malıdır.  Bu  cəhətdən,  istər  “Dədə  Qorqud”,  istərsə  də  Azərbaycan  məhəbbət 

dastanlarında  “etnokosmik  identifikasiya  –  tanınma”  arxetipi  özünü  sürəkli 



epik  formullar  halında  yaşatmaqdadır.  Sürəkliliyi,  ardıcıllığı  epik  mətnlərdə 

mükəmməl  bir  sistem  olan  “etnokosmik  identifikasiya”  semanteminə  Azərbay-

can  folklorşünaslığında  nə  bir  motiv,  nə  formul,  nə  arxetip,  nə  də  ritual  kimi 

uzun illər ərzində diqqət yetirilməmiş və haqqında heç nə yazılmamışdır. Bunun 

səbəbi  Azərbaycan  dastanlarının,  o  cümlədən  “Dədə  Qorqud”un  kosmoloji 

struktur,  kosmoqonik  yaradılış  mexanizmi,  etnokosmik  düşüncə  sistemi  kimi 

tədqiq olunmaması ilə bağlıdır.  

Etnokosmik identifikasiya kosmoqonik düşüncə arxetipidir. Bu arxetip 

dastanlarda  epik  formul  kimi  qorunur:  dastan  mətni  “identifikasiya”  semante-

mini  bir  tərəfdən  epik  düşüncənin  tərkib  elementi  kimi  qoruyur  (konservasiya 

edir),  digər  tərəfdən  də  onu  kosmoloji  dünya  modelinin  tərkib  hissəsi  kimi 

təsdiq  edir.  Etnokosmik  identifikasiya  arxetipi  yenidənyaradılış  modellərində 

(ölüb-dirilmə  ilə  bağlı  mərasimlərdə)  ritual  mexanizmi  kimi  funksionallaşır. 

Dastan  etnosun  özünüyaratma  və  özünütəşkiletmə  mexanizmi  olan  ritualların 

mühüm  tərkib  elementi  olan  etnokosmik  identifikasiya  semantemini  bir  formul 

kimi özündə yaşatmaqla identifikasiya sxemini qorumaq funksiyasını da yerinə 

yetirir.  Bu  sxem  etnik  enerjinin  funksionallaşma  sxemlərindən  biri  kimi  dastan 

koduna şifrələnir və onda kodlaşmış enerjinin ehtiyatlarına əlavə olunur. İnsan-



Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         24 

 

lar  dastanlarla  müntəzəm  (ritmik)  şəkildə  ünsiyyətə  girməklə  öz-özlərini  yeni-



dən yaradırlar. Bu prosesdə etnik identifikasiyanın öz yeri, çəkisi və rolu var. O, 

ayrıca makrosistem deyildir. Bir (mikro)sistem kimi bütün hallarda yenidən ya-

ranma  (yenidən  qurulma)  makrosisteminin  müəyyən  səviyyəsi,  müəyyən  mər-

hələsi  və  müəyyən  mexanizmidir.  Bu  mövzu  bizim  üçün  yeni  olduğuna  görə, 

burada  onun  mövcud  təcrübə  əsasında  müxtəsər  şəkildə  ümumiləşdirilməsinə 

(bir qədər də irəli getsək: postulatlaşdırılmasına) ehtiyac var. 



“İdentifikasiya”  –  eyniləşdirmə  əsasında  aparılan  tanınma  aktıdır. 

Xaosa gedən qəhrəman oradan qayıdarkən öz kimliyini təsdiqləməlidir. Bu, 

xaos  və  kosmos  dünyalarındakı  varlıqlar  arasında  statusal  fərqlərlə  bağ-

lıdır. Kosmos – dirilər, xaos ölülər dünyasıdır. Xaosa adlayan qəhrəman ri-

tual mexanizmi vasitəsi ilə diri statusundan ölü statusuna keçir. Lakin onun 

ölümü  müvəqqəti  ölümdür.  O,  xaosdan  qayıdarkən  öz  kosmik  kimliyini 

təsdiq etməli, dirilər dünyasına mənsub olduğunu sübut etməlidir. Bu, iden-

tifikasiya  prosedurudur. Bu formula “Kitabi-Dədə Qorqud” dastanında ardıcıl 

şəkildə  təsadüf  olunur.  Məsələn,  xaosdan  –  ölüm  dünyasından  qayıdan  Beyrək 

özünün, doğrudan da, Beyrək olduğunu sübut etməli olur: “Baybörə bəg aydır: 

“Oğlım idigin andan biləyim, sırça parmağını qanatsun, qanını dəstmala dürtsün, 

gözimə sürəyin; açılacaq olursa, oğlım Beyrəkdir!” – dedi” (5, 66). 

Eposda  Beyrəyin  əsirlikdə  –  xaosda  olduğu  40  gün  müddətində  Yalançı 

oğlu  Yalancığın  39  paradiqması  (oynaşı)  Beyrəyin  əsirlikdə  olan  39  yoldaşını, 

Yalancığın  özü  isə  Beyrəyi  yalandan  əvəz  edir.  Bu  total  yalançılıq  oyunu  – 



statusdəyişmə ritualıdır. Burada hamı və hər şey: bəy, gəlin onların 40 yol-

daşları,  bir  sözlə,  kosmos  xaosla əvəz  olunur. Rekonstruksiyanın  nəticələrinə 

görə,  xaosdan  kosmosa  qayıtma  «tanı(n)ma»  –  «identifikasiya»  semantemi  ilə 

zəruri  şəkildə  bağlıdır.  Xaosdan  qayıdan  kosmosa  mənsub  olduğunu  keçiddə 

sübut etməli, özünü tanıtmalıdır. Bu kontekstdə 39  yalançı oynaş Boğazca Fat-

ma  ilə əvəz olunmuş Banuçiçəyi tanıya  bilmir. 40-cı oynaş – oyundaş (nişanlı-

adaxlı) – həqiqi bəy həqiqi gəlini tanıyır: Beyrəklə Banuçiçək arasında «tanınma 

–  identifikasiya»  aktı  baş  verir.  Yeri  gəlmişkən,  dərhal  qeyd  olunmalıdır  ki, 

oğuz  mifologiyasında  Beyrək  də  daxil  olmaqla  xaosdan  qayıdanların 

hamısının  «tanınma  –  identifikasiya»  ayinindən  keçməsi  məhz  kosmosun 

bərpasının ritual «üsulu»dur. 

Yaxud gözü qılınc yarası ilə tutulmuş Qazan arvadını tanımır. Qadını ona 

kimliyinin  ən  mühüm  əlamətlərini  xatırladır  (5,  76-77).  Təpəgöz  onun  gözünü 

çıxartmış  Basatdan  kimliyini  soruşur.  O  da özünün  kimliyinin  struktur  əlamət-

lərini  ona  bildirir  (5,  102).  Başqa  sözlə,  tanınmayan  tərəf  özünün  etnokosmik 

mənsubiyyət əlamətlərini sadalamalı,  xaosdan kosmosa qayıdan element olaraq 

kosmosa məxsusluğunu (aidliyini) təsdiqləməlidir. Başqa sözlə, identifikasiya – 

eyniləşdirmə proseduru aparılır. 




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə