Microsoft Word Dede Qorqud-2014-4 esas



Yüklə 1,4 Mb.
səhifə11/58
tarix25.06.2018
ölçüsü1,4 Mb.
#51677
1   ...   7   8   9   10   11   12   13   14   ...   58

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         25 

 

Oğuz  kosmosuna  qayıdarkən  Beyrəklə  Banuçiçək  arasında  olduğu  kimi, 



Qanturalı  ilə  sevgilisi  Selcan  xatun  arasında  izləri  çox  zəif  qalmış  «tanınma-

identifikasiya» ritualı  baş verir. “Dədə Qorqud”da Qanturalı Oğuz elindən  yox, 

öz elinə düşmən Trabzon təkurunun qızı Selcan xatunla evlənir. O, kafir məka-

nına gecə daxil olur. Qayıdanda da kafir məkanını gecə tərk edir. Bu, astral kod-

la  onun  Gecə  dünyasına  –  Xaosa  daxil  olması  və  çıxması  deməkdir.  Gecə  ilə 

Gündüzün  (Kafir  dünyası  ilə  Oğuz  dünyasının)  hüdudunda  kafirlər  onun  atını 

oxla öldürür və gözünü elə yaralayırlar ki, nişanlısını tanımır: “Gözinin qapağın 

oxşamışlar, yüzini qan bürimiş. Turmaz qanın silər... Qanturalı baqdı gördi kim, 

bir  kimsənə  yağıyı  öginə  qatmış,  qovar.  Selcan  idigün  bilmədi”  (5,  91).  Kafir 

bəyinin  qızı  olsa  da,  oğuz  igidinin  arvadı  olmağa  razılıq  verməklə  oğuz  gəlini 

statusu qazanmış Selcan özünü nişanlısına yenidən tanıtmalı olur. 

Əlbəttə, “Dədə Qorqud”da “identifikasiya – tanınma” formulunun müxtə-

lif şəkilləri  vardır. Burada onların  hamısından  bəhs etmək  imkansız olsa da, bu 

şəkilləri  birləşdirən  bir  ümumi  cəhəti  qeyd  etməliyik.  “İdentifikasiya”  ritualı 



əvvəldən vəhdət təşkil edən, bir-birinə doğma olan, lakin sonradan əks dün-

yalara düşmüş elementlərin (daha dəqiq desək: tərəflərin) qovuşması zama-

nı  baş  verir. Məsələn, Basat və Təpəgöz süd qardaşlarıdır: biri kosmosu, o biri 

xaosu  təmsil  edir.  Beyrək  və  Banuçiçək  beşikkərtmə  nişanlılardır.  Xaosdan  öz 

yurduna – kosmosa qayıdan Beyrək özünü  nişanlısına tanıtmalı olur. Burla  xa-

tun Qazanın arvadıdır. Düşmən əhatəsinə – xaos məkanına düşən Qazan oradan 

qayıdarkən  gözü  yaralandığı  üçün  arvadını  tanımır  və  bunların  arasında  “iden-

tifikasiya – tanınma” proseduru yaşanır. Eləcə də Qanturalı düşmən ölkəsindən 

(xaosdan)  Oğuza  (kosmosa)  qayıdarkən  gözü  yaralandığı  üçün  nişanlısını  tanı-

mır və həmin prosedur burada da həyata keçirilir. 

Beləliklə, identifikasiya  ritualı iki doğma tərəf  arasında baş verir: tə-

rəflərdən biri xaosa adlayır, qayıdarkən özünü “tərəf-müqabilinə” tanıtma-

lı olur. Lakin məsələ bununla qurtarmır. Məsələnin daha bir əsas cəhəti identifi-

kasiya  əlamətləri  ilə  bağlıdır.  Xaosdan  qayıdan  tərəf  özünü  hər  iki  tərəfə  qa-

baqcadan məlum olan nişanlar əsasında tanıdır. 

Demək, identifikasiya (həm də) gerçəkliyi təsvirin xüsusi işarələr səviy-

yəsi,  təsvir  dilidir.  Təsvir  dili  “kod”  adlanır.  Bu  halda  identifikasiya  xüsusi 

koddur.  

Digər  tərəfdən,  identifikasiya  iki  tərəf  arasında  baş  verməklə  kommuni-



kasiya  –  ünsiyyət hadisəsidir. Burada məlumat mübadiləsi baş verir. Bu müba-

dilə  xüsusi  işarələrdən təşkil olunan kod səviyyəsində aparılır. Həmin kod  mü-

badilə tərəflərinə məlum olsa da, digərlərinə məlum deyildir. 

Beləliklə, buradan nəticə çıxarmaq olur ki, identifikasiya gerçəkliyi (kos-

mosu)  təsvirin  xüsusi  işarələr  səviyyəsi,  məxfi  kommunikativ  informasiya 

(məlumat) kodudur. Kodun məxfiliyi, gizliliyi, xüsusiliyi xaosla kosmos ara-

sında giriş-çıxış mexanizmi olan ölüb-dirilmə rituallarının (və ümumən ini-



Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         26 

 

siasiya mərasimlərinin) toplumun sakral dəyərlər sferası, ezoterik (gizli, ba-



tini)  bilgilər  bankı  ilə  bağlılığından  doğur.  Ezoterik  bilgilər  üzərində  tabu 

var,  uyğun  inisiasiya  ritualından  keçməyənlərin  bu  bilgilərdən  xəbər  tut-

ması yasaqdır. 

İdentifikasiya  ritualı  kişi-qadın  başlanğıcları  ilə  əlaqədardır.  “Dədə  Qor-

qud”da bu ritual, əsasən, nişanlı,  yaxud ər-ərvad tərəflər arasında baş  verir (di-

gər hallar da, əslində,  bu sistemə aiddir). Nişanlı  olmaq,  yaxud ər-arvad olmaq 

bütün  hallarda  nişanlanmaq  deməkdir.  Azərbaycanda  ərə  gedəcək  qıza  onunla 

evlənəcək oğlanın tərəfindən nişan taxılır. Bu, nişan üzüyüdür. Barmağına nişan 

üzüyü taxılan qız nişanlı qız adlanır. Nişanlama – hərfi mənada işarələmə de-

məkdir.  Epik  materiallar  təsdiq  edir  ki,  “nişanlama”  kommunikativ  kod  kimi 

təkcə  üzükdən,  yaxud  ümumiyyətlə,  maddi  nişanlardan  ibarət  deyildir.  Qazan-

Burla, Qanturalı-Selcan, Beyrək-Banuçiçək münasibətlərində “nişanlar” maddi 

ünsürləri və mənəvi presedentləri əhatə etməklə “dəst” (rusca “n a b o r” mə-

nasında) şəklində olur. Beyrək-Banıçiçək modelinə diqqət edək: 

“Beyrək aydır: 

Alan sabah, xan qızı, yerimdən turmadımmı? 

Boz ayğırın belinə binmədimmi? 

Sənin odan üzərinə sığın-keyik yığmadımmı? 

Sən məni yanına qağırmadınmı? 

Sənünlə meydanda at çapmadıqmı? 

Sənin atunı mənim atım keçmədimi? 

Ox atanda mən sənin oxını yarmadımmı? 

Üç öpüb bir dişləyib, altun yüzigi 

Barmağına keçürmədimmi? 

Sevişdigin Bamsı Beyrək mən degilmiyəm? 

Böylə digəc qız tanıdı-bildi kim, Beyrəkdir” (5, 65). 

Burada, ən azı, dörd nişan səviyyəsini bir-birindən fərqləndirmək olur: 

Birincisi, ovla bağlı mediativ ritual işarələri: 

– Beyrəyin Boz ayğırı minməyi; 

– Ov heyvanlarını nişanlısının məkanına yönəltməsi [keyikin oğlanla (kişi 

başlanğıcı  ilə)  qız  (qadın  başlanğıcı)  arasında  mediasiya  yolu  ilə  əlaqə  yarat-

ması]. 

İkincisi, qıza sahiblənmə (ona yarışda qalib gəlmə) ritualı ilə bağlı işa-

rələr: 

– At yarışı; 

– Ox yarışı; 

– Güləşmə.  



Üçüncüsü, cinsi-fizioloji jestlərlə nişanlama ritualı ilə bağlı işarələr: 

– Beyrəyin qızı üç dəfə öpməsi; 

– Bir dəfə dişləməsi.  



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə