Dədə Qorqud ● 2014/IV 118
illərin əmələ gəlməsi haqqında danışdıqları miflərdə də illərin yaranmasını Yeng
iyl (Novruz) bayramına bağlamışlar. Bu mifə görə müdriklər yeni il bayramında
gəzməyə çıxmışlar və qarşılaşdıqları heyvanların adlarını illərə ad olaraq ver-
mişlər. İllərin heyvanların xüsusiyyətlərini daşıması zoomorfik baxımından tə-
səvvür edilən təqvim iyələrindən də xəbər verməkdədir (1, 99).
Araşdırmanın “İlk insanın yaradılışı (antropoqonik mif): dominant ünsür-
lər və əlavə təsirlər” adlı V bölməsində qeyd olunur ki, mifoloji sistemlərin bö-
yük bir qismində ətraf aləmin kiçik modelini təşkil edən ilk insanın yaradılması
Tanrıya və ya tanrısal bir gücə, demiurqa aid edilir. Ümumiyyətlə, yaradılış aktı
insanın yaradılması ilə tamamlanır. Bu baxımdan insanın tarixi əslində kosmo-
sun tarixi ilə üst-üstə düşür. Türk mifologiyasında, digər kosmoqonik miflər ki-
mi insanın yaranması haqqında olan əsl türk mifləri də digər dinlər və inancların
əlavə təsirləri ilə, demək olar ki, yox olmaq dərəcəsinə gəlib çatmışdır. Qeydə
alınmış miflərin əksəriyyətində İslam dininin təsirləri aşkar görünməkdədir.
Başlanğıc zamanda yaradılan ilk insan və ya insanlar, əsasən, bu kosmik ele-
mentlərdən yaradılmışdır: torpaq / gil / ağac / qamış. Altay törəyiş miflərində
Ülgen ilk insanları Altın Dağın (Altın-tu) şərq və qərb tərəflərində yaradır. An-
caq Ülgen insanlardan daha öncə özünə bir çox xidmətçilər yaradır. Yalnız
bundan sonra sümükləri qamışdan, bədənləri gildən olan yeddi kişi yaradır.
Bunların qulaq və burunlarından onlara ruh və ağıl üfürür (1, 120).
I cildin VI bölməsi “Türk esxatoloji düşüncəsində dünyanın sonu: kalğan-
cı çağ” adlanır. Bu bölmədə qeyd olunur ki, əslində mifologiya başlanğıcla so-
nun, kosmoqoniya ilə esxatologiyanın şərhindən başqa bir şey deyildir. Mifolo-
giyanın dinə ən yaxın olan və ən çox təsirə məruz qalan bölməsi yaradılış, dün-
yanın sonu və qiyamət haqqındakı miflərdir. Kalğancı çağla bağlı miflər türk
mifologiyasında xüsusi çəkiyə malikdir. Tarixi və ya gerçək zaman anlayışında
qiyamətdən sonrakı zamanın sonsuza qədər davam edəcəyi təsəvvürü türk mifo-
logiyasında kalğançı cağ (əbədi zaman, qalacaq çağ mənalarında) anlayışı ilə
təzahür etmişdir. Kalğancı çağla bağlı böyüklü-kiçikli bir neçə mifdən başqa
Verbitskinin toplamış olduğu iki mif variantı xüsusilə önəmlidir. Bütün variant-
larda az və ya çox dərəcədə səmavi dinlərin (əsasən Xristianlıq, Buddizm və İs-
lamın) təsiri də görünməkdədir. Ancaq hər nə qədər dinlərin tarixi və ya gerçək
zaman anlamı qarışmış olsa da burada mifoloji və ya dairəvi zaman açıqca hiss
olunur. Bu mənada ki, mifoloji (dairəvi) zaman anlayışında yaradılış bir nöqtədə
başlayır, bəlli dövrdən sonra qiyamətlə başa çatmış olar. Ancaq qiyamətdən
sonra yaradılış yenidən (təkrarlanaraq) başlayır. Türk kalğançı çağının təsvirində
də dairəvi zamanın aktual olduğu görünməkdədir. Bu mənada kalğançı çağ
qiyamətdən sonra meydana gələn yeni zamana adekvat termin hesab oluna bilər
(1, 123).
I cildin VII bölməsi “Türk boylarının meydana çıxması baxımından mənşə
(etnoqonik) mifləri” adlanır. Bu bölmədə qeyd olunur ki, türk mifologiyasının
Dədə Qorqud ● 2014/IV 119
ən zəngin qolunu təşkil edən mənşə (etnoqonik) mifləri, eyni zamanda türk kos-
mik nizamının topluma təsiri haqqındakı görüşləri və milli psixologiyanı anla-
maq baxımından da dəyərlidir. Bu mənada ki, köçəri həyat tərzi sürən türklər
qəbilə, boy, icma birliyinə söykənən patriarxal bir quruluşa üstünlük vermişlər,
bu onların mifologiyalarına da təsir etmişdir. Mifoloji kateqoriyalar içində mən-
şə mifləri milliliyi ilə diqqəti çəkməkdədir. Türk mifologiyasında geniş yayılan
mənşə, əcdad kultunu təşkil edən məşhur bir atadan törəmə mifi vardır. Bu, oğuz
boylarının ilk atası olan, eyni zamanda Türk dövlətinin ilk təməlini qoyan, ilk
ordunu yaradan, ilk cahan hakimiyyətini quran, tarixi-mədəni kimliyə sahib olan
Oğuz Kağan haqqında mifdir.
Bu bölmədə həmçinin əcdadın mədəni qəhrəman fəaliyyətindən də bəhs
olunmuşdur. Göstərilir ki, şor türklərinin arasında yayılmış bir əfsanəyə görə əti
çiy yeyən insanlara ilk əcdad iki daşı bir-birinə vuraraq atəş yandırmağı öy-
rətmişdir. Bundan başqa əcdad insanlara əkinçiliyi, ovçuluğu, mahnı oxumağı,
musiqi aləti düzəltməyi də öyrətmişdir. Burada türk mənşə miflərində boz qurd,
quş, ağac, dağ, mağara, su kimi ünsürlərin də ayrı-ayrı qəbilələrin mənşəyini
əmələ gətirdiyi göstərilir (1, 179).
I cildin VIII bölməsində “Etioloji miflər”dən bəhs olunur. Bu bölmədə
göstərilir ki, əslində mifologiya insan şüurunda yaranan dünya, insan, yaradıcı,
həyat və ölümlə bağlı suallara cavab vermək üçün meydana gəlmişdir. Bu ba-
xımdan mifologiyanın bir missiyası da bu sualların cavabının izahını verməkdir.
Və bu tip miflərə etioloji miflər deyilir. Kosmoqonik miflər dünyanın ilkin mo-
delini (maketini) hazırlamağa xidmət edir. Ancaq bu ilkin yaradılışdan sonra
təbii ki, nizamın tamamlanması üçün digər canlı və cansız varlıqların meydana
gəlməsi də gərəkdir. Etioloji miflərdə kosmoqonik miflərlə başlayan mərhələ ta-
mamlanmağa doğru gedir. Belə ki, etioloji mif çox vaxt kosmoqoniya ilə başla-
yır. Əsasən başlanğıc zamanı qeyd etməklə başlayan mifoloji hekayətlər yavaş-
yavaş insanların və nəsnələrin meydana çıxma səbəblərini, yaradılışda yer alan
nəsnələrin xüsusiyyətlərini və mənşəyini açıqlamağa qədər gedib çıxır. Etioloji
miflər əsasən, bitkilər, od, su, torpaq, hava, müxtəlif heyvanlar, quşlar, ağaclar,
xəstəlik və dərmanlar və onların xüsusiyyətləri, dənizlər, ormanlar, göllər, ayrı-
ayrı sosial qurumlar, ovçuluq, musiqi sənəti, əkinçilik və s.-nin yaranma heka-
yətlərini təşkil edir. Bütün bu kateqoriyalar etioloji səciyyə daşısa da, bu miflər
kosmoqonik, astral, totem və kult mifləri arasında paylanmışdır. O baxımdan
etioloji miflər bütün mifoloji kateqoriyalarda vardır və onları ilk yaradılış
mifləri hesab etmək lazımdır (1, 196). Etioloji miflərin bir missiyası da toplumu
məlumatlandırmaqdır. Bu məqsədlə söylənən miflər ilkin bilikləri özündə cəm-
ləsə də, toplumu bəzi hadisələrə hazırlamaq baxımından önəm kəsb etməkdədir.
Məsələn: yakutların etioloji görüşlərində qartal, şahin kimi yırtıcı quşların mü-
qəddəslik qazanmasının səbəbi haqqında mifoloji mətnlər mövcuddur. Bu mif-
lərə görə qədim zamanlarda yakutlar uşaqlarını yeyirlərmiş. Bir gün ər-arvad öz