Microsoft Word Dede Qorqud-2014-4 esas



Yüklə 1,4 Mb.
səhifə4/58
tarix25.06.2018
ölçüsü1,4 Mb.
#51677
1   2   3   4   5   6   7   8   9   ...   58

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         8 

 

qara  müqəddəslik,  böyüklük,  əzəmətlilik  və  s.  kimi  məna  çalarları  ilə  müxtəlif 



heyvan adlarına, toponimlərə də qoşularaq mürəkkəb adların yaranmasında əsas 

komponent kimi çıxış edir: Qara Arslan, Qarabudaq, Qara Buğa, Qaradərə, Qa-

ragünə və s.» (10, 14). 

DQK-nin  izahlı  lüğətində «qara» sözünün  müxtəlif  mənaları  verilir  və bu 

sözlə  əmələ  gəlmiş  bəzi  birləşmələr  (məs.,  qara  bulut,  qara  qaplan,  qara  otaq, 

qara polad və s.) şərh olunur (13, 53-54). 

DQK  motivli  əsərlərdə  də  «qara»  sözünün  müxtəlif  mənalarda  işlənməsi 

özünü göstərir. 



Qara saçlı başım qurban, Ağ köpüklü suyum sənə (3,64). 

DQK-də «qara başım» ifadəsi işləkdir. Məsələn, Qara başım qurban olsun, 

oğul, sana!» (5, 39). R.Məhərrəmova «qara baş» birləşməsini «gənc ömür, gənc-

lik həyatı» kimi izah edir (10, 15). N.Xəzridən götürülmüş nümunədə söz məhz 

belə  bir  ətrafda  işlənir.  Lakin  kontekst  daxilində  (qara  saç)  birbaşa  məna  rəng 

anlamını verir. Baxmayaraq ki, qara saç gənc yaşlar üçün səciyyəvidir.  

Sınır qaranlığın, Qara qanadı, Əriyir dağların bəyaz qarında (3,95); Yed-

dicə min el düşməni, Gəlib qara ayağıyla, Tapdaladı bəyaz düzü (NX 64); Gəldi 

namərd qatar-qatar, Qara fikir bəllidir ki, Qaranlıqda ayaq tutar (NX 64); Qara 

düşmən fikirlidir, Ürəyindən nələr axır, nələr gedir (3, 67); Qara gözlü qaranlığa 

qarışaraq  (3,  68);  Qara  çovğun  çuğlayıb  yer  üzünü  (3,  90);  Hanı  igid  Qara 



Çoban? (3, 94). 

Qəhrəman elivi  nə günə salmış, Gör bu qara  dövran, gör bu ruzigar!  Ağ 

saçlı analar qara geyinib; Bilirəm yanında qaradır üzüm ; Qara dəvə boynunda, 

Qarıcıq anan keçdi; Büküldü qara başım, Öldü iki qardaşım (1,160). 

Omonim sözlər bədii dilin poetikliyini, obrazlılığını təmin edən  vasitələr-

dən biri kimi çıxış edir. Onların üslubi rolu sinonim və antonimlərlə müqayisədə 

məhduddur.  Omonimlər  daha  çox  təcnislərdə  işlənir.  Folklor  nümunələri  olan 

bayatılarda da omonimlər işləkliyi ilə seçilir. Altay Məmmədovun qələmə aldığı 

«Dəli Domrul» əsərində bayatılardan  istifadə olunmuşdur. Bu bayatılarda omo-

nim sözlərdən istifadə edilmişdir.  

    

 

Geymisən alaçanı 



    

 

Mənsurun alacanı



    

 

Aşıq o gündən qorxar 



    

 

Əzrayıl ala canı (14, 246). 



    

 

 



Əzizim qalasız 

     


 

Bürc olmaz qalasız

     

 

Mən ki, getməli oldum, 



     

 

Sağlıq ilə qalasız (14, 263). 



 

Əlimdən yarım alma, 

    

 

Yeməyi yarım alma. 




Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         9 

 

    



 

Dedim ki, qanlı fələk, 

    

 

Canım al, yarım alma (14, 264). 



  İkinci nümunədə sözün şəkilçi qəbul etməsi nəticəsində omoforma əmələ 

gəlmişdir. 



Yaman.  Bu  sözün  omonim  kimi  işlənməsi  DQK  motivli  əsərlərdə  qeydə 

alınır.  Məsələn,  yaman  çalırsan.  Yaman  çətin  can  verirsən  (14,  236-237);  Əzi-

zim yaman olur, Ayrılıq yaman olur (14, 253). 

Ayaq. Azərbaycan dilinin izahlı lüğətində bu sözün 11 mənası verilmişdir. 

Onun  əsas  mənası  bədən  üzvü  ifadə  edən  mənasıdır.  Ayaq  frazeoloji  birləşmə-

lərin tərkibində də çox  istifadə edilir (12, 67-70). Ayaq sözünün arxaik  mənası 

«qədəh»dir.  Mahmud  Kaşğaridə  «çanaq,  kasa,  piyalə,  qədəh»  kimi  izah  olunur 

(15, 59). Bu sözə klassik ədəbiyyatda (XVII əsrədək), folklor və aşıq yaradıcılı-

ğında da «qədəh» mənasında təsadüf olunur. «Dastani-Əhməd Hərami»də, «Əs-

rarnamə»də, Nəsimi, Xətai, Kişvəri və Füzulinin dilində işlənmişdir. Aşıq Ələs-

gərin qoşmalarında vardır: 

Bir sirr gördü heyran qaldı Ələsgər 

Ayaq oda yanmır, başı yandırır. 

Çağdaş dildən fərqli olaraq «ayaq» sözü Dədə Qorqud dastanlarının dilin-

də  iki  mənada  –  bədən  üzvü  və  qədəh  mənalarında  işlənmişdir:  ayağının  sın-

dığını kimsəyə demədi (DQK 106); Altun ayaq sürahilər düzülmüşdü (DQK 42). 

DQK  motivli çağdaş ədəbiyyatda da «ayaq» sözünün hər  iki  mənada  isti-

fadə olunması qeydə alınır. 

Yerə düşdü heybətindən 

    

 

Əlindəki qızıl ayaq (1, 80). 



    

 

Yıxılıban qaba leşi 



    

 

Xan Bəkilin ayağının 



    

 

Üstə düşdü 



    

 

Sağ ayağı sınar oldu, 



    

 

Ala gözü yaşla doldu (1, 210). 



«Çalmaq»  feili DQK  motivli əsərlərdə  müxtəlif  mənalarda  işlənir. Məsə-

lən, Domrulu yerə çaldı (1, 82). Ala ilan Dədə Qorqudu çalmaq istədi (A 6); Bu 

oğlana qılınc verin. Çalar olsun. Ərdəmlidir (4, 17); Qanad çalıb uçan quşlar (A 

6);  Qonaqlar  əl  çaldılar,  bu  adı  bəyəndilər  (4,  17);  Bəybura,  gün  o  gün  olsun, 

sənin oğlancığın da böyüsün, igidlik göstərsin, şadlıq çalaq (4,19). Qazan əlini-

əlinə  çaldı,  qəh-qəh  çəkib  güldü  (4).  Dədə  Qorqud  məzarının  yanında  oturub, 

qopuz çalır, söhbətinə davam edir (4, 17). Keçməyəndən döyə-döyə, Çala-çala 

qırxın  alar  (1,  78).  Elini-obasını  çalıb-çappışıq  (4,  55).  İndi  onun  çaldığı  hava 

şən toy havası deyil (4, 83) və s. 

  Sarı. Bu söz DQK motivli əsərlərdə rəng mənasında və şəxs adının tərki-

bində təxəllüs  mövqeyində  işlənir. Məsələn, Sarı yılan soqmadan tənim qalqar-

şişər (5, 72); İlək Qoca oğlu Sarı Qalmaş Qazan bəyin evi üzərinə şəhid oldu (5, 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə