Dədə Qorqud ● 2014/IV 62
Nağılın sonuna yaxın Daşdəmiri padşahdan sirr gizlətdiyinə görə (Mirzə
Möhsünün qızına and içərək saxladığı sirr) dar ağacından asmağa hazırlaşırlar.
İpi onun boynuna salanda, bir atlı çox sürətlə atını sürərək dar ağacına çatıb yerə
bir nar vurur. Nar parçalanır və dənələri ətrafa səpələnir. Yalnız bu hadisədən
sonra Daşdəmir sirri açmağa razı olur və nar dənələrini göstərərək bildirir ki, sirr
sahibi sirrin açılmasına icazə verdi. Fikrimizcə, bunu iki cür yozmaq olar:
Birinci, Mirzə Möhsünün qızının adı Nardan olduğu üçün məhz nar seçil-
məsi təsadüfi deyildi.
İkinci, bütün nar bir növ ağzı bütövlüyə işarədirsə, parçalanmış, dənələri
dağılmış nar sirrin açılmasına icazə kimi başa düşülə bilər.
Bir sözlə, bu nağılda biz Daşdəmirin simasında xalq müdrikliyinə, uzaq-
görənliyinə bələd oluruq. Heç nə danışmayan əşyalar qəhrəmanımıza çox şeylər
deyir, o əşyalar vasitəsilə çox sirlərin üstünü açır, çox bəlaların qarşısını alır. Bu
nağılda təsvir olunan əşyavi yazının izlərini başqa bir nağılda da görə bilirik.
“Dərzinin şagirdi” adlı nağılda eyni vəziyyətlə qarşılaşırıq. Qonşu vilayətin pad-
şahı bir adam göndərib şəhərin meydanında bir dairə çəkdirib, bunun nəyə işarə
olduğunu padşahdan soruşur və bildirir ki, cavab verə bilməsə, davaya hazırlaş-
malıdır. Padşah qızı rəğbət bəslədiyi dərzi şagirdinə bu cür yol göstərir: "Söylər-
sən ki, dairə ona işarədir ki, dünyanın cümləsi mənimdir. Ondan sonra gedib
dairəni iki bölərsən, yəni yarısı sənin yarısı mənimdir. Sən də padşahsan, mən
də. Onda onlar götürüb bir soğan qoyacaqlar, yəni aramıza acılıq düşər, onda
sən də bir qılınc qoyarsan, yəni dava edərsən. Onda o götürüb bir ovuc darı tö-
kərsə, yəni mənim darı sayında qoşunum var. Onda sən də bir xoruz qoyarsan,
yəni bizim qoşunumuz sizin qoşununuzu xoruz kimi dənlər [1, 261]".
Ümumiyyətlə, əşyavi yazını üstünlüklərindən biri odur ki, əşyalar vasitə-
silə bir məlumatı müxtəlif xalqların nümayəndələrinə eyni məzmunda çatdırmaq
mümkündür. Belə ki, hər bir millət üçün əşyalar, məfhumlar ümumbəşəri, sözlər
isə milli səciyyəlidir. Yalnız mücərrəd anlayışları əşyalar vasitəsilə çatdırmaq
olmur. Fikrin çatdırılması üçün sonradan cizgilər, şərti işarələrdən istifadə olun-
sa da, qeyd etmək lazımdır ki, əşyavi yazı hələ də bir sıra məqamlarda insanların
köməyinə çatır.
İşin elmi nəticəsi. Azərbaycan nağıllarında müşahidə olunan əşyavi yazı
dilçilik və ədəbiyyatın sıx əlaqədə olmasının bariz nümunəsi kimi çıxış edir.
Eləcə də, bu araşdırma bu istiqamətdə digər tədqiqatlara da rəvac verə biləcək-
dir.
Tətbiqi əhəmiyyəti. Tədqiqat işindən ali məktəblərdə folklor və dil dərs-
lərində istifadə oluna bilər.
Elmi yeniliyi. Nağıllarımızın dil və üslub xüsusiyyətləri tədqiq olunsa da,
burada əşyavi yazının izləri araşdırmaya cəlb olunmamışdır.
Dədə Qorqud ● 2014/IV 63
ƏDƏBİYYAT
1. Azərbaycan nağılları, 5 cilddə, I cild, Bakı, Şərq-Qərb, 2005, 324 s.
2. Azərbaycan nağılları, 5 cilddə, IV cild, Bakı, Şərq-Qərb, 2005, 336 s.
3. Qurbanov A. Ümumi dilçilik. Bakı, Maarif, 1989, 568 s.
4. Xalqın söz xəzinəsi. (Tərtibçi P. Ş. Əfəndiyev), Bakı, Maarif, 1985, 268 s
Çapa tövsiyə edən: Fil.ü.e.d., prof. Kamran Əliyev
Dədə Qorqud ● 2014/IV 64
Şahodatxan İMOMNAZAROVA
Özbəkistan Elmlər Akademiyası
Əlişir Nəvai adına Dil və Ədəbiyyat İnstitutunun
böyük elmi işçisi
e-mail: miss_ folklorstyler8@mail.ru
“ULAN” (“ÖLƏNG”) JANRININ BƏDİİ TƏKAMÜLÜ VƏ
ONUN LOKAL XÜSUSİYYƏTLƏRİ
Xülasə
Məqalə özbək folklorunda "ulan" ("öləng") janrının bədii təkamülünün və janr xüsusiy-
yətlərinin öyrənilməsinə həsr edilmişdir. Xüsusilə ulan ifaçılıq ənənəsi saxlanan bölgələrdə bu
sənətin özbək xalqının qeyri-maddi mədəni irs kimi aktuallığını qoruyub saxlaması, lokal xüsu-
siyyətlərin özünəməxsusluğu diqqət mərkəzinə gətirilmişdir. Müəllif çoxsaylı ulan nümunələri
əsasında təhlil aparmış, deyişmə formasında olan ulanlardan misallar gətirmişdir.
Açar sözlər: xalq mahnısı, ulan janrı, özbək folkloru, lokal ənənələr, improvizasiya, bə-
dii təkamül, poetik mətn
THE ARTISTIC EVOLUTION OF THE GENRE “ULAN” (“OLENG”)
AND ITS LOCAL CHARACTERS
Summary
The article deals with the peculiarities of genre and artistic evolution of the genre "ulan" in
Uzbek folklore. Its characterized by local peculiarities of “ulan” genre performers in those regions
where these traditions are preserved, has not lost its relevance as the oldest samples of the most
inestimable cultural heritage and also importance in the present days.
Key words: folk song, genre “ulan”, Uzbek folklore, local traditions, improvisation, artis-
tic evolution, poetic text.
ХУДОЖЕСТВЕННАЯ ЭВОЛЮЦИЯ ЖАНРА “УЛАН”
И ЕГО ЛОКАЛЬНЫЕ ОСОБЕННОСТИ
Резюме
Статья посвящена вопросам жанровых особенностях и художественной эволюции
жанра “улан” в узбекском фольклоре. Характеризируются локальная своеобразия испол-
нения уланов в тех регионах, где сохранились эти традиции, не потерявший свою актуаль-
ность, как древнейший памятник нематериального культурного наследия и в сегодняшние
дни.
Ключевые слова: народная песня, жанр улан, узбекский фольклор, локальные тра-
диции, импровизация, художественная эволюция, поэтический текст.
Bəllidir ki, bədii təfəkkürün çoxəsrlik inkişafı prosesində təşəkkül tapmış
folklor əsərləri, mahiyyəti etibarilə xalqın mənəvi və ruhi aləmini zənginləşdirən
əvəzsiz incilərdir. Bu səbəbdən özbək folklorşünaslığında şifahi söz sənətinin
toplanması, tədqiqi və nəşri işinə hər zaman xüsusi diqqət yetirilmişdir. Xüsusilə,
xalq ifaçılıq ənənəsinin ən geniş yayılmış janrlarından olan ulan (folklorun bu
lirik janrı türk xalqlarında əsasən öləng adı altında yayılmışdır. Azərbaycan folk-
lorşünası Əmin Abid “Türk xalqları ədəbiyyatında mani növü və Azərbaycan ba-