Microsoft Word Dede Qorqud-2014-4 esas



Yüklə 1,4 Mb.
səhifə52/58
tarix25.06.2018
ölçüsü1,4 Mb.
#51677
1   ...   48   49   50   51   52   53   54   55   ...   58

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         137 

 

rinin  təqdimatında  xalq  oyun  və  tamaşalarımızdan  bəziləri-“Dirədöymə”,  “Ən-



zəli”,  ”Mollamindi”,  “Maral  oyunu”  göstərilmiş,  eləcə  də  yun  əyrilməsi,  yuxa 

yayılması,  nehrə  çalxanması,  sacda  kətə  bişirilməsi  əyani  şəkildə  konfrans  işti-

rakçılarına təqdim edilmişdir.Bundan başqa qara zurnanın sədaları altında mey-

danda nümayiş etdirilən pəhləvanların çıxışları, aşıqların və balabançıların, çal-

dığı havacatlar, ifa etdikləri musiqilər, orta məktəb şagirdlərinin ifa etdikləri qə-

dim xalq nəğmələri, yallılar, halaylar konfrans iştirakçılarının, xüsusən də ABŞ, 

Rusiya, Türkiyə və İrandan qatılan qonaqların böyük marağına səbəb oldu. 

Sonra Gənclər Mərkəzinin böyük iclas salonunda “Ümumtürk kontekstin-

də Qarabağ  xalq oyunları  və  meydan tamaşaları” Konfransının plenar  iclası ol-

du. Konfransı giriş sözü ilə açan AMEA Folklor İnstitutunun direktoru, AMEA-

nın  müxbir  üzvü  Muxtar  İmanov  konfrans  iştirakçılarını  və  qonaqları  hərarətlə 

salamladı  və  bu  konfransın  Qarabağ  bölgəsində  keçirilməsinin  mühüm  elmi  və 

ictimai  əhəmiyyətindən  danışdı.  M.İmanov  belə  bir  konfransın  keçirilməsinin 

əhəmiyyətindən  bəhs  edərək,  bu  Beynəlxalq  Konfransın  aktuallığını  xüsusilə 

vurğuladı.  O,  konfransın  keçirilməsi  üçün  lazımi  şərait  yaratdığına  görə  Tərtər 

Rayon  İcra  Hakimiyyətinin  başçısı  Müstəqim  Məmmədova  elmi  heyət  adından 

təşəkkürünü bildirdi. M.İmanov cəbhə bölgəsi olan Tərtər rayonunda bu tədbirin 

keçirilməsini  xarici  qonaqlar  üçün  –  Amerika  Birləşmiş  Ştatlarından,  Rusiya, 

Türkiyə və İrandan gəlmiş tədqiqatçı-alimlər üçün də xüsusi maraq kəsb etdiyini 

qeyd etdi. 

Tədbirdə  çıxış  edən  Tərtər  Rayon  İcra  Hakimiyyətinin  başçısı  Müstəqim 

Məmmədov cəbhə bölgəsində yerləşən Tərtər rayonunda belə tədbirlərin keçiril-

məsini dövlətçilik baxımından yüksək qiymətləndirdi. M.Məmmədov xalqın fol-

klorunun,  o  cümlədən  xalq  oyun  və  tamaşalarının  toplanılıb  araşdırılmasında 

AMEA  Folklor  İnstitutunun  elmi  əməkdaşlarının  rolunu  xüsusilə  qeyd  etdi.  O, 

belə tədbirlərin Qarabağ bölgəsində keçirilməsinə təşəbbüs göstərən və ona rəh-

bərlik  edən  AMEA  Folklor  İnstitutunun  direktoru  Muxtar  İmanova  öz  minnət-

darlığını  bildirdi  və  yerli  ziyalıların  da  bu  konfransda  həvəslə  iştirak  etdiyini 

vurğuladı. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri, şair-publi-

sist,  ictimai  xadim,  Respublika  Aşsaqqallar  Şurasının  üzvü  Qənbər  Şəmşiroğlu 

çıxışında son illərdə – Muxtar İmanovun Folklor İnstitutuna rəhbərliyi dövründə 

şifahi  xalq  ədəbiyyatına  –  folklora,  folklor  nümunələrinin  toplanıb  tədqiq  edil-

məsinə xüsusi diqqət verdiyini vurğuladı. Q. Şəmşiroğlu Tərtərdə keçirilən Bey-

nəlxalq Folklor Konfransının da bu diqqətin  bariz bir nümunəsi olduğunu qeyd 

edərək, konfrans iştirakçılarına uğurlar arzuladı. 

Konfransın  təşkilatçılarından  olan  Beynəlxalq  Avrasiya  Mətbuat  Fondu-

nun  sədri  Umud  Mirzəyev  plenar  iclasdakı  çıxışında  Qarabağla, onun  folkloru, 

tarixi ilə bağlı belə tədbirlərin məhz Qarabağ torpağında keçirilməsinin çox ak-

tual  olduğunu  vurğuladı.  Bu  baxımdan  U.Mirzəyev  rəhbəri  olduğu  Beynəlxalq 



Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         138 

 

Mətbuat  Fondunnun  tədbirlərinin  də  mütəmadi  olaraq  Qarabağda  keçirilməsin-



dən və bunun böyük əhəmiyyətindən bəhs etdi. 

Beynəlxalq  Konfransa  qatılmış  ABŞ  vətəndaşı,  professor  Anna  Oldfield 

öz çıxışında belə tədbirlərdə Azərbaycan həqiqətləri ilə yaxından tanış olduqla-

rını və bu reallıqları öz ölkələrində dəqiq məlumatlarla yayacaqlarını vurğuladı. 

Yeri  gəlmişkən  qeyd  edim  ki,  professor  A.Oldfield  bütün  dünyada  aşıq  sənə-

tinin,  ümümtürk  folklorunun  tanınmış  tədqiqatçılarındandır.  Mən  onun  kon-

fransdan əvvəl Gənclər Mərkəzinin qarşısındakı  meydandakı Tərtər məktəblilə-

rinin və rayon sakinlərinin təqdimatında xalq oyunlarına tamaşa edəndə, yun əy-

rilməsi, yuxa yayılması, nehrə çalxanması, sacda kətə bişirilməsini, qara zurna-

nın  sədaları  altında  meydanda  nümayiş  etdirilən  pəhləvanların  çıxışlarını  əyani 

şəkildə görəndə, aşıqların və balabançıların, çaldığı havacatları, ifa etdikləri mu-

siqilərı eşidəndə onun nə qədər heyrətə gəldiyinin canlı şahidi oldum. 

Plenar iclasda çıxış edən Rusiya Federasiyasının Dağıstan Muxtar Respub-

likasından gəlmiş filologiya elmləri namizədi Ruxaniyyət Musayeva və İrandan 

gəlmiş Böyükbəy Ələkbəroğlu da çıxış edərək xalq oyun və tamaşaların hər bir 

xalqın  milli  dəyərlər  sistemində  xüsusi  önəm  daşıdığını  xüsusilə  vurğuladılar. 

Çıxışçılar  “Ümumtürk  kontekstində  Qarabağ  xalq  oyunları  və  meydan  tama-

şaları” mövzusunda bu Beynəlxalq Konfransın Qarabağ torpağında keçirilməsini 

alqışladılar və belə tədbirlərin gələcəkdə də davam etdirilməsini arzu etdilər. 

Plenar iclasdan sonra bütün respublikada müsbət rezonans doğurmuş Tər-

tər Beynəlxalq Folklor Konfransı dörd bölmədə: I bölmədə filologiya üzrə elm-

lər doktoru, professor Füzuli Bayatın, II bölmədə filologiya üzrə fəlsəfə doktoru 

Ağaverdi  Xəlilin,  III  bölmədə  tarix  üzrə  fəlsəfə  doktoru  Dilavər  Əzimlinin,  IV 

bölmədə  isə  filologiya üzrə elmlər doktoru Tahirə Məmmədin sədrlikləri  ilə öz 

işini davam etdirmişdir. Konfrans proqramında və operativ şəkildə çap edilərək 

iştirakçılara çatdırılan 520 səhifəlik Konfrans materiallar məcmuəsində tədqiqat-

çı alimlərin 50-yə yaxın məqaləsi yer almışdı. 

Bölmələrdə Qarabağa, eləcə də ayrı-ayrı Azərbaycan bölgələrinə həsr edil-

miş  bir-birindən  maraqlı  mövzularda 40-dan çox elmi  məruzə dinlənildi. Alim-

lərdən filologiya üzrə elmlər doktoru, profofessor Füzuli Bayatın “Xalq teatrı və 

ya meydan tamaşaları”, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağaverdi Xəlilin 

“Qarabağda  atüstü  oyunlar  və  çövkən”,  filologiya  üzrə  fəlsəfə  doktoru,  dosent 

Tahir  Orucovun  “Tərtər  bölgəsindən  toplanan  uşaq  oyunları”,  filologiya  üzrə 

fəlsəfə doktoru, dosent Qalib Sayılovun “Xalq oyun və tamaşaları mədəniyyətin 

ilkin  təzahürü  kimi”,  filologiya  üzrə  fəlsəfə  doktoru  Nizami  Muradoğlunun 

“Ümumtürk  kontekstində  Qarabağ  xalq  oyun  və  tamaşalarının  müqayisəsi”, 

filologiya  üzrə  fəlsəfə  doktoru  İlkin  Rüstəmzadənin”  Qarabağda  “Padşah  oyu-

nu”,  filologiya  üzrə  fəlsəfə  doktoru  Ləman  Süleymanovanın  “Xalq  mərasim-

lərində nəğmələr”, filologiya üzrə fəlsəfə doktoru Sönməz Abbaslının “Qarabağ-

da oyun-tamaşa mədəniyyəti və bu mədəniyyətin daşıyıcıları”, Fidan Qasımova-




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə