Microsoft Word Dede Qorqud-2014-4 esas



Yüklə 1,4 Mb.
səhifə3/58
tarix25.06.2018
ölçüsü1,4 Mb.
#51677
1   2   3   4   5   6   7   8   9   ...   58

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         6 

 

Birinci  misrada  «ala»  sözü  «böyük,  saysız-hesabsız»,  ikinci  cümlədə  isə 



«uca»  mənasındadır.  Sonuncu  cümlədə  bu  söz  müasir  dildəki  mənasında  işlən-

mişdir. 


«İndi bu yekə loxmanı ağzına tıxayıb, üstündən də barmağıyla basırdı, az 

qalırdı, nəfəsi kəsilə» (4,12). 

«Oğlan qaçıb mağaranın ağzına gəldi» (4, 22). 

Ağız  sözü  istər  müasir  dildə,  istərsə  də  dilimizin  qədim  dövrlərində  çox-

mənalılığı ilə seçilmişdir. Ağız sözü omonimləşmiş sözdür. DQK-də «ağız» sö-

zü  «sərhəd»  mənasında  işlənmişdir.  Omonimləşmə  müəyyən  qanunauyğunluq 

əsasında  baş  verir.  Dilin  qədim  dövrlərinə  aid  sözlərin  bəzi  mənaları  arasında 

konkret əlaqə tapmaq çətindir. Belə sözlərin dəqiq semantik-etimoloji təhlili on-

ların  nə  vaxtsa çoxmənalıdan omonimliyə doğru inkişafını,  mənaları arasındakı 

əlaqəni aşkara çıxmağa  imkan verə bilər. Bu baxımdan, ağız sözünün «sərhəd» 

mənasının  əmələgəlmə  yolu  bir  qədər  qaranlıq  qalır.  Sözün  müasir  mənası  ilə 

«sərhəd» arasındakı əlaqə aşkar görünmür. İ.Teymuroğlu göstərir ki, DQK-dəki 

«Bu  yanda  bazirkanlar  kəlibəni  Qara  Dərvənd  ağzına  qonmuşlardı»  (5,  44); 

«Amma  sası  dinli  Gürcüstan  ağzında  oturursan,  ordun  üstünə  kimi  qorsan»  (5, 

29) cümlələrindəki «ağız» sözünün işlənmə mövqeyi onu omonim hesab etməyə 

əsas vermir. Çünki bu söz polisemiya üçün ümumi hesab edilən spesifik seman-

tikalı  vahidlərlə  (toponimlərlə:  Dərbənd,  Gürcüstan)  əlaqələnmə  sayəsində  bu 

mənanı ifadə edir. Müəllif «ağız» sözünün fonetik ekvivalenti kimi «ağaz» feili-

ni  qeyd  edir,  «sərhəd»  mənasının  formalaşması  əsasında  «ağaz»  feilindən  olan 

«başlanğıc» seminin durduğunu söyləyir (1, 55).  

Müasir  Azərbaycan  dilində  omonimlərin  beş  növünü  ayırırlar:  1)  leksik-

semantik omonimlər; 2) morfoloji omonimlər-omoformlar; 3) leksik-qrammatik 

omonimlər;  4)  fonetik  omonimlər,  yaxud  omofonlar;  5)  omoqraflar  (6,57-58) 

Müasir  Azərbaycan  dilində  omonimlərin  leksik  və  qrammatik  olmaqla  iki  əsas 

qrupa bölünməsi, omofon  və omoqrafların  yarımçıq omonim olması qeyd edil-

mişdir (7, 178). Müasir Azərbaycan ədəbi dili üçün omoqraf və omofonlar çox 

səciyyəvi deyildir. 

Ağac sözü də polisemantikdir. Söz DQK-də müxtəlif mənalarda işlənir: 1) 

ağac: Gəl bu ağac dibində enəlim, yeyəlim, dedi (5, 46); 2) taxta, ağac materialı: 

Ağac gəmiləri oynadan su (5, 44); 3) məsafə ölçüsü: Kafərlər yedi ağac yer qar-

şu  gəldilər  (5,  87).  DQK  motivli  əsərlərdə  «ağac»  sözü  həm  «ağac»,  həm  də 

məsafə anlamında işlənmişdir.  

Çobanı  yaxaladı,  Bir  ağaca  bağladı  (2,181);  Canlı  qaba  ağacı,  kəl  kimi 

burxdu, dartdı, yerli-dibli qopartdı (2, 181); 

   

 

Şah Təkurun atlıları 



   

 

Yeddi ağac qarşı gəldi (2, 129). 



İkinci nümunədə «ağac» məsafə ölçüsü kimi verilmişdir. «Çoban bu səfər 

ağacdan  oxlar  yondu,  ucuna  əski  bağladı,  əskini  odladı  (4,  57).  Bu  cümlədə 


Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         7 

 

«ağac»  sözü  ağac  materialını  bildirir.  Yeddi  ağac  yolu  yeddi  göz  qırpımında 



keçdi (4, 54); Ağacın budaqları arasından onun gövdəsinə bərk-bərk bağlanmış 

Qaraca  Çoban  görünmürdü  (4,  67);  Qaraca  Çoban  həmlə  edirdi,  örkəni  qıra 

bilmirdi, amma qaba gövdəli ağacı əsdirirdi (4, 67). 

Sözlərin çoxmənalılığı kontekst daxilində aşkara çıxır. Əsərdə eyni sözün 

müxtəlif mənalarda işlənməsinə aid bəzi nümunələri nəzərdən keçirək. 

«Omonim sözlər ədəbi-bədii yaradıcılıqda geniş istifadə edilən bədii ifadə 

vasitələrindən  biridir.  Böyük  sənətkarlar  omonimlər  vasitəsi  ilə  dildə  gözəl 

ahəngdarlıq, musiqililik yaradır, dili daha da bədii şəklə salırlar» (8, 334). DQK 

motivli əsərlərdə də omonimlərdən istifadə olunması bir sıra məqamlarda ahəng-

darlığı,  musiqililiyi  artırır.  Ümumiyyətlə,  DQK-də  «Azərbaycan  dilinin  leksik-

semantik və qrammatik inkişaf tarixi ilə bağlanmayan heç bir detal yoxdur» (9, 

183). Dastanlarda omonim sözlərdən də geniş  istifadə olunmuşdur. R.Məhərrə-

mova DQK-də istifadə edilmiş omonim cərgələrin hamısını müəyyənləşdirməyə 

çalışmışdır. O, leksik və leksik-qrammatik omonimləri ayrı-ayrılıqda təhlilə cəlb 

etmişdir. Tədqiqatçı leksik omonimlər kimi ağ, ağac, ağız, ağır, axır, al, ala, aş, 

ay, aya, ayaq, ayna, bağ, ban, bərü, boğaz, boy, boz, din, dövlət, dün, düz, el, eş, 

əl, ər, gen, gəz, gög, gün, həlal, xatun, kişi, qağan, qalın, qara, qat, qızıl, qoyun, 

qu, qol, mal, ox, ocaq, sağ, say, sancaq, sarı, soy, var, ya, yaxa, yalnız, yan, yaş, 

yay,  yüklü  sözlərinin  omonim  cərgəsini  qurmuş,  mənaların  izahını  vermiş, 

nümunələr  gətirmişdir.  Müəllif  at,  aş,  daş,  din,  düz,  qaç,  qazan,  qır,  qız,  min, 

sürü,  ud,  üz,  var,  yaz,  almaq,  bitmək,  çapmaq  kim,  ol,  yüz  leksik-qrammatik 

omonimləri də təhlilə cəlb etmişdir

 

(10, 143-164). 



H.Həsənov  DQK-də  işlənmiş  omonimlərin  sözlüyünü  tərtib  etmişdir. 

Onun  sözlüyündəki  bəzi  omonim  sözlər  (məs.,  aya,  ayna,  alp,  alçaq,  ara  və  s.) 

R.Məhərrəmovanın tədqiqat işində yer almamışdır (11, 288-298). 

Təbii  ki,  DQK-də  qeydə  alınan  omonimlərin  hamısı  DQK  motivli  əsər-

lərdə  istifadə  edilməmişdir.  Bununla,  belə  həmin  omonim  sözlərin  az  olmayan 

bir hissəsinə DQK motivli müxtəlif əsərlərdə rast gəlinir. DQK motivli əsərlərdə 

istifadə olunmuş çoxmənalı və omonim sözlərin bəzilərini nəzərdən keçirək.  

«Qara»  çoxmənalı  sözdür.  Azərbaycan  dilinin  izahlı  lüğətində  «qara» 

sözünün 14 mənası verilmişdir: 1) rəng; 2) cəm şəkilçisi ilə bir yerdə isim kimi 

qaralar; 3) çirkli, kirli; 4) yazı, xətt, hərf; 5) bir yazının qaralaması; 6) ağır, mən-

hus,  pis,  kədər  gətirən,  qəm  doğuran,  qorxulu;  7)  cinayətkar,  mənfur,  mürtəce, 

fitnəkar; 8) yas, matəm mənasında; 9) qoşulduğu sözlərə mənfilik mənası verir; 

10)  cəmiyyətin  yuxarı  siniflərinə  mənsub  olmayan;  11)  öz  xüsusi  mülkiyyəti 

olmayan; 12) ixtisası olmayan, ağır  işdə  işləyən; 13) dəyərsizlik, əhəmiyyətsiz-

lik; 14) bəzi bitki və heyvan adlarının tərkib hissəsi kimi. Bundan başqa «qara» 

sözü  bir  sıra  frazeoloji  birləşmələrin  tərkibində  istifadə  olunur  (12,  425-427). 

Qara sözünün arxaik mənalarından biri «böyük»dür. «Qonağı gəlməyən qara ev-

lər  yıqılsa,  yeg!»  (5,14).  R.Məhərrəmova  göstərir  ki,  «Kitabi-Dədə  Qorqud»da 




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə