Dədə Qorqud ● 2014/IV 128
layır. Ancaq Alban tarixçisi Moisey Kalankatlı “Ağvan tarixi” adlı əsərində 7-ci
yüzilin 80-ci illərində piskopos İsrailin Savir /Sabirlərin yanına gəlməsini təsvir
edərkən Sabirlərin oda və suya qurbanlar kəsdiyini, yol tanrılarına və Aya səcdə
etdiklərini yazmışdır. F.Bayat göstərir ki, M.Seyidov Alban-Arran tarixçilərinin
əsərlərinə istinad edərək yol hamisinin adının Uğur olduğunu və onun başlıca
funksiyasının yol, yer hamiliyi olmasını yazmışdır (2, 145).
Daha sonra bu bəhsdə göstərilir ki, yolda at sürən Yol tanrısı sonralar İsla-
miyyətin təsiri ilə boz atlı Xızır /Xıdır kultu ilə bütünləşmiş və varlığını bu
şəkildə qoruya bilmişdir. Boz atlı Xızırın peyğəmbər dərəcəsinə qədər yüksəl-
dilməsi türklərin yol qoruyucusuna verdikləri önəmlə bağlıdır (2, 147).
XXI bölmə “Təbiət qüvvələri baxımından İyə kultu” adlanır. Bu bölmədə
qeyd olunur ki, təbiət qüvvələri hesab olunan naturmifoloji ünsürlər türk mifolo-
giyasının ən qədim qatını təşkil etməkdədir. Bu mifoloji ünsürlər zaman-zaman
dəyişmə və yeniləşməyə məruz qalsalar da qədim köklərini, qismən də olsa, qo-
ruya bilmişlər. Türk mifologiyası uzun bir zaman müddətində yazıya alınmadan
sözlü mədəniyyətdə yaşadığı üçün bütün sosio-mədəni təsirlərin nəticəsində an-
tropomorflaşmışdır. Bəzi tarixi qaynaqlarda olan çox məhdud dərəcəli məlumat-
lardan başqa təbiət kultları ilə bağlı bizə qədər demək olar ki, heç bir detal gəlib
çatmamışdır. Son dövr araşdırmalarda təbiət miflərinin artıq ayrı bir xüsusiyyət-
lə varlığını sürdürdüyü qeyd olunur. Belə ki, türk mifologiyasında canlı varlıqlar
kimi təsəvvür edilən külək, yağış, ildırım və s. ünsürlərin özlərinin də bir hamisi
olduğunu göstərən dəlillər mövcuddur. Küləyin, tufanın yağış, yağışın şimşək
əmələ gətirməsi baxımından ən güclü təbiət iyəsi Yel Babadır. Yağış iyəsinin
bölgədən bölgəyə dəyişməsi faktı da mövcuddur. Belə ki, Orta Asiyada çox
məşhur olan Burkut babanın bir funksiyası da yağış hamiliyidir. Onun bu funk-
siyası Kazan tatarlarının da mifoloji görüşlərində müşahidə olunmaqdadır. Yağış
yağdırma və ya yağışı yönləndirmə işini Orta Asiyanın digər xalqlarında başqa
varlıqlar – Moma Kuldurak (özbəklərdə), Qarzı Mama (türkmənlərdə), Makul
və ya Makay (qazaxlarda), Çoppa (Qaraçay-balkarlarda) yerinə yetirdiyinə ina-
nırlar. Türklərin şamanlardan başqa yadaçıları da olmuşdur ki, bunların da tə-
biətə hökm edə bilən insanlar olduğu düşünülmüşdür. Onların əlində əvvəllər
Tanrının ixtiyarında olan yada daşları olmuşdur ki, onlar məhz o daşın vasitəsilə
havanı dəyişdirməyi, yağış və qar yağdırmağı bacarmışlar. Daha sonralar yada
daşının funksiyası digər varlıqların üzərinə köçürülmüşdür. Məsələn, Anadolu-
nun müxtəlif ərazilərində “Çömçə gəlin” oyunu vardır ki, uşaqlar türkülər oxu-
yaraq Tanrıya qoç və ya qoyun qurban deməklə ondan yağış diləyirlər (2, 155).
XXII bölmə “Ağac kultu və orman iyəsi” adlanır. Burada göstərilir ki, türk
ekosisteminin əsas ünsürlərindən biri olan orman sosial-iqtisadi sistemin də tə-
məl qaynaqlarından biridir. Orman mifoloji inanclarımızda canlı bir varlıq kimi
təsəvvür olduğundan çox zaman orman qoruyucusu ilə birləşmiş, sinkretik bir
vəziyyət nümayiş etdirmişdir. Orman qoruyucu iyələrin 2 səkli vardır: 1. Zoo-
Dədə Qorqud ● 2014/IV 129
morfik görünüşlü iyələr. 2. Antropomorflaşmış iyələr. Altay-Sayan və Sibir
türklərində ormanın hamisi zoomorfik varlıq olan Ayıdır. Bu zoomorfik varlığın
orman kultunun inkişaf etdiyi qövmlərdə, məsələn, tunquz-mancurlarda və bəzi
türk olmayan Sibir xalqlarında da müşahidə edilməsi Ayını kosmik anlamda or-
man ruhu durumuna gətirmişdir. Tobol və Omsk tatarlarında orman ruhu Yış
Keşe və ya Ağac Keşe adı ilə tanınan antropomorflaşmış bir varlıq hesab edil-
məkdədir. Ormandakı pis ruhlar dedikdə, tatarlar bu mifoloji tipi nəzərdə tutur-
lar. İnsanları ormanın dərinliklərinə qədər aparıb onlara zərər verən bu orman
ruhları ormanda yolunu azmış qızlara oğlan, oğlanlara isə qız cildində görünər-
mişlər. Sibir tatarlarındakı Yış Keşe ova çıxan ovçuları ormanda həbs edir, on-
lara evlənməyi təklif edir. Yış Keşe həm funksiyası, həm də yaradılışı baxımın-
dan Azərbaycandakı Ağac adam adlanan mifoloji varlığa bənzəyir. İnanca görə,
o da ormana gələn və ya ormanda yolunu azan insanları onunla evlənməyə məc-
bur edir (2, 170-173).
XXIII bölmə “Ov kultu və ov iyəsi” adlanır. Bu bölmədə göstərilir ki, türk
boylarının sosial-iqtisadi nizamında əsas rol oynayan ovçuluq kultu mənəvi və
iqtisadi həyatın qurulmasında xüsusi yer tutur. Qayalar üzərində çəkilən ov təs-
virlərinin (məsələn, Qobustan qaya rəsmləri, Sibir qaya təsvirləri, Baykal gölü
ətrafındakı rəsmlər, İslamdan sonrakı ov miniatürləri, sonrakı dönəmlərdə oyma,
fresko və qumaş üzərinə çəkilmiş ov təsvirləri və s.) mövcudluğu ovçuluğun
türk mədəniyyəti tarixinin ən qədim qatını təşkil etdiyini göstərməklə bərabər
ovun təkcə sosial-iqtisadi akt deyil, eyni zamanda inanc olmasından xəbər verir.
Belə ki, ovla bağlı icra edilən ritual-simvolik səhnələşdirmə zamanı ovla bağlı
olan bəzi gizli biliklərin, informasiyaların topluma çatdırılması fikri də qarşıya
məqsəd kimi qoyulmuşdur. Ov səhnələrində ovçunun insandan çox mifoloji var-
lığı xatırlatması və ya maskalı ovçu təsvirləri ovun sirli tərəfləri ilə bərabər ov-
çuluq sahibinin, iyəsinin ritual təsvirinin varlığını da sübut etməkdədir. Həm-
çinin ov səhnələrini və heyvan təsvirlərini göstərən tarix öncəsi, paleolit, mezolit
və neolit dövr rəsmlərinin bir-birinə çox bənzəməsi də ov paradiqmasının uzun
zaman dəyişməz qaldığını göstərməkdədir. Mifoloji inanclara görə ovun məh-
suldar və uğurlu olması üçün bir çox ibadətlərin, ritualların icra edilməsi şərt
olmuşdur. Ovçulara bol ov verməsi üçün orman ruhlarına hekayələr danışılması
da vacib ayinlərdən biri hesab olunmuşdur. Ovçuluq kultu ibtidai şəklindən
hökmdarların etdikləri sürəkli ov əyləncələrinə qədər bir dəyişmə və inkişaf
yolu keçmişdir. Ancaq ibtidai dövrdən son dövrlərə qədər ovçuluq öz dini-mifo-
loji ənənəyə bağlılığını, tabu və yasaqlarını hər zaman qoruya bilmişdir (2, 191).
XXIV bölmə “İyə kateqoriyası çərçivəsində dağ, daş və oba kultu” adlanır.
Bu bölmədə göstərilir ki, qədim mifoloji inanc sistemində önəmli bir yeri tutan
dağ orman, dərə, ağac və s. kimi mifoloji Yer Ana kompleksinə aid olmaqla bə-
rabər zaman keçdikcə iyə kateqoriyası kimi də dəyər qazanmışdır. Mifoloji inan-
ca görə, təbiətdəki hər bir nəsnənin iyəsinin olduğu və onların hər birinin fərqli