Microsoft Word Dede Qorqud-2014-4 esas



Yüklə 1,4 Mb.
səhifə15/58
tarix25.06.2018
ölçüsü1,4 Mb.
#51677
1   ...   11   12   13   14   15   16   17   18   ...   58

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         36 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Soldakı yazını isə güzgü vasitəsilə oxumaq mümkündür – “Menerva”. Bu 



üsulla güzgüüstü təsvirlərdəki inikas üsulu ilə kodlaşdırılmış “Atlanta meliako”, 

“Aidda” ifadələri (10, 315) asanlıqla oxunur (şəkil 5, 6). 

 

 



Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         37 

 

 



 

İndi  əvvəlcə  bəhs  etdiyimiz  mifoloji  terminlərin  Nammü,  Zurvan,  Kögü-

dey,  Tuxulxa  və  Xufu  adlarının  güzgü  qaydası  ilə  açılışını  nəzərdən  keçirək. 

Yəni, bunların  hər  birini əkslik prinsipi  əsasında, yaxud güzgü prinsipi  ilə  sağ-

dan sola oxuyaq: 

Zurvan_–_Navruz,_Köküdey_–_Yeddikök,___Tuxulxa_–_Ağlı_küt_(Demon),_Xufu_–_Üfüq_mənasına_gəlir.'>Nammü  –  Ümman  (dəniz),  Zurvan  –  Navruz,  Köküdey  –  Yeddikök, 

Tuxulxa – Ağlı küt (Demon), Xufu – Üfüq mənasına gəlir. 

 

 

 



Həmin terminlərin məna açımının doğruluğu təkcə sadə mexaniki əks oxu-

nuşda deyil. Bunların hər birinin izahı və əsaslandırılması müxtəlif vaxtlarda çap 

etdirdiyimiz  “Oğuz  dünyanı  dərketmənin  açarıdır”  (Bakı,  Ziya-Nurlan  2000), 

“Məxvilik  qrifi,  yaxud  Mif,  Fəlsəfə,  din  və  dil  düyünü”  (Bakı,  Ziya-Nurlan 

2002),  “Türk-şumer  dünyagörüşü  və  dil”  (Bakı,  Ziya-Nurlan  2005-ci  il  kitab-

larımızda verilmişdir. 

Lakin  gizli  mənası  olan  terminlərə  qısaca  şərh  də  vermək  mümkündür. 

Məsələn, Nammü ilahəsi  şumer əsatirlərində okean suyunun dərinliyində  yaşa-

yan  bütün  varlığın  böyük  anası  adlandırılır.  Aydındır  ki,  termin  kimi  işlənən 

Nammü  adı  okeanla,  su  ilə  bağlıdır  və  Ümman  dual  yanaşmada  onun  əsl  sə-

ciyyəsini göstərir. 



Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         38 

 

Zurvan  zamanın,  yaranışın  başlanğıcını  qoyan  allah  adıdır.  Əks  oxunuş-

dakı Novruz da yaranışla, ilin yeni tsiklinin başlanması ilə bağlıdır. Bunların hər 

ikisi isə 4000 il qabaq Sur bürcünün mart ayının 21-də, gecə-gündüz bərabərliyi 

zamanı səmadan çıxması əlaməti ilə əlaqəli təsəvvürlərlə bağlıdır (Sur+Van). 

Xufu adının üfüqlə bağlılığını əks etdirən dəlil isə qəbirüstü yazıdır. 

“Misir  piramidaları  necə  tikilmişdir”  kitabında  X.A.Kink  yazır:  “Pirami-

danı  öyrənən  arxeoloqların  rast  gəldikləri  yazı  belədir:  «Xуфу  естъ  тот,  кто 

принадлежит горизонту» (12, 26). Yəni, “Xufu o kəsdir ki, üfüqə məxsusdur.” 

Maraqlıdır  ki,  göstərdiyimiz  çox  qədim  kökə  malik  həmin  terminlərin  şifrəsi 

açıldıqda bu gün də Azərbaycan dilində  işlənən sözlərə gəlir. Müstəsna ad ver-

mə, ad qoyma səlahiyyətlərinə malik qam və kahinlərin vaxtilə kodlaşdırdığı jar-

qon sözlərin mənasının unudulması, düzgün başa düşülməməsi tarixin və mədə-

ni  irsin öyrənilməsində  yanlışlıqlara  nəinki orta əsrlərdə, elə  indinin özündə də 

zəmin  yaradır.  Bir  misalla  fikrimizi  aydınlaşdırmaq  istərdik:  Elmi  ədəbiyyatda 

və  tədris  vəsaitlərində  bir  tərəfdən  Babəkin  başçılıq  etdiyi  xürrəmilər  hərəkatı 

Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı səhifəsi kimi təsvir olunur, di-

gər tərəfdən xürrəmilər şad, şən, kefcil və şəhvətpərəstlər kimi təqdim edilir. Bu 

cür yanaşma təbii ki, yanlışdır. 20 il müddətində güclü xilafət ordusuna kefcil və 

şəhvətpərəstlərin  mütəşəkkil  bir  qüvvə  kimi  layiqli  müqavimət  göstərə  bilməsi 

heç bir məntiqə sığmır. 

Yanlışlığın  əsası  qam  jarqonu  kimi  formalaşdırılan  “xürrəm”  termininin 

düzgün başa düşülməməsi  ilə əlaqədardır. “Xürrəm” əkslik və  inikas prinsipinə 

uyğun sağdan sola oxunduqda “Mərrux” ifadəsi alınır. Bu çoxallahlılıq dövrün-

də  müharibə  və  şücaət  allahının  adıdır.  Onu  şumerlər  Marduk,  farslar  Bəhram 

adlandırmışdır. Xürrəmilərin qırmızı geyimləri və qırmızı bayraqları da mühari-

bə  və  şücaət  allahı  Mərrixin,  Marsın  rəngindəndir.  Tarixən,  elə  indinin  özündə 

də Marsın qırmızı rəngli olması barədə təsəvvürlər məlumdur. 

Qədim dünyagörüşə bələd olan Ə. Xaqani “Şirvanşahın tərifi” qəsidəsində 

yazır: 

Zöhrə-Əsəddə gövhəri, Bəhram əlində xəncəri 



Ulduzlar olmuş ləşgəri, fəthində Turan görünür (3, 100). 

Bu misralarda  ifadə olunan  fikrin Etrusk təsvirinə uyğunluğu da fikrimizi 

tamamlayır (şəkil 3, 4).Yəni, Bəhram şəkildəki Mars, Turan isə Menevradır. 

Beləliklə,  “Xürrəm”  ifadəsinin  kodununun  açılması  həm  də  Xürrəmilər 

haqqında kök salmış yanlış fikirləri aradan götürməyə imkan verir. 

Yeri gəlmişkən qeyd edim ki, “türk” adının semantikası da bu üsulla asan-

lıqla  açılır.  Tibet  mətnlərində  türklərin  etnik  adı  ttrruq,  yaxud  ddrruq  şəklində 

verilir.  İnikas,  güzgü  qaydasını  tətbiq  etməklə”qurrtt”,  yaxud  “qurdd”  sözü 

alınır (14, 81). Bu türklərin totemi olan qurdun adıdır. Onu da qeyd edim ki, qə-

dim dövr totemləri kosmoqonik mənşəli obrazlardır, ulduz və bürclərlə bağlıdır. 




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə