Microsoft Word Dede Qorqud-2014-4 esas



Yüklə 1,4 Mb.
səhifə31/58
tarix25.06.2018
ölçüsü1,4 Mb.
#51677
1   ...   27   28   29   30   31   32   33   34   ...   58

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         78 

 

– İküüzdən birüzü təryimə götürə bilərəm, hansınız minirsüüz? 



Qız deyür: 

– Mən minirəm. 

Bu qız atdanır, minir bu kişinin təryinə. Qadın deyir: 

–  Ay  canu  yanmış,  mən  yaşdu  adam,  mən  bunuynan  təryləşmirəm,  sən 

bunnan niyə təryləşürsən? 

Qız deyür: 

– Bu özgə adam, kənar adam döyül. Bunun arvadının qardaşı  mənim da-

yımdu. 


İndi bu kişi qızın nəyidü? 

Açması: Kişi qızın atasıdır. 

Söyləyici: Malik Əliyev, təvəllüdü 1963, orta təhsilli, Ostair kəndi.  

 

NEÇƏ QAZIQ? 

Göynən  bir  dəsdə  qaz  uçurmuş.  Yerdə  də  bir  dənə  qaz  varıymış.  Bı 

yerdəki qaz göydəki qazdara deyir: 

–Ey göynən gedən yüz qaz, məni də dəstəüzə götürün. 

Qazdarın başçısı deyir: 

–  Biz  yüz  döyülük.  Bizə  biz  qədər,  bizim  yarımız  qədər,  yarımızın  yarısı 

qədər, bir də sən olsan biz olaruğ yüz qaz.  

 Göynən nə qədər qaz uçurmuş? 

 

Açması: 36 qaz (36+36+18+9+1=100) 

Söyləyici: Malik Əliyev, təvəllüdü 1963, orta təhsilli, Ostair kəndi.  

  

ADƏT-ƏNƏNƏLƏR 

 

YARDIMLIDA TOY ADƏT-ƏNƏNƏLƏRİ 

Toylar bizdə əvvəllər 7 gün olardu. Toylarda əvvəllər aşıqlar olardu – saz 

aşıqları. Onnar dasdannar deyərdilər,  məclis aparardılar. İndi toylarımız 1-2 sa-

hatduğdu. 

Ağsaqqallarımız  əyləşərdi  toylarda.  Orda  dəyərri  sözdər  danışılardı,  das-

dannarımızdan misallar çəkilərdi, söybətdər gedərdi. Toynu axırında “Bəy diva-

nı” deyilən  bir şey  vardı.  Bəy oturardı  bəy  stolunda, bəyi tərənnüm  eliyərdilər. 

Bu, toylarımızın ümumi bir xüsusiyyəti idi. O vaxd oxumalar olardı, tapşırmalar 

olardı,  toylar  bitəndə  duvaqqapmalar  olardı.  Aşıqlar  o  duvaqqapma  ilə  toyları 

bitirərdilər. Ama bu günnər çox təəssüf ki,  bu adətdər qalmıyıb, onnarı görmü-

rüy. Nəyinki Yardımlıda, heç regionnarda da bu adət-ənənə qalmıyıb. 

Söyləyici: Qalib Əsgərov, doğum tarixi 1963-cü il, təhsili ali, Urakəran 

kəndi 

 

 



Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         79 

 

MASALLIDA YAS ADƏTLƏRİ 

Mən elektrikdə işdiyən vaxdıdı. Masallıda, mantyor işdiyirdim. Qəbirsan-

nığda meyidi qoydular ki qəbirə, qəbirin üsdünnən taxda qoyullar, xalça salıllar. 

Üç gün molla oturur orda. Quran oxuyur. Üç günnən sora meyidin üsdün taxda-

lıyıllar. Bordigah kəndində (Masallının kəndidir – top.) mən özüm bunu gözüm-

nən görmüşəm. Qarolçudan soruşduğ: 

– Bu nədü? 

Dedi: 

– Burda adətdü. 



Yardımlıda belə adət yoxdu. Elə ölən günü basdırıllar üsdünü. Gəlib evin-

də yas mərasimi verillər. 



Söyləyici:  Dadaş  Mansurov:  1923-cü  il  təvəllüdlü,  4-cü  sinif  təhsilli, 

Ostair kəndi 

 

 

HALAY HAQQINDA 

I mətn 

Yardımlıda halay da olub. Bizdə toyda “yallı“ gedilərdi, oxuya-oxuya. Ha-

lay da olardı. Nənələrimiz qaval götürərdilər, iki dəsdiyə bölünərdilər. Durardı-

lar  qabağ-qabağa,  halay  deyib  bir-birlərinə  nəğmələr  oxuyardılar.  Bizim  yadı-

mızda qalan bullardı. İndi bu, bəzi kəntdərimizdə qalıb. 

Hamarkənd  Sabir  Rüstəmxannının  kəndidi.  Bax  orada  həmin  adəti  mən 

gördüm. Nişanıya gəleylər, nənələrimiz qavalları götüreylər, mahnılar deyeylər. 

Mən özüm durdum xeylax ona tamaşa elədim ki, bu adət-ənənəni hələ saxlayan-

nar var. Halay hələ qalmaqdadu. 

Söyləyici: Qalib Əsgərov, doğum tarixi 1963-cü il, təhsili ali, Urakəran 

kəndi  

HALAY HAQQINDA 

II mətn 

Halay  Hamarkətdə  qalır.  Məsələn,  mənim  yadıma  gəlir.  Zülüş  kəndinnən 

gəlmişdülər  bizə. Bu Təzəxanımı aparanda, ollardan  bir  halay durdu, bırdən də 

də bir Halay durdu. Başdadılar deyişməyə. Ollar dedü, biz dedüy. Orda həm Na-

zim  məllimin  nənəsi  olub  –  Qunça  televizorda  göstəriblər,  həm  də  mənim  nə-

nəm olub. Böyük nənəm, ikisi də həmyaşıd olublar. Allah ikisinə də rəhmət elə-

sün. Bax olar əsil folklordular, ensklopediya idilər. Nə qədər söz bilirdilər. 

Qunca  nənənin  dövründə  televizor  vardı,  hərdən  gəlib  çəkərdülər,  çəkiliş 

vardu. Onu gəlib çəkiblər. Qunça nənənin lent yazısı qalıbdu. Hərdən Az. TV-də 

göstərillər. Bizdə o çəkiliş qalmayıb, Az.TV-də qalıb, hərdən-birdən verillər. 



Söyləyici: Qalib Əsgərov, doğum tarixi 1963-cü il, təhsili ali, Urakəran 

kəndi 

 


Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         80 

 

XALQ OYUNLARI 



QAYIŞ GÖTÜRDÜ 

Bizdə “Qayış götürdü” oynu olubdu. Onu  yaşdı kişilərimiz də oynuyardı. 

Dayirə  çəkərdilər.  Qayışdara  düzərdilər  həmin  dayirənin  içərisinə.  Bir  qrup 

adam dayanardı, o qayışdarı verməməyə çalışardı. Kənardan kimsə gəlib o qayı-

şı götürməy isdiyəndə içəridəkilər əlindəki qayışnan onu vurardılar. Kim o qayı-

şı  tutub  şəkə  bilərdisə,  oyunçunu  oyunnan  çıxarardılar.  Belə-belə  oyun  davam 

edirdi, o dayirəni boşaldardılar. Sora təzə oyunşular, təzə qrup oyuna daxil olur-

du. 


Söyləyici: Qalib Əsgərov, doğum tarixi 1963-cü il, təhsili ali, Urakəran 

kəndi 

HİL-HİL OYUNU 

(Cözmərə) 

Bu  “Hil-hil”  oyununa  bizdə  “Cözmərə”  deyəllər.  Ama  “Hil-hil”də  var, 

“Cözmərə”  də  var,  ikisi  də  var.  “Hil-hil”  oyununda  biz  yeri  qazarduğ,  balaca 

ağajdan  dayirəvi  “hil”  düzəldərdüy.  Onun  ətrafında  3  nəfər,  5  nəfər  yer  düzəl-

dib, ayağun qoyardı onun içinə. Onu zəbt eləməy olmaz. 

Sora  ağajdarnan  onu  qururduğ  böyüy  dayirənin  üsdündə.  Ağacı  bu  tərəf-

dən atıruğ, onu kim  saldı, o, mərənin  birini qazanır. Mərə – yəni ayağ qoymağ 

üçün yuvadır. Elə-elə, axıra qalan başdıyır gedir 3-4 metr məsafədən o hili dayi-

rəyə salmağa çaleşey. Bu, otüsdü xakkey kimi bir şeydi. İndi o hili məriyə salıb 

özü üçün yuva qazammağ lazımdı axı. Bu birilər isə onu qoruyur, imkan vermir. 

Ta o vaxda kimi – o hili gətirib o məriyə salana kimi. Hili məriyə salannan sora, 

tez o birilər  yerin dəyişə  bilirsə, buna  imkan vermir. Yəni olar tez-tez bir birü-

nün yerin dəyişib, yuvasın dəyişeylər, zəbt eliyeyləy. Yox, bu imkan elüyüb tut-

dusa,  tutdu.  Kim  qaldı-qaldı.  Başdıyeylər  oyunu  təzədən  davam  elətdirməyə. 

Belə-belə oyun davam edir. 

Söyləyici: Qalib Əsgərov, doğum tarixi 1963-cü il, təhsili ali, Urakəran 

kəndi  

 

AŞIQLAR VƏ EL ŞAİRLƏRİ 

BİZİM ARVAD 

 

Heç bilmirəm neynəyim? 



Dannayır üzümü hey bizim arvad. 

Bilmirəm dərdimi kimə söyləyim? 

Dannayır üzümü hey bizim arvad. 

 

Elələri çoxdu bizim yerrərdə, 



Bir toyuğu var, yumurtdayır çöllərdə. 

İsdəyir saxlasın qaz bizim arvad, 

Dannayır üzümü hey bizim aravad. 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə