Microsoft Word Dede Qorqud-2014-4 esas



Yüklə 1,4 Mb.
səhifə8/58
tarix25.06.2018
ölçüsü1,4 Mb.
#51677
1   ...   4   5   6   7   8   9   10   11   ...   58

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         18 

 

Dal boyunlar sürahi qapağı kimi  



ağaclardan asıldı. 

Kimlər öldü qurtuldu, 

Kimlər gedər-gəlməz oldu. 

Kimlərin necə olduğu bilinməz oldu. 

Əsərlərinin  ilk  çapı  gizli  oldu.  “Sazımın  sözü”  1964-cü  ildə  qeyri-rəsmi 

şəkildə  nəşr  olundu.  Vətənpərvər  insan,  istedadlı  şair,  inqilabçı  demokrat  Sə-

hənd Şimallı, Cənublu, Bütöv Azərbaycanın soy-kökünə layiq və sadiq oğludur. 

“At türkün qanadıdır”, “türk at belində dünyaya gəlib” aforizmlərinə hör-

mətlə  yanaşan  Əzizxan  müəllimin  üzərində  at təsviri  və  yuxarı  hissəsində  hör-

mətli  nasirimiz  İsmayıl  Şıxlının  şəkli  olan  digər  kitabı  diqqətimizi  çəkir:  “Dəli 

Kür” romanının poetikası”. Bu kitab münasibət bildirdiyimiz əsərdən bir il əvvəl 

nəşr olunub. İsmayıl Şıxlı – bizim sevimli müəllimimiz, xalqımızın hörmətli ya-

zıçısı  xalqına  hörmətlə  yanaşan,  toteminə  də,  kultuna  da  sahib  çıxan  bir  insan 

idi. İsmayıl Şıxlı  at minməyi də, ata minib ad qazanmağı da  hər anlamda  bilən 

əsil  Azərbaycan  kişisi  kimi  xalqımızın  yaddaşında  qalıb.  Belə  bir  şəxsiyyətin 

“Dəli Kür” kimi hamı tərəfindən oxunan və sevilən bir əsərinin poetikasını işlə-

mək xoşbəxtlikdir. İsmayıl Şıxlı Əzizxan Tanrıverdinin də müəllimi olub. Sevi-

lən, savadlı tələbə olan Əzizxan Tanrıverdinin estafetini (yəni aldığı C.Cabbarlı 

təqaüdünü) biz davam etdirdik. Elə 1983-cü ildə Xankəndində keçirilən “Азер-

байджанская литература во время Великая Отечественная Война” adlı Bey-

nəlxalq konfransda iştirak və məruzə etməyə hörmətli müəllimimiz İsmayıl Şıx-

lının  tövsiyəsi  ilə  getmişdik.  O  zaman  dövrün  tələbinə  uyğun  olaraq  üzdəniraq 

Serj Sarkisyan tərəfindən təltif də olunmuşduq. Odur ki, Əzizxan müəllimdə İs-

mayıl Şıxlıya qarşı  həm  müəllimi,  həm də  xalqımızın  böyük  yazıçısı kimi  hör-

mət  var.  “Dəli  Kür”ün  tarixi  yaddaşımızın  bərpasına  istiqamətləndirən  bir  əsər 

kimi qiymətləndirilməsi aksiomadır. Oğuz elinin adət-ənənəsi, inamı, əxlaqı, eti-

qadı və sairə kimi məsələlər bu və ya digər şəkildə “Dəli Kür” əsərində öz əksini 

tapır. Əsərin qəhrəmanı Cahandar ağa bütün mənfi və müsbət xüsusiyyətləri ilə 

bərabər təsvir olunan tipik Azərbaycan kişisidir. “Dəli  Kür” əsərinin poetik pa-

fosu  onu  araşdırma  obyektinə  çevirib.  Professor  Əzizxan  Tanrıverdi  əsəri 

“...Azərbaycan  ədəbiyyatının  ən  mükəmməl  romanı”  (3,  3)  hesab  edir.  İsmayıl 

Şıxlı  yaradıcılığını  Şoloxov  üslubu  ənənələri  ilə  yaxınlaşdıran  Y.Surovtsevdən 

fərqli olaraq Əzizxan Tanrıverdi yazır: “...“Dəli Kür”də cümlə modellərinin ya-

ratdığı  ahəngdarlıq,  epik  intonasiya  birbaşa  “Dədə  Qorqud  kitabı”  ilə  bağlıdır” 

(3, 19). 

Müəllif  ayrı-ayrı  tədqiqatçılardan  gətirdiyi  arqumentlərlə  isbat  etməyə 

çalışmışdır ki, “Dəli Kür”də folklorumuzun, “Dədə Qorqud kitabı”nın təsiri var. 

Ancaq bu təsir əsərin ruhunda özünü göstərir. Alim əsərdəki obrazlar tərəfindən 

işlədilən atalar sözlərinin xarakterin dilinə uyğunlaşdırılmasını müsbət hal hesab 

edir. Atalar sözlərinin bir hissəsinin qismən dəyişikliyə uğraması, obrazların fi-




Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         19 

 

kirlərinin  atalar  sözlərinə  uyğunlaşması  müəllifi  o  qənaətə  gətirib  ki,  “Dəli 



Kür”dəki  atalar  sözlərini  semantik  qruplara  ayırsın:  mərdlik,  kişilik,  sədaqət, 

təmkin,  tale,  istək,  dəqiqlik  və  s.  bildirənlər.  Yazıqlıq  və  kimsəsizlik  qrupunda 

Şahnigarın  dilindən  söylənilən  “Ərsiz  arvad  yüyənsiz  at  kimi  şeydir”  ifadəsin-

dəki əsrlərlə atalarımız tərəfindən sınanılan semantik məna həyat həqiqəti, yazı-

çı  təxəyyülü  və  alim  baxışaçısını  üz-üzə  qoyur.  İlk  addımında  səhvini  anlayan 

və xoflanan obrazın  memarı İsmayıl Şıxlı düşdüyü vəziyyətə və “dınqıra süzən 

müridlər”ə gülməyi tutan Şahnigarını  seçim qarşısında qoyur. İ.Şıxlı  “özgə gö-

zündə tük axtaran” Cahandar ağasının bacısının səhv yola düşməyəcəyi” qənaə-

tindədir.  Cahandar  ağa  mütləq  şəkildə  “namus  təmizləmək”  fikrinə  düşəcək. 

Professor Əzizxan Tanrıverdi  isə  bunu əsərin poetik strukturunu zənginləşdirən 

bir  vasitə  kimi  görür  və  İ.Şıxlını  xalq  içərisindən  çıxan,  onun  dəyərlərinə  tam 

mənasında yiyələnən hikmət sahibi kimi qiymətləndirir. Əzizxan müəllim mey-

xanada  oxunan  nəğmənin  məzmunla  nə  dərəcədə  bağlılığını  xırdalığına  qədər 

izləyir.  Əsərdəki  (“Nəğmənin  ahəngi,  sözləri  də  dəyişirdi”)  cümlənin  sonunda 

nöqtələr qoyan alim  yəqin ki, bu  fikirdədir:  bu nəğmənin ahəngi,  məzmunu  bi-

zim yaddaşımızda olan, sevdiyimiz nəğmə deyil, mühitə uyğunlaşdırılmış, mey-

xana  müridlərinin  içindəki  şəri  ortaya  qoyan  xarakter  göstəricisidir.  Yazıçının 

həyat həqiqətini ifadə etmək üsullarından biri kimi qiymətləndirilən bu vəziyyət 

əsərə mənfilik deyil, daha çox reallıq anlamı gətirir. İsmayıl Şıxlı yaratdığı qəh-

rəmanın  ağzından  çıxan  “quduz”  ifadələri  verməklə  Cahandar  ağasının  heç  də 

müsbət biri olmadığı qənaətini göstərir. Həmin nümunələrin semantikasına girən 

prof. Əzizxan Tanrıverdi isə bunu əsərdəki sintaktik bütövün semantik yükü ilə 

bağlayır. Əzizxan Tanrıverdinin “Dəli Kür”dəki eydirmələr, nəğmələr, mahnılar, 

aşıq  şeirləri  ilə  bağlı  “yorumları”  o  qədər  doğmadır  ki,  fərqinə  varmadan  şəxsi 

fikrimiz  kimi  sahibləndiyimiz  məqamlar  da  oldu.  Elə  bil  əsər  oxucu  ilə  debat 

şəklində  işlənib.  Düşüncələrini  alimin  fikirlərinin  içərisində  tapırsan.  Elmilik, 

sadəlik və aydınlığın birgə təzahürü kimi yaranan “Dəli Kür” romanının “poetik 

dili”  monoqrafiyası  müəllifin  “elmi  ağırlığı”  və  yazıçıya,  onun  yaradıcılığına 

olan  güclü  sevgidən  doğur.  “Dəli  Kür”də  aşıq  şeirlərindən  istifadənin  işlənmə 

məqamlarına diqqət çəkən müəllif şeirlərlə obrazların daxili nitqi arasında mən-

tiqi bağlılıq tapır və əsərdən gətirdiyi nümunələrlə əsaslandırır. 

Bir qədər əvvəl qeyd etmişdik ki, Əzizxan Tanrverdi “Dəli Kür”də “Dədə 

Qorqud kitabı”nın təsvirini görür. Müəllifin fikrincə, bu təsir əsərin məzmununa 

hopub.  Məntiqi  bir  düşüncədir.  İ.Şıxlı  xalqla  iç-içə  olan,  onun  adət-ənənəsini 

dərindən  bilən,  keçmişinə  bələd  olan  bir  yazıçıdır.  Türk  xalqları  əsrlərdir  ki, 

keçmişinə sahib çıxır, cilalayır, gələcək nəsillərə ötürür. İ.Şıxlı kimi bir xalq ya-

zıçısının əsərlərində Dədə Qorqud ruhunun olması  labüddür. Türk kişisinin  xa-

rakterinə  yad  olan  məsələlərə  diqqət  çəkən  alim  Cahandar  ağanın,  Şamxalın, 

Çərkəzin heç vaxt özünü öyməməsini  məlum  mentalitetlə əlaqələndirir. Tanıdı-

ğımız və bununla fəxr etdiyimiz İsmayıl Şıxlının da belə xüsusiyyəti var idi: tə-




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə