Microsoft Word Dede Qorqud-2014-4 esas



Yüklə 1,4 Mb.
səhifə13/58
tarix25.06.2018
ölçüsü1,4 Mb.
#51677
1   ...   9   10   11   12   13   14   15   16   ...   58

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         30 

 

İşin  elmi  yeniliyi:  Məqalədə  Azərbaycan  folklorşünaslığına  “etnokosmik 

identifikasiya” semantemi daxil edilmiş, nəzəri əsasları, praktiki təhlil örnəkləri 

təqdim olunmuşdur. 



İşin  tətbiqi  əhəmiyyəti:  Məqalədən  Azərbaycan  folklorunun  semantik 

strukturunun öyrənilməsi sahəsində nəzəri ədəbiyyat və metodoloji-praktiki  nü-

munə kimi istifadə tövsiyə olunur.  

 

 



ƏDƏBİYYAT 

 

1. S.Rzasoy. Oğuz mifinin paradiqmaları. Bakı, “Səda”, 2004  

2. S.Rzasoy. Oğuz mifi və Oğuznamə eposu. Bakı, “Səda”, 2007  

3. S.Rzasoy.  Mifologiya  və  folklor:  nəzəri-metodoloji  kontekst.  Bakı,  “Nurlan”, 

2008  

4.  S.Rzasoy.  Oğuz  mifologiyası  (metod,  struktur,  rekonstruksiya).  Bakı,  “Nur-



lan”, 2009 

5.  Kitabi-Dədə  Qorqud  /  Müqəddimə,  tərtib  və  transkripsiya  F.Zeynalov  və 

S.Əlizadənindir. Bakı, “Yazıçı”, 1988 

6. “Əsli-Kərəm” dastanı / Azərbaycan dastanları. 5 cilddə, 2-ci cild. Tərtib edən-

lər: Ə.Axundov, M.H.Təhmasib (1966). Yenidən işləyib nəşrə hazırlayanlar: Ə.Cəfərli, 

H.İsmayılov, S.Axundova. Təkmilləşdirilmiş 2-ci nəşri. Bakı, “Çıraq”, 2005, s. 12-13

 



Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         31 

 

Razim ƏLİYEV 



“Ay Ata” ASC-nin məsləhətçisi 

e-mail: razimaliyev@rambler.ru 

 

“GÜZGÜ KONSEPSİYASI” MƏDƏNİ-TARİXİ İRSİMİZİN GİZLİ 

MƏQAMLARININ AÇILMASINDA VASİTƏ KİMİ 

Xülasə 

Məqalədə  yaranış  haqqında  türk-şumer  dünyagörüşü  əsasında  formalaşdırılan  “Güzgü 

konsepsiyası”  haqqında  məlumat  verilir.  Bu  konsepsiyanı  qam  və  kahinlərin  kodlaşdırdığı  və 

onun min illər boyu gizli qalan sirli dünyaya bələdçilik etməsindən bəhs olunur. Konkret faktla-

rın köməyi ilə mifoloji şifrənin açılma mexanizmi təqdim edilir. 

  

 “THE CONCEPTION OF MIRROR” AS A MODE OF REVEALING SECRET 



POSITIONS OF OUR CULTURAL-HISTORICAL HERITAGE 

 

Summary 

The  article  provides  information  about  the  “Mirror  Concept”  formed  on  the  basis  of 

Turkish-Sumerian outlook on the establishment. Here is talking about that this concept is enco-

ded  by  Gam and  Priests  and  as  the  guidance to  the mysterious  world  that remained hidden  for 

thousands  of  years.  The  opening  of  the  mythological  password  with  the  help  of  the  particular 

facts is presented. 

 

«КОНЦЕПЦИЯ ЗЕРКАЛО» КАК СРЕДСТВО РАССКРЫТИЯ НАШЕГО  

ТАЙНOГО КУЛЬТУРНО-ИСТОРИЧЕСКОГО НАСЛЕДИЯ 

Резюме

 

В  статье  дается  информация  «О  концепции  зеркал»,  которая  сформирована  на  ос-

новании тюркского-шумерского мировозрения о Создании. В этой концепции готовится о 

провождении  священниками  и  монахами  в  мир,  который  они  кодировали  и  тысячелети-

ями хранили в таинстве, посредством конкретных фактов предоставляется механизм рас-

шифровки мифологического кода. 

 

Məsələnin  qoyuluşu.  Mifoloji  kodun  açılış  mexanizmi  türk-şumer  dün-

yagörü  əsasında  formalaşdırılan  “Güzgü  konsepsiyası”  nöqteyi  nəzərindən  təq-

dim edilir. 

İşin məqsədi. Dünyanın geniş coğrafiyasına səpələnmiş qədim sivilizasi-

yaya aid nümunələrin bir çoxunun əsasında türk-şumer dünyagörüşünün dayan-

dığını,  bu  nümunələrə  aid  sirli  təsvirlərin  “Güzgü  konsepsiyası”nın  köməyi  ilə 

açıldığını  əyani  misallarla  sübuta  yetirmək.  Ənənəvi  yanaşmadan  fərqli  olaraq 

Qobustan,  Gəmiqaya,  Şumer,  Misir  qayaüstü  təsvirlərinin  və  relyefli  şəkillərin 

eyni mexanizmlə formalaşdığını diqqətə çatdırmaq. Bu konsepsiyanın Azərbay-

canın mədəni tarixi irsinin öyrənilməsindəki əhəmiyyətini, indiyədək yol verilən 

yanlışlıqların aradan qaldırılmasındakı rolunu əsaslandırmaq. 



 

Yaranış  haqqında türk-şumer dünyagörüşü prinsipləri əsasında apardığı-

mız araşdırmalar  mifoloji kodun açılmasına  imkan verən  maraqlı  nəticələrə gə-

tirir. Bunlar isə öz növbəsində qədim sivilizasiyanın, eləcə də mədəni tarixi irsi-

mizin qaranlıq, indiyədək başa düşülməyən, çox vaxt yanlış şərh edilən məqam-



Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         32 

 

larını  üzə  çıxarır.  Yaranışın  mistik-mifoloji  elementləri  kimi  qəbul  edilən  ilkin 



substansiyalar  –  4  ünsür  qədim  xalqlar  tərəfindən  ilahiləşdirilmiş,  Allahlar  və 

mələklər səviyyəsinə yüksəldilmişdir. Təsadüfi deyildir ki, kainatın ilkin mode-

lində şumerlər SU, GÖY, HAVA və İŞIQ ünsürlərini təməl elementləri saymış-

lar. Şumer allahlar panteonunun ali şurasını təşkil edən bu ünsürlər maqların tə-

limində geniş  yer tutur. “Maqların təlimi”ndən bəhs edən Diogen Laretsi  yazır: 

”Maqlar odu, torpağı, suyu allah sayırlar” (1, 75). Apardığımız modelləşdirmədə 

su əsas yerlərdən birini tutur və “Güzgü konsepsiyasının” formalaşmasında mü-

hüm rol oynayır. 

Həyatın,  üzvü  varlığın  əsasını  təşkil  edən  su  insan  idrakının  məhsulu 

olan nağıllarımızda, dastanlarımızda, atalar sözlərimizdə, inanclarımızda, bütöv-

lükdə  mifoloji  təfəkkürümüzdə  geniş  yer  tutmuşdur.  Qədim  türk  dünyagörüşü 

geniş şəkildə su ilə, su obrazı ilə bağlıdır. 

Buna görə biz su və su obrazı ilə bağlı min illər boyu gizli, məxfi saxla-

nılan  kahin  və  qamların  geniş  istifadə  etdiyi  kodlaşdırılmış  sistemdən  və  onun 

açılma üsullarından bəhs etmək istəyirik. 

Onu  da  qeyd  edək  ki,  bu  sistem  qədim  türk  dünyagörüşünün  prinsipləri 

əsasında  açılır  və  qədim  dövr  dünyasının  böyük  bir  coğrafiyasını  əhatə  edir. 

Bunlar  əgər  faktlar  nəzərə  alınmazsa  bugünkü  yanaşma  nöqteyi-nəzərincə  qə-

buledilməzdir. 

Xalq  dilindəki  alqışlarımızın  birində  deyilir:  “Suca  ömrün  olsun.”  Bu, 

suyun kainatın yaranışının təməl elementi kimi daimi olması ilə bağlı təsəvvür-

lərdən gələn ifadədir. Yəni, su daimi olduğu kimi, alqış edilənin də ömrü daimi 

olsun deməkdir. 

Mifik təsəvvürlərdə həyatın, bütövlükdə varlığın başlanğıcı su ilə əlaqə-

ləndirilir. 

Azərbaycan  və digər türk xalqlarının  yaranış  haqqındakı  mifoloji  baxış-

larında kainatın başlanğıcı “Əvvəl hər yer su idi...” deyə təsvir olunur. 

E.ə. III minilliyə dair şumer əsatirlərində yaranış belə təsvir olunur. “Əv-

vəl bütün dünya suya qərq olmuşdu. Okean suyunun dərinliyində bütün varlığın 

böyük anası  ilahə Nammü  yaşayırdı. Nammünün  bətnindən  yarımkürə şəklində 

dağ qalxıbmış. Dağın  başında  böyük ata allah  An, dənizdə  yastıvari  lövhə üzə-

rində Ki yaşayırmış”. Əsatirə görə An və Ki-nin nikahından əvvəlcə Enlil, sonra 

isə öz qüdrəti ilə fərqlənən yeddi allah dünyaya gəlir. 

Qədim  hind  mifologiyasında  da  başlanğıc  su  ilə  əlaqələndirilir:  “Dərin 

yuxudakı kimi hərəkətsiz uyuyan ilkin yaranışın qaranlıq xaosundan əvvəl sular 

yarandı”  deyilir.  Sular  atəşi  yaratdı.  İstiliyin  böyük  qüvvəsindən  qızıl  yumurta 

yarandı”.  Bu  təsəvvürlərin  hər  ikisində  kainat  modeli  yastı  su  səthini  (yaxud 

Yer-Sub) əhatələyən göy qübbəsi kimi verilir. Bu fikrə yaranış haqqında qədim 

türk  dünyagörüşünə  dərindən  bələd  olan  Xaqani  Şirvani  yaradıcılığında  da  rast 

gəlinir: 




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə