Microsoft Word Dede Qorqud-2014-4 esas



Yüklə 1,4 Mb.
səhifə14/58
tarix25.06.2018
ölçüsü1,4 Mb.
#51677
1   ...   10   11   12   13   14   15   16   17   ...   58

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         33 

 

 



 

 

“Fələk çadırımdır, torpaq döşəyim, 



Göz yaşı içdiyim sudur müxtəsər” (3, 172). 

Ə.Xaqaninin  təsvir  etdiyi  kainat  modelində  göy  qübbəsini  aşağıdan  tor-

paqla  qapayan  yarımkürə  təsvir  olunur.  Əslində  isə  yaranış  haqqında  təsəvvür-

lərin  ilkin  variantında  torpaq  iştirak  etmir.  Başlanğıc  su  ilə  bağlıdır  və  torpaq 

mifologiyada  suyun  törəməsi  hesab  edilir.  Yəni,  həm  şumer,  həm  hind  və  həm 

də  qədim  türk  təsəvvürləri  əsasında  modelləşdirmə  aparsaq  kainatın  təməlində 

duran 4 ünsürdən (GÖY, SU, HAVA və İŞIQ) ibarət dünya modeli şəffaf yarım-

kürədən ibarətdir.  

 

Şəkil 1 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Göy, hava və işıqdan ibarət olan göy qübbəsi aşağıdan su səthi ilə qapanır. 

Şumer əsatirlərində bəhs edilən sonrakı allahların (ulduz  və bürclərin, planetlə-

rin) yaranışı səmada, göy qübbəsinin daxili səthindədir. Ulduzlu göy yarımsfera-

sı  bütövlükdə  su  səthində  (Yer-Sub)  əks  olunduğundan  yarımsfera  tam  kürəyə 

tamamlanır.  

 

Şəkil 2 


 

 

 

 



 

 

 



 

 

Qübb



ə 

Güzgü 

səthi 

Qübbənin  

əksi 

Qübbə 

Su-Yer 

Güzgü səthi 


Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         34 

 

Ulduzlu göydə nə varsa hamısının su səthində əksi, şəkli alınır. Buradan qədim 



dünyagörüşün qaynaqlandığı çox mühüm bir nəticə alınır: “Yer üzündə nə var-

sa hamısı göy qübbəsindəkilərin (allahlar dünyasının) şəkli, əksi, yaxud surəti-

dir”. Əslində  su  ilə  başlanan  yaranışın,  su  ilə də sona  yetməsi, dünyanın üzünü 

su alması həyatın bütövlükdə dövri proses olmasını göstərən amildir. 

Bu suyu güzgü ilə, ayna ilə əvəzləmə adət-ənənələrimizdə də özünü göstə-

rir. Məsələn: Gəlin köçürmə zamanı toy mərasimlərində qabaqda güzgü aparılır 

(bu, həyatın başlanğıcının su ilə əlaqəsini göstərən amildir). 

Həyatın sonu da ayna, güzgü ilə əlaqəlidir. Yenicə vəfat etmiş insanın üzə-

rinə güzgü qoyulur. Evdə olan güzgülərin üzü bağlanır. 

Qədim qəbirlərdən tapılan güzgülər də son və başlanğıc haqqında dediklə-

rimizi təsdiqləyən amildir. 

Əslində  bu  mərasimlərin  və  mifoloji  mətnlərin  təhlili  göstərir  ki,  güzgü 

yaranış və məhvolma, həyatın başlanğıcı və sonu ilə əlaqələndirilən vasitədir. 

Məhz  bu  cür  düşüncə  dünyanıdərkin  mistik  mifoloji  anlamında  güzgünü 

əsas vasitələrdən birinə çevirmişdir. 

Adət-ənənə və mərasimlərdə olduğu kimi ayna mövzusuna yaranışla bağlı 

təsəvvürləri əks etdirən yazılı mənbələrdə də təsadüf olunur. Məsələn: 

1.  “  Uzundonlu  (rahib)  güzgüsünü  gölə  düşürmüş,  gündüz  yana-yana 

ağlayır, gecə sıtqıya-sıtqıya” (Orxon Yenisey abidələri)

2.  Sağış (məhşər) günündə ayna görklü, 

Ayna günü oxuyanda xütbə görklü (Dədə Qorqud kitabı). 

3.  Surətpərəstlər kimi olub özünə aşiq, 

Öz əlində göy kimi güzgü tutursan yazıq;  

4.  Dünya güzgülü evdir, hər yerə düşür üzün, 

Ona görə hər zaman sənə tərəfdir gözün. (Nizami Gəncəvi)(4, 26). 

Həm  insanın  yaranışından,  həm  də  axır  zamanın  əlamətlərindən  danışan 

N.Gəncəvinin güzgüyə müraciət etməsi təsadüfi deyil. Mifoloji mətnlərdə belə fik-

rə təsadüf edilir ki, Allah suda öz əksinə baxıb insanı yaratmışdır. 

Qədim  türk-şumer  dünyagörüşü  əsasında  yaranış  və  varlıq  haqqında  mifo-

loji təsəvvürləri tədqiq edərkən  istər-istəməz qədim  mətnlərin, şəkillərin, qayaüstü 

təsvirlərin kodlaşdırılmış sistemləri ilə üzləşməli olursan. Bu sırada mənası heç bir 

dildə başa düşülməyən onomastik terminlər də vardır. 

Belə terminlərdən bir neçəsini nəzərdən keçirmək yerinə düşərdi: 

Nammü  Şumer yaranış modelində ilahə adıdır. 

Zurvan – Mifoloji yaranışın başlanğıcını qoyan zaman və tale allahının adıdır. 

Köküdey – Türk yaranış təsəvvürlərində yer alan onomastik terminlərdəndir. 

Tukulka – Etrusk miflərində yer alan demon adıdır. 

Xufu – Şərəfinə ən uca ehram tikilmiş Misir Fironunun adıdır. 

Bu siyahını uzatmaq da olar, lakin qədim dünyanın geniş coğrafiyasını əhatə 

edən  bu terminlərin açılış  mexanizmini diqqətə çatdırmaq üçün əvvəlcə  forma-



Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         35 

 

laşdırdığımız  mifoloji  yaranış  modelinin  əsas  prinsipləri  və  ondan  irəli  gələn 



güzgü qaydası  nəzərdən keçirilməlidir. Çünki  yaranış  haqqında türk xalqlarının 

dini-fəlsəfi, mifik-kosmoqonik təsəvvürləri əsasında apardığımız modelləşdirmə 

nəinki bir çox mifoloji terminlərin semantikasını müəyyənləşdirməyə imkan ve-

rir, həm də bütövlükdə mifoloji kodun açılmasına gətirir. 

Modelləşdirmədə əsas yeri Azərbaycanın görkəmli alimi, mifoloq Mirəli Se-

yidovun “Qam Şaman və onun qaynaqlarına ümumi baxış” əsərində ümumiləş-

dirdiyi: 

1.  Dual təfəkkür prinsipi; 

2.  Əksiliklər prinsipi tutur (8). 

Bu prinsiplərə əlavə etdiyimiz  İnikas  prinsipi  modelləşdirməni tamamla-

yır.  Həm  qədim  türk,  həm  də  şumer  mifologiyasında  yaranışın  ilkin  substansi-

yaları, başlanğıc ünsürləri hesab edilən Göy, Su, Hava və İşıq (Şumerlərin allah-

lar panteonunun ali şurası Su-Enki, Göy-An, Hava-Enlil, İşıq-Nusku) vəhdəti il-

kin kosmosu yaradır. 

İlkin kosmos sferasında su güzgü rolunu oynadığından kahin  və qamların 

formalaşdırdığı  bu  model  əvvəl  qeyd  etdiyimiz  belə  nəticəyə  gətirir  ki:  kainat 

güzgü  simmetriyasına  malikdir.  Yaxud:  “Yer  üzərində  nə  varsa  hamısı  Yuxarı 

dünyanın,  allahlar  dünyasının  (ulduzlu  göyün)  şəkli,  əksi,  yaxud  surətidir  (14, 

19). 

Araşdırmalarımız  göstərir  ki,  qədim  dünyanın  yaranış  haqqındakı  bu  tə-



səvvürləri  onların  həyatında  geniş  yer  tutmuş,  qayaüstü təsvirlərdə,  relyefli  şə-

killərdə,  sümük,  güzgü  və  digər  predmetlər  üzərində  çəkilmiş  təsvirlərdə  kod-

laşdırma üsulu kimi istifadə olunmuşdur. 

Bu üslub onomastik terminlərin formalaşdırılmasında, indiyədək oxunma-

sı müşkülə çevrilən sirli Etrusk yazılarında da özünü göstərir. 

Etrusk yazılarından bir neçə nümunəni nəzərdən keçirməklə yuxarıda bəhs 

etdiyimiz gizli  yazı üslubunu əyani şəkildə görmək və güzgü üzərindəki  yazını 

asanlıqla oxumaq mümkündür. 

Rus  tədqiqatçı  A.E.Naqovitsının  “Etruskların  mifologiyası  və  dini”  kita-

bında (10, 363) verilən  şəkil 3-dəki təsvir üzərində sağ tərəfdəki  yazı asanlıqla 

oxunan “Mars” sözüdür. 

   


 

 

 



 

 

 



 

 

 




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə