Microsoft Word Dede Qorqud-2014-4 esas



Yüklə 1,4 Mb.
səhifə19/58
tarix25.06.2018
ölçüsü1,4 Mb.
#51677
1   ...   15   16   17   18   19   20   21   22   ...   58

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         47 

 

c) ov ovlamaq üçün edilən səfərlər; sonuncu tip səfərlərdə bəzən yuxarıda  

(a və b bəndlərində) adı çəkilən səfərlərə zəmin yaradılır. Belə ki, bəzi hallarda 

qəhrəman  ov  səfəri  zamanı  gözələ  aşiq  olur,  ona  qovuşmaq  üçün  öz  yurdunu 

tərk edir (bu, yəni qəhrəmanın öz yurdunu tərk etməsi gözəlin hansı məkanda ol-

masından da asılıdır). Birinci tip səfər daha çox məhəbbət dastanlarında, nağıl-

larda,  ikinci  tip  səfər,  xüsusilə,  qəhrəmanlıq  dastanlarında,  üçüncü  tip  səfər  isə 

epik  növün  bütün  irihəcmli  janrlarında  özünü  göstərə  bilər.  Bir  sıra  dastanları-

mızda məqsədinə görə edilən səfərlərin hər üçünə (a, b, c ) kompleks şəkildə də 

rast gəlmək mümkündür. 



3.  Səfərə  çıxan  qəhrəman  subyektinə  görə;  bu araşdırmalar zamanı  hər 

bir əsərə, onun baş qəhrəmanına individual şəkildə yanaşmaq lazımdır. Belə ki, 

“Dədə Qorqud kitabı”nda səfər edən obrazlar yüksək zümrədəndirlərsə, “Koroğ-

lu” dastanında paşalar istisna olmaqla, Koroğlu və onun dəliləri bu təbəqəyə aid 

deyil. Məhəbbət dastanlarında və nağıllarda isə səfər edən hər iki təbəqənin nü-

mayəndələrinə  rast  gəlmək  olar.  Burada  maddi  baxımdan  imkanı  az  olan  şəxs-

lərin, zəhmətkeş aşiqlərin imkanlı ailələrin və yaxud, paşa və bəylərin qızlarına 

aşiq  olması,  istəklərinə  öz  ağıl  və  bacarıqları  hesabına  nail  olmaları  göstərilir. 

Məhəbbət və qəhrəmanlıq dastanlarında səfərəçıxmada niyyət fərqli olduğundan 

həmin qəhrəmanların üzləşdiyi problemlər də fərqli olur. 



4. İstiqamətinə görə isə səfərləri  horizontal və vertikal olmaqla iki qrupa 

ayırmaq  mümkündür.  Burada  vertikal  səfərlər  mətnin  alt  qatlarında  inikas 

olunan mifik səfərlərdir. 

5.  Reallaşma  məkanına  görə;  məlum  olduğu  kimi  folklorun  irihəcmli 

epik  əsərlərində  edilən  səfərlər  məkan  baxımından  ya  xaosda,  ya  da  kosmosda 

cərəyan edir.  

6. Motivin əsasında dayanan mifik-mistik, dini görüşlərə görə təsnifat.  

İlk olaraq, səfərin epik əsərlərin süjet strukturundakı mövqeyi və onun lek-

sik  idiom  kimi  hansı  mənanı  ifadə  etməsi  düşündürücüdür.  Motivin  epik  janra 

gəlişinin konkret zamanı  haqqında  fikir söyləmək qeyri-mümkün olsa da, onun 

süjet daxilindəki erkən təkamülündən  və tələb olunan  motiv kimi sabit  mövqe-

yindən bəhs etmək mümkündür. Qədim dövrdə insanlar erkən bədii yaradıcılıq-

da  primitiv  motivlər  yaratmaq  iqtidarında  olmuş  və  ya  ayrı-ayrı  detallar  hələ 

mükəmməl motiv şəklinə düşməmişdir. Adi detal kimi səfər motivi də ilk olaraq 

insanların əsatiri görüşlərində formalaşmışdır. Bu, hər şeydən əvvəl, qədim insa-

nın dünya haqqındakı ilkin təsəvvürlər sistemi olub, onun həqiqət axtarışlarının 

nəticəsi idi. Belə ki, hər bir etnos öz sivil mədəniyyətinin əsasını qoymamışdan 

əvvəl  mifopoetik  sözü  yaratmış  və  mifik  dünya  modelini  formalaşdırmışdır. 

Məhz buna görə də hər hansı bir motivin epik janrda tutduğu mövqeyini araşdı-

rarkən onun tarixinin mifik təfəkkür süzgəcindən keçdiyini unutmaq olmaz. 

Bu motivin ədəbi janrlarda özünə yer alması, hər şeydən əvvəl, sosial-iqtisadi 

səbəblərdən qaynaqlanır. Tarixə nəzər salsaq, görərik ki, sinifli cəmiyyət yarandıq-




Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         48 

 

dan  sonra  milli  maraqlar,  diplomatik  və  işğalçı  münasibətlər  zəminində  səfərlər 



ənənəvi bir hal almışdır. İbtidai insanı bir ərazidən digərinə aparan ilkin səbəb onun 

qida axtarışları idi. Tayfaların formalaşması, onların müxtəlif etnik qruplara ayrılıb 

yeni  ərazilərə  köç  etməsi  və  etnosların  başqa  ərazilərə  tarixi  axını  vahid  süjet  və 

motivlərin  yaranmasının  əsasını  qoydu.  Daha  sonra  istər  böyük  fateh  İsgəndərin 

istilası, istər ərəb işğalları, istərsə də səlib yürüşləri siyasi səfərlərin sayını artırmış-

dır ki, bu da, öz növbəsində, şifahi poetik dilə təsirsiz ötüşməmişdir.  

Səfər  motivinin geniş  yayılaraq epik  mətnin  strukturunda möhkəmlənmə-

sində İslam dininin, İslam düşüncəsinin böyük rolu olmuşdur. Cahiliyyə dövrün-

də sözügedən motiv mövcud olsa da, o, sırf İslamın bərqərar olunmasından son-

ra el arasında geniş yayılmışdır. Belə ki, Hz Məhəmməd (ə.s) və onun davamçı-

larının, imamlar və xəlifələrin islamı yaymaq və s. səbəblərdən irəli gələn səfər-

ləri  artıq  qədim  dövr  insanının  səfərlə  bağlı  kifayət  qədər  biliyinin  olduğunun 

göstəricisidir.  Məhəmməd  peyğəmbərin  “Səfərə  çıxın,  gəzin,  sağlam  olun,  ruzi 

qazanın” (6.119) kəlamı fikirlərimizi bir daha təsdiq edir. 

Ərəb leksikonuna nəzər salsaq, görərik ki, səfər “sa fa ra” kökündən olub, 

səyahət, səfər etmək, hərbi sahədə yürüş və daha sonra sübh çağı, dan yeri mə-

nalarını  ifadə  edir.  Digər  tərəfdən  hicri  təqvimində  Məhərrəm  ayından  sonra 

ikinci ay “Səfər ayı” hesab edilir. Sözü gedən ayın niyə səfər adlandırılması da, 

maraq doğurur. Bununla bağlı bir sıra rəvayətlər vardır. Bir sıra alimlərin fikrin-

cə,  bu,  “sıfır”,  bəzi  alimlərin  nəzərincə  isə  “sarı”  sözündəndir.  “Sıfr,  yəni  boş” 

kəlmələrindən  olması  buna  görədir  ki,  Məhərrəm  ayında  müharibələr  edilmə-

diyindən, bu ay bitən kimi insanlar müharibəyə gedər və nəticədə evləri boş qa-

lardı.  Digər  mülahizələrə  görə,  aylara  ad  verilərkən  payız  fəsli  olduğundan  hər 

tərəf sarı imiş və ya müharibə zamanı qılınclar havaya qalxanda günəş şüası on-

ların üzərinə düşərmiş və hər tərəf sarı rəngə boyanarmış. Bizim leksikonumuz-

da hər iki ad eyni səslənsə də, əslində onlar ayrı-ayrı köklərdəndir. Demək, təd-

qiqata  cəlb  etdiyimiz  səfər  lüğəvi  mənada  döyüşə  getmə,  yola  çıxma,  səyahət 

anlamlarını bildirir. 

“Sıfır”  və  “boş”  kəlmələrinin  səfərə  çıxma  ilə  əlaqəsi  də  maraq  doğurur. 

Epik  əsərlərdə  səfərə  çıxan  şəxs  geri  qayıtma  imkanının  ola  bilməyəcəyini  nə-

zərə alıb, sanki  bu  yolda hər şeyi  sıfırdan başlayır və səfər zamanı, demək olar 

ki, əliboş yola çıxır. Obrazın səfər etdiyi coğrafi məkan əksər hallarda bəlli olur. 

Lakin  nəzərdə  tutulan  məkana  gedib  çatmaq  olduqca  təhlükəli  hesab  edilir.  Bu 

zaman qəhrəman müəyyən çətinliklərlə üzləşməli və qalib şəklində geri dönmək 

üçün müxtəlif sınaqlardan keçməli olur. 

7.  Hərəkət  dinamikasına  görə;  Səfər, tarixi qədimliyi  ilə  seçilməklə  ya-

naşı,  özünün  təkamül  prosesində  əsərin  süjet  strukturunun  daimi  gözəçarpan 

motividir. Motivin hərəkət dinamikasına nəzər salsaq, onu şərti şəkildə aktiv və 

passiv olmaqla 2 qrupa ayıra bilərik:  



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə