Microsoft Word Dede Qorqud-2014-4 esas



Yüklə 1,4 Mb.
səhifə17/58
tarix25.06.2018
ölçüsü1,4 Mb.
#51677
1   ...   13   14   15   16   17   18   19   20   ...   58

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         42 

 

Burada dizə qədər ölçü suyu simvollaşdırdığından və suyun inikas yarat-



ma qabiliyyəti olduğundan təsvirə münəccim – Qamın çılpaq ayağı istiqamətin-

də perpendikulyar qoyulmuş güzgü ilə baxıldıqda öküz başının təsviri alınır. Bu 

isə (şəkil 10) müasir astronomiyada PLEYADA adlanan öküz bürcünün təsviri-

dir. Bu bürc  isə ZURVAN  və NOVRUZ kodunun açılmasına, bunların əsl  ma-

hiyyətinin üzə çıxmasına kömək edir. Belə ki, oğuzlar PLEYADA-nın (öküz-sur 

bürcünün)  Miladdan  əvvəl  2  min  yüz  il  boyunca  mart  ayının  21-də,  yaz  gecə-

gündüz  bərabərliyi  zamanı  səmadan  çıxması  əlaməti  ilə  NOVRUZ-un  gəlişini 

müəyyən etmişlər. Bununla bağlı bilgilər isə qayaüstü təsvirlərdə, relyefli şəkil-

lərdə min illər qabaq simvollarla əks olunmuş şəkil və təsvirlərin kodunu açma-

ğa imkan verir. 

Qədim  təsvirlərdə  insan,  yaxud  heyvan  üzünün  simmetrikliyindən  ayrı-

ayrı  sirli  şəkillərin  kodlaşdırılmasında  isifadə  edilmişdir.  İnsan  və  heyvan  üzü-

nün  yarım  təsvirini  ayna  vasitəsi  ilə  simmetriyaya  tamamladıqda  şəkillərin  əsl 

mahiyyəti açılır.  



İşin  elmi  nəticəsi.  Diqqətə  çatdırılan  konsepsiyanın  qədim  sivilizasiya-

nın  indiyədək başa düşülməyən tərəflərinin öyrənilməsinə  bələdçilik etməsi qə-

naətindəyik.  “Güzgü  konsepsiyası”nın  tətbiqi  ilə  kodlaşdırılmış  söz  və  ifadələ-

rin, onomastik terminlərin əsl mahiyyətinin açılması, türk-azərbaycan dilində aş-

kara  çıxarımış  ən  qədim  yazının  (e.ə.  7-ci  əsr)  oxunması  işin  elmi  nəticələrin-

dəndir. 


İşin  elmi  yeniliyi. “Güzgü konsepsiyası”nın özlüyündə  mədəni tarixi  ir-

simizin  öyrənilməsinə  yeni  baxış,  kodlaşdırılmış  sistemin  açılmasına  yardım 

edən yeni metodika olduğu qənaətindəyik. 

İşin  tətbiqi  əhəmiyyəti.  Məqalədə  bəhs  olunan  konsepsiya  Azərbayca-

nın mədəni-tarixi irsinin, ümumiyyətlə, qədim dövr mədəniyyətinin bir çox gizli 

məqamlarının üzə çıxarılmasına imkan yaradır. 

  

 

 

 

ƏDƏBİYYAT 

1. A.İ.Popov. Nazıvaniya narodov SSSR. “ Nauka” nəşriyyatı, Leninqrad, 1973 

2. V.İ.Avdiyev. İstoriya drevnoqo vostoka. Qosizdat PL. 1948 

3. Ə. Xaqani. Seçilmiş əsərləri. Bakı, 1956 

4.  R.Əliyev.  Məxfilik  qrifi  yaxud  mif,  fəlsəfə,  din  və  dil  düyünü.  Bakı,  “Ziya-Nurlan” 

nəşriyyatı, 2002 

5. Ə.Rəcəbov, Y.Məmmədov. Orxon-Yenisey abidələri. Bakı, “Yazıçı” nəşriyyatı, 1993 

6. Kitabi-Dədə Qorqud. Bakı, “Yazıçı” nəşriyyatı, 1988 

7. N.Gəncəvi. Sirlər xəzinəsi. Bakı, Azərbaycan Dövlət nəşriyyatı, 1947 

8. M.Seyidov. Qam-şaman və onun qaynaqlarına ümumi baxış. Bakı, “Gənclik” nəşriy-

yatı, 1994 

9. M.Seyidov. Azərbaycanın  mifik təfəkkürünün  qaynaqları. Bakı, “Yazıçı” nəşriyyatı, 

1983 

10. A.E.Naqovitsın. Etruskların mifologiyası. Refl-buk nəşriyyatı,. 2000  




Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         43 

 

11. A. Şükürov. Mifologiya. Bakı, “Elm” nəşriyyatı, 1999, VII-ci kitab 



12. X.A.Kink. Misir piramidaları necə tikilmişdir. Moskva, “Nauka” nəşriyyatı, 1967 

13. C.Rüstəmov. Qobustan dünyası. Bakı, Azərbaycan Dövlət nəşriyyatı, 1994 

14. R.Əliyev. Türk-şumer dünyagörüşü və dil. Bakı, “Ziya-Nurlan” nəşriyyatı, 2005 

15. Oğuz dünyanı dərketmənin açarıdır. Bakı, “Ziya-Nurlan” nəşriyyatı, 2000 

 

 

Çapa tövsiyə edən: Fil.ü.e.d. Seyfəddin Rzasoy



 


Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         44 

 

Nuranə KƏRİMOVA 



AMEA Folklor İnstitutunun doktorantı 

e-mail: nurana.naughty@gmail.com 

 

AZƏRBAYCAN EPİK FOLKLORUNDA SƏFƏR MOTİVİ: 

STRUKTURU VƏ FUNKSİYASI 

Xülasə 

Epik folklor nümunələrinin süjet strukturu müxtəlif motivlərin məntiqi düzülüşündən iba-

rətdir ki, burada da səfər motivi öz dominatlığı ilə səciyyələnərək müəyyən məqsədlərə xidmət 

edir. O, tarixi səciyyə daşıyaraq, qədim türkün ictimai, siyasi, dini baxışlarını, psixoloji və mə-

dəni sferasını yəqin etmək üçün tarixi qaynaq rolunda çıxış edən ideyalar toplusu olub, daha çox 

irihəcmli epik janrlarda − nağıl və dastanlarda tez-tez rast gəlinən ana motivlərdən biridir. 



Açar sözlər: motiv anlayışı, səfər motivi, struktur, hərəkət dinamikası 

 

THE TRAVEL MOTIVE AT THE EPIC FOLKLORE OF AZERBAIJAN: ITS 



STRUCTURE AND FUNCTION 

Summary 

The plot structure of the epic folklore samples consists of the logical order of the differ-

rent  motives  so  that  there  the  travel  motive  is  characterized  with  its  domination  and  serves  to 

certain purposes. Being characterized historically, it is a collection of ideas that plays the role of 

the history resource to ascertain the social, political and religious views, psychological and cul-

tural sphere of the ancient Turk, and one of the mother motives that are mostly  founded at the 

epic genres – the tales and eposes. 

Key words: motive concept, travel motive, structure, movement dynamic. 

 

МОТИВ ПУТЕШЕСТВИЯ В АЗЕРБАЙДЖАНСКОМ ЭПИЧЕСКОМ 



ФОЛЬКЛОРЕ: СТРУКТУРА И ФУНКЦИИ 

Резюме 

Сюжетная  структура  эпических  фольклорных  образцов  состоит  из  логичного  пор-

ядка различных мотивов и здесь мотив путешествия характеризуется доминирующей по-

зицией  и  служит  определенным  целям.  Он  имеет  исторический  характер,  является  сбор-

ником  идей,  выступающим  в  роли  исторического  источника,  чтобы  определить  общест-

венную,  политическую,  религиозную,  психологическую  и  культурную  сферу  древнего 

тюрка. Он является одним из основных мотивов, часто встречающихся в крупнообъемных 

эпических жанрах – сказках и эпосах. 



Ключевые  слова:  понятие  мотива, мотив  путешествия,  структура,  динамика  дви-

жения  


 

Məsələnin  qoyuluşu:  Məqalədə  epik  folklor  nümunələrində  səfər  motivi 

aşağıdakı istiqamətlərdə təsnif olunmuşdur: reallaşma formasına görə, məqsədi-

nə  görə,  səfərə  çıxan  qəhrəman  subyektinə  görə,  istiqamətinə  görə,  reallaşma 

məkanına görə, motivin əsasında dayanan mifik-mistik, dini görüşlərə görə, hə-

rəkət dinamikasına görə. 

İşin  məqsədi:  Səfər  motivini  və  onu  şərtləndirən  spesifik  cəhətləri  araş-

dırmaq məqalənin əsas tədqiqat istiqaməti kimi götürülmüşdür. 

 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə