Microsoft Word Dede Qorqud-2014-4 esas



Yüklə 1,4 Mb.
səhifə24/58
tarix25.06.2018
ölçüsü1,4 Mb.
#51677
1   ...   20   21   22   23   24   25   26   27   ...   58

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         60 

 

man və məkan fərqlərini üstələməyə kömək etmişdir, insan təcrübəsini saxlama-



ğa və nəsildən-nəslə bir millətdən digərinə ötürmə vasitəsi olmuşdur. Məhz ya-

zının sayəsində müəyyən məkanda meydana çıxan, kəşf olunan, inkişaf etdirilən 

siyasi, ədəbi və elmi hadisələr, yeniliklər başqa yerlər üçün də əlçatan olur. 

Yazı  da  dil  kimi,  kollektiv  əməyin  məhsuludur.  İnsan  cəmiyyətində  icti-

mai quruluş təşəkkül tapdıqda bu quruluşun nümayəndələri arasında iqtisadi, si-

yasi və s. əlaqələrin də yaranması zərurəti meydana çıxır. Tədricən şifahi ünsiy-

yət bu əlaqələrin tələblərini ödəmədiyi üçün yazı meydana çıxır. 

İlk növbədə insanlar əşyavi yazıdan istifadə etmişlər. Daha sonra şəkli (şə-

killər vasitəsilə fikrin çatdırılmasından ibarət yazı növü), fikri (şəkli yazının ün-

sürlərinin inkişaf etmiş, bir qədər mürəkkəbləşmiş forması), heca və hal-hazırda 

geniş yayılmış hərfi yazıdan istifadə olunmağa başlanmışdır. Lap qədim zaman-

larda  insanlar  fikirlərinin  ifadəsi  kimi  müxtəlif  əşyalardan  yararlanmışlar.  Bu 

vasitə ilə çox vaxt uzaq məsafələrə məlumat, xəbər və başqa səciyyəli işləri əks 

etdirmişdilərsə də, bəzən bu xarakterli əşyalar yaxın məsafələrdə simvol kimi çı-

xış etmişdir. Məs: hindu qəbilələrində başçılar arasında növbə ilə çəkilən qəlyan 

sülhə  işarə  idi.  Və  yaxud  slavyan  xalqlarında  qonağı  duz-çörəklə  qarşılamaq 

dostluq  və  xoşməramlılıq adəti  idi. Qeyd etmək  lazımdır ki, əksər slavyanlarda 

bu  ənənə  hələ  də  qorunub  saxlanmışdır.  E.ə  VI  əsrdə  skiflərin  farslara  göndər-

dikləri  qurbağa,  siçan,  quş  və  beş  oxun  mənasını  Herodot  bu  cür  açıqlamışdır: 

"Əgər  siz  farslar  bataqlıqda  qurbağa  kimi  tullanmağı  öyrənməsəniz,  siçan  kimi 

gizlənməyi  bacarmasanız,  quş  kimi  uça  bilməsəniz,  bizim  torpağa  ayaq  basan 

kimi oxlarımız altında məhv olacaqsınız". 

Məlum olduğu kimi Azərbaycan şifahi xalq ədəbiyyatı qədim tarixə malik 

olduğu  kimi,  bu  ədəbiyyatın  epik  növünün  janrlarından  olan  nağıllarımızın  da 

tarixi kökü qədim zamanlara gedib çıxır. Nağıllarımız əsrlərdən-əsrlərə keçmək-

lə xalqımızın ruhunu, psixologiyasını, ağlını, dünyagörüşünü əks etdirən ən ma-

raqlı  folklor nümünələrindəndir. Təsadüfi deyil ki, haqqında  bəhs etdiyimiz əş-

ya-simvollara-fikrin izahı, çatdırılması üçün istifadə olunan əşyalara burada rast 

gələ bilirik. Belə bir əşya-simvola "Yeddi qardaş bir bacı” nağılından misal gəti-

rək. “Biri  var  idi,  biri  yox  idi, bir kişinin  yeddi oğlu var  idi. Günlərin  bir günü 

yeddi qardaş yaraqlanıb ova gedəsi olurlar. Analarını çağırıb dedilər: 

– Ana, biz ova gedirik. Düz bir ildən sonra qayıdacağıq, bax, bu qabaqdakı 

dağda  olacağıq.  Bu  müddətdə  əgər  qızın  olsa,  qapıya  ələk  asarsan,  yox,  oğlun 

olsa, ox-yay asarsan." 

Göründüyü  kimi,  ələk  məişətdə  qız-qadının,  ox-yay  isə  kişilərin  istifadə 

etdiyi  əşya  olduğu  üçün  burada  simvolik  olaraq,  şifahi  nitqə  köməkçi  olmaqla, 

şifahi ünsiyyətdən istifadə edilməmək şərtilə fikri çatdırmağa xidmət edir. 

“Şəmsi Qəmər” adlanan nağıldakı başqa bir nümunəyə nəzər salaq. Bura-

da göstərilir ki, vəzir ailə qurmaq məqamına çatmış, lakin bu barədə özləri atala-

rına birbaşa heç nə demək istəməyən padşah qızlarına belə bir tədbir qılır: bazar-




Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         61 

 

dan  biri  ötmüş,  biri  dəymiş,  digəri  isə  yetişmək  üzrə  olan  üç  qovun  aldırır  və 



bunların hər birinə bir bıçaq sancıb xonçada padşaha göndərir. Padşah bu işarə-

lər qarşısında  aciz qaldıqda, vəzir  bunun açıqlamasını  belə  verir: Ötmüş qovun 

böyük qıza, yetişmiş qovun ortancıl qıza, yetişmək üzrə olan qovun isə kiçik qı-

za işarədir ki, onlar ərə getmək istəyirlər. 

Azərbaycan nağılları içərisində öz maraqlı süjet xətti, personajlarının dər-

rakəliliyi, ağıllılığı ilə oxucunu düşündürməsi baxımından diqqətəlayiq bir nağıl 

var:  “Daşdəmirin  nağılı”.  Haqqında  danışdığımız  əşyavi  yazı  nümunələrinə  də 

bu nağılda geniş şəkildə rast gələ bilirik: "Qadın çadrasının altından bir boşqab 

çıxarıb Daşdəmirin qabağına qoydu. Daşdəmir baxıb gördü ki, boşqabda bir nar 

var, bir top iynə var, bir qayçı var, bir vərəq kağız var, bir tikə ət var, bir də bir 

bıçaq var. 

Daşdəmir heç bir söz demədi. Bıçağı götürüb əti tikə-tikə doğradı. Qayçını 

götürüb kağızı kəsik-kəsik elədi, sonra  iynələri  bircə-bircə nara sancıb  boşqaba 

qoydu" [1, 316]. 

Sonradan isə bunun mənasını belə açıqlayır ki, əgər mənim bədənimi bu ət 

parçası kimi parçalasalar, bu kağız kimi tikə-tikə doğrasalar da bu sirri heç kəsə 

açmaram.  Bu  andan  sonra  həmin  qadın  Daşdəmirə  başqa  bir  sirri  açması  üçün 

atasının göndərdiyi armud, gavalı, əl dəyirmanı, bir parça dəmir, bir dənə də da-

şı  verir. Daşdəmir bu əşyaların da  izahını  verir: "Bu armudun adı  Abasbəyi  ar-

muddu. Bu gavalıya da bağbanlar vəzir Alı deyirlər. Atan demək istəyir ki, Daş-

dəmirin xaraba dəyirmanda başına gələn iş padşahın qoşun böyüyü Abas bəylə, 

bir də vəzirlə əlaqədardı" [1, 317]. Gedişatdan məlum olur ki, həmin qızın atası 

Mirzə Möhsün  həbsxanaya salınacağından şübhələndiyi üçün bu əşyaları  məlu-

mat kimi göndərmişdi. 

Daşdəmir  öz  ağlı,  dərrakəsi  ilə  digər  bir  məqamda  da  diqqəti  cəlb  edir. 

Düşmən  padşah  öz  qoşunu  ilə  şəhəri  dövrəyə  alır.  Belə  bir  qəribə  şərt  qoyulur 

ki, göndərdiyimiz suala cavab tapa bilməsəniz, bizə təslim olmalısınız. Torpağın 

üstündə yumru çevrə çəkib deyirdilər ki, bu suala cavab tapın. "Daşdəmir əlinə 

bir ağac alıb çevrəni ortadan iki yerə böldü. Düşmən tərəf işi belə görəndə gəti-

rib çevrənin bir tərəfində bir ox qoydular. Daşdəmir də padşahın qılıncını götü-

rüb  ikinci  tərəfə  qoydu.  Belə  olanda  düşmən  tərəf  çevrənin  içinə  bir  ovuc  darı 

tökdü.  Daşdəmir  tez  əmr  elədi,  bir  xoruz  tutub  gətirdilər.  Xoruz  bütün  darını 

dənlədi. Düşmən tərəf heç nə deməyib yola düzəldi" [1, 324]. 

Məlum  olur  ki,  düşmən  tərəf  çevrəni  çəkməklə  bütün  dünyaya  sahib  ol-

maq istəklərini bildirirmişlər. Daşdəmir çevrəni ortadan iki yerə bölməklə onla-

rın da dünyada öz  yerləri olduğunu və oraya heç kəsi qoymayacaqlarını  nəzərə 

çatdırır. Ortaya qoyulan ox davaya  işarə olduğu üçün Daşdəmir padşahın qılın-

cını  onların  qabağına  qoymaqla,  qorxmadıqlarını  ifadə  edir.  Sonra  düşmənlər 

çevrəyə darı tökdülər ki, bizim qoşunlarımızın sayı-hesabı  yoxdur. O  isə  bütün 

darını bir xoruza dənlətməklə, bu cür qorxmaz, igid el oğulları olduğunu bildirir. 




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə