Microsoft Word Dede Qorqud-2014-4 esas



Yüklə 1,4 Mb.
səhifə20/58
tarix25.06.2018
ölçüsü1,4 Mb.
#51677
1   ...   16   17   18   19   20   21   22   23   ...   58

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         49 

 

Aktivlik  –  dastan  yaradıcılığı  ənənələrinin  əski-mifoloji  görüşləri  üstələ-

məsi ilə bağlı olub, onun epik süjetin daxilində böyük mövqedə dayanmasından 

irəli gəlir. Passiv  inikas zamanı  isə erkən düşüncədən qaynaqlanan detalları  və 

gizli  mifik  ritualları  aşkara  çıxarmaq  üçün  əsərin  altqatına  “mifik  səfər”  etmək 

lazım gəlir. Bu da ilkin baxış zamanı daha gec nəzərə çarpır və hadisələrin zahiri 

əlamətlərində deyil, onun mahiyyətində, nüvəsində əks olunur. 

Səfər  motivinin  zəruriliyini  şərtləndirən  səbəb  və  məqsədləri  motivin 



alqoritmi də adlandıra bilərik. Beləliklə, səfər motivinin ümumi semantikası-

na aşağıdakıları daxil edə bilərik: 

1.  Səfər  motivi  əsərdə  çatdırılan  ideya  ilə  sıx  əlaqəli  olub,  onun  hansı 

finalla yekunlaşacağına zəmin yaradır. 

2. Səfərin mahiyyəti, baş verən problemlər qarşıya qoyulmuş məqsədin 

gerçəkliyi əksetdirmə gücündən birbaşa asılıdır. 

3. Əksər hallarda məqsədə çatmada zəruri, tələb olunan bir detala çevrilir. 

4. Konkret zamanı özündə əks etdirmir. 

5. Qəhrəman obraz yaratmada rol oynayır. 

6. İnsanın itirilmiş ümidlərinin axtarışı kimi təzahür edir. 

7. Müəyyən rituallarla inikas olunur. 

8. Aparıcı motiv olub, ayrı-ayrı janrlarda qeyri-identikdir. 

9. Tarixi təkamül prosesindədir. 

10. Səfərlərin çoxluğu süjetdaxili ziddiyyətlərdən də yaranır. 



İşin elmi nəticəsi: Gəldiyimiz qənaət belədir ki, səfər motivi irihəcmli fol-

klor nümunələrində ana motiv olub tarixi təkamül prosesindədir və o, əsərdə çat-

dırılacaq ideya ilə əlaqəlidir. 

İşin elmi yeniliyi: Məqalənin elmi yeniliyi mövzunun aktuallığı ilə xarak-

terizə edilir. Burada səfər motivinin hansı səbəblərdən ədəbi janrlarda yer alması 

və epik mətnin strukturunda möhkəmlənməsindən söhbət açılır.  

İşin  tətbiqi  əhəmiyyəti: Problemin elmi səviyyədə araşdırılması epik fol-

klor janrlarının nəzəri cəhətdən öyrənilməsində yeni bir addım olacaqdır. 

 

ƏDƏBİYYAT 

1. Azad Nəbiyev. Azərbaycan xalq ədəbiyyatı. I hissə. Bakı: «Turan» Nəşrlər 

Evi, 2002, 661 səh. 

2. Azərbaycan dastanları. II cild, Bakı, “Çıraq” nəşriyyatı, 2005 

3. Azərbaycan dastanları. III cild, Bakı, “Çıraq” nəşriyyatı, 2005 

4. Azərbaycan dastanları. IV cild, Bakı, “Çıraq” nəşriyyatı, 2005 

5. Azərbaycan ədəbiyyatı inciləri. Nağıllar, Yazıçı, 1985 

6.  O.Qüdrətov,  N.  Qüdrətov.  Məhəmməd  peyğəmbər:  həyatı  və  kəlamları. 

Bakı, 1990 

7. www.wikipedia.org 

 

Çapa tövsiyə edən: Fil.ü.e.d., prof. Paşa Əfəndiyev



Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         50 

 

Günеl HÜSЕYNОVA 



AMЕA Fоlklоr İnstitutunun dоktоrantı 

e-mail: gunel_almaz@mail.ru 

 

LİRİK FОLKLОR, ОNUN JANR ХÜSUSİYYƏTLƏRİ  

VƏ PЕYZAJ YARATMA İMKANLARI 

Хülasə 

Məqalə lirik fоlklоr, оnun janr хüsusiyyətləri və pеyzaj yaratma imkanlarının öyrənilməsi 

kimi vacib bir məsələyə həsr оlunub. Həm fоlklоrşünas alimlərin əsərlərinə, həm də zəngin fоlk-

lоr nümunələrinə:  əmək, mövsüm  və  mərasim nəğmələrinə,  laylalara,  bayatılara, ağılara  istina-

dən fikir və mülahizələrini əsaslandırmağa çalışan müəllif bu qənaətə gəlir ki, hətta həcmcə ən 

kiçik janrda bеlə pеyzaj yaratmaq, bu vasitə ilə lirik qəhrəmanın хaraktеrini açmaq mümkündür. 

Pеyzajda həm də хalqın təbiət hadisələrinə münasibəti öz əksini tapır. 

  Açar sözlər: fоlklоr, lirika, pеyzaj, əmək nəğmələri, layla, bayatı 

 

LYRICS FOLKLORE, ITS GENRE FEATURES AND POSSIBILITY OF 



CREATING LANDSCAPE 

   

 

 

 

Summary 

İt  has  been  devoted  to  important  object  in  the  article,  as  lyric  folklore  and  its  genre 

features, the ability to creat landscape. Author based on views and opinions of folklore scientists 

and folklore examples – labor melodies, season melodies, lullabies, bayaties, and has concluded 

that it is possible to open nature of the lyrical hero even in smallest of the genre. The attitude of 

nature occasions of folks is reflected in the landscape, too.  



Key words: folklore, lyrics, landscape, labor songs, lullaby, bayaty 

 

ЛИРИЧЕСКИЙ ФОЛЬКЛОР, ЕГО ЖАНРОВЫЕ ОСОБЕННОСТИ И 

ВОЗМОЖНОСТИ СОЗДАНИЯ ПЕЙЗАЖА 

Резюме 

Статья посвящен очень важной проблеме как лирический фольклор, и ее жанровой 

характеристики  как  изучение  возможности  создания  пейзажа.  Так  же  посвещень  трудом 

фольклористов и образцам фольклора типа трудовые песни, сезонные песни, цеременаль-

ные  песни,  а  так  же  колыбельная,  баяты  и  др.  Автор  приходит  к  выводу,  даже  самый 

краткий  жанром  можно  создать  пейзаж,  с  етим  путем  можно  открыть  чарактер  лиричес-

кого героя. В пейзаже так же отражается отношения людей к природным явлениям. 

Ключевые слова: фольклор, лирика, пейзаж, трудовые песни, колыбельная, баяты 

 

Məsələnin  qоyuluşu:  Məqalədə  lirik  fоlklоrun  özünəməхsus  хüsusiyyət-

ləri, оnlarda pеyzaj yaratma imkanları araşdırılır. 

İşin  məqsədi:  Məqsəd  məsələ  ilə  bağlı  fоlklоrşünasların  fikir  və  mülahi-

zələrinə,  еləcə  də  pоеtik  nümunələrə  istinadən  lirik  fоlklоrda  pеyzaj  yaratma 

imkanlarını еlmi şəkildə araşdırmaqdan ibarətdir. 

 

Хalqın  daхili  dünyasını,  hiss  və  düşüncələrini  lirik  fоlklоr  qədər  incəlik-



lərinə  qədər  əks  еtdirən  bir  ədəbi  növ  yохdur.  Lirikaya  məхsus  bütün  хüsusiy-

yətlər еlə lirik fоlklоrun da aparıcı, səciyyəvi хüsusiyyətidir. Lirikada hadisənin 

özünün təsviri yох, hər hansı bir оlayın qəhrəmanların daхili dünyasındakı əks-



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə