Microsoft Word Dede Qorqud-2014-4 esas



Yüklə 1,4 Mb.
səhifə7/58
tarix25.06.2018
ölçüsü1,4 Mb.
#51677
1   2   3   4   5   6   7   8   9   10   ...   58

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         16 

 

Gedək dərd bilənlərə 



Görək kim ağlağandı (1, 26). 

Tək  Ağlağan  deyil,  bir  neçə  dağ  adı  gah  oronim  kimi,  gah  assonans  və 

alliterasiya  müstəvisində,  gah  da  obrazların  dilində  hansı  səviyyədə  işlənməsi 

şəklində  təhlil  obyektinə  çevrilir,  bir  dilçi  alimin  qələmində  obyektiv  ifadəsini 

tapır. Dağ adları və dağ anlayışının qrammatik kateqoriyalar müstəvisində öyrə-

nilməsi,  eyni  zamanda  sintaktik  xüsusiyyətlərinin  dəqiqləşdirilməsi  əsərin  elmi 

səviyyəsini  ortaya  qoyur.  Ən  çox  diqqətimizi  çəkən  dağın  real  varlıq  kimi  əks 

olunduğu məqamlara diqqətin yönəldilməsi, obrazlı ifadələrlə işlənməsi, hamili-

yi, dağ, su, ağac və at kultlarının birlikdə təzahürü məsələləridir. Kədərli günlər-

də, şadlıq səhnələrində qəhrəmanların ata münasibəti, baxışaçısı ağsaqqal uzaq-

görənliyi ilə ortayaşlı bir alim tərəfindən mükəmməl şəkildə işlənib və elmi şə-

kildə əsaslandırılıb. 

Oğuz  elinin  böyüyü,  xanlar  xanı  Bayandur  başda  olmaqla  oğuz  igidləri 

məclis  quranda  atdan  ayğır,  dəvədən  buğur,  qoyundan  qoç  kəsərmişlər.  Əsərdə 

atla  bağlı  bir çox  məqamlara toxunulub. Bir  maraqlı  nüans  var ki,  yeri gələndə 

dərdləşdiyi və inandığı atını kəsəndə oğuz igidi bu anlamda nə düşünüb? Nağıl-

larımızda  da  at  ayağının  yüyrək,  hətta  uğurlu  olması  barədə  məlumatlar  var. 

Dastanda  atası  tərəfindən  vurulan  Dirsə  xanın  oğlu  ağrının  şiddətli  məqamında 

qolunu dolayıb bədöy atının boynunu qucaqlayır. 

Əzizxan Tanrıverdi  bu kimi  nümunələrə  müraciət edərkən təkcə onun se-

mantikası  haqqında  düşünmür,  nümunənin  sintaktik  təqdimi  onu  daha  çox  ma-

raqlandırır. Düzdür, alim  metaforik-poetik  funksiya  baxımından  izahı  vacib  sa-

yır, ancaq dəqiq elmi təhlillər semantik dinamikaya baxışını üstələyir. Məsələn, 

dağın ucalığı, böyüklüyü, hamiliyi səni ağuşuna alarkən, özünü onomastik leksi-

kanın əhatəsində taparsan. Əsərin gücü də elə bundadır. Əsərdə dağ, su, ağac və 

at kultlarının birlikdə təzahürü dastandan gətirilmiş maraqlı nümunələr əsasında 

təhlil olunur, onların zəncirvari  bağlılığı sintez şəklində öyrənilir. Buğacın das-

tanında Dədə Qorqudun alqışı çox maraqlıdır: 

Yerli qara dağlarınız yıxılmasın! 

Kölgəlicə qaba ağacınız kəsilməsin! 

Gur-gur axan gözəl sular qurumasın! 

Çapa-çapa ağ-boz atlar büdrəməsin! (2, 27). 

Müəllif bu kultların ayrılıqda oğuz igidi üçün anlamı olmadığı fikrindədir. 

Əzizxan Tanrıverdinin  məlumat əhatəliliyi ona  imkan  verir ki, oğuz igid-

ləri  ilə  bağlı,  yaradılışla  bağlı  bütün  kultlara  elmi  münasibətini  bildirsin.  Hör-

mətli  alimin  “Qanlı  quyruq  üzüb  çap-çap  udan”,  “Ağca  qoyun  görəndə  quyruq 

çırpıb  qamçılayan”  qurdla  xəbərləşməyə  də  sintaktik  səviyyədə  fikir  bildirməsi 

maraqlı  olardı.  Araşdırmasında  dərəcə  kateqoriyasına  qədər  “əl  uzatması”  elmi 

səviyyəsi və dünyagörüşünün də əsas dərəcə göstəricilərindəndir.  



Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         17 

 

“Dədə Qorqud kitabı”nın təsiri  ilə çox əsərlər ərsəyə gəlib. Cənubi  Azər-



baycanda anadilli poeziyamızın  inkişafında böyük əməyi olan Bulud Qaraçorlu 

Səhəndin (1926-1979) 1980-ci  ildə  Ankarada  “Sazımın  sözü” adı altında kitabı 

nəşr  olunmuşdur.  Kitaba  müqəddimə  (“söz  başı”)  və  dastandan  altı  boy  (Duxa 

Qoca oğlu Dəli Domrul”, “Dirsə xan oğlu Buğac”, “Qanlı Qoca oğlu Qanturalı”, 

“Qaraca Çoban”, “Bəkil oğli Əmrən” və “Təpəgöz”) daxil edilmişdir. Türk oxu-

cularını Cənubi Azərbaycandakı ədəbi proseslə tanış edən prof. Dursun Yıldırım 

kitabın sonunda lüğət də vermişdir. Dəfələrlə ayrı-ayrı yerlərdə nəşr olunan əsər 

Şimalda 1984-cü ildə işıq üzü görmüşdür. “Səhəndin “Sazımın sözü” əsəri “Də-

dəmin kitabı” adı ilə də tanınır. Bəzi məqamlarda bu əsəri dastanın nəzmə çəkil-

miş  variantı  hesab edirlər. Ancaq burada  şair  yüksək pafosla, hisslərini qataraq 

boyları  nəzmə  çəkir,  epiloq  və  proloq  verir,  dastana  ictimai-fəlsəfi  görüşlərini 

aşılayır. Sevdiyi Azərbaycanın qəhrəmanlıq tarixini heç nədən çəkinmədən, bü-

tün qadağalara baxmayaraq təbliğ edən Səhənd milli təəssübkeşlik hissləri güclü 

olan  bir  şair  idi.  Bu  əsəri  ilə  farslara  xalqının  möhtəşəm  tarixini  təqdim  etdi. 

Doktor Cavad Heyət bu əsəri Səhəndin “Millətnaməsi” adlandırıb. 

Bulud Qaraçorlu Səhənd Cənubi Azərbaycanın fədailərindən olub. İnqilabi 

Demokratik Hərəkat dövründə 2 dəfə həbs olunub. Məhbəs həyatı və işgəncələr 

görən, zindana atılan Səhənd çox xəyanətlər də gördü, ancaq düşmən qarşısında 

əyilmədi. Bir müddət fəal siyasi fəaliyyət göstərdi. Onun inqilab, azadlıq, müba-

rizə,  vətən  mövzusunda  çox  əsərləri  var.  Ancaq  çox  vaxt onu  “Fədailər  marşı” 

əsəri ilə tanıyırlar. Şair Qorqud vətəninin düşməndən azad olması arzusundadır: 

Qoy səngərlər evim olsun, dağlar başı məskənim, 

Zülm əlindən azad olsun bu müqəddəs vətənim. 

Quzğunlardan, bayquşlardan təmizlənsin gülşənim, 

Qoy gül açsın bundan sonra çəmənlərdə nəstərən, 

 Çün azadlıq istəyirəm, bir də azad bir Vətən! 

Öz türkçülüyünü, keçmişini yaxşı bilən şair daima doğru yolda oldu. Onun 

vətəni  Azərbaycan,  soy-kökü  Dədə  Qorqud  arxalıdır.  Odur  ki,  onu  yolundan 

döndərmək istəyənlərə nifrətlə “fırıldaqçılar” deyir, özünün vətənsiz olmadığını, 

göbələk kimi istənilən yerdən çıxmadığını hayqırır: 

Mənə nə irq, nə də dədə yontayın,  

Özüm öz kökümü yaxşı tanıram, 

Gedin özünüzə baba arayın, 

Sizin yerinizə mən utanıram. 

Səhənd 1945-1946-cı  illərin  fəal demokratlarından olub. Dövrün çatışma-

mazlıqlarını heç nədən çəkinmədən əsərləri ilə tənqid atəşinə tutub. 1946-cı ildə 

Milli Hökumətin ləğvi bir çoxları kimi onu da çətin vəziyyətə saldı. Səhənd hə-

min dövrün qanlı yaddaşını şeirə çevirib; 

Dönərgəmiz döndü, 

Ocaqlarımız söndü. 




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə