Microsoft Word Dede Qorqud-2014-4 esas



Yüklə 1,4 Mb.
səhifə51/58
tarix25.06.2018
ölçüsü1,4 Mb.
#51677
1   ...   47   48   49   50   51   52   53   54   ...   58

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         134 

 

Folklor həyatından 



  

 

 

TƏRTƏRDƏ BEYNƏLXALQ FOLKLOR KONFRANSI 

 

Ümummilli  lider Heydər Əliyevin  blavasitə göstərişi  ilə  yaradılmış  Azər-

baycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu Azərbaycan folklorunun, 

o  cümlədən  Qarabağ  folklorunun  dünyanın  digər  xalqlarının,  xüsusən  də  türk 

xalqlarının  folkloru  ilə  qarşılıqlı  əlaqədə  öyrənilməsi  üçün  elmi-təşkilati  işlərlə 

mütamadi  olaraq  məşğul  olur.  Bu  baxımdan  2012-ci  ildən  etibarən  müntəzəm 

olaraq  keçirilən  “Qarabağ  folkloru:  problemlər,  perspektivlər”  elmi  konfransla-

rını  xüsusi  qeyd  etmək  lazımdır.  İki  il  ərzində  –  2012-2013-cü  illər  ərzində 

Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Folklor  İnstitutu  iki  dəfə  –  26  de-

kabr 2012-ci il tarixində Bakıda, 15 noyabr 2013-cü il tarixində isə Ağcabədi şə-

hərində  “Qarabağ  folkloru:  problemlər,  perspektivlər”  mövzusunda  Elmi  Kon-

frans düzənləmişdir. 

2012-2013-cü illərdə ardıcıl olaraq iki dəfə keçirilən bu konfranslar təkcə 

Folklor  İnstitutunun  həyatında  deyil,  həm  də  Azərbaycanın  elmi  və  siyasi  hə-

yatında da əlamətdar hadisələrdən hesab edilir. Bu konfranslarda Azərbaycanın, 

eləcə də dünyanın bir çox alimlərinin və tədqiqatçılarının məruzələri və çıxışları 

dinlənilir,  geniş  elmi  diskusiyalar,  müzakirələr  aparılır.  Tədbirlərdə  Azərbay-

canın, eləcə də digər xalqların folklorşünasları Qarabağ folkloru ilə bağlı tədqi-

qatlarına yekun vurur, toplanmış elmi təcrübəni ümumtürk konteksində ümumi-

ləşdirirlər. 

 

 



Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         135 

 

Mədəniyyət,  incəsənət,  eyni  zamanda  zəngin  folklor  məkanı  olan  qədim 



Qarabağ torpaqları artıq 20  ildən çoxdur ki, erməni  işğalçılarının tapdağı altın-

dadır.  Bu  bölgədə  olan  bir  çox  maddi-mədəniyyət  abidələrimiz  erməni  işğalçı-

ları tərəfindən  məhv edilib, bir  milyona  yaxın  insan ev-eşiyindən didərgin  salı-

nıb.  Bu  isə  müstəqil  Azərbaycanın  iqtisadiyyatına  və  mənəviyyatına  ağır  zərbə 

vurmuşdur.  Ancaq  Qarabağ  bölgəsindən  qaçqın  düşənlər, təbii  ki,  öz  yaddaşla-

rında folklorumuzu, mənəvi mədəniyyətimizi yaşatmaqdadırlar. 

Qarabağda  mövcud olan  müharibə vəziyyəti əsrlər boyu  formalaşmış  fol-

klor mühitini də məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya qoymuşdur. Azərbayca-

nın, o cümlədən Qarabağın zəngin folkloru ümumdünya mədəniyyətinin bir his-

səsi  olduğuna  görə  AMEA  Folklor  İnstitutu  Qarabağın  folklor  daşıyıcıları  və 

söyləyiciləri ilə sıx əlaqə yaratmağa çalışır. 2012-ci ildən etibarən Folklor İnsti-

tutunun bir qrup əməkdaşı Qarabağ bölgəsinə, o cümlədən Qarabağdan didərgin 

düşən  sakinlərinin  yaşadığı  yerlərə  ezam  olunub,  bu  bölgədən  zəngin  folklor 

nümunələri  toplamışlar.  Qısa  müddətdə  toplanan  folklor  nümunələri  sistemləş-

dirilmiş və üç il ərzində doqquz cilddən ibarət “Qarabağ: folklor da bir tarixdir” 

adlı  coxcildliyi  çap  olunmuşdur.  2013-cü  ildə  Folklor İnstitutu  həmçinin  Qara-

bağın  əvəzsiz  musiqi  folklorunu  özündə  əks  etdirən  xüsusi  musiqi  albomu  bu-

raxıb.  İnstitutumuz  eyni  zamanda  Qarabağ  bölgəsində  qeydə  alınan  müxtəlif 

mərasimlərin, xalq oyunları  və  meydan tamaşalarının  video-lentə alınması kimi 

vacib bir işi həyata keçirib. 

 

 

Konfransların  keçirilməsində  əsas  məqsəd  Qarabağ  folklorunu,  milli-mə-



nəvi dəyərləri öyrənmək, onu tədqiq və təbliğ etmək və əldə edilmiş nailiyyətləri 

dünya  ictimaiyyətinə  çatdırmaq  olmuşdur.  Bu  məsələnin  aktuallığını  və  ötən 

illərdə  keçirilən  konfranslara  xarici  ölkələrdən  də  alimlərin  qatılmaq  istədiyini 

nəzərə  alaraq,  eləcə  də  əsas  diqqəti  Qarabağ  folkloruna  və  mədəniyyətinə  yö-




Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         136 

 

nəltmək  üçün  AMEA  Folklor  İnstitutu  bu  sahədə  fəaliyyətini  2014-cü  ildə  də 



davam etdirmişdir. Belə ki, bu silsilədən olan növbəti “Ümumtürk kontekstində 

Qarabağ xalq oyunları və meydan tamaşaları” mövzusunda olan möhtəşəm Bey-

nəlxalq Elmi  Konfransı  AMEA Folklor İnstitutu 14 noyabr 2014-cü ildə Tərtər 

şəhərində Tərtər Rayon İcra Hakimiyyəti, “Aşıq  Şəmşir” Mədəniyyət Ocağı  və 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə keçirmişdir. 

Tərtər  şəhərində  keçirilən  bu  Beynəlxalq  konfrans  son  illərin  ən  böyük 

tədbirlərindən  və  Azərbaycanın  elmi  və  mədəni  həyatının  ən  mühüm  hadisələ-

rindən  biri  olub,  həm  də  AMEA  Folklor  İnstitutunun  Azərbaycanın  elmi-ədəbi 

və mədəni-siyasi həyatında mühüm rol oynadığını yenidən nümayiş etdirmiş ol-

du.  Konfrans  açılışı  2012-ci  ildə  Azərbaycan  Respublikasının  Prezidenti  cənab 

İlham Əliyev tərəfindən edilən Tərtər şəhərinin Gənclər Mərkəzində keçirildi. 

Beynəlxalq Folklor Konfransının AMEA Folklor İnstitutunun Elmi Şurası 

tərəfindən Tərtərdə keçiriləcəyi qərara alınandan əslən Tərtərdən olduğum üçün 

çox narahat idim: görəsən Konfrans təşkilati baxımdan necə keçiriləcəkdi, digər 

təşkilati işlər hansı səviyyədə qurulacaqdı? Konfrans iştirakçıları təşkilati məsə-

lələrdən razı qalacaqdımı? Axı əvvəllər digər şəhərlərdə keçirilən Konfranslarda 

bir sıra anlaşılmazlıqlar olmuşdu... 

Ancaq Tərtəri, onun adamlarını  yaxşı tanıyan  bir  tərtərli kimi, qəlbimdən 

gələn bir səs mənə hər şeyin yaxşı olacağını deyirdi. Axı gözümü burada dünya-

ya  açandan  bu  torpağın  adamlarını  qonaqpərvər,  gülərüz  və  mehriban  görmüş-

düm.  Digər  tərəfdən,  Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əli-

yev tərəfindən yeddi ay bundan əvvəl Tərtər Rayon İcra Hakimiyyətinin başçısı 

təyin olunan Müstəqim Məmmədov haqqında tərtərlilərin ən xoş sözlərlə danış-

ması  məni  narahat  olmağa  qoymurdu.  M.Məmmədovun  yüksək  təçkilatçılığı, 

qəbulunda  olan  insanlara  son  dərəcə  diqqət  və  qayğısı  və  nəhayət,  aicənab  bir 

insan olması tərtərlilər tərəfindən razılıqla, minnətdarlıqla vürğulanırdı. 

Belə də oldu. Haqqında ən yaxşı epitetlərlə danışılan, cavan, böyük enerji-

yə  malik  bir  insan  olan  Tərtər  Rayon  İcra  Hakimiyyətinin  başçısı  Müstəqim 

Məmmədov bu Beynəlxalq Konfransın təşkilati baxımdan yüksək səviyyədə ke-

çirilməsi üçün əlindən gələni əsirgəmədi. Yeri gəlmişkən, Konfransın keçirilmə-

si üçün  lazımi  şərait  yaratdığına,  bütün təşkilati  məsələlərə son dərəcə diqqətlə 

yanaşdığına  görə  Müstəqim  Məmmədova  və  onun  başçılıq  etdiyi  Tərtər  Rayon 

İcra Hakimiyyətinin bu tədbirdə əməyi olan hər bir əməkdaşına –xüsusilə Tərtər 

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanova, RİH başçı-

sının  müavini,  İctimai-siyasi  və  humanitar  məsələlər  şöbəsinin  müdiri  Elvin 

Umudova  və  İctimai-siyasi  və  humanitar  məsələlər  şöbəsinin  baş  məsləhətçisi 

Svetlana Əzizovaya özümün və iş yoldaşlarımın dərin minnətdarlğını bildirirəm. 

Tərtərdə  keçirilən  Konfransdan  əvvəl  konfrans  iştirakçıları  və  rayon  nü-

mayəndələri  Gənclər  Mərkəzinin  qarşısındakı  meydançada  adət-ənənələrimiz, 

folklor  nümunələrimizlə  tanış  oldular.  Tərtər  məktəblilərinin  və  rayon  sakinlə-




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə