Dədə Qorqud ● 2014/IV 74
Sarı Aşığın verdiyi bu cavab da məclisdəkilərin xoşuna gəlir. Hamı Sarı
Aşığı alqışlayır. Bağlama demək növbəsi Sarı Aşığa çatır. Sarı Aşıq aşağıdakı
məzmunda təbrizli aşığa bağlamalar deyir. Təbrizli aşıq cavab verə bilmədiyi
üçün uduzduğunu bildirərək məclis qarşısında sazını Sarı Aşığa verir:
Mən aşıq buz dağlar,
Qışda çalar buz bağlar,
Aşıq bir hikmət görüb,
Od içində buz bağlar.
Aşıq deyər haraylar,
Hər həftələr hər aylar,
Dəryada bir gül bitib,
Yandım deyim haraylar.
Mən aşiq xıra-xıra,
Su gəlir, xıra-xıra,
Bir cansız bir canlını,
Salıbdır xıra-xıra.
Ədəbi söz xəzinəmizin bu günkü qədər saflaşıb büllurlaşmasında, zəngin-
ləşməsində Sarı Aşığın xidməti misilsizdir” (4, 4).
Zəngilanın “Kənd həyatı” qəzetinin 1971-ci il 19 sentyabr buraxılışında
görkəmli folklorşünas alimimiz Sədnik Paşayevin topladığı əfsanələr silsiləsin-
dən olan “Qanlı da ağlar...” yazısında da çoxlu bayatılar vardır:
“İki gənc bir-biri ilə dost olur. Bunlardan biri özünə toy edib evlənir. Toy-
dan bir neçə gün sonra oğlan sevgilisini də özü ilə götürüb yaylağa köçür, bir
bulağın başında alaçıq qurur. Oğlan bir gün sevgilisindən ayrılıb qışlağa gəlir,
elə həmin günün axşamı da yaylağa qayıdır. Oğlan alaçığın qapılığını qaldırıb
açanda gözlərinə inanmır. Görür ki, alaçıqda tanımadığı yad bir oğlan yatır. Oğ-
lan səssiz-küysüz geri dönür. Axtarıb dostunu tapır. Onlar görüşəndə oğlan bir
bayatı çəkir:
Əzizim ovum qanlı,
Getdim gördüm ovum qanlı.
Kəkliyimi tərlan alıb,
Ovçu qanlı, ovum qanlı.
Dostu da ona bayatı ilə cavab verir:
Dədə Qorqud ● 2014/IV 75
Əzizim ovun qanlı,
Ovçu sənsən ovun qanlı.
Kəs başını, axsın qanı,
Görən desin: ovun qanlı.
Oğlan dinməz-söyləməz yaylağa qayıdır. Sevgilisini və yatmış yad oğlanı
oxa tutur, hər ikisini qanına qəltan edir. Sonra da kor-peşiman dostunun yanına
gəlir. Öz həyacanını bir ilə ifadə edir:
Əzizim yara qanlı,
Sızıldayır, yara qanlı.
Qəza-qədər üz verəndə,
Yar da çıxar yara qanlı.
Səhər hər tərəfə xəbər yayılır ki, təzə toy olmuş gəlini və dustaqlıqdan gəl-
miş cavan qardaşını kimsə alaçıqda oxa tutub, hər ikisi ölümcül yaralıdır. Oba-
lardan adamlar axın-axın bura gəlir, qardaşla-bacının halına yanır, göz yaşı tö-
kürlər. İşdən xəbardar olub, oğlan da camaata qarışıb zülüm-zülüm ağlayır. Qar-
daşı tanımasa da qız tanımışdı ki, onları oxa tutan öz sevgilisidir. Odur ki, qız
oğlanın ağladığını görəndə dözmür, yanıqlı bir bayatı çəkir:
Əzizim qanlı dağlar,
Qovğalı, qanlı dağlar.
Yar ağlar, bəlkə yalandı,
Bəs nə üçün qanlı da ağlar?
Öz səhvini, peşimançılığını bildirmək üçün oğlan da bayatıya bayatı ilə
cavab verir:
Əzizim xaban dağlar,
Qovğalı, xəban dağlar.
Qəza-qədər eyləndə,
Evləri yıxan da ağlar.
Bundan sonra məsələ aydınlaşır. Qardaşla bacını dava-dərmanla müalicə
edib sağaldırlar. Oğlan üzr istəyir, sevgililər barışırlar. Həyatları yenidən başla-
yır. Bu münasibətlə şadlıq məclisi qururlar” (1, 4).
Elmi nəticə. Tədqiqatlarımız nəticəsində bəlli oldu ki, folklorun lirik janr-
larına aid ən çox nümunələr məhz Zəngilandan toplanmışdır. Xüsusilə də bayatı-
lar bu bölgədə çox yayılmışdır.
Dədə Qorqud ● 2014/IV 76
ƏDƏBİYYAT
1. Qanlı da ağlar / toplayanı S. Paşayev // “Kənd Həyatı” qəzeti (Zəngilan), 19
sentyabr, 1976
2. Qaradərəli A. Sinədəftər // “Kənd Həyatı” qəzeti (Zəngilan), 8 sentyabr, 1990
3. Rəvayətlər dəftərindən // “Kənd Həyatı” qəzeti (Zəngilan), 23 oktyabr, 1976
4. Rüstəmov S. Bir deyişmə haqqında // “Kənd Həyatı” qəzeti (Zəngilan), 22
fevral, 1976
Çapa tövsiyə edən: Fil.ü.e.d. Seyfəddin Rzasoy
Dədə Qorqud ● 2014/IV 77
Azərbaycan folklorundan yeni nümunələr
YARDIMLIDAN TOPLANAN FOLKLOR NÜMUNƏLƏRİ
(II hissə)
(Əvvəli ötən sayımızda)
BAYATILAR
Savalanım buz bağladı,
Yannarın yarpız bağladı.
Məni bir gəlin oxladı,
Yaramı qız bağladı.
Mixək əhdim ləgəndə,
Mixək boynun əgəndə.
Mən sənə nə demişdim?
Xətirinə dəgəndə?
Əzizim mərzə mən,
Bitirmədim dərzə mən.
Bivəfa yar əlinnən,
Hara yazım ərzə mən?
Əzizim natarazı,
Yel vursun, natarazı.
Kişini tez qocaldar,
Arvadın natarazı.
Əzizim nadan qarı,
Köynəyi kətan qarı.
Kişinin belin sındırar,
Axşamnan tez yatan qarı.
Söyləyici: Aşıq Gülağa, doğum tarixi 1934-cü il, təhsili orta, pensiyaçı,
Ostair kəndi
RƏVAYƏTLİ TAPMACALAR
ARVADININ QARDAŞI MƏNİM DAYIMDIR
Bir qadın, bir qız yol gedirmişdər, hansısa rayona, hansısa kəndə gedir-
mişdər. Daldan bir dənə atdı gəlir. Deyir: