Microsoft Word Dede Qorqud-2014-4 esas



Yüklə 1,4 Mb.
səhifə45/58
tarix25.06.2018
ölçüsü1,4 Mb.
#51677
1   ...   41   42   43   44   45   46   47   48   ...   58

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         122 

 

Türklər etdikləri  hər  iş üçün Tanrıya  hesab  verir  və etdikləri  hər  yaxşı  işi Tan-



rının adına yazmışlar. Güc və qüdrətlərini də Tanrıdan aldıqlarına inanırdılar. O 

hər zaman hər yerdə türkün başı üstündədir. Çünki bütün göy qübbəsi Tanrıdır. 

Sonsuz bir məkanda və ya məkansızlıqda olan Tanrı həmçinin sonsuz bir zaman 

və ya zamansızlıqda mövcudluğunu sürdürməkdədir (1, 213). 

XI  bölmə  “Türk  mifologiyasında  astral  kult”  adlanır.  Bu  bölmədə  qeyd 

olunur  ki,  astral  kultun  türklərdə  geniş  yayılması  atlı-köçəri  dünyagörüşü  ilə 

əlaqəli olmuşdur. Heyvan saxlamaqla məşğul olan bir millətin astroloji bilikləri 

ən  azından  gündüzləri  və  gecələri  heyvan  sürülərini  otlaqdan  ağıla,  yazlıqdan 

qışlağa  apara  bilmələri  üçün  kömək  edəcək  qədər  olmalı  idi.  Səma  ilə  bağlı 

sifahi ədəbiyyatlarda, qayaüstü rəsmlərdə və piktoqramlarda Ay  haqqında  yetə-

rincə məlumatın olması bir zamanlar Ay mərkəzli inanc sisteminin türklər tərə-

findən  qəbul  edilmiş  olması  ilə  əlaqəli  olduğunu  düşünməyə  əsas  verir.  Türk 

mifologiyasının ən qədim qatlarından birini təşkil edən Ay inancı əski dünyanın 

demək olar ki,  bütün  xalqlarında  mövcud olmuşdur. Ay  mərkəzli  inanc sistemi 

bu astral kultun əvvəlki zamanlardakı tanrı kimi təsəvvür edilməsinin qalığıdır. 

Zaman-zaman  Günəş  mifinin  populyarlıq  qazanması  Ay  mərkəzli  inanc  siste-

minin arxa plana keçməsi ilə nəticələnmişdir. Hətta nəticədə Ay mərkəzli inanc 

sistemi  öz  yerini  Günəş  mərkəzli  inanc  sisteminə  vermişdir.  Ancaq  bu  zamana 

qədər Ay tanrı kainatın tək gücü olmuşdur. Bu da Ayın dünyamıza yaxın olması, 

səmada  yerini  və  şəklini  dəyişməsi,  gecələri  çıxmaqla  yeri  işıqlandırması  ilə 

bağlı olmuşdur. 

Burada  həmçinin  göstərilir  ki,  Ay  Tanrı  inancı  türklərin  ana  yurdu  olan 

Xəzər  dənizi  ilə  Aral  gölü  arasında  geniş  bir  məkana  yayılmışdı.  O  zamanın 

türkləri ayı  “göy saqqallı  buğa” şəklində təsəvvür edirmişlər. Bunu Türkmənis-

tan  bölgəsində  Altın  təpə  qazıntıları  zamanı  tapılmış  və  alnında  yaqutdan  dü-

zəldilmiş Ay təsviri olan qızıl buğa başı da isbat etməkdədir. Türk mifoloji sis-

temində, əsasən, Dəmir Kazık (Qütb ulduzu), Dan ulduzu, Çoban ulduzu, Böyük 

ayı  bürcü,  Ülkər,  Karvanqıran  ulduzu,  Samanyolu  və  s.  astral  görüşlərin  sıra-

sında yer almaqdadır. Bununla bərabər qədim türklər planetlərdən Qaraquş ola-

raq  adlandırdıqları  Yupiteri,  Erlik  və  ya  Yaruk  ulduz  olaraq  adlandırdıqları 

Veneranı və Marsı da tanımaqda idilər (1, 276). 

I  cildin  XII  bölməsi  “Göy  Tanrıdan  antropomorflaşmış  şaman  tanrısı  Ül-

genə  keçid:  türk  mifologiyasında  demiurq  problemi”  adlanır.  Bu  bölmədə  gös-

tərilir  ki,  şamanlığın  türklər  arasında  geniş  yayılması  ilə  Altay-Sayan  xalqları 

(altaylılar, tuvalılar, xakaslar, teleutlar və s.) arasında ən çox yayılmış və məşhur 

tanrı səviyyəsinə Bay Ülgen ucalmış oldu. Zaman-zaman Ülgen Göy Tanrı inan-

cını  sıxışdırmağa  və  onun  yerini  almağa  başladı.  Göy  Tanrı  ilə  heç  bir  əlaqəsi 

olmayan və Göy Tanrıya kəsilən qurban mərasiminə qatılmayan şamanlar Ülge-

ni onun yerinə keçirməklə ruha kəsilən qurban mərasiminin də əsas iştirakçısına 

çevrilmiş oldular. Ülgenin türk mifoloji düşüncəsində  yer almadığı, Şaman  fol-




Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         123 

 

klorunun obyekti olduğu bu hami ruhun qədim və orta çağ yazılı qaynaqlarında 



adının çəkilməməsi ilə də təsdiqlənir. Digər tərəfdən Orta Asiya və Sibir türkləri 

Ülgen  adında  tanrı  və  ya  qoruyucu  ruh  tanımamışlar.  Hətta  bəzi  güney  Altay 

soyları baş Tanrı olaraq Ülgeni tanımır və ona sitayiş etmirlər. Ülgeni baş Tanrı 

hesab  edən  digər  Altay  Sayan  xalqlarının  inancına  görə  də  o  mütləq  qüdrət 

sahibi olan Kögö Mönkönün / Kege Mengenin (Göy Tanrının) oğludur. Şaman-

ların  Ülgenə  müraciətlə  söylədikləri  duada,  alqışda  Ülgenin  Kögö  Mönkö tərə-

findən yaradıldığına önəm verilir. 

F.Bayat  bu  barədə  araşdırmaların  yekununda  belə  bir  nəticəyə  gəlmişdir 

ki,  Ülgen  Tanrı  deyil,  demiurqdur.  Hətta  şamanlar  onu  baş  Tanrı  səviyyəsinə 

qədər yüksəltmiş olsalar da, onun daha yüksək bir Tanrı olan Kögö Mönkö tərə-

findən yaradıldığı fikrini etiraf edirdilər (1, 322). 

I cildin XIII bölməsi “Şaman mifologiyasının təqdim etdiyi bir ölüm ruhu 

– Erlik və  ya Erklik” adlanır. Sözügedən bölmədə qeyd olunur ki,  mifoloji  sis-

temlərdə  həyatın  və  ölümün  tanrıları  olaraq  təsəvvür  olunan  varlıqlar  əsasən 

dualist düşüncənin məhsulu kimi qəbul olunurlar. Antropomorflaşmış ölüm ruhu 

olan Erlik türk mifologiyasında ən çox şaman miflərinin aktual mifoloji obrazı-

dır. Əsasən, ölüm mələyi olan və ya ölülər dünyasını idarə edən mifoloji varlığın 

türk mifologiyasında qədim  halda qalmamasının  bir səbəbi də şaman dünyagö-

rüşünün  qəbul  edilmiş  dinlərə  qədər  sərgiləmiş  olduğu  sosial-mədəni  baxışla 

bağlı olmuşdur. Əski türk düşüncəsinə görə ölənlər bir qayda olaraq Erlikin mə-

kanına  aparılmışdır.  İstər  tarixi  qaynaqlardan,  istərsə  də  etnoqrafik  qeydlərdən 

məlum olur ki, Erlik  insan oğlunun ömrünü  müəyyən etməmiş, sadəcə öləndən 

sonra günahkar olanların ruhlarını yeraltı dünyaya aparmışdır. Başqa sözlə, Erlik 

ölüm hökmünü verməmiş, sadəcə hökmü yerinə yetirmişdir. 

Bu  bölmədə  həmçinin  göstərilir  ki,  Erlik  və  ya  Erklik  ad  variantları  ilə 

mövcud olan ölüm mələyi şamanlığın inanc sisteminə daxil olmuş və hər nə qə-

dər əkizlər mifi ilə bağlı olsa da, əsasən, Ülgenə əks mövqeyə gətirilmişdir. Türk 

mifoloji  sisteminin  yaradılış  hekayəsini,  törəyiş  fəlsəfəsini,  esxatoloji  düşüncə-

sini  mənimsəyən  şamanlıq  Erliyə  kosmoqonik  mifdə  xüsusi  bir  yer  ayırmışdır. 

Göy  Tanrının  yaradıcılıq  xüsusiyyətləri  Ülgenə  köçürülmüş  və  işıq  Ülgenin  si-

masına  yaraşdırılmışdır,  qaranlıq  pislik  və  ölüm  isə  Erlikin  xüsusiyyətləri  kimi 

təqdim  edilmişdir.  Türk  şamalığının  bu  ziddiyyətlər  haqqında  anlayışları  qərb 

alimləri  tərəfindən  dualist  düşüncə  kimi  qəbul  olunmuşdur.  Türk  mifologiyası 

qaranlıqla işığın, həyatla ölümün əbədi mücadiləsi üzərində qurulmamışdır. Belə 

ki,  türklərin  zidd  anlayışlara  təbii  mövcudluq  kimi  baxdıqları  qaynaqlarda  da 

təsdiq edilməkdədir. Dualizm köçəri türk şüuruna zidd olduğu üçün Ülgen-Erlik 

əlaqələrini də dualizm baxımından araşdırmaq yanlışdır. Şaman mifologiyasının 

güclü təsirinə məruz qalmış Ülgenlə Erlik demiurq və anti-demiurq funksiyasını 

öz üzərlərinə götürmüşlər. Bunlar bir-birinə  müttəfiq olan əkizlər qütbündə de-

yil, bir-birinə düşmən olan iki qardaş qütbündə dayanmışlar. Bu mücadilə yara-




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə