Microsoft Word Dede Qorqud-2014-4 esas



Yüklə 1,4 Mb.
səhifə16/58
tarix25.06.2018
ölçüsü1,4 Mb.
#51677
1   ...   12   13   14   15   16   17   18   19   ...   58

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         39 

 

Güzgü  qaydası  ilə  oxuya  bildiyimiz  yazıların  ən  əhəmiyyətlisi  Lemnos 



adasından tapılmış daş sütun üzərindəki yazıdır (şəkil 7), (10). 

 

Əlində qalxan və iki ağızlı balta tutmuş 



döyüşçü  təsvirini  dövrələyən  yazı  bir  çox 

tədqiqatçılar tərəfindən araşdırılmış və nəticə 

əldə edilməmişdir. Qədim italyan əlifbası ilə 

yazılan  həmin  yazıları  oxumaq  ona  görə 

mümkün olmamışdır ki, yazı güzgü üsulu ilə 

yazılmışdır. 

E.ə  VII  əsrə  aid  edilən  bu  yazı  əksər 

qədim  dillərdə  araşdırılsa  da,  türkcə  ola  bil-

məsi fikri yaxına buraxılmamışdır. 

Görünür, türklərin  həmin  dövrdə  Ana-

dolu  yarımadasında,  Avropa  ilə  Asiyanın 

qovşağında  mövcudluğunu  qəbul  etməyən 

konsepsiya bu yazının da oxunmasına mane-

çilik  törətmişdir.  Döyüşçü  təsvirini  əhatələ-

yən yazının aşağı sətrində “Qan alam minim 

ul” sözləri yazılmışdır. Sütunun sol tərəfində 

döyüşçü təsvirinin önündəki yazı belədir: 

“ Ukan ike hücum apersn axşam”. 

 

Sağ  tərəfdə  yuxarıdan  aşağı  yazılan 



sətrin  axırı  zədələndiyindən  tam  oxunmur. 

Başlanğıc hissə isə belədir: 



 “Aklem gel üzge...”  

Bu kitabədəki  yazının dəyəri ondadır ki, bu-

radakı  yazılar  Azərbaycan  dilində,  ümumiy-

yətlə, türk dillərində məlum olan yazıların ən qədimidir. 

Belə ki, türk dillərində  məlum olan  yazılı abidələrin ən qədimi  Altun dö-

yüşçü qəbrindən tapılan yazı hesab olunur. Cam üzərində yazılan “Eşik xan öldü, 

başın sağ olsun” yazısı miladdan öncə V əsrə aid edilir. Güzgü üsulu ilə oxudu-

ğum bu yazının tarixi isə həmin yazıdan 200 il qabağa, m.ö.VII əsrə aiddir. 

Yazıdakı  bütün  kəlmələr  müasir  Azərbaycan  dilində  başa  düşülən  sözlər-

dir. Təkcə “Ukan” kəlməsindən başqa. 

“Ukan”  ifadəsi  görkəmli  mifoloq  alim  M.Seyidov tərəfindən  ətraflı  təhlil 

edilmişdir.  Qədim  türk  dillərində  “oğan”,  “uğan”  şəklində  işlənən  bu  ifadənin 

“qüdrətli”, “bacarıqlı”, “qadir xan” mənalarında işləndiyi M. Seyidov tərəfindən 

vurğulanır (9, 235). 

Bunu  nəzərə  alsaq  döyüşçü  təsviri  ətrafındakı  yazı  “Qüdrətli  xan  iki  hü-

cum aparsın axşam” mənasını verir. 




Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         40 

 

Bir elementə də diqqət yetirilməlidir: Qədim türklərin bir çox tayfalarının 



dilində “hücum” ifadəsi “akın” şəklindədir. “Hücum” ifadəsinin hazırda da dili-

mizdə eynilə işləndiyini, Etrusk yazılarında “Alban türkü” kəlməsinin yer alma-

sını nəzərə alsaq, Egey dənizindəki Lemnos adasında fransız arxeoloqları Kuzen 

və  Dyurbaxın  tapdığı,  hazırda  Afina  Milli  muzeyində  saxlanan  həmin  daş  üzə-

rindəki  yazının  sırf  Azərbaycan  dilində  olmasını  tam  əsasla  söyləmək  olar.  Bu 

yazının Etruskların dilinə qohum dildə olması  barədə  mülahizə  irəli sürən qərb 

tədqiqatçılarının  da  fikrini  nəzərə  alsaq  yazının  müasir  azərbaycanlıların  sələfi 

Qafqaz  Albanlarına  –  etrusk  mətnindəki  ifadə  ilə  desək  Alban  türklərinə  məx-

susluğu barədə fikir söyləmək olar. 

Qobustan  qayaüstü  təsvirlərindəki  bir  piktoqrafik  yazıya  da  diqqəti  yö-

nəltmək istərdik (şəkil 8), (14, 102).  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Bu şəkil simvollarla  ifadə olunmuş  yazıdır. Yuxarıda öküz şəkli, aşağıda balıq, 

yaxud  balina  şəkli,  ikisinin  arasında  isə  insan  şəkli  verilmişdir.  Rəmzlər  məna 

açımına görə belədir: 

Öküz göyü, səmanı simvollaşdırır, balıq isə təbii ki, suyu simvollaşdırır. 

Yaranış  haqqında  Orxon-Yenisey  abidələrində  ifadə  olunan  qədim  türk 

təsəvvürləri belə ifadə olunur: “ Üzə tənri, asra yaqız yer kılıntukda ekin ara kisi 

oqlı kılınmış...” (5, 71). 

Bu  indiki anlamda  “Üstdə  mavi göy, altda qonur yer  yaradıldıqda  ikisi-

nin arasında insan oğlu yaranmış...” şəklində başa düşülür (5, 78). 

Qayaüstü təsvirin rəmzlərə görə açımını verdikdə “Üstdə göy (öküz), alt-

da su (balıq) yarandıqda ikisinin arasında insan (kişi oğlu) yaranmışdır” fikri alı-

nır. 



Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         41 

 

Gül  Tikin  abidəsindən  yuxarıda  misal  gətirdiyimiz  cümlə  ilə  müqayisə 



apardıqda fərqin “altda qonur yer” ifadəsi əvəzinə “altda su “ ifadəsi olduğu ay-

dınlaşır. Bu tamamilə yaranış modelinə uyğundur. Çünki mifologiyada yer, tor-

paq suyun törəməsi hesab edilir. Bu model Orxon-Yenisey abidəsindəki yaranış 

modelindən  daha  qədimdir.  Təsvirin  özü  isə  mütəxəssislər  tərəfindən  Mezolit 

dövrünə  aid  edilir.  Yəni,  15  min  il  əvvələ.  Öküz  şəklinin  altında  verilən  ayaq 

təsviri o dövrdə 4 ünsürün ayrı-ayrı elementlərini rəmzləndirir və konkret halda 

proporsiyanı göstərmək üçündür. Bu proporsiya və rəmzi məna başa düşüldükdə 

başqa bir sirli Misir təsvirinin kodunu açmaq mümkün olur (şəkil 9, 10 ). 

 

 

 



 

 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə