Microsoft Word Dede Qorqud-2014-4 esas



Yüklə 1,4 Mb.
səhifə50/58
tarix25.06.2018
ölçüsü1,4 Mb.
#51677
1   ...   46   47   48   49   50   51   52   53   ...   58

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         132 

 

XXVII  bölmə  “İlkin  mifoloji  varlıqlar  və  ya  demonologiya”  adlanır.  Bu 



bölmədə göstərilir ki, yaradılış, mənşə baxımından iyə kultu ilə bağlı olub, hətta 

eyni kökə  mənsub olan, ancaq zamanla öz iyəlik funksiyasını  itirərək pis və  ya 

qara iyələr kateqoriyasına aid olan demonoloji varlıqlar türk mifologiyasında ge-

niş yayılmışdır. İlkin mifoloji varlıqlar olan demonik varlıqlar Tanrı və ya ilahi-

lik statusu olmayan mifoloji varlıqlar olub, yaxşılıq anlayışının əks qütbündə yer 

almaqdadırlar. Ölən və dirilən təbiət, bitki və heyvan kultu ünsürü kimi təzahür 

edən demonik varlıqlar mifoloji Ana kultu ilə Tanrı kultu arasında keçid mərhə-

ləsini təşkil etməkdədir. Ümumi  mifoloji düşüncəyə görə demonik  varlıqlar  in-

sanların gündəlik həyatına qarışan, müdaxilə edən varlıqlardır. Təbiət qüvvələri 

ilə bağlı olan demonik varlıqlar zamanla antropomorflaşdırılır və hətta sağlığın-

da  pislik  edən  insanların  üzərinə  köçürülür.  Ənənəvi  olaraq  demonik  varlıq  və 

xarakterlər qəbul edilmiş dinlərin və dini sistemlərin təsiri ilə yeni şəkil alır. La-

kin  türk  mifologiyasının  digər  kateqoriyalarına  nisbətən  az  dəyişikliyə  məruz 

qalan qolu da demonologiyadır. Şaman folklorunu bir demonoloji folklor olaraq 

adlandırmaq olar. Çünki şamanın həm savaşdığı, həm də əlaqədə olduğu varlıq-

lar, həmçinin onun həm qoruyucu, həm də zərər verici ruhları da demonikdirlər. 

Demonologiya yalnız yeraltı dünyanın ruhlarını deyil, bəlkə də daha çox yerüstü 

aləmin qorxunc, öldürücü, tez-tez qiyafə dəyişdirən, narahat edildiyi zaman  in-

sanlara zərər verən varlıqlarını öyrənir (2, 278). 

Bu  bölmədə  həmçinin  F.Bayatın  demonik  varlıqların  mifoloji  və  ontoloji 

xüsusiyyətlərinə görə apardığı təsnifatı da öz əksini tapmışdır: 

1. Ağac yasaqları ilə bağlı demonik varlıqlar. 

2. Xortlamış demonik varlıqlar. 

3. Baş paradiqmasında dəyərləndirilən demonik varlıqlar. 

4. Al ruhu və onun semantik dairəsinə aid olan demonik varlıqlar. 

5. Yol azdıran demonik varlıqlar. 

6. Dönərgələr. 

7. Mifoloji Ana kompleksinə aid olan demonik varlıqlar. 

8. Doğumla bağlı demonik varlıqlar. 

9. Uşaqları qorxudan demonik varlıqlar. 

10. Digər demonik varlıqlar (2, 283). 

Tədqiqatda təsnifatda qeyd olunan demonik varlıqlar haqqında məlumat da 

geniş şəkildə öz əksini tapmışdır (2, 284-317). 

XXVIII bölmə “Mifoloji Ana kompleksinə aid olan demonik varlıqlar” ad-

lanır. Bu bölmədə göstərilir ki, demonik qadın varlığın ən çox xalq ədəbiyyatına 

transfer  etmiş  tipi  Orta  Asiyada,  xüsusən  də  özbəklərdə  Jemauz-Kempir  və  ya 

Jelmaquz-Kempir, Volqa tatarlarında Jalmavız, Sibir tatarlarında Yılmaquz, uy-

ğur, başqırd  və noqaylarda Yalmauz, qazaxlar və qaraqalpaqlarda Jalmauz, qır-

ğızlarda Jelmoquz-Kempir, çuvaşlarda Yelmeves adı  ilə  bilinən, əfsanələrdə və 

nağıllarda  bəzən  yeddi  başlı,  iri  vücudlu  yaradılış  olaraq  təsvir  edilən  mifoloji 




Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         133 

 

bir  qəhrəmandır.  Qırğızların  “Ər-Toştyuk”,  qazaxların  “Ər-Tostik”,  Sibir  tatar-



larının  “Yirtyüşluk”  adlı  dastan  və  nağıllarında  da  Jelmoquz-Kempirin  yeddi 

başlı, iki yüz yaşında qorxunc varlıq olaraq yer altında yaşadığı qeyd olunmaq-

dadır.  Jelmoquz-Kempir  yerdəki  vəziyyəti  nəzarətdə  saxlayır:  on  dörd  gün  ər-

zində bütün kainatı dolaşır: yeddi günə orta dünyanı, yeddi günə də yeraltı dün-

yanı gəzib dolaşır. Bəzi xüsusiyyətləri  ilə Jelmauz-Kempirə bənzəyən, əski  mi-

foloji  görüşlərin  sonrakı  dini  görüşlərlə  çarpazlaşması  nəticəsində  meydana  çı-

xan Albastı və ya Al arvadı inancı da türk mifologiyasında xüsusi yer tutmaqda-

dır. Füzuli Bayatın “Türk mitolojik sistemi” araşdırmasında bu obrazla (Albastı 

və  ya  Al arvadı – N.Q.) bağlı əksər  mövcud araşdırmalar sərf-nəzər edilmiş  və 

belə bir nəticəyə gəlinmişdir ki, demonik varlıqlarla bağlı olan bütün anlayışlar 

sonrakı dövrlərdə dəyişməyə məruz qalmış, lakin onlar kök etibarı ilə şaman fol-

klorundan gəlmə anlayış və obrazlardır (2, 318). 

Göründüyü  kimi,  prof.  F.Bayatın  2  cildlik  “Türk  mitolojik  sistemi”  adlı 

araşdırmalarında türk mifologiyasının, demək olar ki, bütün nəzəri məsələlərinin 

tədqiqi öz əksini tapmışdır. Zənnimizcə, bu tədqiqat əsəri öz çapında  yalnız  və 

yalnız böyük türk alimi Bahəddin Ögəlin 2 cildlik “Türk mitolojisi” əsərləri  ilə 

müqayisə edilə bilər. Bilmirik, bu məqalədə prof. F.Bayatın 2 cildlik “Türk mi-

tolojik sistemi” adlı araşdırmaları haqqında nə dərəcədə dolğun mənzərə yarada 

bildik?! Yalnız bir şeyi dəqiq deyə bilərik ki, şübhəsiz, bu tədqiqat əsərləri türk 

mifologiyası, həmçinin türk mifologiyasının türk xalqları ədəbiyyatlarındakı tə-

zahürü  məsələlərini  araşdıran  hər  bir  tədqiqatçının  müraciət  etməli  olduğu  ilk 

mənbələrdən biri olmalıdır və olacaqdır. 

 

 

ƏDƏBİYYAT 

1.  Prof.  dr.  F.Bayat.  Türk  mitolojik  sistemi.  2  cilddə,  I  cild,  İstanbul,  Ötüken 

neşriyyat, 2007 

2.  Prof.  dr.  F.Bayat.  Türk  mitolojik  sistemi.  2  cilddə,  II  cild,  İstanbul,  Ötüken 

neşriyyat, 2007 

3. F.Bayat. Oğuz epik ənənəsi və “Oğuz Kağan dastanı”. Bakı, 1993. 

4. F.Bayat. Şaman əfsanələri və söyləmələri. Bakı, 1993.  

5. F.Bayat. Qorqud ata. Mifologiyadan gerçəkliyə Dədə Qorqud”. İstanbul, 2003  

6. F.Bayat. Mitolojiye giriş. Karam, Çorum, 2005 

 

 



Nail QURBANOV 

Filologiya üzrə fəlsəfə doktoru 

AMEA Folklor İnstitutunun 

aparıcı elmi işçisi 


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə