Microsoft Word Dede Qorqud-2014-4 esas



Yüklə 1,4 Mb.
səhifə18/58
tarix25.06.2018
ölçüsü1,4 Mb.
#51677
1   ...   14   15   16   17   18   19   20   21   ...   58

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         45 

 

 



Hər  bir  xalqın  yaratdığı  folklor  nümunələri  özlüyündə  unikaldır  və  o  bir 

kod  kimi  həmin  xalqın  mifik  düşüncəsində  kök  salaraq,  onun  milli  psixologi-

yasından xəbər verir. Bu da sirr deyil ki, hər nə qədər unikallıq olsa da, xalqları 

bir-birinə yaxınlaşdıran süjet və onun komponentləri, motivləri olmuşdur. 



Ayrılıqda xüsusi məna kəsb etməyib, mətn daxilində simvolik əhəmiy-

yətə malik olan, digər ədəbi komponentlərin meydana gəlməsində dominant 

rol  oynayan  motiv  insan  şüurunda  stimulverici  mövqedə  dayanır  və  o,  bu 

şüurun məhsulu olan bədii əsərin strukturunda hadisələrin ardıcıl, məntiqi 

düzülüşünə  təkan  verib,  onu  nizamlayan  hər  hansı  bir  detaldır.  Bədii  ele-

mentlərin  çoxçeşidliliyi  bir-birindən  fərqlənən  müxtəlif  motivlərin  yaranmasını 

şərtləndirir. 

Hər bir sahənin öz motivi, hərəkətverici qüvvəsi vardır ki, onlar da bu sa-

hənin spesifik məqsədlərinə xidmət edən ideyalar modelini bərqərar edir. Motiv 

bir-birindən tədric olunmuş, səpələnmiş elementləri bir bütov ad altında cəmlə-

yərək  birləşdirir  və  mövzu  ilə  əlaqələnərək,  onunla  eyni  mənada  təzahür  edir. 

Motivə bədii sürət, təhkiyədəki ifadə, səs və fiziki hərəkətlər kimi mətnin başqa 

elementləri  də  daxildir.  O,  mücərrəd  şəkildə  özünü  göstərən  mövzu  vasitəsilə 

rəmzləşərək konkretləşir. Eyni zamanda süjetin ən bəsit, sadə hissəciyi olan mo-

tivdən əsərin individual detallarının təsviri üçün də istifadə olunur. Təbii ki, hər 

bir əsərin süjet strukturunda aparıcı − ana motiv vardır və o, əsərdə çatdırılacaq 

ideya  ilə  birbaşa  əlaqəlidir.  Bir  ədəbi  motivdə  bütöv  bir  mətnin  struktur  kom-

ponentləri özünü göstərə bilər. Eynilə bir motiv yeni bir motivi şərtləndirə bilər. 

Bədii əsərdə hər hansı bir motivin meydana gəlməsi, baş tutması üçün ilk olaraq 

onu şərtləndirən səbəb olmalıdır. 

Səfər  motivi tarixi düşüncəni epik ənənə  ilə sıx  bağlayan, onları  birləşdi-

rən motivlər fəzasıdır. Təbii ki, sözügedən motiv tarixi səciyyə daşıyaraq, qədim 

türkün ictimai, siyasi, dini baxışlarını, psixoloji və mədəni sferasını yəqin etmək 

üçün tarixi qaynaqdır. Bu ele bir elementdir ki, mütləq özünü hər hansı bir dav-

ranış tərzində, hərəkətdə göstərməlidir. Motiv  informativ səciyyə daşıyır, bu və 

ya digər məlumatı kodlar şəklində istər süjetdən süjetə, istərsə də süjet daxilində 

ekspozisiyadan finala kimi istiqamətləndirir. Bu baxımdan, səfər motivi də poe-

tik yoldur, istiqamət və üsuldur. 

Bu daha çox irihəcmli epik janrlarda − nağıl və dastanlarda tez-tez rast gə-

linən motiv olub, digər motivləri də şərtləndirməkdə dominantlığı ilə xarakterizə 

edilir. Tədqiqatçıların yalnız epizodik olaraq bəhs etdiyi səfər - spesifik seman-

tikaya malik olan və islamaqədərki türk mifoloji düşüncə tərzi, digər tərəfdən isə 

təsəvvüfi  görüşlərlə  bağlı  olan  motivdir.  Bu  isə  özlüyündə  motivi  sosial,  mifo-

loji və fərdi aspektlərdən yanaşıb təhlil etməyə doğru istiqamətləndirir. 

Epik  folklor  nümunələrində  səfər  motivini  aşağıdakı  kimi  təsnif  etmək 

mümkündür: 




Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         46 

 

1.  Reallaşma  formasına  görə;  reallaşma  forması  dedikdə,  biz  edilən  sə-

fərlərin hansı yollarla gerçəkləşməsini nəzərdə tutururuq. Səfərlərin istiqamətlə-

rini nəzərə alsaq, bu formaya aşağıdakı yolları aid etmək olar:  



a)  yaraqlanıb,  atlanaraq  edilən  səfər.  Bu,  səfər  motivinin  mətnin  ilk 

oxunuşunda aydın  nəzərə çarpan  formasıdır. Şübhəsiz, türk mifik düşüncəsində 

at  həmişə  igidin  dostu,  qardaşı  və  köməkçisi  kimi  verilir  və  onun  vasitəsilə  iki 

dünya  −  qaranlıq  və  işıqlı  aləm,  xaos  və  kosmos  arasında  əlaqə  yaradılır.  Çox 

zaman  isə səfərə təkbaşına gedən  igidə el ağsaqqalı,  müdrik  insan və  ya ata tə-

rəfdən at hədiyyə olunur. Bu da igidin xilaskarı rolunda çıxış edən atın güclü ol-

masına və uzaq məsafələri qısaltmaq gücünə işarədir. 

b) yuxu vasitəsilə. Epik janrda səfər motivini şərtləndirən bir sıra detallar 

var ki, onlardan biri də prof. Azad Nəbiyevin janr adlandırdığı yuxulardır. Yuxu 

əsrlər boyu öz aktuallığını qoruyub saxladığından bu gün də folklorşünas alimlər 

tərəfindən kifayət qədər tədqiq olunmaqdadır. Mətnin  istər məzmununa,  istərsə 

də mifopoetik strukturuna kök salmış yuxu səfərəçıxmada da önəmli detal olub, 

xüsusi araşdırma tələb edir. Folklor mətnində heç bir detal kortəbii olmayıb ha-

disələrin  ümumi  gedişində  müəyyən  rol  oynayır.  Bu  motiv  ayrı-ayrı  janrlarda 

bəzən  baş,  bəzən  də  epizodik  rolda  çıxış  edərək,  əsasən,  hadisələrin  düyünlən-

məsində  özünü  göstərir.  Yuxu  fərdin  özünüdərkinin  təzahür  forması  olmaqla 

xaos və kosmos arasında keçid funksiyası daşıyır.  



c)  quyu  vasitəsilə.  Xüsusilə,  məhəbbət  dastanlarında  sınağa  çəkilən  aşiqin 

tez-tez quyulara atıldığını görürük. Bu quyu bəzən içi zəhərlə dolu olub qəhrəmanın 

düşdüyü  vəziyyəti  daha  da  ağırlaşdırır.  Quyu  keçid  funksiyasını  daşıyır.  Bu  keçid 

ölüm  və  yaşam,  xaos  və  kosmos  arasındadır.  Məsələn,  “Abbas  və  Gülgəz” 

dastanında  Abbasın  iki  dəfə  quyuya  atılması  və  müqəddəs  qüvvə  tərəfindən  xilas 

olunması, “Koroğlu” dastanının “Koroğlu ilə Bolu bəy” qolunda adıçəkilən obrazın 

quyuya atılması və dəlilərdən biri − İsabalı tərəfindən xilas olunması dediklərimizə 

sübutdur. Təbii ki, bu siyahını artırmaq da  mümkündür:  “Tahir  və Zöhrə”, “Seydi 

və Pəri”, “Şah İsmayıl” və s. Bu detal dastanlarımızda olduğu kimi nağıllarımızda 

öz əksini tapmaqdadır: “Məlikməmməd”, “Hatəmin nağılı” və s. 

Quyu  xaosdan  kosmosa  və  ya  əksinə  olan  keçidi  mikro  səviyyədə  təcəs-

süm etdirir. 



d)  dərya,  bulaq  və  ya  küfül  (yeraltı  su  yolu)  vasitəsilə.  “Şəms  və 

Qəmər”, “Qızıl Qoç”, “Oxxayla Əhməd”, “Tapdıq” və s. kimi nağıllarımızda bu 

yolla  qəhrəmanlar  mifik  səfər  edirlər.  “Koroğlu”  dastanında  böyük  əhəmiyyət 

kəsb edən “Qoşabulaq” isə xüsusi araşdırma tələb edir.  



2.  Məqsədinə  görə;  yuxarıda  qeyd  etdiyimiz  kimi,  hər  bir  səfərəçıxmada 

məqsəd önəmlidir. Bu, səfərin hansı sonluqda yekunlaşacağını şərtləndirir. Məq-

sədinə görə səfərləri 3 qrupa ayırmaq olar:  

a) aşiqin sevgilisinə qovuşmaq üçün getdiyi uzaq səfər; 

b) müəyyən ictimai toqquşmaları özündə əks etdirən hərbi səfərlər; 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə